Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   2   3   4   5   6   7   8   9   ...   18

 

çoxmənalı  sözlərdir  və  isimlərdir,  "kitabın  üzü"  ifadəsi  ilə  "dənizdə  üz"  ifadəsindəki 



"üz"lərdən birincisi isim, ikincisi isə feldir. 

Yazılışı  və  deyilişi  müxtəlif  olan,  lakin  eyni  və  ya  yaxın  mənaları  bildirən  sözlərə 

sinonimlər deyilir. 

Sinonimlər  eyni  mənanı  bildirsə  də,  onların  nitqdə  işlənməsində  incə  fərqlər  var.  Məs.: 

qaçmaq  -  yüyürmək  sinonimlərindən  ikincisində  hərəkət  daha  güclüdür.  Yaxud  böyük,  iri, 

yekə sinonimləri eyni əlaməti bildirsə də, bunlardan iirincisini hadisə sözünə,üçünçüsünü  isə 

kompyuter sözünə aid etmək mümkün deyil. 

  Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. "Kal" və "yetişməmiş", 



"şəkər" və "şirin" tipli sözlər sinonim hesab edilmir. Çünki kal sifət, yetişməmiş feli 

sifətdir, şəkəisim, şirin sifətdir. 

  Sinonimlər  fikri  daha  dəqiq  ifadə  etməkdə  mühüm  rol  oynayır,  sözləri 



yersiz təkrar etməyin qarşısını alır. 

  Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir. 



Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. 

Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız 



Mənaca  bir-birinin  əksi  olan  sözlərə  antonimlər  deyilir;  Məs.:  alçaq-hündür,  sülh-

müharibə, oyanır-yatır, çalışqan-tənbəl, müxtəsər-geniş, nağd-nisyə. 

  Kökü eyni olan sözlər antonim sayılmır: dadlı-dadsız 



  nkarda olan fellər antonim deyil: getmək-getməmək 

  Antonimlərdən, əsasən bədii üslubda istifadə olunur. 



  Antonimlər həmişə eyni nitq hissəsinə aid olur. 

 

Sual  11. 

Ə

sl Azərbaycan sözlərini alınma sözlərdən fərqləndirən xüsusiyyətlə



hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat yazın 

Ə

sl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər aşağdakılardır:  



1.

  Vurğusunun son hecaya düşməsi; yazıçı', ata' (ba'yaq, dü'nən, sa'nki, ya'lnız və s. sözlər 

istisnadır). 

2.

  Ahəng  qanununa  tabe  olması:  ana,  nənə,  oğul,  qarın    (işıq,  ilğım,  elat,  islanmaq, 



quşüzümü və s. sözlər istisnadır). 

3.

  Sözün  əvvəlində  iki  samitin  yanaşı  işlənməməsi:  plan,  şkaf.  Bu  sözlər  Avropa 



mənşəlidir. 

4.

  Sözdə iki saitin yanaşı işlənməməsi: ailə, saat, səadət, camaat, təbii. 



5.

  Sözün r, z, f hərfı ilə başlanmaması: razı, rəfiqə, rabitə, radio.  stisna: zoğ, zoğal 

6.

  Saitin  uzun  tələffüz  olunmaması:  bəzi,  bəzən,  alim,  arif,  kamil,  nazir,  Sabir.  stisna: 



dovğa [do:ğa], qovurma-[qo:urma], ovuşdurmaq- [o:uşdurmax] 

7.

  Fleksiyaya  uğramaması.  Fleksiyaya  uğrayan  sözlər  ərəb  mənşəlidir:  şəkil-təşkil- 



mütəşəkkil; elm-alim-üləma; nəsr-nasir-mənsur; nəzm-nizam-Nizami-Nazim-mənzum, 

tərəf-ətraf;  eşq-aşiq-məşuq-məşuqə  və  s.  stisna:  (bunlar  türk  mənşəlidir)  alçaq-alçal, 

sarı-saral, kiçik-kiçil, uzun-uzat, dağıt-dağıl-dağınıq. 



 

8.



  Sonu  -at

2

 

(cəm  şəkilçisidir)  şəkilçisi  ilə  bitən  sözlər  alınmadır;  bu  sözlər  ərəb 

mənşəlidir:  məlumat,  həqiqət,  hökumət,  təbliğat,  hesabat.  stisna:  gedişat,  elat  türk 

mənşəlidir. 

 

  9.  Ön  şəkilçili  sözlər  alınmadır:  bivəfa,  laməkan,  namünasib,  baməzə,  anormal.  stisna: 



nadinc, nakişi, natəmiz milli sözlərdir. 

               10.  Daxilində  təkrar  olunan  qoşasamitli  sözlərin  bəzisi  alınmadır:  mədəniyyət, 

ə

vvəl, molla, qüvvə, təəccüb, professor, rejissor və s.  stisna: əlli, yeddi (bu cür bütün saylar) 



         11.  Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sırr, hədd, hiss, tibb 

və s. 


           12.  Tərkibində    j  səsi  olan  sözlər  alınmadır:  janr,  jurnal,  jalə,  müjdə,  bioloji  və  s. 

Qeyd:  Azərbaycan  dilində  söz  əvvəlində  ı  saiti  işlənmir.  Vaxtilə  işıq,  ilıq,  ildırım 

sözləri  yı    ilə  başlamışdır.  Sonralar  ı  səsi  i-yə  keçdiyi  üçün  bu  cür  ana  dili 

sözlərimizdə  ahəng  qanunu  pozulmuşdur.  Bugünkü  ildırım,  ilan  sözləri  əvvəl 

yıldırım, yılan kimi işlənmişdir. 

13  Azərbaycan dilində söz sonunda o, ö, e saitləri gəlməz.  

14. Azərbaycan dilində o, ö, e saitləri ilə şəkilçilər işlənməz (-lov, -sov,-ey 

istisnadır). 

15.  mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur. Mömin, məşhur, 

motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s. Azərbaycan dilinə ərəb, fars, rus və rus 

dili vasitəsilə Avropa dillərindən sözlər keçmişdir. 

16.


 Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s. 

17.


 Sözdə "ənc", əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fışəng və s. 

 

Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür: köhnəlmiş sözlər və yeni 



sözlər. 

Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür: 

1. Tarixizmlə

2. Arxaizmlər 

Tarixizmlər.'  Tarixi  inkişaf  prosesində  əşya  və  ya  hadisələrin  bəzilərinin  ömrünü  başa 

vurması  ilə  əlaqədar  onların  adları  da  qeyri-fəal  leksikaya  çevrilir.  Belə  sözlər  tarixizmlə

adlanır.  Məs.:  darğa,  çuxa,  abbası,  batman,  koxa,  dinar,  qorodovoy,  mədrəsə,  konka, 

dəbilqə, çarıq, güyüm, təhnə, qalxan, xurcun, daqqa, toppuz və s. 

Tarixizmlər  keçmiş  həyat  və  məişətin  aradan  çıxması,  dəyişməsi  ilə  əlaqədar  olaraq  fəal 

istifadədən qalsa da, bədii əsərlərin dilində həmin həyatı canlandırmaq üçün onlardan istifadə 

olunur. 


Arxaizmlər. Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz olunur. Bu 

cür  köhnəlmiş  sözlərə  arxaizmlər  deyilir.  Tarixizmlərdən  fərqli  olaraq,  arxaizmlər  elə 

sözlərdən  ibarətdir  ki,  onların  ifadə  etdiyi  əşya  və  ya  hadisələr  indinin  özündə  belə 

mövcuddur, lakin onlar başqa sözlərlə ifadə olunur. Məs.: arı (təmiz), yaşınmaq (gizlənmək), 



yey  (yaxşı), 

seyvan  (eyvan),  iraq  (uzaq),  ər/ərən  (igid),  ayaq  (qədəh),  tanıq  (şahid),  sayru 

(xəstə), us (ağıl) əsən    (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), düş (yuxu), altun 


Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə