Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   10   11   12   13   14   15   16   17   18

33 

 

Sual 36. Nitqin əsas hissəsində nələrə fikir verilməlidir? 

Nitqin əsas hissəsi ardıcıl, inandırıcı, məntiqi fikirlərin daha möhkəm olması ilə 

fərqlənməlidir.  Natiq  nitqinin  əsas  hissəsində  dinləyiciləri  öyrətməlidir.  Nitqin 

ideyası  əsas  hissədə  açılır.  Məhz  bu  hissədə  nitqin  hansı  ideyaya  xidmət  etdiyi 

müəyyən  olunur.  Nitqin  əsas  hissəsi  onun  süjetini,  quruluşunu,  məqsəd  və 

mövzusunu  təşkil  edir.  Əsas  hissədə  natiq  bütün  tələblərə  əməl  etməlidir.  Yeri 

gəldikdə nitqdə ümumiləşdirmələr aparmalı və ya konkretliyi üstün götürməli, hətta 

səsini də dinləyiciyə vəziyyətə uyğun çatdırmalıdır. Nitqin əsas hissəsi əldə edilmiş 

bütün  çoxcəhətli faktların, mülahizələrin elmi şərhini tamamlamaqla bərabər, fikrin 

yekunlaşdırılmasına köməklik göstərir. 

 

Sual 37.  Söz və nitq haqqında şifahi xalq ədəbiyyatında hansı atalar sözləri 

var? 

Azərbaycan natiqlik sənəti uzun bir yol keçərək, bu günümüzə gəlib çatmışdır. 

Məlumdur ki, dil varsa, ünsiyyət varsa, deməli, nitq də var. Lakin nitq hələ natiqlik 

deyil.  Fikrimizi  əsaslandırmaq  üçün  əlimizdə  tutarlı  mənbə  canlı  yaradıcılıq  olan 

ş

ifahi xalq ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatının müxtəlif janr xüsusiyyətləri var. 



Bu  növlərdə  nitq,  natiqlik  sənəti  haqqında  atalar  sözləri,  kəlamlar,  zərb-məsəllər 

diqqətəlayiq  mövqe  tutur.  Məsələn:  “Söz  qanadlı  quşdur”,  “Söz  insanın  zinətidir”, 

“Söz qılıncdan pis kəsər”, “Söz yarası, gor yarası”, “Qılınc yarası sağalar, söz yarası 

sağalmaz”, “Danışmaq gümüşdürsə, susmaq qızıldır”, “Sözün doğrusu zəhərdən acı 

olar”, “Söz sözü çəkər”, “Nə qədər ki söz ağzından çıxmayıb, o sənin qulundur, söz 

ağzından çıxandan sonra sən onun qulusan”, “Sözünü bilməyən, özünü bilməz” və s. 

misallardan  göründüyü  kimi,  belə  kəlamlar  insanların  dil  qabiliyyətlərinin 

yüksəlməsinə, fikrin təsirliliyinə müəyyən qədər xidmət edir. 



Sual 38. Nitq mədəniyyətinin məntiqlə əlaqəsi haqqında  yazın.  

Məntiqi  və  tarixi  idrak  üsulları,  nitqdə  aparılan  ümumiləşdirmələr  və  ya 

konkretləşmə  fikrin  ifadəsinə  xidmət  edir.  Ona  görə  də  filosoflar  məntiqi  fikri 

ifadənin təzahür forması kimi qəbul edirlər. Fikrin dolğunluğu, zənginliyi, elmiliyi 

hələ  nitqin  qəbul  olunması  demək  deyildir.  Nitqdə  qoyulan  elmi  məsələ  əsaslı 

surətdə  faktlarla  təsdiq  olunmalıdır.  Məhz  bu  mərhələdən  sonra  məntiqi  şəkildə 

dinləyiciləri  razı  salmaq  olar.  Məntiqi  təfəkkür  yüksək  inandırıcılıq  qabiliyyətinə 

malikdir. Natiq nitqini qurarkən məntiqi təfəkkürün qanunlarını dərindən öyrənməli 

və fikrini şüurlu surətdə ifadə etməlidir. Bu, nitq mədəniyyətinin məntiqi təfəkkürlə 

nə  qədər  yaxın  olduğunu  sübut  edir.  Məntiqi  təfəkkürün  eyniyyət,  ziddiyyət, 

üçüncünü istisna, kafi-əsas qanunu kimi növləri vardır. 

Sual 39. Nitq mədəniyyətinin etika ilə əlaqəsi nədən ibarətdir?  

Hamımız “insanı  geyiminə görə qəbul edib, ağlına görə yola salırlar” ifadəsini 

eşitmişik. Hər bir şəxsin özünü necə maskalamasından aslı olmayaraq, nitqi ağlını əks 

etdirir.  Natiq  olmaq  istəyən  hər  bir  şəxs  bütün  etik  normalara  riayət  etməlidir.  O 




34 

 

danışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli, mimika ilə 



mənalar  ifadə  etməlidir.  Natiq  olmaq  istəyən  şəxs  bütün  davranış  qaydalarını  gözəl 

mənimsəməlidir.  Natiqin  yerişi,  baxışı,  nəzakəti,  üzünün  ifadəsi  dinləyicidə  ona  qarşı 

rəğbət  yaratmalıdır.  Bəzi  natiqlər  etik  normalara  düzgün  əməl  etmədikləri  üçün 

dinləyicilərin  rəğbətini  qazana  bilmirlər.  Bəzən  elə  olur  ki,  üzü  tüklü  natiq  tribunaya 

doğru  yaxınlaşır.  Bu  hər  bir  dinləyicidə  natiqə  qarşı  mənfi  hisslər  oyadır.  Bəzən  isə 

ə

ksinə, natiq həddindən artıq bər-bəzəyə aludə olur. Belə halda dinləyici onun nitqindən 



çox,  bər-bəzəyinə  diqqət  yetirir.  Natiq  fikirləşməlidir  ki,  auditoriya  ilə  necə  ünsiyət 

yaratsın,  nitqini  necə  qursun.  Olduqca  həssas  və  tələbkar  dinləyicilər  natiqin  səsinin 

titrəməsini,  həyəcanlanmasını,  bir  an  çaşıb  qaldığını  da  duyub  hiss  edirlər.  Təcrübəli 

natiqlər  belə  momentləri  nitqlərində  etdikləri  pauza  ilə,  az  da  olsa,  aradan  qaldırırlar. 

Bəzi  natiqlər  çıxış  edərkən  qalstukunu,  pencəyinin  düyməsini,  əlindəki  təbaşiri  və 

yaxud  qələmi  oynada-oynada  danışır.  Etika  nitqin  şərhi  zamanı  göstərilən  bu 

nöqsanların aradan qaldırılmasına köməklik göstərir. 

Sual 40.  Nitq mədəniyyətinin pedaqogika və ədəbiyyatla əlaqəsi barədə yazın. 

Nitq  mədəniyyətinin  pedaqogika    ilə  əlaqəsi  uzun  bir  tarixə  malikdir.  Hələ 

qədimdən natiqlər natiqlik sənətinin sirləri ilə bərabər, təlim, tərbiyə, təhsil haqqında da 

məlumat  alır  və  tədris  prosesində  nitqlə  bərabər,  pedaqogika  elmini  də  inkişaf 

etdirirdilər.  Tədris  prosesi  ilə  sıx  şəkildə  bağlı  olan  pedaqogika  natiqlik  sənəti  ilə 

qarşılıqlı  şəkildə  müəyyən  prinsiplərin,  problemlərin  həllində  mühüm  əhəmiyyət  kəsb 

edir.  Pedaqogika  elmi  tədris  prosesində,  nitqin  qurulmasında  və  şifahi  şərhdə  əsas  rol 

oynayan  konkretliyin,  bəzən  ümumiliyin  rolunu  müəyyənləşdirir.  Pedaqogika  həm  də 

nitq  zamanı    natiqə  özünü  aparma  qaydalarını  öyrədir,  yersiz  hərəkətləri,  jestləri, 

“deməli, mənə elə gəlir ki, filan” və s. kimi ifadə və sözləri lazımsız olaraq işlətməkdən 

çəkindirir. Pedaqogika natiqlik sənətinin əsas prinsiplərinin, nitqin qurulması yollarının, 

elmi-nəzəri biliklərin   düzgün istifadə olunmasında natiqə istiqamət verir. 

Nitq  mədəniyyətinin  ədəbiyyatla  əlaqəsindən  danışanda,ilk  növbədə  yadda 

saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii obrazlarla əks etdirən söz sənətidir. Deməli, həm 

ə

dəbiyyatın, həm də nitqin materialı sözdür. Ədəbiyyat xalq arasında ən geniş yayılmış 



elm sahələrindən biridir və böyük auditoriyanı əhatə edir. Ona görə də yazarlarımız əsər 

yazarkən  hər  bir  söz  haqqında  dərindən  düşünüb,  ona  yeni  çalar,  məna  verib  sonra 

işlədirlər.  Beləliklə,  yazıçı  özü  də  bilmədən  natiqlik  sənətinə  xidmət  edir,  yəni  nitqin 

gözəlliyinə  xidmət  edən  bu  ifadələr  bədii  təsvir  və  ifadə  vasitələrinin,  bədii  üslubun 

yaranmasına, inkişaf etməsinə gətirib çıxarır. Bədii ədəbiyyatda istifadə olunan məcazi 

mənalı sözlər, cinaslar, omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır. Bədii 

ə

sərlərin  dilinin  tədqiqində  tədqiqatçı  dil  vahidlərini  təhlil  edərkən  yazıçının  nitq 



qabiliyyətini,  dildən  istifadə  yollarını  araşdırmağa  çalışır.  Bu  da  ədəbiyyatın  nitq 

mədəniyyəti ilə əlaqəsi, elmi nailiyyətlərin qarşılıqlı istifadə olunması nəticəsində əldə 

edilir. 

 

Sual 41.  Natiqlik sənətinin tarixi barədə məlumat yazın. 

Öz  tarixi  keçmişinə  görə  çox  qədim  zamanları  əhatə  edən  natiqlik  sənətinin  ilk 

rüşeymləri  Misirdə,  Çində,  daha  sonra  Ərəbistanda  təşəkkül  tapmışdır.  Qədim 




Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə