Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə109/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   105   106   107   108   109   110   111   112   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



315

yerinə yetirilir. Azərbaycan da daxil olmaqla digər üzv ölkələr öz ara-

larında ikitərəfli qaydada bu cür saziş tətbiq edir. 

MDB daxilində qarşılıqlı ticarətin liberallaşdırılması meyillərinə 

baxmayaraq buraya daxil olan ölkələrin əksəriyyətində malların idxalı 

və ixracının tənzimlənməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olu-

nur. Mütəxəssislərin fikrincə, bu bir tərəfdən keçid dövrünü yaşayan 

ölkələrdə büdcə gəlirlərinin idxalından asılılığı, digər tərəfdən, daxili 

bazarı qorumaq istəyi ilə izah olunur. Onu da göstərək ki, qeyd edilən 

məhdudiyyətlər bütövlükdə götürdükdə dünya təcrübəsinə uyğundur, 

eyni zamanda, həmin məhdudiyyətlər  əsasən idxala tətbiq olunur və 

vergitutumlu malların ölkə ərazisinə idxalı zamanı maneə yaratmaqla, 

başlıca olaraq bazarı qorumaq məqsədi daşıyır. Tədqiqatlara görə ix-

racda belə  məhdudiyyətlər azdır və  əsasən həmin malların daxili ba-

zarda qalmasını  təmin etmək məqsədi güdür. Həmin məhdudiyyətlər 

tarif və qeyri-tarif məhdudiyyətlərinə bölünür. Tarif məhdudiyyətləri 

idxal və ixraca tətbiq olunan gömrük rüsumlarının tarif dərəcəsinin 

azaldılması və ya ləğv edilməsi ilə müşayiət olunur. MDB çərçivəsin-

də bu istiqamətdə müəyyən işlər görülür. Buna misal kimi göstərə bi-

lərik ki, Azərbaycanla Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan, 

Ukrayna və Belorusiya arasında bağlanmış Azad Ticarət Sazişinə uy-

ğun olaraq həmin ölkələrdən Azərbaycana, Azərbaycandan isə həmin 

ölkələrə idxal olunan mallardan idxal rüsumları alınmır. Lakin Rusiya 

Federasiyası və Qazaxıstanla Azərbaycan arasında Azad Ticarət Sazi-

şinə istisnalar mövcuddur. Həmin istisnalar əsas etibarı ilə aksizli mal-

ları əhatə edir. Onu da qeyd edək ki, istisnalar digər MDB üzv dövlət-

ləri arasında da mövcuddur və bütövlükdə MDB çərçivəsində bu istis-

naların ləğv edilməsi istiqamətində tədbirlər görülməkdədir. Qarşılıqlı 

ticarətdə qeyri-tarif maneələri, daha doğrusu, kvotalaşdırma və lisenzi-

yalaşdırma məsələləri üzrə  zərurət tələb edən tədbirlərin həyata ke-

çirilməsi MDB-yə üzv dövlətlərin qarşısında duran ən mühüm məsələ-

lərdən biridir. 

Bu məqsədlə  gələcəkdə Ümumdünya Ticarət Təşkilatına(ÜTT) 

daxil olarkən MDB ölkələrinin öhdəlikləri  əlaqələndirilməlidir. Belə 

ki, xarici tədarükçülərin milli xidmətlər bazarına buraxılışı üzrə xüsusi 

öhdəliklərin siyahısı, ÜTT üzvlərinin hamısında xarici ticarətdə daha 

əlverişli rejim yaradılması üzrə ümumi qaydalardan çıxarışların təsviri 

(heç bir ölkə başqalarına nisbətən mal və xidmət bazarına pis buraxılış 

şəraitində olmamalıdır), idxal tarifi (ÜTT-yə daxil olduqdan sonra o, 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

316



qalxa bilməz), qüvvədə olan qanunvericilikdə və beynəlxalq sazişlərdə 

dəyişikliklərin edilməsi,son dövrdə respublikamızda xarici iqtisadi 

fəaliyyətdə gömrük-tarif tənzimlənməsi və gömrük orqanlarında ma-

liyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunve-

riciliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqa-

mətində müəyyən tədbirlər həyata keçirilmişdir. 

Azərbaycanda sahibkarlığın və regionların inkişaf etdirilməsi 

məqsədilə xüsusi dövlət proqramlarının qəbul edilməsi, sahibkarlıq fə-

aliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yö-

nəldilən tədbirlər, eləcə də mövcud problemlərin aradan qaldırılması, 

xarici iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət  şəraiti yaradıl-

ması üçün gömrük orqanlarının modernləşdirilməsi üzrə tədbirlər pla-

nına uyğun olaraq, spesifik rüsumların advalor rüsumlarla əvəz edil-

məsinin mərhələli qrafiki başa çatdırılmışdır. Nəticədə spesifik rüsum-

ların advalor rüsumlarla əvəz edilməsinə dair Nazirlər Kabinetinin 

müvafiq Qərarı ilə daha 6 mal qrupu üzrə spesifik rüsumlar advalor 

rüsumlarla dəyişdirilmişdir. 

Yüksək gömrük rüsumlarına baxmayaraq bəzi məmulatlar çoxlu 

miqdarda ölkəyə idxal oluna bilər. Lakin idxal kvotaları ölkəyə istəni-

lən kəmiyyətdə  əmtəələrin gətirilməsini qadağan edir. Kvotanın son 

həddi embarqodur. Embarqo qadağan edildikdə ayrı-ayrı məhsulların 

idxalı qadağan olunur. Qeyri-tarif maneələri dedikdə lisenziyalaşdır-

ma sistemi nəzərdə tutulur. Bundan başqa, qeyri-tarif maneələrinə 

məhsul keyfiyyətinin standartının müəyyən edilməsi, bürokratik amil-

lər və s. aiddir. Məsələn, Yaponiya və Avropa dövlətləri çox zaman 

idxalçıdan lisenziya almağı  tələb edirlər. Lisenziyaların verilməsini 

məhdudlaşdırmaq yolu ilə idxalı məhdudlaşdırmaq çox asandır. 

Ölkə  sərhədindən gömrükxana nəzarəti altında keçirilən  əmlak, 

əmtəə, qiymətli  şey və s.-dən tutulan pul məbləğinə gömrük rüsumu 

deyilir. Gömrük rüsumlarını müxtəlif əlamətlərinə görə təsnifləşdirir-

lər: Əməliyyatın xarakterinə görə gömrük rüsumları ixrac gömrük rü-

sumları, idxalat gömrük rüsumları və tranzit gömrük rüsumlarına bö-

lünür. Gömrük rüsumları dövlətin gömrük tarifləri ilə müəyyən etdiyi 

dərəcələr üzrə tutulur. Tarif stavkasından asılı olaraq gömrük rüsumla-

rı bir neçə əlamət: diferensial gömrük rüsumları, qoruyucu gömrük rü-

sumları və preferensial gömrük rüsumlarına bölünürlər. Belə olan şə-

raitdə respublikada istehsal olunan məhsullara analoji məhsulların gə-

tirilməsini digər vasitələrlə, məsələn, aksiz vasitəsilə  tənzimləmək 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



317

olar. Bu məhsullardan hələlik yalnız spirtli içkilərin və tütün məmulat-

larının idxalına aksiz vergisi tətbiq edilir. Respublikaya gətirilən mal-

lara vahid idxal rüsumunun tətbiqi nəticəsində daxili bazarda qiymət-

lərin artmasının qarşısını milli valyutanın məzənnəsinin yüksəldilməsi 

hesabına da almaq olar. Azərbaycanda gömrük siyasəti yenicə forma-

laşmaqdadır. Gömrük orqanları həm inzibati, həm də iqtisadi siyasəti 

həyata keçirirlər. 

Ölkəmizdə gömrük siyasəti liberal və proteksionistik gömrük si-

yasətinə bölünür. Dünya dövlətlərinin bir hissəsi liberal gömrük siya-

sətinə, digər hissəsi isə proteksionistik gömrük siyasətinə üstünlük ve-

rirlər. Liberal gömrük siyasəti tərəfdarlarının fikrincə, liberal gömrük 

siyasəti rəqabəti stimullaşdırır və inhisarçılığı məhdudlaşdırır. 

Proteksionistik gömrük siyasəti tərəfdarları isə belə hesab edirlər 

ki, xarici ticarətin liberal olduğu şəraitdə istehsalın heç bir sahəsində 

istehsalı genişləndirmək və effektivliyi artırmağa dair uzunmüddətli 

tədbirlər həyata keçirmək mümkün deyil. Onların fikrincə, proteksio-

nistik gömrük rüsumları sənayenin yeni sahələrinin inkişafı üçün zəru-

ridir. Yüksək proteksionistik gömrük rüsumları ölkəyə gətirilən malla-

rın qiymətlərini qaldırır və beləliklə  də  rəqabət qabiliyyətini azaldır. 

Qeyd etmək lazımdır ki, müasir dünyada istər qabaqcıl, istərsə də geri-

də qalmış ölkələrin əksəriyyəti proteksionizmə meyil göstərirlər. Həm 

də müasir proteksionizm siyasəti üçün qeyri-tarif maneələrinin rolu-

nun artması xarakterikdir. Azərbaycanda proteksionizmin tərəfdarları 

kifayət qədərdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycanın Ümumdünya Ticarət Təş-

kilatına üzv olması respublikamızda Gömrük Komitəsinin işinin dün-

ya standartlarına uyğunlaşdırılması istiqamətində daha inamlı addım-

lar atmağa imkan verə bilər. Əsası 30 oktyabr 1947-ci ildə Cenevrədə 

23 dövlət tərəfindən “Ticarət və ticarət siyasəti haqda” çoxtərəfli və 

hökumətlərarası Sazişin imzalanması ilə qoyulan bu təşkilatın hal-ha-

zırda 130-dan çox üzvü vardır. ÜTM üzvü olan ölkələr dövri olaraq öz 

aralarında danışıqlar aparırlar. Belə danışıqlara tur-raundlar deyilir. 

Tur-raundlarda Ticarət siyasəti baryerlərin azaldılması və yeni qeyri-

ticarət məhdudiyyətlərin tətbiqini nizamlayan məcəllə, yaxud qaydala-

rın işlənib aparılması  məsələləri müzakirə edilir. Tərəflər dəfələrlə 

gömrük tarifləri və rüsumları, ixracat qiymətləri, tarif güzəştləri və s. 

məsələləri müzakirə edirlər. Müzakirələr adətən sazişlərin imzalan-

ması ilə başa çatır. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə