Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə105/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   101   102   103   104   105   106   107   108   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



303

dərəcədə asılıdır. Dövlət müstəqilliyimizin əsas atributlarından biri ol-

muş gömrük işi bu gün daha da inkişaf etmiş və möhkəmlənmiş, eyni 

zamanda ölkədə aparılan iqtisadi islahatlarda fəal iştirak etməklə çox-

funksiyalı bir kompleksə çevrilməlidir. 

Müasir şəraitdə daxili bazarı və bütövlükdə dövlətin iqtisadi ma-

raqlarını qorumaq üçün gömrük-tarif tənzimlənməsi tədbirlərindən, 

gömrük işi sahəsində valyuta nəzarətindən, büdcə  gəlirlərinin forma-

laşdırılmasında fiskal siyasətin tətbiqindən uğurla istifadə olunur. Bu-

nunla yanaşı, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy-

yəsinə qarşı mübarizə daha da gücləndirilmiş, gömrük işi sahəsində ci-

nayətlərin və hüquqpozma faktlarının ilkin istintaqlarının keyfiyyəti 

xeyli yaxşılaşmalıdır. İnvestisiya mühitinin yaxşılaşdırılması və xarici 

ticarət dövriyyəsinin sürətləndirilməsi üçün qanunvericilikdə müyyən 

edilmiş tədbirlər daha da genişləndirilməkdədir. 

Respublikamızda gömrük işinin təkmilləşdirilməsi və gömrük or-

qanlarının inkişaf etdirilməsi bu sahədə mövcud olan qanunvericilik 

aktlarını təkmilləşdirmədən və bu aktları beynəlxalq normalara uyğun-

laşdırmadan mümkün deyil. Belə ki, Ümumdünya Gömrük Sisteminə 

inteqrasiya gömrük prosedurlarının harmoniya edilməsini və sadələş-

dirilməsini tələb edir. Şübhəsiz ki, belə bir şəraitdə normativ-hüquqi 

bazaya yenidən baxılması və onun təkmilləşdirilməsi zərurəti meyda-

na çıxmışdır. 

Məhz bununla əlaqədar olaraq, gömrük nəzarətinin qanunverici-

lik bazasının təkmilləşdirilməsi istiqamətində Gömrük Məcəlləsinə 

əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsi ilə 

bağlı fəsillər əlavə edilməlidir. Beləliklə də, əqli mülkiyyət obyektləri-

nə gömrük nəzarətinin həyata keçirilməsinin normativ-hüquqi bazası 

dəqiqləşdirilməlidir. 

Son illərdə ölkədə gömrük nəzarətinin keyfiyyətinin yüksəldilmə-

si, qadağan olunmuş malların keçirilməsinin qarşısının alınması, qa-

çaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə  əhə-

miyyət kəsb edən texniki nəzarət vasitələri ilə gömrük orqanlarının 

təchiz olunması sahəsində görülmüş  işlər davam etdirilmiş, Atom 

Enerjisi Üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq nəticəsində 

Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müasir tələblərə cavab ve-

rən ionlaşdırıcı şüa mənbələrini aşkarlayan stasionar radiasiya sistem-

ləri alınmış və bu sistemin sərhəd-keçid məntəqələrində quraşdırılması 

üçün hazırlıq işləri görülmüşdür. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

304



Azərbaycan Respublikasının”Malların təsviri və Kodlaşdırılması 

üzrə Harmoniyalaşdırılmiş Sistem haqqında ”Beynəlxalq Konvensiya-

ya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” 

Qanununa  əsasən, Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 

Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən 

aksiz vergisinə  cəlb olunan malların aksiz dərəcələri”ndə  və 13 iyul 

2000-ci il tarixli Qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası 

ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siya-

hı”sında XİF və MN üzrə kodların Beynəlxalq Harmonik Sistemin 

2002-ci il variantına uyğunlaşdırması  məqsədilə hökumət müvafiq 

qərar layihələrini təsdiq etmişdir. 

2004-2014-ci illərdə istehsalçılardan və  iş adamlarından daxili 

bazarın qorunması və yerli istehsalın həvəsləndirilməsi ilə bağlı daxil 

olan sorğular ümumiləşdirilərək Azərbaycan Respublikasının Tarif 

(qiymət) Şurasına təqdim olunmuşdur. 

Bununla yanaşı, ölkəyə ixrac olunan malların gömrük dəyərinə 

nəzarəti gücləndirmək üçün “Azərbaycan Respublikasının gömrük 

ərazisinə  gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymət-

ləndirilməsi sisteminin tətbiqi qaydaları”na müəyyən dəyişikliklər və 

əlavələr edildikdən sonra yerli gömrük orqanlarına metodiki köməklik 

məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respub-

likasının gömrük ərazisinə idxal edilən və bu ərazidən çıxarılan malla-

rın gömrük dəyərinin müəyyən edilməsi və gömrük orqanları tərəfin-

dən nəzarət prosesinin həyata keçirilməsi qaydaları” hazırlanmışdır. 

Eyni zamanda malların gömrük qiymətləndirilməsi üzrə gömrük 

orqanları arasında operativ qarşılıqlı əlaqənin və zəruri əlaqələndirmə-

nin təşkil edilməsi, habelə gömrük orqanlarına metodiki köməklik 

göstərilməsi və qiymət intizamının daha da gücləndirilməsi məqsədilə 

zəruri tədbirlər həyata keçirilmişdir. 

Respublikada gömrük statistikasının və bu sahədə informasiya 

texnologiyalarının təkmilləşdirilməsi sahəsində həlli vacib olan məsə-

lələr ön plana çəkilmişdir. Xüsusilə də “Azərbaycan Respublikası xa-

rici ticarətinin gömrük statistikası” bülleteninin nəşri təkmilləşdiril-

miş, müasir alqoritmik dildə tərtib edilmiş proqram təminatı əsasında 

hər ay qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktları haq-

qında hesabat gömrükxanalardan alınaraq ümumiləşdirilmiş və DGK-

nın müvafiq strukturlarına göndərilmişdir. Bundan başqa, Sərhəd ba-

zası  və  bəyannamələşdirilmiş mallar bazasının qarşılıqlı müqayisəsi 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



305

əsasında gömrük rəsmiləşdirilməsindən yayınması ehtimal olunan 

mallar haqqında məlumatlar işlənib hazırlanmışdır. Həyata keçirilən 

tədbirlər nəticəsində yerli gömrük orqanlarında lokal şəbəkə yaradıl-

mış və ümumi şəbəkəyə qoyulmuşdur. 

BMT-nin İnkişaf Proqramı və DGK arasında imzalanmış “Azər-

baycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının güc-

ləndirilməsi və  məlumatların ötürülməsi  şəbəkəsinin yaradılması” la-

yihəsinin 3-cü mərhələsinə uyğun olaraq, əlavə 6 gömrük orqanında 

“Gömrük rəsmiləşdirilməsi və  nəzarət” avtomatlaşdırılmış sisteminin 

tətbiqi həyata keçirilir. Hazırda həmin sistem 20 gömrük orqanında 

eksperimental qaydada tətbiq olunmaqdadır. 

Hal-hazırda dövlət büdcəsinin tərtibi ilə əlaqədar Maliyyə Nazir-

liyi və Hesablama Palatası tərəfindən Dövlət Gömrük Komitəsinə da-

xil olmuş sorğulara uyğun olaraq yeni yaradılmış proqram təminatı 

əsasında hesablamalar aparılmış və müvafiq formalar işlənib hazırlan-

mışdır. Son illərdə rəsmiləşdirilmiş yüklər haqqında məlumatlar gün-

dəlik qəbul edilmiş, səhvlər araşdırılmış, onların əsasında vahid YGB 

bazası təşkil edilmişdir. Həmin baza əsasında aylıq məlumatlar Dövlət 

Statistika Komitəsinə, Milli Banka, Vergilər Nazirliyinə və İqtisadi İn-

kişaf Nazirliyinə  təqdim olunmuşdur. Bununla yanaşı, vergitutumlu 

mallardan biri olan avtonəqliyyat vasitələrinə gömrük nəzarətini güc-

ləndirmək məqsədilə yeni avtonəqliyyat gömrük postu yaradılmışdır. 

İqdisadi islahatlar şəraitində gömrük orqanlarının maddi-texniki 

bazasının möhkəmləndirilməsi, onun müasir avadanlıq və texniki vasi-

tələrlə təchiz edilməsi istiqamətində qarşıda duran vəzifələrin ardıcıl-

lıqla həyata keşirilməsi davam etdirilmiş, əsaslı tikinti və təmir işləri 

aparılmışdır. 

Bu məqsədlə gömrük rejimlərinin tam işlək hala gətirilməsi üçün 

gömrük orqanları  tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. 

Belə ki, əvvəllər gömrük anbarlarının fəaliyyəti üçün müvafiq norma-

tiv hüquqi baza olsa da, vəsait çatışmadığına görə anbarların tikintisini 

həyata keçirmək mümkün deyildi. Respublika hökumətinin dəstəyi ilə 

sərhədlərdə, o cümlədən “Samur Gömrük Postu”nun yenidən qurul-

ması  və oradan gömrük terminallarının tikilməsinə başlanılmış, Bakı 

şəhərində böyük bir terminalın tikintisi başa çatdırılmış, respublikanın 

cənub bölgəsində müvəqqəti saxlanc anbarı inşa edilmiş və beynəlxalq 

sərhəd-gömrük buraxılış  mətəqələrində 24 saatlıq iş rejiminə keçiril-

məsi təmin edilmişdir. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə