Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   10   11   12   13   14   15   16   17   18

29 

 

7.Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki və s. Məs.: Sanki 



onun üstünə bir qazan isti su tökdülər. 

        Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin  əvvəlində, ortasında 

və sonunda işlənə bilir.  

        Görünür, deyəsən, demək, deməli, demə, görəsən və s. sözlər həm fel, həm də 

modal söz kimi, xülasə sözü isim və modal söz, yaxşı-sifət, zərf və modal söz kimi 

işlənə bilər. 



         Nida danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. 

Nidalar  insanın  müxtəlif  hisslərinin,   hadisələrə  emosional  münasibətinin ifadəsidir. 

Nidaların müxtəlif məna növləri var: 

1.

 Sevinc, heyranlıq bildirənlərbəh-bəh, of, ura, paho, oxqay, ay can ay can Məs.: 



Paho! Ay salam, xoş gördük.

 

2.



 Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. 

Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər.  

3.

 Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs.: A bala, bir bura gəl. Ehey atlılar, 



xan evinə gedərsiz..

4.



 Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xox və s. Məs.: Xox, qorxdum səndən. Xa-

xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.

 

5.



 Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh və s. Məs.: Ah, keçdi artıq o günlər. Of, 

ə

llərin qurusun, cəllad.

 

        Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan 



sonra, ortada gəldikdə hər iki tərəfindən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur. 

         Çağırış  nidaları  olan  ay,  a,  ya  tək  işlənmir,  onlardan  sonra  xitab  gəlir  və  vergül 

xitabdan sonra qoyulur. Məs.: Ay uşaq, bura gəl. A kişi, bu nə işdi edirsən? Ey nidası 

həm  xitabla, həm  də  tək işlənir.  Tək  işlənəndə  ondan sonra  vergül  qoyulur.  Məs.: Ey, 



mənə kömək edin.

 

        Nidalar da bəzən omonimlik yaradır. Məs.: Vay, sən nə etdin? ─ nida; 



Kəndimizdə vay düşdü─isim. Ay ana, gəl gedək ─ nida; Bir ay otuz gündür ─isim və s. 

 

 



Sual 31. Birinci növ təyini söz birləşmələri və onlarin cümlədə rolu barədə 

məlumat yazın. 

         Söz birləşmələri əsas tərəfinin ifadə vasitəsinə görə iki yerə bölünür:  ismi 

birləşmələr və feli birləşmələr. 

        Əsas tərəfi adlarla, yəni isim, sifət, say,əvəzlik və bəzi zərflərlə ifadə olunan 

birləşmələrə ismi birləşmələr deyilir: yeməli meyvə, insanın yaxşısı, tələbələrin 

üçü,uşaqların hamısı, işin sonrası və s.  smi  birləşmələrin asılı tərəfləri əsas tərəfləri 

izah etdiyi üçün belə birləşmələrə təyini söz birləşmələri deyilir. Təyini söz 

birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə fərqlənən üç novü var: 

1. Birinci növ təyini söz biriəşmələri.  

2.  kinci növ təyini söz birləşmələri. 

3. Üçüncü növ təyini söz birləşmələri. 

 



30 

 

        Yaranması üçün xüsusi bir şəkilçi tələb etməyən birləşmələrə birinci növ təyini söz 

birləşmələri deyilir: gözəl qız, igid oğlan, dəmir qapı. 

 Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi isim, sifət, say, əvəzlik,feli sifətlə 



ifadə oluna bilər: taxta pilləkən, yalançı usta, xeyli insan, belə iş, yatmış 

 

vulkan. 

 Birinci növ təyini söz birləşməsinin tərəfləri cümlə təhlili zamanı, adətən, ayrı 



götürülür. Birinci tərəf təyin, ikinci tərəf müxtəlif cümlə üzvü olur: beş (neçə?)

 

kitab, 

yatmış(hansı?) uşaq. 

stisna olaraq,  yeni il, orta əsrlər, bu saat, qədim dövr, yarım 

saat, Ana Vətətipli birləşmələr birlikdə bir cümlə üzvü kimi təhlil edilir. 

 Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi həmişə təyin olduğu halda (ayrıla 



bilənlər nəzərdə tutulur), əsas tərəf cümlədə mübtəda, xəbər, tamamlıq zərflik ola bilər. 

Birinci  növ  təyini  söz  birləşməsinin  asılı  tərəfı  məsdər,  feli  bağlama  və  təsriflənən 



fellərlə ifadə oluna bilmir. 

Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasına söz girə bilmir.  stisna hallarda 



"bir" ədatı girə bilər: gözəl bir qız, maraqlı bir həyat. 

Birinci növ təyini söz birləşmələri quruluşca sadə və mürəkkəb olur: sadə  nəhəng 



heyvan, uzunsaç qız; mürəkkə dərs oxuyan uşaq, dünəndən yatmış körpə

 

  

 

 

 

 Sual 32.  kinci  növ təyini söz birləşmələrinin  xüsusiyyətləri nədən ibarətdir? 

 

         kinci növ təyini söz birləşmələrinin birinci tərəfı qeyri-müəyyənlik bildirən 

yiyəlik halda işlənir, yəni şəkilçisiz olur, ikinci tərəfi isə III şəxsə aid mənsubiyyət 

şə

kilçisilərini (-ı,-i,-u,-ü ) qəbul edir: Naxçıvan şəhəri, insan ağlı, Tanrı sevgisi və s. 



  kinci növ təyini söz birləşmələri quruluşca sadə və mürəkkəb olur: sadə  Qız   



Qalası, gül  ətri; 

mürəkkəb:”Qız qalası”operası, Xalqlar dostluğu metrosu. 

  Bu cür birləşmələrdə tərəflər, əsasən, isimlərlə ifadə olunur:  nternet kartı,  mersedes 



arzusu.

  stisna: gözəllər gözəli, birincilər birincisi, üz qarası. 

kinci növ təyini söz birləşmələrinin: 



 tərəfləri arasına söz girə bilmir. 

 tərəfləri istisnasız olaraq birlikdə bir cümlə üzvü olur. 



 tərəfləri eyni vaxtda cəmlənə bilmir, başqa sözlə desək, tərəflərindən biri 

cəmləndikdə ikincisi təkdə olur: Qocalar evi, Qızlar bulağı,uşaq bağçaları və s. 

stisna: Həmkarlar ittifaqları,atalar sözləri, elmlər namizədləri və s. 

       Bu  birləşmələrin  əksəriyyətinin  asılı  tərəfini  müəyyənlik  bildirən  yiyəlik  hala 

çevirmək olur: məktəb bağı-məktəbin bağı, ev sahibi-evin sahibi. Bu zaman söz                                                     

birləşməsinin  növü  də  dəyişmiş  olur.    Lakin  bəzi  ikinci  növ  söz    birləşmələrinin  asılı 

tərəfi müəyyənliyə çevrilə bilmir: Nəsimi rayonu, Istirahət giinü, Novruz bayramı. 

 

  Sual 33. Üçüncü növ təyini söz birləşmələri barədə məlumat yazın. 

 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə