Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   10   ...   18

13 

 

 



Sual 15. sim mənsubiyyətə görə necə dəyişir? 

smi  başqa  nitq  hissələrindən  fərqləndirən  əlamətlərdən  biri  də  mənsubiyyət  kateqoriyasıdır. 

Mənsubiyyətə  görə  dəyişmə  şəxslərlə  şəxslər,  şəxslərlə  əşyalar,  əşyalarla  əşyalar  arasında  ola 

bilər. I və II şəxslərə aid mənsubiyyət şəkilçisi  yalnız şəxs və ya əşyanın insana mənsubluğunu 

bildirir. Məs.:mənim evim, sənin dərdin və s. III şəxsə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isim 

isə həm insana, həm də cansız əşyaya aid ola bilər. Məs.:evin pəncərəsi, atın ayağı və s. 

Ə

ksər  hallarda  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  ismin  əvvəlində  yiyəlik  hal 



şə

kilçisini  qəbul  etmiş  şəxs  əvəzliyi,  isim  və  ya  isimləşmiş  digər  nitq  hissələri  gəlir



Onun  maşını  qəşəngdir. 

Bəzi  hallarda  yiyəlik  hallı  şəxs  əvəzliyi  cümlədə  ixtisar 

olunur: Maşın qəsəngdir.Mənsubiyyət şəkilçili söz yiyəlik hal  şəkilçili sцzlərdən sonra gəldiyi 

zaman hər ikisi cьmlənin bir ьzvь olur.  



MƏNSUBIYYƏŞƏKILÇ LƏR N  GOSTƏRƏN CƏDVƏL 

ŞƏ

XSLƏR 



I şəxs tək 

I  şəxs cəm 

II  şəxs 

tək 


II şəxs 

cəm 


ŞƏ

K LÇ LƏR 

NÜMUNƏLƏR 

-ım, -im, -um, -üm, -m 

qardaşım, dərsim, anam 

-ımız,-imiz,-umuz,-

ümüz, -mız4 

qardaşımız,dərsimiz,ana-

mız 


-ın,-in,-un,-ün,-n 

qardaşın, dərsin, anan 

-ınız,-iniz,-unuz,-ünüz,-

nız, -niz,-nuz,-nüz 

qardaşınız, dərsiniz, 

ananız 


 

III şəxs tək  

III şəxs cəm 

-ı,-i,-u,-ü; 

 -sı,-si, -su, -sü (-yı,-

yi,-yu,-yü) 

qardaşı, dərsi,  

anası, mövqeyi 



 

 

Sual 16.Sifət barədə məlumat yazın

 . 

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə  aid olub 

onu müxtəlif cəhətdən təyin edir: qara kəmər, şirin söhbət, dəhşətli insan, ağacdakı quş. Necə? 

nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlərin leksik mənaca aşağıdakı növləri var: 

1. Rəng bildirən sifətlər: göy, qırmızı, yaşıl və s. 

2. Dad bildirən sifətlər: şirin, turş, acı, dadlı və s. 

3. Keyfiyyət bildirən sifətlər: yaxşı, pis, çalışqan və s.  

4. Əlamət (görkəm) bildirən sifətlər: gözəl, kök, nurani və s.  

5. Forma bildirən sifətlər: uzun, əyri, incə, badamı və s.  

6. Həcm bildirən sifətlər: böyük, kiçik, enli və s. 




14 

 

Sual 17. Sifətin quruluşca növləri və müqayisə dərəcələri haqqında yazın. 

Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur: 

Sadə sifətlər 

Sadə sifətlər quruluşca bir kökdən ibarətdir: qara, sarı, uzaq, yaxın,gözəl. 



Düzəltmə sifətlər 

Düzəltmə sifətlər, əsasən, isim və fellərdən düzəlir. Elə buna görə də sifətlər 

düzəlmə yoluna görə iki yerə bölünür: isimdədüzələn sifətlər, feldədüzələn 

sifətlər. 



simdən sifət düzəldəşəkilçilər: 

-lı


4

        dadlı, duzlu, həvəsli, güllü və s. 

-sız

4

      dadsız, duzsuz, həvəssiz, gülsüz və s. 



4

 



badamı, qəhvəyi, gümüşü, armudu və s. 

-i(vi)    tarixi, tibbi, hərbi, inqilabi, tərbiyəvi və s. 

-cıl 

4

      zarafatcıl, ölümcül, yuxucul, işcil və s. 



-dakı

2

     ağacdakı, həyətdəki, irəlidəki və s. 



Feldən sifət düzəldəşəkilçilər: 

-ağan


2

 ;    qaçağan, güləyən və s. 

-ar

2

 (r)    axar (su), oxşar (hadisə) və s. 



-qan

2

      çalışqan, döyüşkən və s. 



-ğın

4

       azğın, əzgin, vurğun, düzgün (sonu cingiltili samitlərlə bitən fellərə 



qoşulur) və s. 

-qın


4

       satqın, kəskin, tutqun, küskün (sonu kar samitlə bitən 

fellərə qoşulur) və s. 

-ıq


4

açıq, sökük, uçuq və s. 



Mürəkkəb sifətlər 

Mürəkkəb sifətlər iki və ya daha artıq sözün birləşməsindən yaranan sifətlərdir. Mürəkkəb 

sifətlər bitişik və ya defıslə yazılır: enlikürək, gözəl-göyçək, bığıburma, şirin-şirin və s. Bu cür 

sifətlərin yaranma yolları müxtəlifdir: 

1.

   Sadə sifətlə sadə ismin birləşməsi ilə: şirindil, qarayaxa; 



2.

   Bir sadə və bir düzəltmə sözün birləşməsi ilə: enlikürək, məqsədyönlü; 




15 

 

3.



  ki düzəltmə sifətin birləşməsi ilə: soyuqqanlı, açıqürəkli; 

4.

  Mənsubiyyət şəkilçili sözün iştirakı ilə: ürəyiaçıq, sözübütöv; 



5.

  Sadə və ya düzəltmə sözlərin təkrarı ilə: qırıq-qırıq, qara-qara; 

6.

  "ba" və "a" bitişdiricilərinin köməyi ilə: cürbəcür, növbənöv, rəngarəng; 



7.

  Biri və ya heç biri ayrılıqda işlənə bilməyən sifətlərin birləşməsi ilə: əzik-üzük, dəlmə-

deşik; 

8.

  Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli, qocalı-cavanlı; 



9.

  "Qeyri" sözü və sifətin birləşməsi ilə: qeyri-müəyyən, qeyri-insani. 



 

Sifətin  özünəməxsus  xüsusiyyətlərindən  biri  də  onun  dərəcə  bildirməsidir.  Əşyalar 

ə

lamət və keyfiyyət azlığı və çoxluğu ilə bir-birindən fərqlənir. Buna görə də əşyaların əlamət 



və keyfiyyəti nisbi olaraq üç dərəcə üzrə müəyyənləşdirilir: 

Azaltma dərəcəsi     Adi dərəcə       Çoxaltma dərəcəsi 

    göytəhər   

     göy 

 

gömgöy 



1.

  Sifətin adi dərəcəsi 

Sifətin adi dərəcəsi əşyanın keyfiyyət və ya əlamətinin normada olduğunu bildirir. Azaltma 

və çoxaltma dərəcələri adi dərəcə əsasında formalaşır: sarı, yaşıl, qırmızı, kiçik. Adi dərəcənin 

xüsusi şəkilçisi yoxdur. 

Heç də bütün sifətlər dərəcənin morfoloji əlamətini qəbul edə bilmir, həmişə adi dərəcədə 

olurlar: 

  Düzətmə  və  mürəkkəb  sifətlərin  əksəriyyəti:  duzlu,  sınıq,  süzgün,  daxili,  güləyən, 



qaraqaş, qaragöz, qaraqabaq və s. 

  Bəzi sadə sifətlər: kal, qalın, mehriban, kar, ağır, kobud 



  Alınma sifətlərin bir çoxu: etnik, fizioloji, tibbi. 



2.

  Sifətin azaltma dərəcəsi 

Sifətin  azaltma  dərəcəsi  əlamət  və  keyfiyyətin  adi  dərəcədən,  yəni  normadan  az  olduğunu 

bildirir.  Bu  üsulla  yaranan  sifətlər  formaca  dəyişir,  yəni  adi  dərəcədə  olan  sifətlərə  şəkilçilər 

artırılır: qaraşın, sarışın, uzunsov, dəlisov, sarımtıl, ağımtıl 

Sintaktik üsulla azaltma dərəcəsi təhər, kəm, ala, açıq sözlərinin  köməyi ilə düzəlir. Təhər 

və kəm sözləri ilə düzələn sifətlər bitişik, ala və açıq sözü ilə düzələnlər defislə yazılır. 



3.

  Sifətin çoxaltma dərəcəsi 

Ə

lamətin adi dərəcədən çox olduğunu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir: 



Çoxaltma dərəcəsi də iki üsulla yaranır: 

l.Morfoloji üsulla: 

a)Adi dərəcədə olan sifətin sonuna -ca

2

 şəkilçisi artırmaqla: zorbaca, yaxşıca.  stisna: 




Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə