Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

22 

 

        4.-acaq



2

,-ası



2

,  -malı

2

  şəkilçiləri  vasitəsi  ilə  gələcək  zaman  mənalı  feli  sifətlər 

düzəldilir, məsələn: görül-əsi (iş), deyil-əcə(söz), tikil-məli (paltar) və s. 

       Qeyd edildiyi kimi, feli sifətdə həm felə, həm də sifətə məxsus xüsusiyyətlər                                                   

vardır. 


        Feli sifətin felə məxsus xüsusiyyətləri bunlardır: 

       1. Zaman mənası bildirir: kökəlmiş (heyvan) - keçmiş zaman; gələ(adam) –indiki 

zaman; görüləcə(işlər) gələcək zaman feli sifəti. 

       2. Təsirli və ya təsirsiz olur: oxuyan (müğənni) - təsirli; baxan (qız) - təsirsiz. 

       3. Növ bildirir: qazılan (torpaq) - məchul növ; görüşə(adamlar) - qarşılıq növ və 

s. 


        4. Təsdiq və ya inkar ola bilir: ağlayan (körpə)-təsdiq, ağlamayan (körpə) inkar. 

         5. Ətrafına söz toplaya bilir: dərslərindəəla qiymətlər alan (şagird), səliqə ilə 



sıraya düzülmüş

 (uşaqlar) və s. 



        Feli sifətin sifətə aid  xüsusiyyətləri: 

        1. Əşyanın əlamətini bildirir: uçan (hansı?) quş, ağlayan (hansı?) körpə və s. 



       

2. Necə?, nə cür?, hansı? suallarından birinə cavab olur. 

 

        3. Aid olduğu ismin əvvəlində gəlir.  



       4. Cümlədə təyin vəzifəsində işlənir: Görüləcək işlərimiz çoxdur. 

 

        5. Xəbərlik şəkilçilərini qəbul edir və ismi xəbər olur: Qardaşım işləyəndir. 



        6. Sifət kimi substantivləşə bilir və bu vaxt cümlədə isim kimi çıxış edərək 

mübtəda və ya tamamlıq olur. Məs.: Gələn (kim?)rəfiqəmdir.Oxuyanı (kimi?) 



tanıyırsan? 

        Feli sifətlərlə feldən düzələn sifətləri qarışdırmaq olmaz. Feldən düzələn 

sifətlər felin heç bir xüsusiyyətini daşıya bilmir, yalnız sifətin əlamətlərini daşıyır. Feli 

sifətlər isə həm felin, həm də sifətin xüsusiyyətlərinə malik olur. Sözün feldən düzəlmiş 

sifət yox, feli sifət olduğunu onun təsirli və ya təsirsiz olduğunu yoxlamaqla, ya da 

inkarda işlətməklə bilmək olar. 

        Sifət və saylar kimi, feli sifətlər də bəzən substantivləşə (isimləşə) bilir. Belə

 

halda 



feli sifətlər ismin xüsusiyyətlərinə malik olur: hallanır, cəmlənir, mənsubiyyətə görə 

dəyişir, qoşma ilə işlənə bilir və s. Məsələn: Yatmışları razı deyiləm kimsə oyatsın. 



Qaçanı qovmazlar. Yazdıqlarımı unutmuşam və s. Bu cümlələrdəki yatmışları, 

qaçanı, yazdıqlarımı feli sifətləri isimsiz işlənmiş, yəni onu əvəz etmişlər. Buna görə də 

həmin feli sifətlər mənsubiyyət, hal və cəm şəkilçiləri qəbul etmişdir. Isimləşmiş feli 

sifət necə?, nə cür? suallarına deyil, ismin suallarına cavab verir və cümlədə təyin yox, 

mübtəda və tamamlıq, bəzən də ismi xəbər olur. Qeyd edildiyi kimi, feli sifər 

isimləşdikdə qoşmalarla da işlənə bilir: oxuyan üçün, yatmışlardan başqa və s.   

 

          



 Sual  25. Feli bağlama haqqında məlumat yazın. 

 

        Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır. 

        Feli bağlamanın felə aid xüsusiyyətləri bunlardır: 

        1. Leksik mənaca hərəkət bildirir. 

        2. Təsirli və ya təsirsiz olur: görüb (təsirli), baxdıqca (təsirsiz) və s. 

        3. Təsdiq və ya inkarda olur: alanda, almayanda və s. 



23 

 

        4. Felin müxtəlif qrammatik məna növlərində ola bilir: gəlincə (məlum), yazılıb 



(məchul), geyinərkən (qayıdış), sildirərək (icbar), yazışanda (qarşılıq). 

        5. Ətrafına söz toplaya bilir: təbiətin xoş mənzərəsini seyr etdikcə və s.  



        Feli bağlamanın zərfə aid xüsusiyyətləri aşağıdakılardır: 

        1. Hərəkətin tərzini, zamanını, səbəbini bildirir: Uşaq qaçaraq (necə?) gözdə                                                        

itdi. 

Evə gələndə (nə zaman?) çörək alarsan. Düşməqorxub (nə səbəbdən?) geri 

çəkildi. 

        2. Zərfin suallarına cavab ola bilir. 

        3. Əlaqəyə girdiyi sözlərlə birlikdə cümlənin zərfliyi olur. 

        Feli bağlama şəkilçiləri: 

        1) -ıb



4

. Bu şəkilçi ilə düzələn feli bağlamaların aşağıdakı xüsusiyyətləri vardır: 



a)

 Işin əsas feldəki işdən əvvəl icra olunduğunu bildirir: Bağban bağdaki işlərini bitirib,(nə za-

man?) əllərini yumağa getdi.  

b)

  Əsas feldəki hərəkətin tərzini bildirir: Qoca bardaş qurub (necə?) oturmuşdu.. 

c)

  Əsas feldəki hərəkətin səbəbini bildirir: Uşaq anasından qorxub (niyə?) çarpayının altında 

gizləndi. 

         2) -araq



2

. Bu şəkilçi ilə düzələn feli bağlamalar mənasna görə -ib

4

 şəkilçili feli bağlama-larla 



oxşardır, məsələn: Ana otağa girərək, körpənin üstünü örtdü və s. 

         3)  -a



2

. Bu şəkilçi təkrar olunan felə qoşulur və onunla düzələn feli bağlamalar, əsasən, 

hərəkətin icra   tərzini bildirir.  Məsələn: Uşaqlar qaça-qaça həyətə doluşdular. Əsgər təhlükəni 

bilə-bilə irəliyə atıldı. 

         4)  -madan



2

. Bu şəkilçi ilə düzələn feli bağlamalar hərəkətin zamanını, bəzən də tərzini 

bildirir, məsələn: Dərsini hazırlamadan oynamağa getmə. Qatar heç  bir stansiyada dayanmadan 

gedirdi. 

         Aşağıdakı şəkilçilərlə düzələn feli bağlamalar isə daha çox hərəkətin zamanını, yəni işin əsas 

feldən əvvəl icra olunduğunu bildirir: 

         -anda

2

: alanda, gələndə, işləyəndə və s. 

         -dıqda



2

: aldıqda, gəldikdə, işlədikdə və s. 

         -arkən



2

: alarkən, gələrkən və s. 

         -dıqca

4

: aldıqca, gəldikcə və s. 



         -inca

4

: alınca, gəlincə və s. 

         -ar



2

, -maz



2

: gələr-gəlməz, çatar-çatmaz və s.  

         Feli bağlama digər sözlərlə əlaqəyə girərək feli bağlama tərkibi əmələ gətirir.Feli bağlama 

tərkibi həmişə cümlənin mürəkkəb üzvü olur və bir sintaktik suala cavab verir. Məsələn: Adil 



gözünü bir nöqtəyə zilləyib xəyala dalmışdı. Onlar vaxtında gəlib çatmadıqda bütün planlarımız 

pozuldu. Feli bağlamalar və feli bağlama tərkibləri cümlədə, bir qayda olaraq, zərflik kimi çıxış 

edir. Feli bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül işarəsi qoyulur. Məsələn: 



Ana bazara gedib, ərzaq malları aldı. 

 

                                                          



Sual  26. Zərf, onun məna növləri və başqa nitq hissələrindən fərqləndirilməsi 

barədə  yazın. 

  



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə