Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
312
Bəzi ölkələrdə sənаyе mаllаrının idхаl rüsumlаrı ( % - lə)
Mаllаrın аdı
Pаkistаn
Brаziliyа
АBŞ
Аvrоpа
Birliyi
Dəsmаl və digər mə-
mulаtlаr
80-100 60
25-90
5
Bоru və digərləri 80 30
6-33
6-13
Аkril plаstmas
1 kq 70 rupu
40
4.2-37
12.5-21
Minik mаşınlаrı 80-
425
65
2.5-10
10-29
Yük mаşınlаrı 80
65
8.5-25
5-28
Cədvəl məlumatlarından görünür ki, Gömrük Komitəsi üzrə dövlət
büdcəsinə daxilolmalar ildən-ilə artmışdır. Belə hal onunla izah olunur
ki, ölkəyə bu dövrdə idxal malları da artmışdır. Həmçinin qeyd edək ki,
Gömrük Komitəsi üzrə dövlət büdcəsınə daxil olmalarda əsasən əlavə
dəyər vergisi üzrə daxilolmalar ilbəil artmışdır. Gömrük rüsumları isə
2005-2014-cü illərdə digər illərə nisbətən daha yüksək olmuşdur.
Azərbaycan DGK üzrə gömrük rüsumları və gömrük vergiləri
(mln. manatla)
Qeyd: Cədvəl Gömrük Komitəsinın məlumatları əsasında tərtib edilmişdir.
Göstəricilər
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Dövlət
Gömrük Ko-
mitəsi üzrə
54,4 86 112,4 122,4 144,0 164,6 184,0 204,0 260,6 376,2
Əlavə dəyər
vergisi
30,4 34,6 46,6 49,6 77,0 104,4 109,0 130,4 171,3 253,8
Gömrük
rüsumları
22,4 46,8 57,4 62,8 62,2 52,2 58,0 60,0 77,0 101,2
Aksiz
1,6 3 6,4 8 2,8 6,4 15 12 11,1
19,7
Tranzit yol
vergisi
0 1,6
2 2 2 1,6 2 1,6 1,2 1,4
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
313
Hazırda republikamızın gömrük orqanları fisikal siyasəti həyata
keçirməklə dövlət büdcəsi gəlirlərinin beşdə bir hissəsindən çoxunu
təmin edir. Onlar daxili bazarı və bütövlükdə dövlətin iqtisadi maraq-
larını qorumaq üçün gömrük-tarif tənzimlənməsi tədbirlərini və göm-
rük işi sahəsində valyuta nəzarətini həyata keçirirlər. Belə ki, son illər
ərzində idxalın əmtəə strukturunu səmərələşdirmək, ixracı stimullaş-
dırmaq, daxili istehsala şərait yaratmaq istiqamətində xeyli işlər görül-
müşdür ki, bu da ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən
qorumaq üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, ixracın strukturunda neft və neft məhsul-
larının daha böyük xüsusi çəkisi qalmaqda davam edir. Bununla
yanaşı, 2005-ci ildə 2014-ci ilə nisbətən ixracda ərzaq məhsullarının
xüsusi çəkisi 15,9%-dən 24,9%-ə qalxmışdır. Hesab edirik ki, bu, heç
də respublikanın mövcud potenisalını tam əks etdirmir. Odur ki, ixrac-
yönümlü malların istehsalı təşviq edilməli və ölkə iqtisadiyyatının id-
xaldan asılılığı tədricən aradan qalxmalıdır.
Hazırda Azərbaycana idxal olunan malların təqribən 70%-i vergi-
tutma obyekti hesab olunur. Əvəzsiz maliyyə və texniki yardımlar,
qrantlar, kreditlər və borclar hesabına idxal olunan mallar, habelə in-
vestisiyatəyinatlı mallar gömrük rüsumlarına cəlb olunmur.
Son vaxtlar respublikada aparılan gömrük siyasətinin əsas istiqa-
mətlərindən sayılan diferensiallaşdırılmış tarif tənzimlənməsi sistemi-
nə keçilmişdir. Hazırda Azərbaycanda mövcud tarif siyasəti daxili is-
tehsalı dəstəkləməklə yanaşı, yeni texnika və texnologiya idxalını da
təşviq edir. Tarif dərəcələrinin ən yüksək həddi 15%-dir ki, bu da
MDB ölkələri arasında ən optimal göstərici sayılır.
Son vaxtlara qədər Azərbaycanda obyektiv zərurətdən irəli gələ-
rək bir sıra mallara spesifik rüsumlar tətbiq olunurdu. Lakin həmin rü-
sumlar malın keyfiyyətini, real qiymətini nəzərə almağa imkan vermə-
diyi üçün spesifik rüsumlar advalor rüsumlarla əvəz olunmuşdur. La-
kin bununla belə, aksizli malların idxalında bu cür rüsumlardan istifa-
də edilməsi zərurəti hələ də qalmaqdadır. Həyata keçirilmiş tədbirlər-
dən sonra gömrük-idxal rüsumları üzrə orta tarif dərəcəsi 8,3% -dən
5,7%-ə enmişdir.
Bununla yanaşı, ölkədə daxili istehsala şərait yaratmaq üçün bir
sıra idxal malları Nazirlər Kabinetinin Qərarı ilə idxal rüsumlarından
və ƏDV-dən azad edilmişdir. Lakin dünya təcrübəsinə görə vergi gü-
zəştləri konkret sahəni və konkret dövrü əhatə etməlidir.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
314
Qaçaqmalçılıq halları və ona qarşı mübarizənin daha da gücləndi-
rilməsi sahəsində mövcud olan nöqsanlar, onun daha mütərəqqi yolla-
rının axtarılması və qabaqlayıcı tədbirlərin görülməsi bütün dünya öl-
kələrinin diqqət mərkəzində duran aparıcı məsələlərdir. İdxal olunan
mallara rüsum tətbiq edilməsi ondan yayınmağa cəlb edilməsi halları-
nı artırır. Digər tərəfdən, invoys qiymətlərinin bilərəkdən aşağı gös-
tərilməsi halları mövcuddur. Belə halların obyekti daha çox yüksək
vergitutumlu mallardır. Odur ki, respublikanın gömrük orqanları qa-
çaqmalçılıq hallarına qarşı mübarizəni kəskinləşdirmək, bunun üçün
kifayət qədər maddi-texniki bazanı və zəruri kadr potensialını təmin
etmək məqsədilə lazımi tədbirər planı işləyib hazırlamalıdır. Azaldıl-
mış invoys qiymətlərinin real qiymətə uyğunlaşdırılması üçün qiymət-
məlumat bazasının imkanlarından istifadə olunmalıdır.
Respublikamızda sahibkarlığın inkişafına əngəl törədə bilən hər
cür maneələrin aradan qaldırılması, daxili bazarın qorunması, sağlam
rəqabət və bütövlükdə şəffaf biznes mühitinin yaradılmasında göm-
rük-tarif tənzimlənməsi tədbirlərinin imkanlarından daha səmərəli isti-
fadə olunmalı və qaçaqmalçılığa qarşı mübarizənin daha da güclən-
dirilməsində qabaqlayıcı tədbirlərdən istifadə imkanları daha da arı-
tırılmalıdır.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına ha-
zırlıq prosesi ilə əlaqədar olaraq ölkədə xüsusi qrup fəaliyyət göstərir.
Ölkəmizin bu nüfuzlu quruma daxil olması üçün istehsalın stimullaş-
dırılması və rəqabət qabiliyyətli məhsulların istehsalı məqsədəuyğun
hesab edilir. Mütəxəssislərin fikrincə, əgər yerli iş adamları yüngül,
yeyinti və emal sənayesində hazır məhsulların istehsalına keçsələr,
yəni xammal son məhsul halına gətirilib dünya bazarına çıxarılsa,
Azərbaycan ÜTT-yə hazır ölkə kimi girmiş olacaq. Odur ki, Avropa
ölkələri ilə sıx ticarət əlaqələri qurarkən, ilk növbədə, yerli istehsalın
rəqabət qabiliyyətinin gücləndirilməsinə çalışılmalıdır.
MDB-yə üzv olan dövlətlər arasında ənənəvi ticarət əlaqələri
mövcuddur və keçid dövrünü yaşayan üzv dövlətlərində həmin əlaqə-
lərdən səmərəli istifadə olunması böyük fayda verir. Həmin əlaqələrin
möhkəmləndirilməsi üçün müxtəlif siyasi iqtisadi cəhdlər edilir, çox-
tərəfli və ikitərəfli sazişlər imzalanır. Son illərin təcrübəsi göstərir ki,
MDB ölkələri ikitərəfli sazişlərə daha çox əhəmiyyət verirlər. 1994-cü
ildə MDB ölkələri arasında Azad Ticarət Zonası yaradılması haqqında
saziş imzalansa da, saziş yalnız Qırğızıstan və Ermənistan tərəfindən
Dostları ilə paylaş: |