Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

Adlıq 

 Vətən 

 

  Kim? nə? hara? 



Yiyəlik 

Vətənin 


 

kimin? nəyin?haranın?      

nnnnnnnnnnnnnnnnnnnə 

Yönlük 

Vətənə  


aaaaa 

 

kimə? nəyə? haraya? 



Təsirlik 

 Vətəni 


 

kimi? nəyi? haranı? 



 Yerlik 

Vətəndə 


 

kimdə? nədə? harada? 



Çıxışlıq 

Vətəndən 

 

kimdən? nədən?   haradan?       



 Adlıq hal 

Ə

sasən  kim?(ata),  nə?  (qəzet),  bəzən  də  hara?  (Təbriz)  sualını  tələb  edir. 

Lüğətlərdə  isimlər  adlıq  halda  verilir.  Adlıq  halın  xüsusi  şəkilçisi  yoxdur.  Adlıq  halda 

olan isimlər cümlədə daha çox dörd mövqedə işlənir: 1 .Mübtəda: Vətən hamımızın baş 

tacıdır.  2.Xəbər:  Hamımızın  baş  tacı  vətəndir.  3.Təyin:  Daş  bina  möhkəm  olar. 

4.Xitab:Vətən, səndən ötrü can verməyə hazırıq. 

Adlıq halda olan isim cəm, mənsubiyyət və şəxs şəkilçiləri qəbul edə bilər.Bu şəkilçilər ayrı-

ayrılıqda və eyni zamanda ismin başlanğıc formasına qoşula bilər: kitab-kitablar-kitablarım-

kitablarımdır. 

Yiyəlik hal 

Yiyəlik halda olan isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər 

arasında  aidlik,mənsubluq  mənası  yaradır.  Xüsusi  şəkilçisi:  -ın

4

,  -nın



Sualları:  kimin? 

nəyin? haranın? 

       Yiyəlik  halda  olan  isimdən  sonra,  adətən,  mənsubiyyət  şəkilçili  söz  gəlir  və  söz 

birləşməsi  yaranır.  Bu  cür  söz  birləşməsinin  birinci  tərəfi  yiyəlik  (sahiblik),  ikinci  tərəfi  isə 

mənsubluq (aidlik) bildirir. 



Yönlük hal 

Yönlük halda olan isimlər cümlədə, əsasən ,tamamlıq və yer zərfliyi olur.  

Sonu açıq saitlə bitən isimlər yönlük halda fərqli tələffüz edilir: komaya [komuya], xalaya 

[xalıya] və s. 

Təsirlik hal 

Təsirlik  hal  hərəkətin  hansı 

əş

ya üzərində icra olunduğunu bildirir. Yiyəlik 



hal kimi, təsirlik hal da iki cür 

olur:  l.Müəyyən  təsirlik  hal;  2.Qeyri-



əyyən təsirlik hal. 

əyyən  təsirlik  halda  olan  isimlər  -ı

4

,  -nı



4

  (Nitqdə  bəzən  müəyyən  təsirlik  hal  yalnız  -n 

bitişdirici  samiti  ilə  düzəlir:  Almasın,  heyvasın,  narın  yemədim.)  şəkilçilərini  qəbul  edir. 

Kimi?  nəyi?  haranı?  suallarına  cavab  olur:  Əlini  (kimi?)  bura  çağır.  Kitabı  (nəyi?)  mənə 

ver. Şəhəri (haranı?) bulud aldı. 

Qeyri-müəyyən təsirlik hal isə şəkilçi qəbul etmir və nə? sualına cavab olur. Cümlədə daha 

çox hərəkət bildirən sözlə yanaşı gəlir. Məs.: Rəssam divardan şəkil (nə?) asdı. Bu cümlədəki 

 



12 

 

qeyri  -müəyyən  təsirlik  hallı  ismi  asanlıqla  müəyyən  təsirlik  hala  çevirmək  olar:  Rəssam 



divardan şəkli (nəyi?) asdı. Müəyyən və qeyri-əyyən təsirlik halın əsas oxşar cəhətlərindən 

biri odur ki, hər ikisi təsirli fellərlə əlaqəli olur.  stisna hallarda müəyyənlik bildirən təsirlik hal 

təsirsiz fellərlə də əlaqəyə girir: Yayı dincəlmədim. 

Yerlik hal 

Yerlik hal hərəkətin icra olunduğu yeri bildirir və kimdə?, nədə?, harada? suallarına cavab 

olur.Yerlik  halda  olan  isimlər  -da

2

  şəkilçisini  qəbul  edir.  Cümlədə  kimdə?  nədə?  suallarına 



cavab  verdiyi  zaman  tamamlıq,  harada?  sualına  cavab  verdiyi  zaman  isə  yer  zərfliyi  və 

kimdədir?,  nədədir?  suallarına  cavab  verdiyi  zaman  xəbər  olur.  Məs.:  Kitabda  (nədə?) 

maraqlı mövzular var. Adamlar 

parkda (harada?) dincəlir. Qoşunlar sərhəddədir (hardadır?). 

Çıxışlıq hal 

smin çıxışlıq halı hərəkətin başlanğıc yerini və çıxış nöqtəsini bildirir və kimdən? nədən? 



haradan?  suallarına cavab verir.  Çıxışlıq  halda  isimlər  -dan

şə



kilçisini  qəbul  edir.  Cümlədə 

tamamlıq,  zərflik  və  bəzən  də  xəbər  kimi  iştirak  edə  bilir.  Məs.:  Ağacdan  (nədən?)  budaq 

qırdım. Qədir kənddən (haradan?) uzaqlaşdı. Məktub kənddəndir (haradandır?). 

smin çıxışlıq halı yönlük halda ifadə olunan fıkrin əksini bildirir.Yönlük hal hərəkətin son, 

çıxışlıq hal isə başlanğıc nöqtəsini bildirir. 



 

Sual 14.Tək və cəm isimlər nəyə deyilir

 

simlər kəmiyyət baxımından tək və ya cəm olur.  smin ifadə etdiyi əşya iki və ya daha artıq 

olsa,  o  zaman  -lar

2

  şəkilçisi  qəbul  edir.  simlərin  tək  və  ya  cəm  olması:  şəhər-şəhərlər,  odun-



odunlar,  maşın-maşınlar 

və  s.  Cəmlənmək  daha  çox  ümumi  isimlərə  aiddir.  simdən  əvvəl 

müəyyən  miqdar  sayı  gələrsə,  isim  cəm  şəkilçisi  qəbul  etmir:  beş  kitab,  altı  durna  və  s.  Beş 

kitablar olmaz. 

stisna hallarda bədii xüsusiyyət daşıyaraq xüsusi isimlər də cəm şəkilçisi qəbul edir: 

Öldü  Balaşları  öldürən  əsgər,  Öldü  Gülüşləri  güldürən  əsgər.      (M.Müşfıq)  Xüsusi  isimlə



cəşəkilçisi qəbul etdiyi zaman böyük hərflə yazılır.  

1.

   Sözün son samitindən asılı olaraq, cəm şəkilçisinin ilk samiti fərqli tələffüz oluna 



bilər. Bu daha çox sonu t, n, z, və samitləri ilə bitən sözlərdə özünü göstərir: canlar 

[cannar],  qızlar  [qızdar],  şairlər  [şairrər].  2.  -lar

2

  şəkilçisi  bəzən  mənsubluq  və  ya 



xəbərlik anlayışı da bildirir: onların anaları, bunlar uşaqdırlar və s. 

Elə  isimlər  var  ki,  onlar  cəm  şəkilçisi  qəbul  etmədən  say  etibarı  ilə  çoxluq,  topluluq 

bildirir. Məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, şüəra, 

ə

hali, alay və s. Bunlara toplu isimlər deyilir. Topluluq bildirən isimlər qrammatik cəhətdən 



tək  isimlərdir.Toplu  isimlər  cəm  şəkilçisi  qəbul  edə  bilir.  stisna  olaraq  camat,  şüəra,  əhali, 

üləma sözləri cəm şəkilçisi qəbul etmir. 



 


Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə