Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə117/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   113   114   115   116   117   118   119   120   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

338



nin təmin edilməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın inki-

şafının stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn və-

zifələrin yerinə yetirilməsinə köməklik edilməsi, Azərbaycan Respub-

likasının digər qanunvericilik aktlarına uyğun müəyyənləşdirilmiş di-

gər məqsədləri özündə təcəssüm etdirməkdədir. 

 

 



4. Daxili bazarın formalaşması və inkişafına gömrük siyasəti-

nin təsiri  

Ölkə iqtisadiyyatının inkişafında, islahatların dərinləşməsinin tə-

min edilməsində, investisiya siyasətində, qiymətlərin optimallaşdırıl-

masında, daxili bazarın yad ünsürlərdən qorunmasında,  ən başlıcası 

isə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında gömrük sis-

temi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Gömrük Təşkilatı öz 

fəaliyyətində son illər əsaslı dönüşə nail olmuş, yaxın və uzaq xarici 

ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı 

xeyli genişləndirmiş, gömrük xidməti ilə bağlı beynəlxalq formalarda 

respublikamızı layiqincə təmsil etməyə çalışmışdır. Azərbaycan göm-

rüyü gündəlik fəaliyyətini ölkədə aparılan iqtisadi siyasətə uyğun qur-

mağa səy göstərmiş və respublikanın iqtisadi siyasətini həyata keçirən 

ən mühüm qurumlardan birinə çevrilmişdir. Həyata keçirilən tədbirlər 

nəticəsində dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında gömrük 

və vergi rüsumlarının xüsusi çəkisi xeyli artmışdır. AR  DSK-nın sta-

tistik məlumatlarına görə, təhlili göstərir ki, Dövlət Gömrük Komitə-

sindən gəlirlərin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 2014-cü 

ildə 7,3% təşkil etmişdir. 

Dövlət Gömrük Komitəsindən daxil olan gəlirlərin tərkibində 

ƏDV daha üstün xüsusi çəkiyə(50-60 faiz civarında) malikdir. 

Hazırda respublikamız Ümumdünya Gömrük Təşkilatının, İqtisa-

di Əməkdaşlıq Təşkilatının və bir sıra beynəlxalq qurumların üzvüdür. 

Respublikamızın həyatında və beynəlxalq aləmdə mühüm hadisəyə 

çevrilən, ölkə  rəhbərinin təşəbbüsü ilə Bakı  şəhərində keçirilən Bey-

nəlxalq Konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişa-

fı üzrə imzalanan beynəlxalq nəqliyyat sahəsində çoxtərəfli sazişin, 

onun texniki əlavəsindən biri olan gömrük qaydaları və sənədlərin iş-

lənməsi haqqında Əlavənin hazırlanmasında Avropa Birliyi ilə yanaşı, 

Gömrük Komitəsinin ekspertləri də yaxından iştirak etmişlər. 

 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



339

Milli və dövlətlərarası nəqliyyat-ticarət kommunikasiyalarının in-

kişaf strategiyasına həsr edilmiş həmin zirvə görüşündə Avropa-Qaf-

qaz-Asiya nəqliyyat dəhlizi təsis edilmişdir. 

Bu proqram Avrasiya məkanında həyata keçirilən ən dinamik və 

iqtisadi cəhətdən səmərəli layihələrdən biridir. Konkret desək, Bakıda 

keçirilmiş Beynəlxalq konfransda Avropa və Asiya ölkələri arasında 

nəqliyyat kommunikasiyalarının inkişafı üçün ticarət, iqtisadi inteqra-

siya proseslərinə, dövlətlərin qarşılıqlı surətdə faydalanmasına və zən-

ginləşməsinə kömək istiqamətində səyləri birləşdirməyə yönələn tarixi 

bir addım atılmışdır. Azərbaycan tranzit ərazisi olduğu üçün tranzit-

dən əldə edilən vergi, hətta nəqliyyat idarə edən adamların Azərbay-

can  ərazisində  xərcləyəcəyi vəsait, rəsmi investisiyalar, beynəlxalq 

maliyyə ayırmaları, kreditlər və bir çox başqa amillər Azərbaycan iqti-

sadiyyatının inkişafına səbəb olmaqla Qafqazda münaqişələrin aradan 

qaldırılmasında, mürəkkəb problemlərin həllində mühüm rol oynaya-

caqdır. Mütəxəssislər bərpa olunan İpək Yolunu Azərbaycanın “qızıl 

kəməri” adlandırmaqla, onu sülhə, əmin-amanlığa aparan işıqlı yol ol-

duğunu vurğulayırlar. 

Danılmaz həqiqətdir ki, Azərbaycanda dövlətçiliyin inkişafı, da-

xili və xarici siyasətdə, iqtisadi və sosial sahədə əldə etdiyimiz nailiy-

yətlər çağdaş dünyamızın görkəmli  şəxsiyyəti, Ümummilli liderimiz 

Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərimizin rəhbərliyi ilə 

uğurla başlanmış genişmiqyaslı iqtisadi islahatlar nəticəsində 1995-ci 

ildən başlayaraq ölkədə iqtisadi tənəzzülün qarşısı alınmış, iqtisadi və 

siyasi sabitlik bərqərar olmuş, beynəlxalq aləmdə Azərbaycanın nüfu-

zu  əhəmiyyətli dərəcədə artmış  və iqtisadiyyatın dinamik inkişafı  tə-

min edilmişdir. Təkcə bir faktı demək kifayətdir ki, uğurla aparılan iq-

tisadi və struktur islahatlar nəticəsində 2000-2014-ci illər  ərzində 

ümumi daxili məhsul 11,4 dəfə artmışdır. ÜDM-də qeyri-neft sektoru-

nun payı 2011-ci ildə 48,8%, 2012-ci ildə 53,6%, 2013-cü ildə, 2014-

cü ildə isə 61% olmuşdur. 

Ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsi iqtisadi si-

yasətin tərkib hissəsi olan gömrük siyasətinin təşkilindən bilavasitə 

asılıdır. Hazırda daxili bazarı qorumaq üçün gömrük-tarif (qiymət) 

tənzimlənməsi tədbirlərindən, gömrük işi sahəsində valyuta nəzarətin-

dən, büdcə  gəlirlərinin formalaşdırılmasında fiskal siyasətin tətbiqin-

dən müvəffəqiyyətlə istifadə olunur. 

 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

340



Gömrük işinin təkmilləşdirilməsi və gömrük orqanlarının inkişaf 

etdirilməsi bu sahədə mövcud olan qanunvericilik aktlarını təkmilləş-

dirmədən, yəni bu aktları beynəlxalq normalara uyğunlaşdırmadan 

mümkün deyil. Digər tərəfdən, ümumdünya gömrük sisteminə inteq-

rasiya gömrük prosedurlarının hormonizə edilməsini və sadələşdiril-

məsini də tələb edir. Əlbəttə, belə bir şəraitdə normativ-hüquqi bazaya 

yenidən baxılması  və onun təkmilləşdirilməsi zərurəti yaranır və ke-

çən illərdə bu sahədə xeyli işlər görülmüşdür. 

Malların ixracının sıfır (0) dərəcəsi ilə  ƏDV-yə  cəlb edilməsi 

ƏDV-nin tətbiqinin əsas prinsiplərindən biridir. Malların ixracının sı-

fır (0) dərəcəsi ilə ƏDV-yə cəlb edilməsi eyni zamanda ixracı stimul-

laşdırır ki, bu da bütövlükdə iqtisadiyyatın inkişafına müsbət təsir gös-

tərir. Vergi Məcəlləsinin 13.2.29 maddəsinə  əsasən malların ixracı 

gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən 

malların Azərbaycan Respublikası  ərazisindən çıxarılmasıdır. Həmin 

maddənin məqsədləri üçün gömrük bəyannamələri və digər aidiyyəti 

sənədlərlə təsdiq edildiyi halda mallar ixrac edilmiş hesab edilir. Hər 

hansı vergi ödəyicisi tərəfindən respublikamızda alınmış mal ixrac 

edilirsə, bilavasitə ixrac əməliyyatını aparmış vergi ödəyicisi tərəfin-

dən malların ixracı  ƏDV-yə  sıfır(0) dərəcəsi ilə  cəlb edilir. İxrac 

əməliyyatı ümumi qaydada ƏDV-yə  cəlb edilir. İxrac  əməliyyatını 

aparmış malların təqdim edilməsi əməliyyatını aparan şəxs tərəfindən 

respublikamızda mallar alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdi-

rilir. Vergi ödəyicisi tərəfindən müvəqqəti idxal qaydasında idxal olu-

nan mal emal edilmiş və ya onun üzərində hər hansı iş görülmüşdürsə 

və sonradan bu mal ixrac edilmişdirsə, həmin malla əlaqədar ölkə əra-

zisində  işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı ödənilmiş 

ƏDV məbləği əvəzləşdirilir. Onu da qeyd edək ki, vergi ödəyicisi tə-

rəfindən ümumi qaydada idxal olunmuş mallar ölkə  ərazisində emal 

edilmiş və ya onun üzərində hər hansı iş görülmüşdürsə və sonradan 

bu mal ixrac edilmişdirsə, həmin malların idxalı və bu malla əlaqədar 

respublika ərazisində işlərin görülməsi, xidmətlərin görülməsi zamanı 

ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. 

Vergi Məcəlləsinin 165.1.3.-cü maddəsinə  əsasən 168.1.5-ci 

maddədə göstərilən xidmətlərin ixracına görə  ƏDV sıfır(0) dərəcəsi 

ilə tutulur. Göründüyü kimi, 168.1.5-ci maddəsində göstərilən xidmət-

lər “daşınan” və ya “ixrac oluna bilən” xidmətlərdir və çox vaxt bu 

xidmətlərin göstərilmə yerini müəyyənləşdirmək qeyri-mümkündür . 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə