Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
336
idxalın strukturunda mühüm yerə malik olması və bıı adda əmtəələrə
gündəlik istehlak malları olmaqla, böyük həcmdə tələbat respublikada
bu sahənin idxalı əvəzetmə siyasəti aparılmasına stimııl yaratmaqda-
dır. Regional inkişaf proqramı çərçivəsində maddi nemətlərdən maksi-
mum dərəcədə səmərəli istifadəni, müəyyənləşdirilmiş istiqamətdə
iqtisadiyyatın inkişafını, xarici mallardan asılılığın azalmasını nəzərdə
tutan yerli istehsal sahələrinin yaradılması öz növbəsində həm də id-
xalı əvəzetmə siyasətini formalaşdırır. Idxal olunan bütün mallar bü-
tünlükdə əvəz oluna bilməz və bu heç səmərəlilik baxımından da sər-
fəli deyil. Buna görə də respublikamızda sahibkarlara kreditlər veril-
məsilə, istehsal sahələrini gömrük- tənzimlənmə metodları ilə tənzim-
ləməklə, daxili bazarın xarici təsirlərdən qorunması ilə milli iqtisadiy-
yat üçün əhəmiyyətli, prioritet yerli istehsal sahələri inkişaf etdirilir.
Milli iqtisadiyyatın düzgün və səmərəlilik prinsipləri əsas götürülmək-
lə formalaşdırılması üçün idxalı əvəzetmə siyasətində ölkənin maddi
nemətlərinin strukturu və оnlаrın istеhsаlеdilmə mühiti, qurulması
nəzərdə tutulan istehsal sahəsinin məhsulunun ümumi idxaldakı həcmi
və daxili tələbatın həcmi nəzərə alınmalıdır. Bundan əlavə, istehsal sa-
həsinin formalaşdırılmasının digərlərinə nisbətən səmərəlilik dərəcəsi,
xarici ticarətin tənzimlənməsi ilə idxalı əvəzetmə siyasətinin milli iqti-
sadiyyata etdiyi təsirin səmərəliliyinin müəyyənləşməsi, yeni yaradıla-
caq istehsal sahəsinin gələcək perspektivlərinin genişliyi, rəqabətqabi-
liyyətli ixrac əmtəələrinin istehsalı və s. məsələlərin həyata keçiril-
məsi olduqca vacibdir.
İdxalı əvəzetmə siyasətinin həyata keçirilməsi yerli istehsalın for-
malaşmasına şərait yaratmaqla yanaşı, daxili bazarın qorunması və
ixracın stimulladırılmasına da təkan verir. Azərbaycan Respublikasın-
da daxili bazar qorunmaqla yerli istehsal məhsullarının satış bazarı ge-
nişləndirilir, sahibkarlıq sahələrinin xarici təsirlərdən qorunması ilə rə-
qabətqabiliyyətli əmtəələrin istehsalına şərait yaradılır. Daxili bazarın
qorunması ilə yeni yaradılan istehsal sahələrinin ilkin formalaşma
dövrünə normal şərait yaradılır və bununlа dа istehsalın təkmilləşdiril-
məsinə köməklik göstərilmiş olur. Dövlət tərəfindən texnoloji cəhət-
dən tam formalaşmamış istehsal sahəsinin xarici təsirlərdən qısa müd-
dətli qorunması həyata keçirilməklə bıı sahənin təkmilləşməsi üçün
şərait yaradılır. Xaricə valyuta axınının qarşısının alınması, əhalinin
işsizlik probleminin aradan qaldırılması, xarici dövlətlərdən asılılığın
azaldılması və digər səbəblərdən də bəzi strateji istehsal sahələrinin
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
337
milli istehsalının formalaşdırılması üçün daxili bazarın qorunması hə-
yata keçirilə bilər. Bu zaman milli istehsalın qorunması əsasən uzun-
müddətli olur. Azərbaycanda daxili bazarın qorunması məqsədilə əsa-
sən tarif, qeyri-tarif və texniki metodlardan istifadə olunur. Ümumiy-
yətlə, Azərbaycan Respublikasında proteksionist siyasətə üstünlük ve-
rilməklə tarif tənzimlənməsinin milli iqtisadiyyatın inkişafına təsiri
gücləndirilməlidir. Xammal və istehsal avadanlığının sərbəst şəkildə,
aşağı dərəcəli gömrük vergi və rüsumlara cəlb olunmaqla gətirilməsi-
nə, kənd təsərrüfatı məhsullarının mövsüm dövründə rüsum dərəcələ-
rinin dəyişdirilə, yəni artırıla bilən olması ilə çevikliyi tarif tənzimlə-
məsini respublikamızda milli iqtisadiyyata istiqamətlənməsini təmin
edir. Xarici ticarət əməliyyatlarında bir sıra dövlət orqanlarından mü-
vafiq icazə sənədlərinin tələb olunması isə qeyri-tarif və texniki tən-
zimlənmənin də ölkəmizdə tətbiqinə şərait yaradır.
Ölkəmizin iqtisаdi təhlükəsizliyinin təmin оlunmаsındа gömrük
strukturlаrının rоlu çох böyükdür.
Belə ki, gömrük işi Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi və onun struktur bölmələri tərəfindən həyata keçirilir. Göm-
rük siyasətinin həyata keçirilməsilə yanaşı, gömrük orqanları gömrük
qanunvericiliyinin formalaşdırılmasını təmin etməkdədirlər. Azər-
baycan Respublikası Gömrük Məcəlləsinin 10-cu maddəsində də gös-
tərildiyi kimi, gömrük orqanları milli gömrük siyasətinin işlənib hazır-
lanmasında iştirak edir və bu siyasəti həyata keçirirlər; icrasına nəzarət
gömrük orqanlarına həvalə olunmuş qanunvericilik aktlarına riayət
edilməsini təmin edirlər; öz səlahiyyətləri daxilində dövlətin iqtisadi
təhlükəsizliyini təmin edirlər; ticarət-iqtisadi münasibətlərdə gömrük
tənzimlənməsi vasitələrini tətbiq edir, gömrük ödənişlərini alır, iqtisa-
di siyasət tədbirlərinin həyata keçirirlər; gömrük sərhədindən malların
və nəqliyyat vasitələrinin keçirilmə qaydalarına riayət olunmasını tə-
min edirlər; gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qay-
dalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə apa-
rırlar; xarici iqtisadi fəaliyyətin gömrük statistikasının aparılmasını tə-
min edirlər. Göründüyü kimi, gömrük orqanları təkcə fiskal deyil,
gömrük siyasətinin bütün sahələrini əhatə edən funksiyaları yerinə
yetirməkdədir. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan
gömrük siyasəti isə Gömrük Məcəlləsinin 2-ci maddəsinə əsasən
Azərbaycan Respublikası "gömrük ərazisində gömrük nəzarəti və mal
dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadəsi-