Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   10   11   12   13   14   15   16   17   18

26 

 

        Qoşmalardan  -tək,- dək,- can



2

,- ca

2

 qoşulduğu sözlərə bitişik yazılır.  lə qoşması 

həm bitişik (-la, -lə şəklində), həm də ayrı yazılır. Qalan qoşmalar qoşulduğu sözlərdən 

ayrı yazılır.  

        Qoşmalar içərisində başqa nitq hissələri ilə ortaq sözlər vardır. Tərəf sözü isim və 

qoşma kimi işlənə bilir. Məs.: Bu tərəf şərqdir (isim). Sağa tərəf get (qoşma). 

        Doğru, qabaq sözləri sifət, zərf və qoşma kimi işlənir: Qabaq sıralar boşdur 

(sifət). Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma). 

        Sarı sözü sifər, fel və qoşma kimi işlənir: Sarı qələmi mənə ver (sifət). Yaramı 



sarı (fel). Maşın mənə sarı gəlirdi (qoşma).  

 

   

Sual  28.  Bağlayıcıların növləri və bağlayıcılarda vergülün işlədilməsi qaydaları 

hansılardir? 

                                                           

        Bağlayıcı  –  cümlə  üzvləri  və  ya  cümlələr  arasında  əlaqə  yaradan,  onları 

qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir. Sintaktik funksiyasına 

görə bağlayıcılar iki yerə bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları. 

        Tabesizlik bağlayıcıları həm  sadə cümlədə,  həm  də  tabesiz  mürəkkəb cümlələrdə 

işlənir, başqa sözlə, sadə cümlələrin həmcins uzvlərini, tabesiz mürəkkəb cümlələrin isə 

tərkib hissələrini əlaqələndirir. 

       Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-

birinə bağlayır. 

         Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri 

müstəqil, o biri asılı olan tərəflər arasında işlənir.  



        Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var: 

        1. Birləşdirmə  bağlayıcıları:  və, ilə (-la

2

). Həsən və Akif  kəndə gedəcəklər. Onun 

getməyi ilə qayıtmağı bir oldu.   

 

        lə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir-biri ilə əlaqələndirir. Həmcins 

xəbərlər və təbesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir.  

         lə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Bağlayıcı kimi işlənəndə onu 

və bağlayıcısı ilə əvəz etmək olur. 

        2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Mə

danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.

 

        3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, 



istər, istərsə də. Gah danışır, gah gülür.  stər bəstəkar ol, istər rəssam ol. 

       4. ştirak  bağlayıcıları:  həm,  həm  də,  həm  də  ki,  o  cümlədən,  hətta,  habelə



həmçinin, -da

2

. Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı, hətta Cahan xala da 

məclisə gəlmişdi.

 

        5.  nkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur.         



        6. Aydınlaşdırma bağlayıcılar: yəni, məsələn. Bakının zəngin sərvəti, yəni nefti 

var. O,bir çox şairlərin, məsələn, Füzulinin şeirlərini əzbər bilir. 

        Tabelilik bağlayıcılarının mənaca növləri  bunlardır: 

       1. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məs.: Evə gəlib

 

çatmışdıq  ki,  işıqlar 



söndü. Hamı narazı idi, belə ki, müdirlə dil tapa bilmirdilər.

 


27 

 

       2.  Səbəb  bağlayıcıları:  çünki,  ona  görə  ki,  buna  görə  də,  ona  görə  də,  onun 



üçün  ki,  ondan ötrü  ki  və s.  Məs.:  Oxumadım,  çünki  vaxtım  yox  idi.  Mən təyinatımı 

kəndə aldım, ona görə ki orada müəllimə ehtiyac var. 

       3.Güzəşt  bağlayıcıları:  həənd,  həənd  ki  və  s.  Məs.:  Həənd  dünyanı 

qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər (Henrix Heyne).

 

       4.Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. 

Məs.: Əgər sinəmizlə cəbhə yarmasaq... Madam ki gəlmir, demək, bizi saymır. 

       Cümlədə təkrarlanan həm, ya, gah, nə və s. bağlayıcılardan  əvvəl (birincidən  

başqa) vergül işarəsi qoyulur. Məs.: O həm oxuyur, həm də işləyirdi. 

       Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göy guruldadı, 

amma yağış yağmadı. 

       

Təkrarlanan da,də  bağlayıcısından sonra (axırıncıdan başqa) vergül qoyulur: Tatar 



da, özbək də, uyğur da türkdilli xalqlardır.  

       Mürəkkəb cümlələrdə işlənən çünki, ona görə ki, ona görə də və s. 

bağlayıcılarından əvvəl vergül qoyulur: Körpə heç cür sakitləşmirdi, çünki qulağı 

ağrıyırdı

.                                                      



       Ki bağlayıcısı həmişə tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir, ayrı 

yazılır, ondan sonra vergül qoyulur.  

 

  Sual 29.  Ədatların məna növləri  və onların  başqa  nitq hissələrində

fərqləndirilməsi barədə  qısa məlumat yazın. 

 

 Ədat sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. 



 Məgər  bunu  sizə  deməmişdik?-  cümləsində  məgər  ədatı  bütövlükdə  cümlənin  təsir 

gücünü artırır. Sən ki belə deyildin cümləsində ki ədatı səsözünün təsir gücünü artırır. 

 Ədatlar  söz  və  ya  cümlələrin  mənasını  qüvvətləndirməyə  xidmət  etdiyi  üçün  onları 



cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər 

zəifləyə bilər. Ən gözəl qız gəlsin -Gözəl qız gəlsin. 

 Ədatların  qrammatik  mənası  söz  və  cümlələrin  təsir  gücünü  artırmağa  xidmət 



etməsidir. 

Ə

datların mənaca növləri aşağıdakılardır: 



1.

  Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, hətta, artıq, -ca

2

, da, də, ha, düz bir, 

ki,  necə,  nə,  belə,  olduqca,  hələ.  Məs.:  Lap  başımı  itirmişəm.  Sən  bunu  desə

belə, heç kəs razı olmayacaq. Deməlisən ha. 

 

2.

  Dəqiqləşdirici  ədatlar:  elə,  məhz,  əsl.  Məs.:  Elə  mən  də  bunu  istəyirdim.  Əsl 

mən deyəndir. Məhz Oqtay bu rolu oynaya bilər. 

3.  Məhdudlaşdırıcı  ədatlar:  ancaq,  təkcə,  tək,  bircə,  yalnız,  bir.  Məs.: 

Məsələdən yalnız mən xəbərdar idim. Ancaq sən ona kömək edə bilərsən.

 

4.



 Sual  ədatları:  bəs,  məgər,  bəyəm,  yəni,  -mı

4

,  ki.  Məs.:  Yəni  sən  heç  atanı 

şünmürsən? Məgər belə də iş olar? Bəs mən bunu niyə bilmirəm?

 

5.

 Əmr  ədatları:  di,  qoy,  bax,  gəl,  gör,  görün,  gəlin,  gəlsənə,  ha,  -sana





.  Məs: 

Almayın hal Bax, gözləsin ha. Gəl belə edə

və s. 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə