Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə108/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   104   105   106   107   108   109   110   111   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

312



Bəzi ölkələrdə sənаyе mаllаrının idхаl rüsumlаrı ( % - lə) 

 

Mаllаrın аdı 

Pаkistаn 

Brаziliyа 

АBŞ 

Аvrоpа 

Birliyi 

Dəsmаl və digər mə-

mulаtlаr 

80-100 60 

25-90 



Bоru və digərləri 80 30 



6-33 

6-13 


Аkril plаstmas 

1 kq 70 rupu 

40 

4.2-37


12.5-21 

Minik mаşınlаrı 80- 

425 

65 


2.5-10

10-29 


Yük mаşınlаrı 80 

65 


8.5-25

5-28 


 

Cədvəl məlumatlarından görünür ki, Gömrük Komitəsi üzrə dövlət 

büdcəsinə daxilolmalar ildən-ilə artmışdır. Belə hal onunla izah olunur 

ki, ölkəyə bu dövrdə idxal malları da artmışdır. Həmçinin qeyd edək ki, 

Gömrük Komitəsi üzrə dövlət büdcəsınə daxil olmalarda əsasən əlavə 

dəyər vergisi üzrə daxilolmalar ilbəil artmışdır. Gömrük rüsumları isə 

2005-2014-cü illərdə digər illərə nisbətən daha yüksək olmuşdur. 

 

Azərbaycan DGK üzrə gömrük rüsumları və gömrük vergiləri 

(mln. manatla) 

 

 

Qeyd: Cədvəl Gömrük Komitəsinın məlumatları əsasında tərtib edilmişdir. 



Göstəricilər 

2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 

Dövlət 


Gömrük Ko-

mitəsi üzrə 

54,4 86 112,4 122,4 144,0 164,6 184,0 204,0 260,6 376,2 

Əlavə dəyər 

vergisi 

30,4 34,6 46,6 49,6 77,0  104,4 109,0 130,4 171,3 253,8 

Gömrük 

rüsumları 



22,4 46,8 57,4 62,8 62,2  52,2 58,0 60,0 77,0 101,2 

Aksiz 


1,6 3  6,4 8  2,8  6,4 15  12  11,1 

19,7 


Tranzit yol 

vergisi 


0 1,6 

2  2  2  1,6 2  1,6 1,2 1,4 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



313

Hazırda republikamızın gömrük orqanları fisikal siyasəti həyata 

keçirməklə dövlət büdcəsi gəlirlərinin beşdə bir hissəsindən çoxunu 

təmin edir. Onlar daxili bazarı və bütövlükdə dövlətin iqtisadi maraq-

larını qorumaq üçün gömrük-tarif tənzimlənməsi tədbirlərini və göm-

rük işi sahəsində valyuta nəzarətini həyata keçirirlər. Belə ki, son illər 

ərzində idxalın  əmtəə strukturunu səmərələşdirmək, ixracı stimullaş-

dırmaq, daxili istehsala şərait yaratmaq istiqamətində xeyli işlər görül-

müşdür ki, bu da ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən 

qorumaq üçün mühüm əhəmiyyət kəsb edir. 

Qeyd etmək lazımdır ki, ixracın strukturunda neft və neft məhsul-

larının daha böyük xüsusi çəkisi qalmaqda davam edir. Bununla 

yanaşı, 2005-ci ildə 2014-ci ilə nisbətən ixracda ərzaq məhsullarının 

xüsusi çəkisi 15,9%-dən 24,9%-ə qalxmışdır. Hesab edirik ki, bu, heç 

də respublikanın mövcud potenisalını tam əks etdirmir. Odur ki, ixrac-

yönümlü malların istehsalı təşviq edilməli və ölkə iqtisadiyyatının id-

xaldan asılılığı tədricən aradan qalxmalıdır. 

Hazırda Azərbaycana idxal olunan malların təqribən 70%-i vergi-

tutma obyekti hesab olunur. Əvəzsiz maliyyə  və texniki yardımlar, 

qrantlar, kreditlər və borclar hesabına idxal olunan mallar, habelə in-

vestisiyatəyinatlı mallar gömrük rüsumlarına cəlb olunmur. 

Son vaxtlar respublikada aparılan gömrük siyasətinin əsas istiqa-

mətlərindən sayılan diferensiallaşdırılmış tarif tənzimlənməsi sistemi-

nə keçilmişdir. Hazırda Azərbaycanda mövcud tarif siyasəti daxili is-

tehsalı dəstəkləməklə yanaşı, yeni texnika və texnologiya idxalını da 

təşviq edir. Tarif dərəcələrinin  ən yüksək həddi 15%-dir ki, bu da 

MDB ölkələri arasında ən optimal göstərici sayılır. 

Son vaxtlara qədər Azərbaycanda obyektiv zərurətdən irəli gələ-

rək bir sıra mallara spesifik rüsumlar tətbiq olunurdu. Lakin həmin rü-

sumlar malın keyfiyyətini, real qiymətini nəzərə almağa imkan vermə-

diyi üçün spesifik rüsumlar advalor rüsumlarla əvəz olunmuşdur. La-

kin bununla belə, aksizli malların idxalında bu cür rüsumlardan istifa-

də edilməsi zərurəti hələ də qalmaqdadır. Həyata keçirilmiş tədbirlər-

dən sonra gömrük-idxal rüsumları üzrə orta tarif dərəcəsi 8,3% -dən 

5,7%-ə enmişdir. 

Bununla yanaşı, ölkədə daxili istehsala şərait yaratmaq üçün bir 

sıra idxal malları Nazirlər Kabinetinin Qərarı ilə idxal rüsumlarından 

və ƏDV-dən azad edilmişdir. Lakin dünya təcrübəsinə görə vergi gü-

zəştləri konkret sahəni və konkret dövrü əhatə etməlidir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

314



Qaçaqmalçılıq halları və ona qarşı mübarizənin daha da gücləndi-

rilməsi sahəsində mövcud olan nöqsanlar, onun daha mütərəqqi yolla-

rının axtarılması və qabaqlayıcı tədbirlərin görülməsi bütün dünya öl-

kələrinin diqqət mərkəzində duran aparıcı  məsələlərdir.  İdxal olunan 

mallara rüsum tətbiq edilməsi ondan yayınmağa cəlb edilməsi halları-

nı artırır. Digər tərəfdən, invoys qiymətlərinin bilərəkdən aşağı gös-

tərilməsi halları mövcuddur. Belə halların obyekti daha çox yüksək 

vergitutumlu mallardır. Odur ki, respublikanın gömrük orqanları qa-

çaqmalçılıq hallarına qarşı mübarizəni kəskinləşdirmək, bunun üçün 

kifayət qədər maddi-texniki bazanı  və  zəruri kadr potensialını  təmin 

etmək məqsədilə lazımi tədbirər planı işləyib hazırlamalıdır. Azaldıl-

mış invoys qiymətlərinin real qiymətə uyğunlaşdırılması üçün qiymət-

məlumat bazasının imkanlarından istifadə olunmalıdır. 

Respublikamızda sahibkarlığın inkişafına  əngəl törədə bilən hər 

cür maneələrin aradan qaldırılması, daxili bazarın qorunması, sağlam 

rəqabət və bütövlükdə  şəffaf biznes mühitinin yaradılmasında göm-

rük-tarif tənzimlənməsi tədbirlərinin imkanlarından daha səmərəli isti-

fadə olunmalı  və qaçaqmalçılığa qarşı mübarizənin daha da güclən-

dirilməsində qabaqlayıcı  tədbirlərdən istifadə imkanları daha da arı-

tırılmalıdır. 

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına ha-

zırlıq prosesi ilə əlaqədar olaraq ölkədə xüsusi qrup fəaliyyət göstərir. 

Ölkəmizin bu nüfuzlu quruma daxil olması üçün istehsalın stimullaş-

dırılması  və  rəqabət qabiliyyətli məhsulların istehsalı  məqsədəuyğun 

hesab edilir. Mütəxəssislərin fikrincə,  əgər yerli iş adamları yüngül, 

yeyinti və emal sənayesində hazır məhsulların istehsalına keçsələr, 

yəni xammal son məhsul halına gətirilib dünya bazarına çıxarılsa, 

Azərbaycan ÜTT-yə hazır ölkə kimi girmiş olacaq. Odur ki, Avropa 

ölkələri ilə sıx ticarət əlaqələri qurarkən, ilk növbədə, yerli istehsalın 

rəqabət qabiliyyətinin gücləndirilməsinə çalışılmalıdır. 

MDB-yə üzv olan dövlətlər arasında  ənənəvi ticarət  əlaqələri 

mövcuddur və keçid dövrünü yaşayan üzv dövlətlərində həmin əlaqə-

lərdən səmərəli istifadə olunması böyük fayda verir. Həmin əlaqələrin 

möhkəmləndirilməsi üçün müxtəlif siyasi iqtisadi cəhdlər edilir, çox-

tərəfli və ikitərəfli sazişlər imzalanır. Son illərin təcrübəsi göstərir ki, 

MDB ölkələri ikitərəfli sazişlərə daha çox əhəmiyyət verirlər. 1994-cü 

ildə MDB ölkələri arasında Azad Ticarət Zonası yaradılması haqqında 

saziş imzalansa da, saziş yalnız Qırğızıstan və Ermənistan tərəfindən 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə