Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

18 

 



 Əşyanın konkret sayını bildirir. beş bina. 

 Müəyyən miqdar sayı, adətən, neçə?  nə qədər?suallarına cavab verir. 



 Quruluşca sadə və mürəkkəb (tərkibi) olur: beş, üç, on beş, əlli iki. 

 Dilimizdə quruluşca sadə olan 23 miqdar sayı var. 



• Müəyyən  miqdar  sayından  sonra  gələn  isim  həmişə  təkdə  olur:  iki 

kompyuter, bir vərəq. 

 Müəyyən miqdar sayı yazıda həm rəqəmlə (5), həm də hərflə (beş) yazıla bilir. 



 Müəyyən miqdar sayı ilə isim arasında çox vaxt numerativ sözlər işlənir: beş nəfər kişi, üç 

baş  qoyun,  iki  dənə  kitab,  üç  sap  mirvari.  Bu  nümunələrdə  nəfər,  baş,  dənə,  sap  sözləri 

numerativ  sözlərdir.  Aşağıdakı  sözlər  də  numerativ  söz  kimi  işlənə  bilir:  tikə,  ədəd,  çimdik, 



stəkan, otaq, cüt, dəst, qab vedrə, kilo, qram, metr, litr, top, vaqon, göz, kasa, sap 

və s. 


2.

  Qeyri-müəyyən miqdar sayları 

•  Qeyri-müəyyən  miqdar  sayları  əşyanın  təxmini  miqdarını  bildirir  və  yalnız  nə  qədər? 

sualına  cavab  verir.  Məs:  az,  çox,  bir  az,  bir  qədər,  bir  sıra,  az-çox,  çoxlu,  azacıq,  minlərlə

yüzlərcə, xeyli, beş-altı, bir çox və s.

 



  Qeyri-müəyyən  miqdar  sayları  quruluşca  sadə,  düzəltmə  və  mürəkkəb  olur:  az, 

azacıq, üç-dörd.

 



  Az, çox sayları ədatla işlənə bilir: ən az maşın, lap çox insan. 

Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə olur: bir çox məktəblər. 

•  Çox,  onlarla,  yüzlərcə  saylarından  sonra  gələn  isimlər  həm  təkdə,  həm 

də cəmdə işlənə bilər: onlarla müəllim, onlarla müəllimlər. 

Yerdə qalan qeyri-müəyyən miqdar saylarından sonra gələn isim həmişə təkdə olur. 

3.

  Kəsr sayları 

Kəsr sayları tamın hissəsini və ya tam və hissəni bildirir: üçdə bir, üç tam onda dörd. 

  Kəsr sayları nə qədər?, neçə hissə? suallarına cavab verir. 



  Bu saylar müəyyən miqdar sayları və -da

2

 hal şəkilçisinin köməyi ilə yaranır. 



  Kəsr sayları, adətən, mənsubiyyət şəkilçisi ilə birlikdə işlənir.  

  Qeyd: Kəsr sayları  rəqəmlərlə yazılanda vergüldən də istifadə olunur: 3,5 



II Sıra sayları 

Sıra sayları əşyanın sırasını bildirir: birinci sinif, axırıncı mərtəbə. 

  Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən də hansı? sualına cavab verir. 



  Sıra saylarından sonra gələn isim cəmdə də ola bilər, təkdə də: 10-cu sinif, 10-cu 

siniflər. 

  Sıra  sayları,  əsasən,  müəyyən  miqdar  saylarına,  əvvəl,  axır,  son  zərflərinə  və  filan 



ə

vəzliyinə  -ıncı

4

  şəkilçisi  artırmaqla  yaranır:  ikinci,  axırınci,  sonuncu.    Sonu  saitlə  bitən  



sözlərdə  -ncı

4

  kimi  yazılır:    yeddinci,  altıncı.    Sıra  saylarının  müxtəlif  yazı  formaları  var: 



birinci;  1-ci;    I;       1.;     1) 

 



19 

 

Sual 21. Felin təsriflənən formaları, əmr və xəbər  şəkilləri barədə məlumat yazın. 



         Fellər iki böyük qrupa  ayrılır:  

        1.   Təsriflənən formalar.         2. Təsriflənməyən formalar. 

        Felin şəxsə, kəmiyyətə və zamana görə dəyişən formalarına təsriflənə



formalar deyilir. Felin təsriflənən formalarına  felin şəkilləri daxildir. 

        Felin şəkilləri danışan şəxsin görülən işə münasibətini bildirir. Danışanın 

münasibətinə görə  işin icrası: a) tələb oluna bilər, b) arzu edilə bilər; c) vacib sayılar; d) 

müəyyən şərtlə bağlı olar;  e) müəyyən bir vaxtda müəyyən şəxs tərəfindən yerinə 

yetirilə bilər və s. Bütün bunlar  fel şəkillərinin məzmununu təşkil edir.  Dilimizdə  felin 6 

şə

kli vardır: 1) əmr şəkli, 2) xəbər şəkli, 3) arzu şəkli, 4) lazım şəkli, 5) vacib şəkli, 6) şərt 



şə

kli. 


        Əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirən fel şəklinə  felin əmr şəkli  deyilir. 

Ə

mr şəklinin xüsusi şəkilçisi yoxdur. O, felin kökünə və ya başlanğıc formasına



 

şə

xs 



şə

kilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir. Məs: qal -ım, qal, qal -sın, qal- aq, 



qal-ın, qal-sın(lar)  

və s. 


        Əmr şəkli zamanlara görə dəyişmir. Amma felin bu şəklinin məzmununda indiki 

yaxud gələcək zaman anlayışı olur. 



       Felin xəbər şəkli işin nə zaman və neçənci şəxs tərəfindən həyata keçirildiyini (və 

ya  keçirilmədiyini)  bildirir.  Felin  xəbər  şəklinin  xüsusi  qrammatik  əlaməti  olmur, 



zaman və şəxs şəkilçiləri ilə düzəlir.Yəni xəbər şəklində fellər zamana və şəxsə görə 

dəyişir.  Dilimizdə  felin  üç  zamanı  var:  keçmiş,  indiki  və  gələcək  zamanlar.  Keçmiş 

zaman iki cür olur: şühudi keçmiş və nəqli keçmiş. 

       Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və 

-dı


şə

kilçisi  ilə  düzəlir. şin  neçənci  şəxs  tərəfindən  yerinə  yetirildiyini  göstərmək 



məqsədilə  fellərə  müvafiq  şəxs  şəkilçiləri  artırılır.  Məs:  tut-du-m,  tut-du-n,  tut-du,tut-

du-q, tut-du-nuz, tut-du-lar 

və s. 


        Nəqli keçmiş zaman keçmişdə icra edilmiş iş, hərəkət haqqında nəql etmək yolu  

ilə məlumat verir. Nəqli keçmiş zaman -mış

4

 şəkilçisi ilə düzəlir. Məs: yaz-mış-am, yaz-



ş-san, yaz-mış-dır; yaz-mış-ıq, yaz-mış-sınız, yaz -mış-lar 

və s. Şifahi nitqdə II şəxsin 

təkində və cəmində -mış

4

 şəkilçisinin son samiti düşür. Məs: sat-mış-san əvəzinə sat-



mı-san, sat-mış-sınız 

yerinə sat-mı-sınız. Nəqli keçmiş II və III şəxsdə -ıb

4

 şəkilçisi 



vasitəsilə də əmələ gəlir. Məs: al-ıb-san, al-ıb-(dır),al-ıb-sınız, al-ıb-lar. 

         ndiki  zaman  hərəkətin  söhbət  gedən  vaxt  icra  edildiyini  bildirir.  ndiki  zaman 

fellərə  -ır

4

  şəkilçisini  artırmaqla  düzəlir.  Məs.:  yaz-ır,  qorx-ur,  və  s.  Fellər  indiki 



zamanın inkarına görə dəyişəndə inkar şəkilçisinin (-ma, -mə) saiti düşür. Məs: bil-m-

ir-əm

gör-m-ür

       Gələcək  zaman  işin  gələcəkdə  icra  ediləcəyini  bildirir.  ki  cür  olur:  qəti  gələcək, 

qeyri-qəti gələcək. 



        Qəti  gələcək  zaman  felə  -acaq

2

  şəkilçisini  artırmaqla  düzəlir.  Məs:  qalacağam, 

qalacaqsan,qalacaq,  qalacağıq,  qalacaqsınız,  qalacaqlar.

  -Acaq



2

  şə

kilçili  felə  saitlə 

başlanan şəxs şəkilçiləri artırdıqda samiti ğ, k samiti isə samitinə keçir; məs.: ya-

tacağam, siləcəyə

və s.                                                               



       Qeyri-qəti gələcək zaman felə -ar

2

 şə

kilçisini artırmaqla düzəlir, məs.: tap-ar,bil-

ə

və s. Fellər qeyri-qəti gələcək zamanın inkarı üzrə dəyişdikdə inkar şəkilçisinin  saiti 




Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə