Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

20 

 

düşür. II və III şəxsdə isə səsi z səsinə keçir. Məs.: dur-m-ar-am (I şəxs),dur-m-az-san 



(II şəxs), dur-m-az (III şəxs).   

 

  Sual  22.  Felin arzu, vacib, lazım və şərt şəkilləri barədə nə bilirsiniz? 



 

        Felin arzu şəkli  işin gələcəkdə icrasının arzu edildiyini bildirir. Arzu şəkli felə --a

2

 

şə



kilçisinin artırılması ilə düzəlir. Məs: yaz-a-m, yaz-a-san, yaz-a, yaz-a-q, yaz-a-sınız, 

yaz-a-lar . Fel saitlə qurtararsa, şəkilçinin əvvəlinə y samiti əlavə edilir, məsələn: saxla-



ya,  gözlə-yə.

 Arzu şəklində feldən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir, 

məsələn: gərək (kaş) bil-ə-m, gərək (kaş) gəl-ə-siniz və. 

         Arzu şəklinin şəkilçisi ilə felin əmr şəklinin I şəxs cəminin şəxs şəkilçisi –aq; 

-  ək  bəzən  cümlədə  qarışdırılır.  Bunları  yalnız  cümlənin  üslubundan  müəyyən  etmək 

olar. Kaş oxu-y-a-q: burada  -a arzu şəklinin şəkilçisi, -q isə xəbərlik şəkilçisidir, gəl 



oxu-y-aq sözündə isə -aq birbaşa xəbərlik şəkilçisidir. 

         Felin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildirir. 

malı

2

 şəkilçisi ilə düzəlir, şəxs sonluqları qəbul edərək şəxsə görə dəyişir. Məsələn: dinlə-

məli-yəm, dinlə-məli-sən, dinlə-məli-dir, dinlə-məli-yik, dinlə-məli-siniz, dinlə-məli-dirlər. 



         Felin  lazım  şəkli  icra  ediləcək  işin  lazım  olduğunu  bildirir,  fellərə  -ası(-yası)

2

 

şə

kilçisini  artırmaqla  düzəlir,  müvafiq  şəxs  şəkilçiləri  qəbul  edir:  oxu-yası-yam,  oxu-



yası-san,  oxu-yası-dır,  oxu-yası-yıq,  oxu-yası-sınız,  oxu-yası-dırlar.

Lazım  şəklinin 

inkarı deyil sözü ilə işlənir: alası deyiləm, alası deyilsən, alası deyil, alası deyilik, alası 

deyilsiniz,  alası  deyillər.

Göründüyü kimi,  şəxsə və kəmiyyətə görə dəyişən deyil sözü 

oldu. 

        Felin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir. Şərt şəkli 

felə -sa



2

 şəkilçisinin artırılması ilə düzəlir: al-sa-m, al-sa-n, al-sa, al-sa-q, al-sa-nız, al-sa-

lar. 

       Şə

rt şəklində olan fellərdən əvvəl bəzən əgər bağlayıcısı da işlədilir, məsələn: əgə



qaçsam, əgər tullasan, əgər işləsə.

 

        Felin şərt şəkli müstəqil  cümlənin  xəbəri ola bilmir.  O  yalnız  mürəkkəb  cümlədə 



asılı  cümlənin  xəbəri  olub,  hərəkətin  icrasını  müəyyən  şərtlə  bağlayır.  Məsələn:  Əgə

oxumaq istəsən, mənim kitabımı götürərsən. 

 

  Sual 23. Təsriflənməyən fel formalarından məsdər və onun xüsusiyyətləri barədə 

məlumat yazın. 

            

       Şəxsə və kəmiyyətə görə dəyişməyən fel formaları felin təsriflənməyən formaları 



adlanır.  Məsdər,  feli  sifət  və  feli  bağlama  felin  təsriflənməyən  formalarıdır. 

Təsriflənməmələrinə  baxmayaraq,  onlar  felin  təsdiq-inkar,  təsirli-təsirsiz  olmaq,  növ 

bildirmək  kimi  bəzi  əsas  xüsusiyyətlərini  qoruyub  saxlaya  bilirlər.  Felin  əsas 

xüsusiyyətlərini  saxlamaqla  yanaşı,  bu  formalar  ikinci  bir  nitq  hissəsinin  əlamətlərinə 

də malik olurlar.  Belə ki, felin xüsusiyyətlərindən əlavə məsdər eyni zamanda ismin, 

feli sifət sifətin, feli bağlama isə zərfin xüsusiyyətlərini də daşıyır. 




21 

 

        Həm felin, həm də ismin xüsusiyyətlərinə malik olan sözlərə məsdə deyilir. 



Məsdər  -maq

2

  şəkilçisinin (bəzən də onun qısa forması olan -ma

2

 şəkilçisinin) köməyi 



ilə yaranır: oxumaq, gəlmək, yazmaq, gülmək və s.  

        Məsdərin felə aid xüsusiyyətləri: 

                                                  

       1. Fel və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir (qrammatik mə-naları 

isə müxtəlif olur); məsələn, apar və aparmaq sözlərinin leksik mənaları ara-sında fərq 

yoxdur. Hər ikisi hərəkət bildirir. 

       2. Məsdər  təsdiq və inkarda olur. Məsələn: aparmaq və aparmamaq. 

          3. Məsdər  felin müxtəlif qrammatik məna növlərini bildirir. Məs.: yazmaq (məlum 

növ), yazılmaq (məchul növ), yazışmaq (qarşılıq növ), yazdırmaq (icbar növ).  

          4. Məsdər  təsirli və ya təsirsiz olur: görmək- təsirli, qaçmaq - təsirsiz. 

          5. Məsdər də fel kimi ətrafına söz toplaya bilir, məsdər tərkibi əmələ gətirir.     

        Məsdər tərkibi bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur, məsələn:  dmanla 



məşğul olmaq sağlamlıqdır

 cümləsində idmanla məşğul olmaq birləşməsi məsdər 

tərkibidir, mürəkkəb mübtədadır. 

        Məsdərin ismə aid xüsusiyyətləri bunlardır: 

        1. Isim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məsdərin isim kimi hallanması: 

aparmaq, aparmağın, aparmağa, aparmağı, aparmaqda, aparmaqdan. Məsdərin 

mənsubiyyət şəkilçisi qəbul etməsi: (mənim) aparmağım, (sənin) aparmağın, (onun) 

aparmağı, (bizim) aparmağımız, (sizin) aparmağınız, (onların) aparmağı. 

        2.  sim kimi cümlənin mübtədası, tamamlığı ola bilir: Oxumaq (nə?) hamı üçün 

faydalıdır. Oxumağı (nəyi?) sevirəm və s. 

        3. III şəxsdə xəbər şəkilçisi (-dır

4

qəbul edib cümlədə ismi xəbər olur (feli xəbər 

ola bilmir). Məsələn: Onun hobbisi üzməkdir. 

        4.Qoşmalarla  işlənə   bilir. Məsələn: tapmaq üçün, oxumaqdan ötrü, baxmağ



görə 

və s. 


         Xatırladaq ki, III şəxsdə məsdər mənsubiyyətə görə dəyişərkən, bəzən -maq

2 

 şəkilçisi 



-ma

2

 şəklinə düşür: quşların oxu-mağ-ı əvəzinə quşların oxu-ma-sı kimi işlənir. 

         Məsdər ismin xüsusiyyətlərini daşısa da, isim kimi cəmlənə, sifətləşə bilmir.  

 

  Sual 24. Feli sifət, onun yaranma yolları, felə və sifətə aid xüsusiyyətləri nədə



ibarətdir? 

         

        Həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyan sözlər feli sifət adlanır. 

        Feli sifət düzəldən şəkilçilər bunlardır: 



       1.  -mış

4

  şəkilçisi  vasitəsilə keçmiş  zaman  mənalı  feli sifətlər  düzəldilir,  məsələn: 

veril-miş 

(vəd), qazıl-mış (torpaq), bat-mış (gəmi) və s. 

       2. Mənsubiyyət şəkilçisi ilə işlənən -dıq

4

 şəkilçisi hər üç şəxsin təkində və cəmində 

keçmiş zaman mənalı feli sifətlər düzəldir, məsələn: axtar-dığ-ımız (sənəd), bil-diy-im 

(iş), gör-dük-ləri (adam) və s. 

       3.  -an

2

  şə

kilçisi  vasitəsilə  indiki  zaman  mənalı  feli  sifətlər  düzəldilir,  məsələn: 



dayan-an 

(adam), gəl-ə(qız) və s. 




Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə