Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

16 

 

balaca

 adi dərəcədədir. 

b)Adi dərəcədə olan sifətin əvvəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son 

samiti m, p, r, s samitlərindən biri ilə əvəz olunur: Əgər həmin heca saitlə bitirsə, bu 

samitlərdən biri sadəcə olaraq hecaya qoşulur: gö-m-göy, do-s-doğma, qı-p-qırmızı, tə-r- 

təmiz. Ağappağ sözü bu üsulla yaransa da, göründüyü kimi, bir az fərqlidir. 

2. Sintaktik üsulla 

Adi  dərəcədə  olan  sifətlərin  əvvəlinə  lap,  daha,  ən,  olduqca  ədatları,  tünd  sözü  və  ya  düm  

hissəciyi artırılır: ən gözəl, lap qırmızı, tünd-göy, dümağ. 

Sual 18.Sifətin cümlədə rolu nədən ibarətdir? 

Sifətin  cümlədəki  birinci  sintaktik  vəzifəsi  izah  etdiyi  sözdən  əvvəl  gəlməsi-təyin 

olmasıdır,  lakin  bəzən  elə  olur  ki,  sifət  isimləşərək  həm  ismin,  həm  də  sifətin  vəzifələrini 

daşıyır: 

Sifət təyin kimi:  Bayağı (necə?) mahnı 

Sifət xəbər kimi:  Mənim dostum üzgündür. (necədir?) 

Sifət 

mübtəda 


kimi: 

Qoca 

(kim?) 


birdən 

dilləndi. 

Sifət  tamamlıq  kimi:      Arxadakını  (hansını?,  nəyi?)mən  aparacağam. 

Sifət zərf kimi: 



Sənsiz (necə) yaşaya bilmirəm. 

Bəzən  sifətlər  cümlədə  ismin  rolunda  çıxış  edə  bilir.  Bu  zaman  sifət  sifətə  məxsus 

xüsusiyyətlərini  itirərək  isimləşir,  amma  morfoloji  baxımdan  sifət  olaraq  qalır:  Gözəl  qızlar, 

gözəllər. Sifət isimləşərkən aşağıdakı xüsusiyyətlərini itirir:  

1.

  Əlamət və ya keyfiyyət bildirməsini; 



2

 . Sifətin suallarına cavab verməsini; 

3

 . Təyin olma xüsusiyyətini; 



4

 .  simdən əvvəl gəlmə xüsusiyyətini. 



Sifət isimləşərkən aşağıdakı xüsusiyyətləri qazanır:  

l. Ad bildirmək:  gid gəldi. 

2

 . Cümlənin mübtəda və tamamlığı olmaq: Dahiləyanılmırlar. Dəlidən ağıllı söz. 



3

 . Hallanır: şirin, şirinin, şirinəşirini, şirindəşirində 

4

 . Cəmlənir: cavanlar, yaxşılar 



Mənsubiyyətə  görə  dəyişmək:  qaragözüm,  qaragözün.  simsiz  işlənmə  xüsusiyyətini: 

oğrular, dəlilər. 

QEYD:  Ümumiyyətlə,  sifət  aid  olduğu  isimsiz  işlənərsə,  isimləşmiş  hesab  edilir.  stisna 

olaraq, birbaşa xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəri olduqda isimləşməyə də bilər: 

Bizi  xilas  edən  bu  igiddir  (kimdir?)- simləşmişdir.  Mənim  dostum  igiddir  (necədir)-




17 

 

cümləsində isə dostun keyfıyyəti vurğulandığı üçün isimləşmiş hesab edilmir. Lakin sifət ismə 



aid şəkilçidən sonra xəbər vəzifəsində çıxış edərsə, isimləşmiş sifət hesab olunur. Məs.: Bunlar 

bizim  qəhrəmanlardır.Sifət  isimləşsə  belə,  morfoloji  təhlil  zamanı  sifət  kimi  götürülür. 

Azaltma və çoxaltma dərəcəsinin şəkilçilərini qəbul etmiş sifətlər sadə   sifətlərdir. 

Sual19.Say haqqında ümumi məlumat yazın. 

sim əşyanın adını, sifət isə onun əlamətini bildirir. Əşyanın miqdarını və ya sırasını 

da əsas nitq hissəsi olan say bildirir. Say neçə?, nə qədər? neçənci? suallarına cavab verir. 

Sayla  sifət  arasındakı  oxşar  cəhətlər:  Hər  ikisi  isimlə  bağlı 

olur: igid oğul, beş uşaq. 

Hər ikisi isimdən əvvəl gəlir: igid oğul, beş uşaq. 

 Hər ikisi isimləşə bilir: igidlər, beşincilər. 



 Hər ikisi ədatla işlənə bilir: lap gözəl, lap çox. 

 Hər ikisi, əsasən, cümlədə təyin vəzifəsində çıxış edir: yaxşı adam, üç rəng 



 Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur. 

 Hər ikisi "hansı?" sualına cavab verə bilir: Birinci (hansı?)adam, bugünkü (hansı?) hadisə 



 

Qeyd: Əgər isim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, o zaman say sifətdən əvvəl 

işlənir: üç böyük bina. 



Sayla sifətin fərqli cəhətləri: 

 Say əşyanın  miqdarını, sifət əşyanın əlamətini bildirir. 



 Düzəltmə say, əsasən, saylardan, düzəltmə sifət isə müxtəlif nitq hissələrindən yaranır. 

• Saylardan  sonra  gələn  isimlər,  adətən,  cəmlənə  bilmir  (10  adam),  sifətdən  sonra 

gələn isimlər isə cəmlənə bilir (özəl insanlar). 



Sual 20. Sayın quruluşca və mənaca növləri barədə məlumat yazın . 

Saylar quruluşca üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb. 

Sadə saylar yalnız  bir kökdən ibarət olur: beş, az, xeyli, çox, üç. 

Düzəltmə saylar isə -ıncı

4

, -lu, -acıq, -larca



2

, -larla


2

 şəkilçiləri vasitəsi ilə düzəlir: 

Məsələn: birinci, yüzlərlə, minlərcə, çoxlu, azacıq. 

Mürəkkəb saylar yazılışına görə iki cür olur: 

 1. defislə yazılanlar: üç-dörd, əlli-altmış 



 2. ayrı yazılanlar: ikidə bir, on beş, bir qədər 

Sayların mənaca aşağıdakı növləri var: 



I Miqdar sayları 

Miqdar  sayları  mənaca  üç  yerə  bölünür:  əyyən  miqdar  sayları,  qeyri-müəyyən  miqdar 



sayları, kəsr sayları.  

1.

  Müəyyən miqdar sayları: 


Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə