Microsoft Word Azdili cavab imt docx


(qızıl),  güz  (payız),  ayıtmaq  (dem



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   ...   18

 

(qızıl),  güz  (payız),  ayıtmaq  (demək),  varmaq  (getmək),  dəyə  (komacıq),  qısqı  (sıxışdırma), 



qənşər  (qarşı,  tərəf),  bəndərgah  (düşmənin  keçə  bilməyəcəyi  yol,  keçid),  yazı  (çöl),  pitik 

(yazı), baqqal (dükançı), əllaf (taxıl, ot alverçisi) və s. 

Tarixizmlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə edilir. Hər hansı bir 

yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya digər surəti 

qabarıq  vermək  istədikdə,  dövrün  müəyyən  dil  xüsusiyyətlərini  nəzərə  çatdırmaq  istədikdə 

tarixizmlər işlədilir. 

Köhnəlmiş  sözlər  daha  çox  atalar  sözləri  və  məsəllərin  tərkibində  mühafizə  olunub. 

Məs.: Aydan arı, sudan durudur. Cadu-pitik eləmək.  

Yeni  sözlər:  ctimai  həyatda  baş  verən  bir  sıra  yeniliklərlə  əlaqədar  olaraq,  elmə, 

texnikaya,  mədəniyyətə,  məişətə  və  s.  aid  yeni  əşyaları,  hadisələri  yeni  sözlərlə  ifadəyə 

ehtiyac  yaranır:  Məs.:  kosmodrom,  sərinkeş,  biznesmen,  ekologiya,  alışqan,  telefılm  və  s. 

Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni 



sözlər-  neologizmlər  adlanır.  Neologizimlər  bir  müddətdən  sonra  ümümişlək  sözlər  sırasına 

keçə  bilər.Yadda  saxlamaq  lazımdır  ki,  yeni  sözlər  dildə  hələ  sınaq  mərhələsindədir.  Yeni 

sözlər 2 yolla yaranır:  

1.

  Dilimizin öz söz ehtiyatı əsasında: (açıqca, bölgə, əyləc, öndər və s.) 

2.

  Başqa dillərdən alınma yolla: (faks, gender,şou, sayt və.s) 

 

Sual 12.  sim.  smin quruluşca növləri, ümumi və xüsusi isimlər haqqında 



məlumat yazın. 

Ümumi  qrammatik  mənasına  görə  əşyanın  adını  bildirən  əsas  nitq  hissəsinə  isim  

deyilir.    sim   kim?   nə?   hara?   suallarından  birinə   cavab   verir.    smin özünəməxsus 

cəhətləri  var  ki,  onları  başqa  nitq  hissələrində  görmürük.  smə  məxsusdur:  *Konkret  və 

mücərrəd  olur.  *Ümumi  və  xüsusi  olur.  *Tək  və  ya  cəm  olur.  *Mənsubiyyətə  görə  dəyişir. 

*Hal şəkilçisi qəbul edir (hallanır). *Şəxs (xəbərlik) şəkilçisi qəbul edir. 



Isimlər iki qrupa ayrılır: 

l.Ümumi isimlər    2. Xüsusi isimlər 

 

Bunlar  arasında  oxşar  cəhətlər  var.  Hər  ikisinin  əşya  adı  bildirməsi,  hallanması  və  



mənsubiyyətə 

görə 


dəyişməsi 

və 


quruluş 

baxımından 

üç 

yerə 


bölünməsi 

oxşar     

cəhətlərdəndir. 

 

Ümumi  isimlər  eynicinsli  əşyalara  verilən  adlardır:  ağac,  gül,  küçə,  daş,  kənd  və  s.  Eynicinsli  əşyaları  bir-



birindən  fərqləndirmək  üçün  onların  hər  birinə    verilən  adlara  xüsusi  isimlər  deyilir:  "Mehman"(povest), 

"Azərbaycan"  (qəzeti),    Araz  və  s.  Xüsusi  isimlərin  ümumi  isimlərdən  bir  sıra  fərgli  cəhətləri  va:* şIənmə 



yerindən  asılı  olmayaraq  ilk  hərfi  həmişə  böyük  yazılır.  *Ancaq  konkret  olur.  *Sinonimi,  omonimi  olmur. 

Xüsusi isimlər bir sıra növlərə bölünür: 

l. nsan adlarını və soyadlarını   bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi, Gəncəvi, Axundov və s. 

2.Yer adlarını bildirənlər: Təbriz, Xankəndi, Şuşa,Türkiyə və s. 

 3.Əsər və mətbuat adları: " sgəndərnamə", "Vaqif”', "Səs"(qəzet) və s.  



10 

 

4.Heyvanlara verilən adlar: Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s. 



Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, mürəkkəb, konkret, mücərrəd olan ümumi isimlərdən yaranır. Məs.: 

Hikmət,  smət,  Arzu,  Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir.  Məs.: sirab, 

badamlı, şampan, kalaşnikov, plombir, mersedes və s. 

simlərin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb. Sadə isimləheç bir leksik şəkilçi qəbul etmir. 

Yalnız  qrammatik  şəkilçi  qəbul  etmiş  isimlər  də  sadə  isimlərdir.  Məs.:  şeir-şerimiz,  ağac-ağaclar,  maşın-maşına, 

kitab-kitabdır və s. 

     Düzəltmə  isimlər  isə  kökdən  və  leksik  şəkilçidən  ibarət  olur.  Düzəltmə  isimlər,  əsasən,    isimlərə    və    fellərə   

leksik  şəkilçilər  artırmaqla  yaranır.   Yalnız –lıq

4

 şəkilçisinin köməyi ilə isim, sifət, say, əvəzlik və zərfdən isim 



düzəltmək olur. Məs.: istilik, düzlük, çoxluq, mənlik, gerilik, yaxınlıq və s. Bu cür isimlər mücərrəd isimlərdir.  

Mürəkkəb  isimlər  sintaktik  yolla,  iki  və  daha  artıq  sözün  birləşməsi  ilə  yaranır. 

Mürəkkəb  isimlər        yazılışına  görə  iki  yerə  bölünür:  bitişik  yazılanlar,  defislə  yazılanlar. 



Bitişik  yazılan  mürəkkəb  isimlər  bir  vurğu  altında  deyilir. 

Bu  cür  sözlər  əmələ  gəlmə 



üsullarına görə bir neçə qrupa bölünür: 

l.  ki müxtəlif mənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə

Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça və s. 

 2.  Mənsubiyyət  şəkilçili  sözlərin  iştirakı  ilə:  suiti,  kəklikotu,  Nəbioğlu,  dağkeçisi, 

Bazardüzü və s. 



3.  Sadə  və  düzəltmə  sözün  birləşməsi  ilə:  soyqırım,  Rüstəmxanlı,  qəlbisınıqlıq, 

beşillik və s. 

 

4.  kinci tərəfi feli sifəolan mürəkkəb isimlər: falabaxan, yelqovan, əlüzyuyan, tozsoran və 

s. 



5.    Aga,  xanım,  bəy,  şah,  xatun  kimi  sözlərin  iştirakı  ilə:  Ağasəlim,  Bəyəli,  Gülxanım, 

Saraxatun və s. 



Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır: 

1Yaxın mənalı sözlərin birləşməsi ilə:söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və 

s. 


2.Əks mənalı sözlərin iştirakı ılədərə-təpə, enış-yoxuş, gedış-gəlış, ev-eşık və s. 

3.

  

Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı iləkol-kos, 

kagız-kuğuz, 

zir-zibil, dəmir-dümür, sür-sümük və s. 



4.  zafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, 

tərcümeyi-hal və s. 



Sual 13. smin hal kateqoriyası  haqqında yazın. 

simlər başqa sözlərlə əlaqəyə girərkən bəzi qrammatik şəkilçilər qəbul edərək formaca 

dəyişə bilir.  simlərin belə dəyişilməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var: 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə