Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   ...   18

 

        Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə 



dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir 

neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 



        Dilimiz  oğuz  qrupuna  daxildir,  bu  qrupa    həmçinin  Türkiyə  türkcəsi, 

türkmən  və  qaqauz  dilləri  aid  edilir.  Oğuz  qrupundan  olan  dillərin  formalaşması 

eramızın  birinci  minilliyində  başa  çatır.  XVI  əsrdən  etibarən  Azərbaycan dili  milli dil 

kimi  yetişmiş  və  oğuz  qrupuna  daxil  olan  digər  dillərdən  fərqli  keyfiyyətlər 

qazanmışdır.  Qazax,  qırğız,  tatar,  başqırd,  qumıq    dilləri  qıpçaq  qrupunu  təşkil  edir. 

Qarluq qrupuna isə özbək, uyğur və salur dilləri daxildir.  

        Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir 

çox ölkələrdə yaşayan  azərbaycanlıların ana  dilidir. 50 milyondan çox azər- 

baycanlı bu dildə danışır. 

        Azərbaycan  dili  müstəqil  respublikamızın  dövlət  dilidir.  Azərbaycan 

Respublikasının  bütün  dövlət  orqanlarında  yazılı  və  şıfahi  əlaqə  işləri  Azərbaycan 

dilində aparılır. Yəni dövlət idarələrində vəzifə tutan müxtəlif  xalqların nümayəndələri 

öz işlərini məhz Azərbaycan dilində  həyata keçirirlər.  

        Dövlət dilinin vahidliyi demokratizmi ilə səciyyələnir. 

Ölkəmizdə

  yaşayan azsaylı 

xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında ana dilində ünsiyyət saxlamaq 

hüququ vardır. 

 

    Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər HeydəƏliyevin rolu  



haqqında məlumat yazın. 

Görkəmli  ictimai-siyasi  xadim,  ulu  öndərimiz  Heydər  Əliyevin  hərtərəfli  yaradıcılıq 

fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və mədəniyyət, dil və millət, dil və tarix, 

dil  və  ədəbiyyat,  dil  quruculuğu  kimi  önəmli  sosiolinqvistik  məsələlər  də  xüsusi  yer  tutur. 

Bütün  böyük  siyasi  xadimlər  kimi  Heydər  Əliyev  də  öz  xalqının,  öz  ölkəsinin  iqtisadiyyatı, 

maddi  rifah  halının  yaxşılaşması  ilə  bərabər,  onun  ümummədəni  tərəqqisinin  də  qayğısına 

qalmış, yaşadığı ölkənin, mənsub ölduğu xalqın dünyanın ən inkişaf etmiş ölkələri və xalqları 

səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.  

Hər  bir  millətin  inkişafında  onun  ən  mühüm  varlıq  və  yaşam  amili  olan  milli    dilinin 

müstəsna rolu vardır.  Təsadüfi deyildir ki, Heydər Əliyevin dil  doktrinasında  dil amili başqa 

amillərdən  uca  tutulur.  Azərbaycan  Respublikasının  yeni  Konstitusiya  layihəsini  hazırlayan 

komissiyanın  dövlət  dili  məsələsinə  həsr  olunmuş  iclaslarından  birində  o  deyir:  « ndi  biz 



dilimizdə  sərbəst  danışırıq  və  hər  bir  mürəkkəb  fikri  ifadə  etməyə  qadirik.  Bu,  böyük 

nailiyyətdir.  Bu,  iqtisadi  və  başqa  nailiyyətlərin  hamısından  üstün  bir  nailiyyətdir  ki, 

bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın 

hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik». 

Dili  iqtisadi  və  başqa  nailiyyətlərin  hamısından  üstün  nailiyyət  sayan  ulu  öndər  Heydər 

Ə

liyev  1960-cı  illərin  sonundan  başlayaraq  öz  zəngin  təcrübəsi,  yüksək  intellekti,  milli 



mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli dil siyasəti 

işləyib  hazırlamış  və  bütün  çətinliklərə  sinə  gərərək  onu  dönmədən  həyata  keçirmiş, 

Azərbaycan  dilinin  dövlət  dili  olması,  xalqımızın  mənəvi  mövcudluğunun  əsas  amillərindən 

olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır. 




 

Ümummilli  liderimiz  Heydər  Əliyevin  ana  dilinə  qayğısı  və  diqqəti  sonrakı  illərdə  də 



davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul edilən zaman 

onun  göstərdiyi  təşkilati  fəaliyyət  də  çox  böyük  olmuşdur.    Bəlli  olduğu  kimi,  o  vaxt 

respublikalarda  qəbul  olunmuş  konstitusiyaların  heç  birində  ana  dili  dövlət  dili  kimi  qeyd 

olunmamışdı.  Zaqafqaziya  respublikalarından  başqa  digər  respublikalar  üçün  belə  problem 

artıq  mövcud deyildi. Azərbaycanda  isə dövlət dili maddəsi uğrunda qızğın mübarizə gedirdi. 

Ümummilli  lider  o  günləri  xatırlayaraq  deyirdi:  «1977-78-ci  illərdə  biz  yeni  konstitusiyanı 

qəbul  edərkən  bu  məsələ,  şübhəsiz  ki,  əsas  məsələlərdən  biri  idi.  Biz  yeni  konstitusiyada 

Azərbaycanın  dövlət  dilinin  Azərbaycan  dili  olması  barədə  maddə  hazırladıq.  Qeyd  etdiyim 

kimi,  mən  həmin  konstitusiyanı  hazırlayan  komissiyanın  sədri  idim  və  bu  işlərə  rəhbərlik 

edirdim...”  



Sual 6 Fonetika haqqında ümumi məlumat yazın

 

Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir: səslər, hərflər, sözlər, cümlələvə s. 



Fonetikada  öyrənilən  səslər  və  hərflər  dilin  ən  kiçik    vahidləridir. Ümumilikdə fonetika 

danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı və səsdüşümü fonetikanın 

mövzuları  sırasına  daxildir.  Fonetika  yunan  sözü  olub  "fone"  (səs)  və  "tika"  (elm) 

sözlərindəəmələ gəlib. 

Danışıq  zamanı  tələffüz  etdiyimiz  səslər  danışıq  səsləri  adlanır.  Danışıq  səslərinin 

yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağ ciyər, nəfəs 

borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq səslərinin 

yaranmasında  iştirak  edir.  Ən  fəal  danışıq  üzvü  dildir.  Danışıq  səsləri  şifahi  nitqin 

vahidləridir. Yazılı nitqdə isə bu, hərflərdə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə 

görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və oxunur(görünür). 

Sual 7 Sait və samit səslərin təsnifatı haqqında məlumat yazın. 

Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların 

və  dilin  müəyyən  vəziyyətlərə  düşməsi  ilə  əlaqədar  saitlərin  müxtəlif  növləri  yaranır. 

Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir: 

1.

  Dilin üfüqi vəziyyətinə görə:a) dilarxası və ya qalın saitlər: a,ı,o,u 

 

b)dilönü və ya incə saitlər: ə,i,ı,ö,ü,e 

2.Dilin şaquli vəziyyətinə görə: a) qapalı və ya dar saitlər: ı, i, u, ü 

 

b) açıq və ya gen saitlər: a,ə,o,ö,e 

3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə: a) dodaqlanan: o,ö,u,ü 

                                                     b) dodaqlanmayan saitlər: a,ə,ı,i,e 

Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Səs tellərinin iştirakına 

görə samit səslər iki növə bölünür: kar, cingiltili 

       l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydəibarət 

olur. 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə