Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

24 

 

        Zərf hərəkəti müxtəlif cəhətlərdən izah edən nitq hissəsidir. Zərf cümlədə, əsasən, 



felə aid olaraq, onun tərzini, zamanını, yerini və miqdarını bildirir. Məs.: yaxşı danışır, 

çox oxuyanda, yuxarı getmək, dünən gələn və s.

 Zərflər necə? nə cür? nə zaman? haçan? 

nə vaxt? hara? nə qədər? suallarından birinə cavab verir, həm təsriflənən, həm də 

təsriflənməyən (məsdər, feli sifət, feli bağlama) fellərlə işlənir. Məsələn: Dünən bizə 



gəldi; Mən indi getməliyəkimi cümlələrdə zərf təsriflənən fellərə, dəfələrlə demək, 

asta-asta gələndə, cəsarətlə danışan birləşmələrində isə  təsriflənməyən fellərə aiddir. 

                                

        Hərəkəti izah etmə cəhətindən asılı olaraq zərflər müxtəlif məna növlərinə bölünür: 

1) tərzi-hərəkət zərfi, 2) zaman zərfi, 3) yer zərfi, 4) miqdar zərfi. 



       Tərzi-hərəkət  zərfləri  hərəkətin  icra  tərzini  bildirir,  necə?  nə  cür?  suallarına 

cavab  verir.  Məsələn:  O,  sənə  təəccüblə  baxırdı.  Akif  inadla  susurdu.  Cavad  hiylə-



gərcəsinə gülümsəyirdi. 

        Tərzi-hərəkət zərfləri bəzən hərəkətin keyfıyyətini də ifadə edə bilir. Məs.: gözə



danışmaq, yaxşı bilmək və 

s. 


       Zaman zərfi hərəkətin icra olunduğu (yaxud icra olunmadığı) zamanı bildirir, nə 

zaman? haçan? suallarına cavab verir. Dünən, indi, sabah, bayaq, sonra, gec, tez, hələ

yenə 

və s. zaman zərfləridir. Məs.: Məhələ də kitabı ala büməmişəm. Yenə göy üzünü 



duman bürüyüb. 

       Yer zərfləri hərəkətin icra olunduğu (yaxud icra olunmadığı) yeri bildirir. Aşağı, 

yuxarı,  irəli,  geri,  ora,  bura,  yaxın,  uzaq,  sağ,  sol 

sözləri  yer  zərfləridir.  Bu  sözlərin 

çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfi olur. Yer zərfləri 

hara?,  haraya?,  harada?,  haradan?  suallarına  cavab  verir.  Məs.:  Əsgərlər  irəli 

yüyürdülər. 

çəri cavan bir oğlan daxil oldu. Uşaqlar geri döndülər. 

        Miqdar  zərfləri  hərəkətin  miqdarını və  ya  dərəcəsini bildirir, nə  qədər? sualına 

cavab  olur:  az,  çox,  azacıq,  birə-iki,  birə-beş,  qismən  və  s.  sözlər  miqdar

 

zərfləridir. 



Məsələn:  Uşaqlar  bu  gün  çox  (xeyli)  çalışdılar.  Müəllim  bunu  bizə  dəfələrlə demişdi. 

Qoca 

bir qədər dincəldi.  

         Dilimizdəki zərflərin bir hissəsi başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir. Belə sözlər 

cümlədəki vəzifəsindən asılı olaraq isim və zərf, sifət və zərf, say və zərf, qoşma və zərf kimi işlənə 

bilir: 

         1. Gecə, gündüz, axşam, səhər sözləri cümlədə nə? sualına cavab verdikdə isimnə za-man? 



sualına cavab olduqda isə zaman zərfi vəzifəsini daşıyır. Məs.: “Gecə (nə?) gündüzdən (nədən?) 

sərin olur”

 cümləsində gecə, gündüz sözləri isim, “Kəndə gecə (nə zaman?) çatdıq” cümləsində 

isə zərfdir. 

         2.Yaxşı, pis, açıq, gözəl, cəld və s. sözlər həm sifət, həm də tərzi-hərəkət zərfi ola bilir. 

Məs.: Açıq (hansı?) qapı bizimkidir ─ sifətMənimlə açıq (necə?) danış ─ zərf.  



         Belə sözlər əşyanın əlamətini bildirdikdə sifət, felə aid olduqda isə zərf  olur. Bundan əlavə, 

sifət hansı sualına da cavab verə bildiyi halda, zərf  bu suala cavab olmur.  



         3. Az, çox, xeyli, bir qədər, az-çox, bir az və s. bu kimi sözlər ismə aid olduqda say, felə aid 

olduqda isə miqdar zərfi vəzifəsində işlənir. Məs.: Otaqda az uşaq var─say; Bu gün az işlədik-zərf. 

         4Əvvəl, sonra sözləri müstəqil suala cavab verdikdə zərf,  ayrılıqda suala cavab verə 

bilmədikdə  isə qoşma olur. Qoşma kimi bu sözlər çıxışlıq halda olan sözlərə qoşularaq, ikisi 




25 

 

birlikdə bir cümlə üzvü, yəni zərflik olur.  Məsələn: Əvvə(nə zaman?) düşün, sonra (nə zaman?) 



danış 

 zərfSəndəəvvəl (nə zaman?) də bu sualı mənə vermişdilə─ qoşma.  

 

   Sual  27. Qoşmalar barədə məlumat yazın. 

                                                        

         smin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən 

məna  çaları  yaradan  köməkçi  nitq  hissəsinə  qoşma  deyilir.  Qoşmanı  başqa  köməkçi 

nitq  hissələrindən  fərqləndirən  əsas  cəhətlərdən  biri  onun  qoşulduğu  sözlə  birlikdə 

cümlə üzvü olmasıdır. Qoşmaların hamısı quruluşca sadə olur. 

         smin halları ilə işlənməsinə görə qoşmalar aşağıdakı qruplara bölünür: 

1.

 Adlıq və yiyəlik halla işlənən qoşmalar: üçün, ilə (-la



2

), qədər, kimi, tək, -ca

2

, üzrə 


(üzrə yalnız adlıq halla işlənir); 

2.

 Yönlük halla işlənən qoşmalar: qədər, kimi, -dək, tərəf, sarı, doğru, qarşı, -can



2

, görə, 


aid, dair, əsasən, xas; 

3.Çıxışhq halla işlənən qoşmalar: əvvəl, qabaq, sonra, bəri, başqa, savayı, qeyri, ayrı, 

ötrü, özgə.  

        Qoşmalar sözlərə qoşularaq aşağıdakı məna çalarlarını  yaradır: 

                                                             

1.   lə (-la

2

) qoşması adlıq halda olan isimlərə və yiyəlik halda işlənən əvəzliklərə 

qoşularaq, birgəlik, vasitə mənası bildirir. Məs.: Arzu ilə imtahana hazırlaşırıq. Səninlə 



işim var. Telefonla danışıram. 

2. Kimi, qədər, tək, ca



2

 qoşmaları adlıq hallı isimlər və yiyəlik halda olan əvəzliklərlə 

birlikdə bənzətmə, müqayisə mənası yaradır: Təyyarə quş kimi uçurdu. Səni heç kə

mənimtək  sevə bilməz. 

3. Üçün qoşması da adlıq və yiyəlik hallı sözlərlə işlənərək səbəb, məqsəd mənası 

ə

mələ gətirir: Kitabı Əli üçün gətirmişəm. Sənin üçün darıxıram. 



4. Kimi, qədər, -dək, can

2

 qoşmaları yönlük  halda işlənən sözlərə qoşulduqda  



məsafə, bəzən də zaman mənası bildirir. Məs.: evə kimi, kəndəcən, səhərə qədər və s. 

5. Sarı, tərəf, doğru, qarşı qoşmaları yönlük halda olan sözlərə artırıldıqda istiqaməmənası ifadə 

edir: bağa tərəf, küləyə qarşı, evə doğru, kəndə sarı və s. 

6. Dair, aid, xas, məxsus qoşmaları yönlük hallı sözlərlə işlənərək aidlik bildirir: Sənə aid ki-



tabları apar. Konfransda fəlsəfəyə dair mühazirələr dinlənildi. 

7. Görəəsasən qoşmaları da yönlük hallı sözlərə qoşularaq istinad mənası əmələ gətirir: Qərara 

ə

sasən onlara güzəşt ediləcək. Direktorun tapşırığına görə şöbədə yoxlama aparırdıq.

 Görə 

qoşması səbəb, məqsəd mənası da bildirir: Bura sənə görə gəlmişəm.  

8. Əvvəl, qabaq, sonra, bəri qoşmaları çıxışlıq halda olan sözlərə artırılıraq zaman 

mənası ifadə edir. Məs.: Mən Orxandan sonra (əvvəl,qabaq) gəldim.2007-ci ildən bəri 

ölkəmizdə çoxlu dəyişikliklər baş verib. 

9.Başqa, savayı, özgə, qeyri, ayrı qoşmaları çıxışlıq halda işlənən sözlərlə birlikdə 



fərqləndirmə mənası əmələ gətirir:  Nərgizdən başqa (qeyri, savayı, özgə) heş kəsdərsi 

öyrənməmişdi. 

10. Ötrü qoşmaları çıxışlıq hallı sözlərə qoşularaq, səbəb, məqsəd mənası yaradır: Ana 



uşaqlarından ötrü özünü oda-közə atar.  

 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə