Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   10   11   12   13   14   15   16   17   18

31 

 

        Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili söz birləşmələrinə 



üçüncü növ təyini söz birləşmələri deyilir: ağacın yarpağı, hasarın hündürlüyü.         

        

Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasına nə qədər söz girsə də, 

birlikdə bir cümlə üzvü kimi götürülür: Mənim mehriban anam gəldi. Bu cümlədə 

"mənim mehriban anam" birləşməsi mübtədadır. 

stisna:Üçüncü  növ  təyini  söz  birləşməsinin  asılı  tərəfi  I  və  II  şəxsin  cəminə  aid 

ə

vəzliklərlə  ifadə  olunduqda  əsas  tərəfin  mənsubiyyət  şəkilçisi  düşə  bilir. 



Bu zaman 

birinci  tərəf    yanaşma  yolu  ilə  əsas  tərəflə  əlaqəyə  girərək  təyin  olur:  sizin  (hansı) 



dağlar, bizim (hansı) qızlar. 

       Bu  birləşmələrin  tərəfləri  arasına  istənilən  qədər  söz  girə  bilər:  Məktəbin  binası- 



məktəbin hündür, möhtəşəm binası. 

       III növ təyini söz birləşmələri də quruluşca sadə və mürəkkəb olur:  sadə-sənin 



evin, 

mürəkkəb-sənin əvvəlki evin.  

       Tərəfləri həm ayrı-ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir: otaqların ha 

vası, insanın arzuları, onların fıkirləri, uşaqların dərsləri.  

        Əsas tərəfı bütün şəxslərin mənsubiyyət şəkilçisini qəbul edə bilir: mənim kitabım, 



sənin kitabın, onun kitabı, bizim ailəmiz, sizin ailəniz, onların ailəsi. 

       

Üçüncü növ təyini söz birləşmələri ilə ikinci növ təyini söz birləşmələri 

arasında bir sıra fərqli cəhətlər var: 

       II  növ  təyini  söz  birləşmələrinin  əsas  tərəfi  yalnız  üçüncü  şəxsin  təkinin 

mənsubiyyət şəkilçisini qəbul etdiyi halda, III növ təyini söz birləşmələrinin əsas tərəfi 

bütün şəxslərin mənsubiyyət şəkilçisini qəbul edə bilir. 

        II növdən fərqli olaraq, III növdə hər iki tərəf eyni zamanda cəmlənə bilir. 

        II növdən fərqli olaraq, III növdə tərəflər (istisna olsa da) ayrılıqda təhlil oluna bılir. 

        II növdən fərqli olaraq, III növdə tərəflər arasına istənilən qədər söz girə bilir. 

        II  və  III  növ  təyini  söz  birləşmələri  cümlənin  feli  xəbərindən  başqa  bütün  cümlə 

üzvləri rolunda çıxış edə bilər. 

       Mənim oxumağım, tələbənin oxuyanı 

tipli birləşmələrin əsas tərəfi məsdər və feli 

sifət olmasına baxmayaraq, III növ təyini söz birləşməsi kimi götürülür (burada məsdər 

ismin xüsusiyyətini daşıyır, feli sifət isə isimləşib), lakin mənim oxuduğum tipli 

birləşmələr feli birləşmə kimi qəbul edilir, çünki burada mənsubiyyət şəkilçisi ayrılmır. 

 

   


 Sual 34



Cümlə haqqında ümumi məlumat yazın. Cümlənin quruluşca növləri 

hansılardır? 

 

       Cümlə bitmiş bir fikir ifadə edir. Cümlənin baş üzvlərdən (hər ikisindən və ya 

birindən)  ibarət  qrammatik  əsası  olur.  Cümlədə  ya  müəyyən  bir  iş,  hadisə  haqqında 

məlumat verilir, ya bir şey soruşulur, ya da hər hansı bir işə təhrik edilir. Hər hansı  bir 

söz  və  ya  söz  birləşməsi  cümlə  şəklində  formalaşmasa,  bitmiş  fikir  ifadə  edə  bilməz. 

Məsələn: məktəbin həyəti, uşaqların səsi, zəng vurulanda, sıraya düzülən uşaqlar və s. 

kimi  birləşmələrdə  müəyyən  əşya  və  hadisələrin  yalnız  adı  çəkilir,  onlar  haqqında 

bitmiş fikir isə ifadə olunmur. Məktəbin həyəti səliqəlidir. Uşaqların səsi eşidilir. Zəng 



32 

 

vuruldu?  Sıraya  düzülün!

  cümlələrində    isə  ya  bir  iş  haqqında  məlumat  verilir,  ya  bir 

ş

ey soruşulur, ya da bir işə təhrik edilir. Bütün bunlarda  fikir bitkinliyi vardır.  



        Beləliklə, sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir.  

        Cümlə həm ayrı-ayrı sözlərin, həm də söz birləşmələrinin bir-biri ilə əlaqələnməsi 

yolu ilə yaranır. Məsələn: Anar məktəbdə oxuyur. Onun atası neft mühəndisidir. Birinci 

cümlə  sözlərin  (Anar,  məktəb,  oxumaq)  ikinci  cümlə  isə  iki  söz  birləşməsinin  (onun 

atası, neft mühəndisi) məna və qrammatik cəhətdən əlaqəsindən yaranmışdır.  

        Cümlə  yalnız    bir  sözdən  də  ibarət  ola  bilər.  Məs.:  Axşamdır. 

Sakitlikdir.Qaranlıqdır

    və  s.  Bu  sözlərin  üçü  də  bitmiş  fikir  ifadə  edir,  ona  görə  də 

cümlədir.  

        Cümlələr quruluşc sadə və mürəkkəb olur.  

        Sadə  cümlənin  bir  qrammatik  əsası  olur.  Məsələn:  Zəng  vuruldu.  Dərs  indicə 

başlandı. 

        Mürəkkəb  cümlənin  isə  iki  və  daha  artıq  qrammatik  əsası  olur.  Məs.:  əllim 



sinfə 

daxil oldutələbələr dərhal ayağa qalxdılar.   

 

 

        Sual  35. Cümlə üzvləri nəyə deyilir? 



 

        Bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, bir sintaktik suala

 

ca- 

vab verən sözlərə və söz birləşmələrinə cümlə üzvləri deyilir. 

        Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Çünki 

cümlədəki sözlərin heç də hamısı cümlə üzvü ola bilmir. Hər hansı bir söz cümlə üzvü 

olmaq üçün, birinci növbədə, leksik məna daşımalı və başqa bir sözlə sintaktik əlaqəyə 

girməlidir. Deməli, yalnız əsas nitq hissələri cümlə üzvü ola bilər.  

        Cümlə üzvləri söz birləşmələri ilə ifadə edilır.  

       Cümlə  üzvləri  quruluşca  sadə  və  mürəkkəb  olur.  Sadə  cümlə  üzvləri  nitq  



hissələri  ilə  (kitab  -  nə?,  gözəl  -  necə?),  mürəkkəb  üzvlər  isə  söz    birləşmələri  və 

mürəkkəb adlarla (biz  gələndə - nə zaman?, Fərhad Sadıqov - kim?) ifadə olunur.

      


            

Beş  cümlə  üzvü  var:  mübtəda,  xəbər,  tamamlıq,  təyin,  zərflik.  Cümlə  üzvləri 

cümlənin təşkilindəki roluna görə iki yerə bölünür: 

l. Baş üzvlər: mübtəda, xəbər. 

2. kinci dərəcəli üzvlər: təyin, tamamlıq, zərflik. 

        Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir, söylənilən fikrin əsas məz-

mununu bildirir.  kinci dərəcəli üzvlər isə baş üzvlərə aid olub, onları müxtəlif  

cəhətdən izah edir və cümlənin genişlənməsinə səbəb olur.  

        Cümlə üzvlərindən təyin  mübtəda, tamamlıq, zərflik, ismi xəbər və təyinin özü ilə, 

tamamlıq  və  zərflik  xəbərlə,  xəbər  isə  təyin  kimi  bütün  cümlə  üzvləri  ilə  sintaktik 

ə

laqəyə  girir.  Mübtəda  cümlənin  ən  müstəqil  üzvüdür,  heç  bir  cümlə  üzvünə  tabe 



olmur. 

        Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, onlar cümlə üzvü ola bilmir. 



        Var,  yox,  lazım,  bəs,  gərək,  mümkün  tipli  predikativlər  suala  cavab  vermədən 

ismi xəbər, sual əvəzlikləri isə suala cavab vermədən istənilən cümlə üzvü ola bilir.   

 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə