13
Sual 15. sim mə nsubiyyə tə görə necə də yiş ir?
smi başqa nitq hissələrindən fərqləndirən əlamətlərdən biri də mənsubiyyət kateqoriyasıdır.
Mənsubiyyətə görə dəyişmə şəxslərlə şəxslər, şəxslərlə əşyalar, əşyalarla əşyalar arasında ola
bilər. I və II şəxslərə aid mənsubiyyət şəkilçisi yalnız şəxs və ya əşyanın insana mənsubluğunu
bildirir. Məs.:mənim evim, sənin dərdin və s. III şəxsə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isim
isə həm insana, həm də cansız əşyaya aid ola bilər. Məs.:evin pəncərəsi, atın ayağı və s.
Ə
ksər hallarda mənsubiyyət şəkilçisi qəbul etmiş ismin əvvəlində yiyəlik hal
şə
kilçisini qəbul etmiş şəxs əvəzliyi, isim və ya isimləşmiş digər nitq hissələri gəlir
;
Onun maşını qəşəngdir.
Bəzi hallarda yiyəlik hallı şəxs əvəzliyi cümlədə ixtisar
olunur: Maşın qəsəngdir.Mənsubiyyət şəkilçili söz yiyəlik hal şəkilçili sцzlərdən sonra gəldiyi
zaman hər ikisi cьmlənin bir ьzvь olur.
MƏ NSUBIYYƏ T ŞƏ KILÇ LƏ R N GOSTƏ RƏ N CƏ DVƏ L
ŞƏ
XSLƏR
I şəxs tək
I şəxs cəm
II şəxs
tək
II şəxs
cəm
ŞƏ
K LÇ LƏ R
NÜMUNƏLƏR
-ım, -im, -um, -üm, -m
qardaşım, dərsim, anam
-ımız,-imiz,-umuz,-
ümüz, -mız4
qardaşımız,dərsimiz,ana-
mız
-ın,-in,-un,-ün,-n
qardaşın, dərsin, anan
-ınız,-iniz,-unuz,-ünüz,-
nız, -niz,-nuz,-nüz
qardaşınız, dərsiniz,
ananız
III şəxs tək
III şəxs cəm
-ı,-i,-u,-ü;
-sı,-si, -su, -sü (-yı,-
yi,-yu,-yü)
qardaşı, dərsi,
anası, mövqeyi
Sual 16.Sifə t barə də mə lumat yazın
.
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə aid olub
onu müxtəlif cəhətdən təyin edir: qara kəmər, şirin söhbət, dəhşətli insan, ağacdakı quş. Necə?
nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlərin leksik mənaca aşağıdakı növləri var:
1. Rəng bildirən sifətlər: göy, qırmızı, yaşıl və s.
2. Dad bildirən sifətlər: şirin, turş, acı, dadlı və s.
3. Keyfiyyət bildirən sifətlər: yaxşı, pis, çalışqan və s.
4. Əlamət (görkəm) bildirən sifətlər: gözəl, kök, nurani və s.
5. Forma bildirən sifətlər: uzun, əyri, incə, badamı və s.
6. Həcm bildirən sifətlər: böyük, kiçik, enli və s.
14
Sual 17. Sifətin quruluşca növləri və müqayisə dərəcələri haqqında yazın.
Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur:
Sadə sifətlər
Sadə sifətlər quruluşca bir kökdən ibarətdir: qara, sarı, uzaq, yaxın,gözəl.
Düzə ltmə sifə tlə r
Düzəltmə sifətlər, əsasən, isim və fellərdən düzəlir. Elə buna görə də sifətlər
düzəlmə yoluna görə iki yerə bölünür: isimdən düzələn sifətlər, feldən düzələn
sifətlər.
simdə n sifə t düzə ldə n şə kilçilə r:
-lı
4
dadlı, duzlu, həvəsli, güllü və s.
-sız
4
dadsız, duzsuz, həvəssiz, gülsüz və s.
-ı
4
badamı, qəhvəyi, gümüşü, armudu və s.
-i(vi) tarixi, tibbi, hərbi, inqilabi, tərbiyəvi və s.
-cıl
4
zarafatcıl, ölümcül, yuxucul, işcil və s.
-dakı
2
ağacdakı, həyətdəki, irəlidəki və s.
Feldə n sifə t düzə ldə n şə kilçilə r:
-ağan
2
; qaçağan, güləyən və s.
-ar
2
(r) axar (su), oxşar (hadisə) və s.
-qan
2
çalışqan, döyüşkən və s.
-ğın
4
azğın, əzgin, vurğun, düzgün (sonu cingiltili samitlərlə bitən fellərə
qoşulur) və s.
-qın
4
satqın, kəskin, tutqun, küskün (sonu kar samitlə bitən
fellərə qoşulur) və s.
-ıq
4
,
açıq, sökük, uçuq və s.
Mürə kkə b sifə tlə r
Mürəkkəb sifətlər iki və ya daha artıq sözün birləşməsindən yaranan sifətlərdir. Mürəkkəb
sifətlər bitişik və ya defıslə yazılır: enlikürək, gözəl-göyçək, bığıburma, şirin-şirin və s. Bu cür
sifətlərin yaranma yolları müxtəlifdir:
1.
Sadə sifətlə sadə ismin birləşməsi ilə: şirindil, qarayaxa;
2.
Bir sadə və bir düzəltmə sözün birləşməsi ilə: enlikürək, məqsədyönlü;
15
3.
ki düzəltmə sifətin birləşməsi ilə: soyuqqanlı, açıqürəkli;
4.
Mənsubiyyət şəkilçili sözün iştirakı ilə: ürəyiaçıq, sözübütöv;
5.
Sadə və ya düzəltmə sözlərin təkrarı ilə: qırıq-qırıq, qara-qara;
6.
"ba" və "a" bitişdiricilərinin köməyi ilə: cürbəcür, növbənöv, rəngarəng;
7.
Biri və ya heç biri ayrılıqda işlənə bilməyən sifətlərin birləşməsi ilə: əzik-üzük, dəlmə-
deşik;
8.
Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli, qocalı-cavanlı;
9.
"Qeyri" sözü və sifətin birləşməsi ilə: qeyri-müəyyən, qeyri-insani.
Sifə tin özünə mə xsus xüsusiyyə tlə rində n biri də onun də rə cə bildirmə sidir. Əşyalar
ə
lamət və keyfiyyət azlığı və çoxluğu ilə bir-birindən fərqlənir. Buna görə də əşyaların əlamət
və keyfiyyəti nisbi olaraq üç dərəcə üzrə müəyyənləşdirilir:
Azaltma də rə cə si Adi də rə cə Çoxaltma də rə cə si
göytəhər
göy
gömgöy
1.
Sifə tin adi də rə cə si
Sifətin adi dərəcəsi əşyanın keyfiyyət və ya əlamətinin normada olduğunu bildirir. Azaltma
və çoxaltma dərəcələri adi dərəcə əsasında formalaşır: sarı, yaşıl, qırmızı, kiçik. Adi dərəcənin
xüsusi şəkilçisi yoxdur.
Heç də bütün sifətlər dərəcənin morfoloji əlamətini qəbul edə bilmir, həmişə adi dərəcədə
olurlar:
•
Düzətmə və mürəkkəb sifətlərin əksəriyyəti: duzlu, sınıq, süzgün, daxili, güləyən,
qaraqaş, qaragöz, qaraqabaq və s.
•
Bəzi sadə sifətlər: kal, qalın, mehriban, kar, ağır, kobud
•
Alınma sifətlərin bir çoxu: etnik, fizioloji, tibbi.
2.
Sifə tin azaltma də rə cə si
Sifətin azaltma dərəcəsi əlamət və keyfiyyətin adi dərəcədən, yəni normadan az olduğunu
bildirir. Bu üsulla yaranan sifətlər formaca dəyişir, yəni adi dərəcədə olan sifətlərə şəkilçilər
artırılır: qaraşın, sarışın, uzunsov, dəlisov, sarımtıl, ağımtıl
Sintaktik üsulla azaltma dərəcəsi təhər, kəm, ala, açıq sözlərinin köməyi ilə düzəlir. Təhər
və kəm sözləri ilə düzələn sifətlər bitişik, ala və açıq sözü ilə düzələnlər defislə yazılır.
3.
Sifə tin çoxaltma də rə cə si
Ə
lamətin adi dərəcədən çox olduğunu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir:
Çoxaltma dərəcəsi də iki üsulla yaranır:
l.Morfoloji üsulla:
a)Adi dərəcədə olan sifətin sonuna -ca
2
şəkilçisi artırmaqla: zorbaca, yaxşıca. stisna:
Dostları ilə paylaş: |