AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
315
yerinə yetirilir. Azərbaycan da daxil olmaqla digər üzv ölkələr öz ara-
larında ikitərəfli qaydada bu cür saziş tətbiq edir.
MDB daxilində qarşılıqlı ticarətin liberallaşdırılması meyillərinə
baxmayaraq buraya daxil olan ölkələrin əksəriyyətində malların idxalı
və ixracının tənzimlənməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olu-
nur. Mütəxəssislərin fikrincə, bu bir tərəfdən keçid dövrünü yaşayan
ölkələrdə büdcə gəlirlərinin idxalından asılılığı, digər tərəfdən, daxili
bazarı qorumaq istəyi ilə izah olunur. Onu da göstərək ki, qeyd edilən
məhdudiyyətlər bütövlükdə götürdükdə dünya təcrübəsinə uyğundur,
eyni zamanda, həmin məhdudiyyətlər əsasən idxala tətbiq olunur və
vergitutumlu malların ölkə ərazisinə idxalı zamanı maneə yaratmaqla,
başlıca olaraq bazarı qorumaq məqsədi daşıyır. Tədqiqatlara görə ix-
racda belə məhdudiyyətlər azdır və əsasən həmin malların daxili ba-
zarda qalmasını təmin etmək məqsədi güdür. Həmin məhdudiyyətlər
tarif və qeyri-tarif məhdudiyyətlərinə bölünür. Tarif məhdudiyyətləri
idxal və ixraca tətbiq olunan gömrük rüsumlarının tarif dərəcəsinin
azaldılması və ya ləğv edilməsi ilə müşayiət olunur. MDB çərçivəsin-
də bu istiqamətdə müəyyən işlər görülür. Buna misal kimi göstərə bi-
lərik ki, Azərbaycanla Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan,
Ukrayna və Belorusiya arasında bağlanmış Azad Ticarət Sazişinə uy-
ğun olaraq həmin ölkələrdən Azərbaycana, Azərbaycandan isə həmin
ölkələrə idxal olunan mallardan idxal rüsumları alınmır. Lakin Rusiya
Federasiyası və Qazaxıstanla Azərbaycan arasında Azad Ticarət Sazi-
şinə istisnalar mövcuddur. Həmin istisnalar əsas etibarı ilə aksizli mal-
ları əhatə edir. Onu da qeyd edək ki, istisnalar digər MDB üzv dövlət-
ləri arasında da mövcuddur və bütövlükdə MDB çərçivəsində bu istis-
naların ləğv edilməsi istiqamətində tədbirlər görülməkdədir. Qarşılıqlı
ticarətdə qeyri-tarif maneələri, daha doğrusu, kvotalaşdırma və lisenzi-
yalaşdırma məsələləri üzrə zərurət tələb edən tədbirlərin həyata ke-
çirilməsi MDB-yə üzv dövlətlərin qarşısında duran ən mühüm məsələ-
lərdən biridir.
Bu məqsədlə gələcəkdə Ümumdünya Ticarət Təşkilatına(ÜTT)
daxil olarkən MDB ölkələrinin öhdəlikləri əlaqələndirilməlidir. Belə
ki, xarici tədarükçülərin milli xidmətlər bazarına buraxılışı üzrə xüsusi
öhdəliklərin siyahısı, ÜTT üzvlərinin hamısında xarici ticarətdə daha
əlverişli rejim yaradılması üzrə ümumi qaydalardan çıxarışların təsviri
(heç bir ölkə başqalarına nisbətən mal və xidmət bazarına pis buraxılış
şəraitində olmamalıdır), idxal tarifi (ÜTT-yə daxil olduqdan sonra o,
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
316
qalxa bilməz), qüvvədə olan qanunvericilikdə və beynəlxalq sazişlərdə
dəyişikliklərin edilməsi,son dövrdə respublikamızda xarici iqtisadi
fəaliyyətdə gömrük-tarif tənzimlənməsi və gömrük orqanlarında ma-
liyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunve-
riciliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqa-
mətində müəyyən tədbirlər həyata keçirilmişdir.
Azərbaycanda sahibkarlığın və regionların inkişaf etdirilməsi
məqsədilə xüsusi dövlət proqramlarının qəbul edilməsi, sahibkarlıq fə-
aliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yö-
nəldilən tədbirlər, eləcə də mövcud problemlərin aradan qaldırılması,
xarici iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraiti yaradıl-
ması üçün gömrük orqanlarının modernləşdirilməsi üzrə tədbirlər pla-
nına uyğun olaraq, spesifik rüsumların advalor rüsumlarla əvəz edil-
məsinin mərhələli qrafiki başa çatdırılmışdır. Nəticədə spesifik rüsum-
ların advalor rüsumlarla əvəz edilməsinə dair Nazirlər Kabinetinin
müvafiq Qərarı ilə daha 6 mal qrupu üzrə spesifik rüsumlar advalor
rüsumlarla dəyişdirilmişdir.
Yüksək gömrük rüsumlarına baxmayaraq bəzi məmulatlar çoxlu
miqdarda ölkəyə idxal oluna bilər. Lakin idxal kvotaları ölkəyə istəni-
lən kəmiyyətdə əmtəələrin gətirilməsini qadağan edir. Kvotanın son
həddi embarqodur. Embarqo qadağan edildikdə ayrı-ayrı məhsulların
idxalı qadağan olunur. Qeyri-tarif maneələri dedikdə lisenziyalaşdır-
ma sistemi nəzərdə tutulur. Bundan başqa, qeyri-tarif maneələrinə
məhsul keyfiyyətinin standartının müəyyən edilməsi, bürokratik amil-
lər və s. aiddir. Məsələn, Yaponiya və Avropa dövlətləri çox zaman
idxalçıdan lisenziya almağı tələb edirlər. Lisenziyaların verilməsini
məhdudlaşdırmaq yolu ilə idxalı məhdudlaşdırmaq çox asandır.
Ölkə sərhədindən gömrükxana nəzarəti altında keçirilən əmlak,
əmtəə, qiymətli şey və s.-dən tutulan pul məbləğinə gömrük rüsumu
deyilir. Gömrük rüsumlarını müxtəlif əlamətlərinə görə təsnifləşdirir-
lər: Əməliyyatın xarakterinə görə gömrük rüsumları ixrac gömrük rü-
sumları, idxalat gömrük rüsumları və tranzit gömrük rüsumlarına bö-
lünür. Gömrük rüsumları dövlətin gömrük tarifləri ilə müəyyən etdiyi
dərəcələr üzrə tutulur. Tarif stavkasından asılı olaraq gömrük rüsumla-
rı bir neçə əlamət: diferensial gömrük rüsumları, qoruyucu gömrük rü-
sumları və preferensial gömrük rüsumlarına bölünürlər. Belə olan şə-
raitdə respublikada istehsal olunan məhsullara analoji məhsulların gə-
tirilməsini digər vasitələrlə, məsələn, aksiz vasitəsilə tənzimləmək
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
317
olar. Bu məhsullardan hələlik yalnız spirtli içkilərin və tütün məmulat-
larının idxalına aksiz vergisi tətbiq edilir. Respublikaya gətirilən mal-
lara vahid idxal rüsumunun tətbiqi nəticəsində daxili bazarda qiymət-
lərin artmasının qarşısını milli valyutanın məzənnəsinin yüksəldilməsi
hesabına da almaq olar. Azərbaycanda gömrük siyasəti yenicə forma-
laşmaqdadır. Gömrük orqanları həm inzibati, həm də iqtisadi siyasəti
həyata keçirirlər.
Ölkəmizdə gömrük siyasəti liberal və proteksionistik gömrük si-
yasətinə bölünür. Dünya dövlətlərinin bir hissəsi liberal gömrük siya-
sətinə, digər hissəsi isə proteksionistik gömrük siyasətinə üstünlük ve-
rirlər. Liberal gömrük siyasəti tərəfdarlarının fikrincə, liberal gömrük
siyasəti rəqabəti stimullaşdırır və inhisarçılığı məhdudlaşdırır.
Proteksionistik gömrük siyasəti tərəfdarları isə belə hesab edirlər
ki, xarici ticarətin liberal olduğu şəraitdə istehsalın heç bir sahəsində
istehsalı genişləndirmək və effektivliyi artırmağa dair uzunmüddətli
tədbirlər həyata keçirmək mümkün deyil. Onların fikrincə, proteksio-
nistik gömrük rüsumları sənayenin yeni sahələrinin inkişafı üçün zəru-
ridir. Yüksək proteksionistik gömrük rüsumları ölkəyə gətirilən malla-
rın qiymətlərini qaldırır və beləliklə də rəqabət qabiliyyətini azaldır.
Qeyd etmək lazımdır ki, müasir dünyada istər qabaqcıl, istərsə də geri-
də qalmış ölkələrin əksəriyyəti proteksionizmə meyil göstərirlər. Həm
də müasir proteksionizm siyasəti üçün qeyri-tarif maneələrinin rolu-
nun artması xarakterikdir. Azərbaycanda proteksionizmin tərəfdarları
kifayət qədərdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Ümumdünya Ticarət Təş-
kilatına üzv olması respublikamızda Gömrük Komitəsinin işinin dün-
ya standartlarına uyğunlaşdırılması istiqamətində daha inamlı addım-
lar atmağa imkan verə bilər. Əsası 30 oktyabr 1947-ci ildə Cenevrədə
23 dövlət tərəfindən “Ticarət və ticarət siyasəti haqda” çoxtərəfli və
hökumətlərarası Sazişin imzalanması ilə qoyulan bu təşkilatın hal-ha-
zırda 130-dan çox üzvü vardır. ÜTM üzvü olan ölkələr dövri olaraq öz
aralarında danışıqlar aparırlar. Belə danışıqlara tur-raundlar deyilir.
Tur-raundlarda Ticarət siyasəti baryerlərin azaldılması və yeni qeyri-
ticarət məhdudiyyətlərin tətbiqini nizamlayan məcəllə, yaxud qaydala-
rın işlənib aparılması məsələləri müzakirə edilir. Tərəflər dəfələrlə
gömrük tarifləri və rüsumları, ixracat qiymətləri, tarif güzəştləri və s.
məsələləri müzakirə edirlər. Müzakirələr adətən sazişlərin imzalan-
ması ilə başa çatır.
Dostları ilə paylaş: |