Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə106/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   102   103   104   105   106   107   108   109   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

306



Respublikamızda dünya ölkələri ilə xarici ticarətdə vasitəli vergi-

lərin alınmasının “son təyinat” prinsipinə keçilmiş, əlavə dəyər vergi-

sinin dərəcəsi 20 faizdən 18 faizə endirilmişdir. Hazırda respublikamı-

zın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının danışıqlar mərhə-

ləsi başa çatmaq üzrədir. Bundan əlavə Avropa Birliyi ilə Azərbaycan 

Respublikası arasında Tərəfdaşlıq və  Əməkdaşlıq Sazişinin imzalan-

ması ölkəmizin MDB-yə daxil olan ölkələrlə xarici-iqtisadi əlaqələrini 

xeyli genişləndirmişdir. 

İqtisadi islahatlar dövründə DGK-nın beynəlxalq  əlaqələri daha 

da genişlənmiş, keyfiyyətcə yeni səviyyəyə qalxmış, Azərbaycanın 

beynəlxalq iqtisadi inteqrasiyasının inkişaf etdirilməsi və möhkəmlən-

dirilməsi istiqamətində məqsədyönlü iş aparılmışdır. Onu da qeyd et-

mək lazımdır ki, 2003-cü ilin may ayında Dövlət Gömrük Komitəsi və 

Ümumdünya Gömrük Təşkilatı arasında niyyət protokolunun imzalan-

masını dünyanın nüfuzlu təşkilatı ilə əlaqələrin daha da genişləndiril-

məsi yolunda mühüm addım hesab etmək olar. Brüsseldə ÜGT-nin 

iqamətgahı qarşısında Dədə Qorqud heykəlinin qoyulması, ÜGT Baş 

Katibi Mişel Danenin təbirincə desək, “Ümumdünya Gömrük Təşkila-

tına daha böyük önəmlik verir. Bura Azəbaycan evi deyil, amma bura-

da Azərbaycanın ürəyi döyünür. Bu tarixi hadisə həm də Azərbaycan-

la Avropa arasında daha sıx inteqrasiyanın göstəricisidir.” 

Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizə Edilməsi 

Haqqında Beynəlxalq Konvensiya”ya (Kioto Konvensiyası) qoşulmuş, 

Azərbaycan hökuməti ilə Türkiyə, Yunanıstan, Litva hökumətləri və 

Belçika Krallığı arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşı-

lıqlı yardım haqqında sazişlər imzalanmışdır. Eyni zamanda, Fransa 

və Azərbaycan hökumətləri arasında gömrük hüquqpozmalarının qar-

şısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qal-

dırılmasına dair qarşılıqlı inzibati yardım, Azərbaycan və Ukrayna 

dövlət gömrük xidmətləri arasında qaçaqmalçılıq və gömrük qaydala-

rının pozulması, eləcə  də silahların, döyüş sursatlarının, partlayıcı 

maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorla-

rın qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında 

sazişlər imzalanmışdır. Azərbaycan hökuməti ilə Belarus, Çin və Al-

maniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qar-

şılıqlı yardım haqqında saziş layihələri müvafiq dövlət strukturları ilə 

razılaşdırılmaq üçün Nazirlər Kabinetinə  təqdim edilmişdir. Bundan 

başqa “Şəxsi yol nəqliyyat vasitələrinin müvəqqəti idxalı haqqında 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



307

Gömrük Konvensiyası”nın (Nyu-York,4 iyun 1954-cü il), “Turistə 

üçün Gömrük İmtiyazları haqqında Konvensiya”(Nyu-York, 4 iyun 

1954-cü ilə) və “Beynəlxalq daşımalarda istifadə olunan, pula verilmiş 

konteynerlərə  tətbiq olunan gömrük rejimi haqqında Konvensiya”nın 

(Cenevrə, 21 yanvar 1994-cü il) mətnləri tərcümə edilərək və eksperti-

zası aparılaraq Nazirlər Kabinetinə təqdim edilmişdir 

Hazırda DGK-da Ümumdünya Gömrük Təşkilatı, MDB iştirakçı-

dövlətlərin Gömrük Xidməti Rəhbərləri  Şurası,  İqtisadi  Əməkdaşlıq 

Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurası, Asiya İnkişaf Bankı tərə-

findən maliyyələşən Gömrük Əməkdaşlıq Komitəsi, Avropa Komissi-

yasının TASSİS proqramı çərçivəsində Avropa Gömrüyü, BMT İnkişaf 

Proqramı və s. nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlağın genişlən-

dirilməsi istiqamətində məqsədyönlüu tədbirlər həyata keçirilməkdədir. 

Qeyd etmək lazımdır ki, xarici iqtisadi fəaliyyətdə gömrük-tarif 

tənzimləmələrinə üstünlük verilməsi ölkədə aparılan iqtisadi islahatla-

rın başlıca xüsusiyyətlərindən hesab edilir. Bazar iqtisadiyyatına keçi-

din hazırkı mərhələsində səmərəli fəaliyyət göstərə bilən gömrük-tarif 

tənzimləmə mexanizminin qurulması fəal və kiçik gömrük siyasətinin 

həyata keçirilməsinin, eləcə də ölkənin iqtisadi təhlükəsizliyinin təmin 

edilməsinin və iqtisadi maraqlarının qorunmasının mühüm şərti kimi 

çıxış edir. 

Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələrindən biri 

də gömrük ödənişləridir. Gömrük məcəlləsinin 17-ci maddəsinin 19-

cu bəndinə  əsasən “Gömrük ödənişləri müəyyən olunmuş qaydada 

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük 

rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə göm-

rük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan yığımlar, 

haqlar və digər ödənişlərdir”. 

Mövcud qanunvericilik aktları ilə aşağıdakı gömrük ödənişləri alınır: 

- Gömrük rüsumu; Əlavə dəyər vergisi və Aksizlər; 

- Azərbaycan Respublikasının gömrük işini aparan icra 

hakimiyyəti orqanı tərəfindən icazələrin verilməsi və icazələrin bərpa 

edilməsinə görə yığımlar; 

- Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatla-

rının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə yı-

ğımlar; 

- Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; 

- Malların saxlancına görə gömrük yığımları; 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

308



- Malların gömrük müşaiyətinə görə gömrük yığımları; 

- Məlumatlandırma və məsləhətverməyə görə haqq; 

- İlkin qərarların qəbuluna görə haqq; 

- Digər gömrük ödənişləri. 

Xarici ticarətin dövlət tənzimlənməsində gömrük tariflərinin tət-

biqi müstəsna rol oynayır. Gömrük tarifi proteksionist və fiksal funk-

siyaları yerinə yetirir. Proteksionist funksiya milli istehsalçıların mə-

nafeyinin müdafiəsi ilə bağlı olduğu halda, fiskal funksiya isə gömrük 

rüsumlarının tutulması hesabına dövlət büdcəsinin mədaxil hissəsinə 

vəsait yığılmasını təmin edir. Belə ki, idxal mallarından gömrük rüsu-

mu tutulması, onların daxili bazarda satışı zamanı  dəyərin artmasına 

və bununla da milli sənaye və kənd təsərrüfatında istehsal edilən oxşar 

malların rəqabət qabiliyyətinin yüksəlməsinə  səbəb olur. Beləliklə, 

gömrük tarifi daxili qiymətlərə təsir etməklə, müəyyən dərəcədə milli 

istehsalın və ixracın inkişafına təsir edir. 

Qeyd etmək lazımdır ki, idxal olunan malların daxili bazarda ba-

halaşması nəticəsində bu cür malların qiymətlərinin ümumi səviyyəsi 

qalxır. Bunun əvəzində milli istehsalçılar əlavə gəlir əldə edirlər ki, bu 

da öz növbəsində ölkə iqtisadiyyatına investisiya və yaxud ixrac qiy-

mətlərinin aşağı düşməsi ilə yaranan itkilərə kompensasiya, eləcə  də 

xarici bazarda ölkənin mallarının rəqabət qabiliyyətinin yüksəldilməsi 

məqsədi ilə istifadə edilə bilər. 

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal-

lar üçün “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunu-

na uyğun olaraq gömrük rüsumu ödənilməlidir. Bu qanuna görə göm-

rük tarifinin əsas məqsədləri aşağıdakılardır: 

- Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmə-

rəliləşdirmək; 

- Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çı-

xarılmasının, valyuta gəlirlərinin və  xərclərinin  əlverişli nisbətini tə-

min etmək; 

- Valyuta sərvətlərinin Azərbaycanın gömrük ərazisinə gətirilmə-

si və çıxarılması üzərində səmərəli nəzarət təşkil etmək; 

- Azərbaycan Respublikasında malların istehsal və istehlak struk-

turunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 

- Azərbaycan Respublikasının iqtisadiyyatının xarici rəqabətin 

mənfi təsirindən qorumaq; 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə