Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə104/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   100   101   102   103   104   105   106   107   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

300



idxal, gömrük xidməti, yeni texnologiyaya əsaslanan istehsal sahələri-

nin və iş yerlərinin yaradılması məsələlərinə dair dövlətin qanunları və 

proqramları ölkənin uzaq gələcəyinin inkişafına və təhlükəsizliyin tə-

min olunmasına istiqamətlənməlidir. 

İqtisadi islahatlar nəticəsində artıq 1995-ci ildən başlayaraq ölkə-

də iqtisadi tənəzzülün qarşısı alınmış, iqtisadi və siyasi sabitlik bərqə-

rar olmuş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu əhəmiyyətli dərə-

cədə artmış və iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Prezi-

dent Ilham Əliyev demişdir: “2004-2014-cü illər ərzində Azərbaycan 

dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən 

ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. 2004-cü ildən bu 

günə qədər ÜDM 3,4 dəfə artmışdır.Sənaye istehsalı 2,7 dəfə artmış-

dır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisi-

ya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 mil-

yard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur” 

Qeyd etmək lazımdır ki, strategiya ilə infrastruktur sahələrin ge-

nişmiqyaslı inkişafı, yoxsulluğun azaldılması üzrə  tədbirlərin həyata 

keçirilməsi və digər sosial problemlərin həlli, iqtisadiyyatın intellek-

tual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsi və vacib bir 

aspekti - insan kapitalının inkişaf etdirilməsi 2005-2025-ci illər üzrə 

əsas inkişaf perspektivləri kimi müəyyən olunmuşdur. 

Qeyri-neft sektorunun inkişafı digər mühüm sənədin -“Azərbay-

can 2020: Gələcəyə baxış”  İnkişaf Konsepsiyasının müəyyən etdiyi 

əsas istiqamətlərdəndir.Xüsusilə, informasiya-kommunikasiya texno-

logiyalarını, nəqliyyat logistika və turizm sektorlarının inkişafı həmin 

sənəddə prioritet kimi müəyyənləşdirilmişdir. 

Azərbaycan müstəqil dövlət kimi digər dünya dövlətləri ilə iqtisa-

di əlaqələri genişləndirdiyinə görə, digər tərəfdən isə müvafiq sənaye 

sahələrinin istehsalında  əsaslı bir irəliləyiş olmadığına görə, artıq 

1995-ci ildən sonra idxalın həcmi hər il artmışdır. Bu artım kənd təsər-

rüfatı və onun emalı sənayesinin məhsulları istisna olmaqla, bütün di-

gər sahələri, xüsusilə maşınqayırma sənayesini əhatə etmişdir. Belə ki, 

artıq 2002-ci ildən etibarən bu sənaye sahəsinin məhsullarının idxalı-

nın həcmi hətta 1991-ci ilin səviyyəsini də keçmişdir. Bu hal eyni za-

manda ağac emalı  məhsullarına və tikinti materiallarına da aiddir. 

Qeyd edək ki, idxalın artımının bir səbəbi kimi müvafiq istehsal sahə-

lərinin inkişafının zəif olmasını göstərmişdiksə də, bu baxımdan ma-



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



301

şınqayırma sənayesinin məhsulları olan maşın və avadanlıqların, həm-

çinin də tikinti materiallarının idxalının artmasını müsbət hal kimi qiy-

mətləndirmək lazımdır. Çünki bu məhsulların idxalı müvafiq istehsal 

sahələrinin inkişaf etdirilməsinə  səbəb olmaqla, idxal olunan bir sıra 

məhsulların gələcəkdə yerli istehsalla əvəzlənməsinə səbəb olacaqdır. 

Xarici iqtisadi əlaqələr genişləndikcə bir sıra məhsulların idxalının 

artmasının səbəblərindən biri kimi yerli istehsal sahələrinin inkişaf et-

məməsinin səbəb olması fikrinə nümunə kimi kənd təsərrüfatı və onun 

emalı  sənayesinin məhsullarının idxalının 1995-ci illə müqayisədə 

2000-ci ildə az olmasını göstərə bilərik. Belə ki, məlumdur ki, 1996-cı 

ildən başlayaraq ölkənin aqrar sektorunda inkişaf baş vermiş, bununla 

də kənd təsərrüfatı məhsullarına olan tələbatın daxili istehsal hesabına 

ödənilməsi səviyyəsi yüksəlmişdir ki, bu da müvafiq məhsullar üzrə 

idxalın azalmasına səbəb olmuşdur. Lakin burada bir məqamı da qeyd 

etmək lazımdır ki, araşdırmalara görə gəlirlər səviyyəsi aşağı olduğun-

dan əhalinin ərzaq məhsullarına olan tələbatı müvafiq fizioloji norma-

lara uyğun ödənmir. Yəni kənd təsərrüfatı və onun emalı sənayesinin 

məhsullarının idxalının az olması təkcə daxili istehsalın artmasına gö-

rə deyil, həm də əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasına görədir. 

Bu eynilə yüngül sənaye məhsulları istehsalına da aiddir. Belə ki, bil-

diyimiz kimi bu sənaye sahəsi üzrə daxili istehsalın həcminin çox cüzi 

olmasına baxmayaraq, onun idxalının da həcmi çox azdır. 

Ölkə iqtisadiyyatının dirçəldilməsində, islahatların dərinləşməsi-

nin təmin edilməsində, investisiya siyasətində, daxili bazarın yad ün-

sürlərdən qorunmasında,  ən bаşlıcası isə, dövlət büdcəsinin gəlirlər 

hissəsinin formalaşmasında, qaçaqmalçılıq və gömrük qaydalarının 

pozulmasına qarşı mübarizənin gücləndirilməsində gömrük sistemi 

müstəsna  əhəmiyyətə malikdir. Iqtisadi təhlükəsizliyin, suverenliyin 

və milli mənafeyin qorunmasında gömrük orqanlarının da böyük rolu 

vardır. Bu gün gömrük sistemi dövlətin strateji marağının, iqtisadi təh-

lükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Azərbaycan göm-

rük təşkilatı öz fəaliyyətində son illər əsaslı dönüşə nail olmuş, xarici 

ölkələrin gömrük orqanları ilə  işgüzar  əlaqələr yaratmaqla gömrük 

xidməti ilə bağlı beynəlxalq forumlarda fəallıq göstərir. 

Azərbaycan DGK öz fəaliyyətini ölkədə aparılan iqtisadi siyasətə 

uyğunlaşdırmış  və respublikanın iqtisadi siyasətini həyata keçirən  ən 

mühüm qurumlardan birinə çevrilmişdir. Ölkədə aparılan səriştəli 

gömrük siyasəti nəticəsində gömrük sisteminin maddi-texniki və nor-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

302



mativ bazası xeyli möhkəmləndirilmiş, dövlət büdcəsi gəlirlərinin for-

malaşdırılmasında gömrük vergi və rüsumlarının xüsusi çəkisi xeyli 

artmışdır. Beləliklə də, gömrük orqanları respublikada aparılan iqtisa-

di islahatlarda və bazar münasibətlərinin qurulmasında öz yeri olan 

çoxfunksiyalı bir kompleksə çevrilmişdir. Gömrük nəzarəti güclən-

dirilmiş, nəzarət formaları  təkmilləşdirilmiş, maliyyə-vergi intizamı-

nın və normativ bazanın möhkəmləndirilməsi sahəsində müəyyən işlər 

görülmüşdür. Gömrük nəzarətinin səmərəliliyinin artırılması, gömrük-

buraxılış  məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilmə-

si, yeni məntəqələrin yaradılması, gömrük xidmətinin avtomatlaşdırıl-

mış idarəetmə sisteminə keçirilməsi, tarif-tənzimlənmə sisteminin tək-

milləşdirilməsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi sa-

həsində müəyyən tədbirlər həyata keçirilmişdir. Belə bir faktı göstərə 

bilərik ki, 2000-ci ilə nisbətən 2012-ci ildə dövlət büdcəsi 2 dəfə artıb. 

Daxil olan vəsaitlərin 36,9%-ni vergilər, 3,4%-ni isə Dövlət Gömrük 

Komitəsi tərəfindən büdcəyə toplanılan vəsaitlər təşkil edib. 

Respublikada iqtisadi islahatlar dövründə baş verən iqtisadi proses-

lər 2004-2014-cü illərdə də dövlət büdcəsinə, onun strukturuna, gəlir və 

xərclərinin dinamikasına müsbət təsir göstərmişdir. Dövlətin büdcə-ver-

gi siyasəti başlıca olaraq, sabitliyin təmin olunmasına və onun möhkəm-

ləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə, həmçinin əhalinin 

sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. 

Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik, bazar iqtisadiyya-

tı prinsiplərinə əsaslanan büdcə proqnozlaşdırılmasının yeni sisteminə 

keçidi təmin etmişdir. “Büdcə sistemi haqqında” Qanuna görə, dövlət 

büdcəsi layihəsi ortamüddətli makroiqtisadi proqnozlar nəzərə alın-

maqla tərtib edilməlidir. 

Bu gün dövlətin iqtisadi və sosial siyasətinin əsas məqsədi iqtisa-

diyyatın dinamik artımının, regionların tarazlı inkişafının, ölkə iqtisa-

diyyatının beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin möhkəm-

ləndirilməsi və insanlara bərabərhüquqlu iqtisadi fəaliyyətlə  məşğul 

olmaq imkanlarının yaradılmasının, eləcə də yoxsullunun azaldıllması 

startegiyasında müəyyən olunmuş  tədbirlərin həyata keçirilməsi ilə 

əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarətdir. 

2004-2014-ci illərdə qəbul edilmiş dövlət proqramlarının məhz bu ide-

yanın məntiqi nəticəsi hesab etmək lazımdır. 

Ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsi iqtisadi 

siyasətin tərkib hissəsi olan gömrük siyasətinin təşkilindən də xeyli 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə