Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə119/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   115   116   117   118   119   120   121   122   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



343

tətbiq olunan gömrük tarif dərəcələrinə son illər xüsusi diqqət yeti-

rilir. 

Belə ki, son dövrlərdə Dövlət Gömrük Komitəsi gömrük siyasətinin 



həyata keçirilməsində bir sıra vəzifələrin yerinə yetirilməsini daima diq-

qət mərkəzində saxlayır. Belə ki, ölkədə sahibkarlığın və regionların in-

kişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin 

aradan qaldırılmasına yönəldilən tədbirlər arasında xarici iqtisadi fəaliy-

yət iştirakçılarına sağlam rəqabət şəraiti yaradılması, istehsalın genişlən-

dirilməsi, ixraca əlverişli şərait yaradılması, daxili bazarın qorunması və 

yerli istehsalın həvəsləndirilməsinin həyata keçirilməsi. 

Son illərdə malların gömrük qiymətləndirilməsi üzrə gömrük or-

qanları arasında operativ qarşılıqlı əlaqənin və zəruri əlaqələndirmənin 

təşkil edilməsi, habelə gömrük orqanlarına metodiki köməklik gös-

tərilməsi və qiymət intizamının daha da gücləndirilməsi üçün əlavə 

tədbirlər görülməsi işi və qiymət-məlumat bazasının yaradılması isti-

qamətində xeyli işlər görülmüşdür. 

Belə ki, gömrük sistemində hər bir əmtəə kodu üzrə məlumat ba-

zası yaradılmışdır. Bu cür məlumat bazası rəsmiləşdirilən mallar üzrə 

gömrük dəyərini təhlil etməyə və ortaya çıxan problemləri aradan qal-

dırmağa imkan verir. 

Bu məqsədlə gömrük sisteminin səmərəli fəaliyyətini təmin et-

mək üçün qarşıda bir sıra tədbirlərin həyata keçirilməsi durur. Bu 

məqsədlə gömrük orqanlarında avtomatlaşdırılmış idarəetmə sistemi-

nə keçidi tam təmin etmək, müasir tipli terminallar yaratmaq, gömrük 

orqanlarının modernləşdirilməsi işini davam etdirmək, sərhəd-keçid 

məntəqələrini ən yeni avadanlıq, cihazlarla təmin etmək, xidmət mə-

dəniyyətini daim yüksəltməklə yanaşı, nəzarətini təkmilləşdirmək ol-

duqca vacibdir. Həmçinin kadrların peşə hazırlığını artırmaq və bey-

nəlxalq  əlaqələri daha da genişləndirmək məsələlərinə xüsusi diqqət 

yetirilməlidir. 

Son dövrdə respublikamızın DGK-nin beynəlxalq  əlaqələri daha 

da inkişaf etmişdir. Respublikamız “Gömrük Prosedurlarının Sadələş-

dirilməsi və Hormonizə edilməsi haqqında Beynəlxalq Konvensiya” 

(Kioto Konvensiyası) qoşulmuş, Azərbaycan hökuməti ilə Türkiyə, 

Yunanıstan, Litva hökumətləri və Belçika Krallığı arasında gömrük 

məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər im-

zalanmışdır. DGK-si Ümumdünya Gömrük Təşkilatı, MDB iştirakçı-

sı-dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası, İqtisadi Əməkdaşlıq 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

344



Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurası, Asiya İnkişaf Bankı tə-

rəfindən maliyyələşən Gömrük Əməkdaşlıq Komitəsi, Avropa Komis-

siyasının TASİS Proqramı çərçivəsində Avropa Gömrüyü, BMT İnki-

şaf Proqramı  və s. nüfuzlu beynəlxalq təşkilatlarla  əməkdaşlığın ge-

nişləndirilməsi istiqamətində  məqsədyönlü iş aparılır. Avropa Birliyi 

ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sa-

zişinin imzalanması Birliyə daxil olan xarici ölkələrlə xarici-iqtisadi 

əlaqələrimizi daha da genişləndirmişdir. 

Azərbaycanda müasir tələblərə cavab verən gömrük sisteminin 

formalaşması və inkişafının ən başlıca problemləri arasında ən birin-

cisi onun maddi-texniki bazasının yaradılması  və  təkmilləşdirilməsi 

sayılır. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri elə bir 

maddi-texniki bazanın yaradılmasından ibarətdir ki, bu, ölkənin ərazi 

məkanına nəzarəti həyata keçirə bilsin, onun iqtisadi təhlükəsizliyini 

təmin etmiş olsun və ölkənin parlamenti və hökuməti tərəfindən işlə-

nib hazırlanmış gömrük siyasətini reallaşdıra bilsin. 

Həm ölkə sərhədində, həm də ölkə daxilində gömrük infrastruk-

tur obyektləri və xidmətlərinin beynəlxalq standartlar səviyyəsində 

təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə böyük ehti-

yac vardır. Qısa müddət ərzində nüvə və radioaktiv materialların yer-

ləşdirilməsinə  nəzarət sferasında ixtisaslaşan gömrük orqanlarının 

maddi-texniki bazasını yaratmaq lazımdır. 

Bununla yanaşı, gömrük sisteminin normativ-təlimat bazasını 

yaxşılaşdırmaq tələb olunur. İlk növbədə isə Gömrük Məcəlləsinin 

dövri olaraq təkmilləşdirilməsi vacib sayılır. Gömrük sisteminin nor-

mal fəaliyyəti üçün şərhlərin və müxtəlif təşkilatların nəşri məqsədə-

uyğun hesab edilir. 

Gömrük sənəd dövriyyəsinin islahatı elə bir nəticə ilə yekunlaşma-

lıdır ki, gömrük bəyannamələrinin rəsmiləşdirilməsi texnologiyası, nö-

vü, forması, “əmtəə-nomenklatura kodu” və onun “kompyuter variantı” 

həqiqətən də beynəlxalq standartlara uyğun olsun. Böyük İpək Yolunun 

daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan sahəsinin təlimat tə-

minatı BMT-nin standartlar səviyyəsində  tərtib olunmuş TRASEKA 

ölkələrinin eyniləşdirilmiş sənədlərinə uyğunlaşdırılmalıdır. 

Müasir mərhələdə Azərbaycan ixracı böyük inkişaf perspektivinə 

malik deyildir. Buradan da göründüyü kimi, xarici ticarətin liberallaş-

dırılması, milli iqtisadiyyatın müdafiə olunması amili kimi çıxış edir. 

Buna gorə  də xarici siyasətdə proteksionist və liberal istiqamətlərin 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



345

müqayisə edilməsinə ehtiyac vardır. Xüsusilə də bu halda dünya təcrü-

bəsindən faydalanmaq lazımdır. Belə ki, müasir dünyada heç bir ölkə 

mütləq azad ticarətlə  məşğul olmurlar. İstənilən dövlət üçün onun 

üçün qəbul olunmuş xarici ticarət siyasətinin milli modeli işlənib ha-

zırlanmışdır. Təbii ki, Azərbaycanın xarici ticarət siyasəti milli iqtisa-

diyyatın genişlənməsi və inkişafı, iqtisadi artımın daha da sürətlən-

dirilməsi vasitələrindən biri kimi çıxış etməlidir. Milli iqtisadiyyatın 

müdafiəsi üçün idxal rüsumları və müdafiənin səmərəli formalarından 

istifadə etmək lazımdır. 

Qeyd etmək lazımdır ki, dünya bazarının tələbi yaxın gələcəkdə 

tamamilə mümkündür ki, Azərbaycanın ixracının mövcud istiqamətlə-

rinin inkişafını məhdudlaşdıra bilər. Odur ki, xarici ticarət siyasətinin 

tənzimləyici mexanizmi iqtisadiyyatın sənayeləşdirilməsinə kömək et-

məlidir ki, bununla da ölkə dünya ixrac bazarında tam səviyyədə işti-

rak edə bilsin. Mal yubanmalarının çevik sisteminin formalaşması bö-

yük əhəmiyyətə malikdir. 

Vergi siyasəti o məhsulun istehsalını stimullaşdırmalıdır ki, hə-

min məhsuldan daha böyük miqdarda dünya bazarına çıxarılsın. Gələ-

cəkdə prioritet istiqamətlər müəyyən edildikdən sonra yüksək ticarət 

məhdudiyyətlərini ləğv etmək lazımdır. 

Yeni sənaye ölkələrinin təcrübəsini nəzərə almaq lazımdır ki, is-

tehsalın inkişafı və ixracın arzuolunan strukturunun formalaşması yal-

nız bazarın köməyi ilə əldə edilmir. Müsbət nəticələrə yalnız dövlətin 

ardıcıl və səriştəli tədbirlərinin aparılması ilə nail olmaq mümkündür. 

Belə bir məsələni göstərmək lazımdır ki, bəzi metodlardan milli 

istehsalın müdafiəsi məqsədilə istifadə etmək mümkün olsa da, ÜTT-

yə üzvlük müstəqil proteksionist xarici ticarət siyasətinin aparılması 

imkanlarını məhdudlaşdırır. 

ÜTT miqdar metodları ilə qeyri-tarif məhdudiyyətlərini, kvotalaş-

dırmanın və lisenziyalaşdırmanın istifadəsini qadağan edir. Ona görə 

də ön planda xarici ticarət siyasətinin “gizli” metodları, məsələn, tex-

niki maneələr, sanitar və fitosanitar tədbirlər çıxış etməlidir. 

İxracın stimullaşdırılmasını dövlət digər tədbirlər vasitəsilə də, o 

cümlədən xarici ticarət siyasətinin qeyri-tarif metodlarına aid olan 

maliyyə rıçaqları vasitəsilə həyata keçirə bilər. 

ÜTT-nin gələcəkdə üzvü olmaqla Azərbaycan digər ÜTT üzvləri 

ilə müqayisədə “ticarətə üstün köməklik rejiminə” malik olmalıdır. Elə 

bir təminat olmalıdır ki, xarici ticarətdə ölkəyə münasibətdə hər hansı 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə