Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   ...   18

 

       2)Cingiltili  samitlərin  yaranmasmda  səs  telləri  iştirak  etdiyi  üçün  küylə  yanaşı,  avaz  da 



olur.  

     Yaranma və səslənmə ardıcıllığına görə kar və cingiltili samitlər bir-biri ilə qarşılıq təşkil 

edir.  

 

Sual 8.Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında yazın. 

Söz  dilin  əsas  vahididir.  Dildəki  sözlərin  hamısı  birlikdə  dilin  lüğət  tərkibini,  yəni 

leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. 

Leksikologiya  yunanca  iki  sözdən-lexikos  (söz)  və  loqosdan  (təlim)  ibarətdir. 

Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. 

Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün 

birbaşa  ifadə  etdiyi  mənaya  onun  leksik  mənası  deyilir.  Sözlərin  leksik  mənası  izahlı 

lüğətlərdə  öz  ifadəsini  tapır.  Məs.:  Kərə-əridilmiş  yağ,  şit  yağ;  Maya  -  I.Qıcqırma  əmələ 

gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul, II.Dişi dəvə. 

Sözün  leksik  mənası  ilə  yanaşı,  qrammatik  mənası  da  olur.  Məs.:  Dəryaz  sözünün  ot 

çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim olması, 

adlıq halda işlənməsi isə qrammatik mənasıdır. 

Ə

sas  nitq  hissələrini  təşkil  edən  bütün  sözlər  leksik  və  qrammatik  mənaya  malik  olur. 



Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. 

zahlı  lüğətlərdə  sözlərin  leksik  mənaları,  orfoqrafıya  lüğətində  onlarm  düzgün  yazılış 

qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. 

Lüğətlərin  növləri  çoxdur:  orfoqrafiya,  orfoepiya,  leksika,  termin  lüğətləri  və  s.  Bunların 

hamısında sözlər əlifba sırası ilə düzülür. 

>  Bütün sözlərin leksik mənası olmur. 

>  Sözün leksik mənası onun məzmununu əks etdirir. 

>

  Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə 



xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir. 

Bütün sözlərin və hətta şəkilçilərin  qrammatik mənası olur. 

 

Sual 9. Təkmənalı  və coxmənalı sözlər nəyə deyilir? 

Yalnız  bir  leksik  mənası  olan  sözə  təkmənalı  söz  deyilir.  Məs.:  moruq,  böyürtkən, 

avtobus, yaşıl və s. 



Eyni  leksik  məna  ilə  bağlı  bir-birinə  yaxın  müxtəlif  mənaları  bildirən  sözə  isə 

çoxmənalı  söz  deyilir.  Məs.:  üz-adamın  üzü,  suyun  üzü,  yorğanm  üzü;  göz  -  adamın  gözü, 

bulağın gözü, şkafın gözü və s. 




 

Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məs.: 



Həqiqi məna: 

Məcazi məna: 

polad balta (isim) 

polad bilək (isim)

 

gözəl mənzərə (sifət) 



gözəl fikir (sifət)

 

Bu  zaman  həmin  sözlər  və  birləşmələr  bir-biri  ilə  oxşar  əlamətlərə  malik  əşyaları  ifadə 



edir. Beləliklə, sözlərin çoxmənalılığı  yaranır. Məs.: alovun dili,  çəkmənin dili, insanın dili, 

heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində “dil” leksik 

vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib. 

Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və 

hərəkəti bildirir. Məs.: kağız sözü bir neçə mənada işlənir. Kağız-üzərində yazı yazılan, yazı 

çap edilən xüsusi materialdır. Kağız-hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.). Bu 

mənaların ikisində də bir-birinə yaxınlıq var. 

  Bütün sözlər çoxmənalı ola bilməz. 



  Çoxmənalı sözlər, əsasən,bədii üslubda işlədilir. 

     Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. 

Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur. 



Sual 10.Omonim, sinonim  və antonimlər  barədə yazın. 

Çoxmənalı  sözlərdə  mənalardan  biri  əsas,  digərləri  isə  ondan  törəmə  olur.  Yəni 

çoxmənalılıq  sözün  əsas  mənasının  məcazlaşması  yolu  ilə  yaranır.  Məs.:  ət  maşını,  minik 

maşını, təbliğat maşını və s. 

Ə

gər  sözün  mənaları  arasında  heç  bir  bağlılıq  yoxdursa,  deməli,  bunlar  ayrı-ayrı  leksik 



vahidlərdir, yəni omonimlərdir. Məs.: ləpə-su dalğası, ləpə-qoz 

ləpəsi.Deyilişi  və  yazılışı  eyni  olan,  lakin  leksik  mənalarına  görə  tamamilə 



fərqlənən sözlərə omonimlər deyilir. 

•  Lüğətlərdə  omonimlər  ayrı-ayrı  sözlər  kimi  verilir  və  onların  üzərində 

sıra nömrəsi qoyulur: 

Divan

1

  -  oturmaq  üçün  vasitə  Divan

2

  -  şeirlər 

külliyyatı 

Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-

ayrı  mənaları  bildirir.  "Balıq  tutmaq"  sözü  ilə 

kiminsə  "fikrini  tutmaq"  birləşmələrindəki  "tut" 

sözləri çoxmənalıdır, amma "tut yemək" birləşməsi 

ilə  "topu  tut"  ifadələrindəki  "tut"  sözləri 

omonimdir. 

  Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur. 



  Çoxmənalı  sözlərdən  fərqli  olaraq,  omonimlər  həm  eyni,  həm  də  ayrı-ayrı  nitq 

hissələrinə  aid  olur.  Məs.:  "adamın  üzü",  "kitabın  üzü"  ifadələrindəki  "üz"  sözləri 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə