AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
367
Rəqəmlərdən də göründüyü kimi. inkişaf etmiş dövlətlərlə müqa-
yisədə respublikamızda qiymətli kağızlar bazarının hələ kifayət qədər
inkişaf etməməsini əyani olaraq müşahidə etmək mümkündür. Belə ki,
bazar münasibətlərinin üfüqi və şaquli istiqamətlərdə daha da dərinləş-
məsi üçün hər şeydən öncə qiymətli kağızlar bazarının inkişafına xü-
susi diqqət yetrilməlidir. Bunun üçün, ilk növbədə, istehsal sahələrini
əhatə edən səhmdar cəmiyyətlərinin yaradılaraq, məqsədyönlü şəkildə
onların fəaliyyətlərinə nəzarət artırılmalıdır. Digər tərəfdən nəzərə
almaq lazımdır ki, yaddan çıxarmaq qloballaşma şəraitində beynəlxalq
şirkətlərin, transmilli korporasiyaların Azərbaycan iqtisadiyyatına get-
dikcə daha çox nüfuz etmək istəyi və meylləri güclənməkdədir. Belə
bir şəraitdə ən münasib variant kimi həmin şirkətlərin bəlli səviyyə və
ölçülərdə respublika iqtisadiyyatına təsir göstərə bilmələrinə yol verilə
bilər. Bütün bunlar bir şərtlə məqbul sayıla bilər ki, həmin təsirlər
əvvəlcədən müəyyənləşdirilmiş hüdud və səviyyələrdən kənara çıx-
masın və ancaq respublikada iqtisadi inkişaf proseslərinin getdikcə vü-
sətlənməsinə xidmət etsin. Birmənalı olaraq demək lazımdır ki, Azər-
baycan Respublikasında iqtisadi inkişaf və istehsal proseslərinə milli
nəzarətin itirilməsinə heç bir vəchlə yol vermək olmaz. Nəzərə almaq
lazımdır ki, xarici kapital getdikcə daha çox respublikada neft səna-
yesinə nüfuz edə bilmək əzmini nümayiş etdirir.
Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü iqti-
sadi siyasət nəticəsində qeyd edilən real təhlükələr aradan qaldırılmış,
milli iqtisadiyyatın xarici kapitaldan asılılığına yol verilməməsi üçün
Azərbaycan hökuməti aparıcı istehsal sahələrində və o cümlədən ölkə
iqtisadiyyatının strateji sahələri üzrə səhm paketlərinə nəzarət hüququ-
nu saxlamağa müvəffəq olmuşdur.
Müasir dövrdə maliyyə bazarının alət və mexanizmləri vasitəsi ilə
istehsal sahəsi ilə yanaşı, emal və xidmət sahələrində ciddi təsir gös-
tərmək mümkündür. Nümunə üçün qeyd etmək olar ki, ən gəlirli sahə-
lərdən hesab edilən turizm, sanatoriya-kurort və bir sıra digər xidmət
sahələrində işgüzar fəallığın artırılması üçün maliyyə vəsaitlərinə olan
ehtiyacların məhz maliyyə bazarında təkrar dövriyyədə olan vəsaitlər
hesabına təmin edilməsi hər kəsə məlumdur. İqtisadi inkiºaf proseslə-
rinin bir qədər ləng getdiyi ölkələrdə kreditlər və investisiyalar hər
şeydən öncə prioritet sahələrə yönəldilir.
Faktların təhlil edilməsi əsasında müşahidə olunmuşdur ki, 2012-
ci ildə kommersiya bankları ticarət və xidmət sektoruna ümumi dəyəri
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
368
1194,0 milyon manat həcmində kredit vermişdir və təxmini olaraq bu
göstərici bankların verdikləri ümumi kreditlərini 25,5 %-ni təşkil et-
mişdir.
Bank sistemi və maliyyə bazarının inkişaf etdirilməsi, onların iq-
tisadiyyatın canlandırılmasına getdikcə daha çox xidmət edə bilməsi
üçün kapitalın və istehsal faktorlarının təmərküzləşməsinə ehtiyac var-
dır. Bunun üçün isə hər şeydən öncə, bazar iqtisadiyyatı münasibətlə-
rinə keçid dövrünün erkən mərhələlərində yaradılan xırda bankların və
istehsal müəssisələrinin daha iri maliyyə və istehsal təşkilatlarında bir-
ləşərək fəaliyyət göstərməsinə ehtiyac yaranmışdır. Çünki maliyyə ka-
pitalının təmərküzləşməsi daha iri layihələrin reallaşdırılması üçün
maliyyə resurslarına olan tələbi qarşılaya bilər. Digər tərəfdən isə is-
tehsal sahələri üzrə ancaq iri və güclü səhmdar şirkətlər qrupu qiymət-
li kağızlar bazarında emitentlər kimi çıxış edə bilərlər.
2. Azərbaycanin maliyyə bazarinin müasir vəziyyəti və onun
qiymətləndirilməsi
Ölkədə aparılan uğurlu islahatların umdə vəzifəsi ölkədə maliyyə
sabitliyinin yaranmasıdır. Bu işdə valyuta bazarının normal fəaliyyəti
mühüm rol oynayır. Belə ki, qloballaşma prosesinin daha da dərinləş-
məsi, qlobal iqtisadi situasiyanın dayanıqlılıq probleminin mövcudlu-
ğu və ölkələrarası qarşılıqlı asılılığın güclənməsi, onsuz da dinamik
xarakter daşıyan valyuta bazarının konyunktur problemlərini zaman-
zaman kəskinləşdirməkdədir. Eyni zamanda, valyuta ilə bağlı məsələ-
lərin dayanıqlılıq müstəvisində sistemli həlli baxımından güdülən stra-
teji məqsəd, siyasətin əsas konturları və istiqamətləri konkret şəkildə
müəyyənləşdirilmişdir.
Ölkədə valyuta münasibətlərinin institusional təminatı, funksional
fəaliyyətin məzmunu və təməl prinsipləri qabaqcıl dünya standartları
səviyyəsinə çatmaqdadır.
Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın valyuta siyasətini for-
malaşdırmaq yönümündə müstəqil fəaliyyət yalnız 1996-cı ildən eti-
barən, yəni unitar dövlət quruculuğunun başa çatması və iqtisadi sabit-
liyin qərarlaşdığı dövrdən başlayaraq həyata keçirilmişdir.
Respublikada valyuta sisteminin institusional təminatını yaxşılaş-
dırmaq məqsədilə Bakı Banklararası Valyuta Birjası (BBVB) yaradıl-
dı və 1994-cü ildən etibarən fəaliyyətə başladı. Məhz həmin ildən baş-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
369
layaraq Birjada valyuta hərracları keçirilmiş, ixracatçıların məcburi
şəkildə valyuta gəlirlərinin bir hissəsinin satışı daxili bazarın canlan-
masına, konyunktur nisbətlərin sabitləşməsinə gətirib çıxardı.
Eyni zamanda, qeyd etmək lazımdır ki, valyuta münasibətləri ilə
bağlı 1994-cü ildə qəbul edilmiş “Valyuta tənzimlənməsi haqqında”
Qanunun qüvvəyə minməsi ilə hüquqi-normativ bazanın formalaşdırıl-
ması yönümündə əsaslı keyfiyyət dəyişikliyinə nail olundu.
Ölkənin maliyyə bazarında ayrı-ayrı aparıcı valyutaların ümumi
dövriyyəsinin müqayisəli təhlili bir sıra nüansların aşkarlanmasına im-
kan vermişdir. İlk növbədə, söhbət Açıq Banklararası Valyuta Baza-
rında (ABVB) və Mütəşəkkil Banklararası Valyuta Bazarında
(MBVB) ABŞ dollarının dinamikasından gedir.
Qeyd etmək lazımdır ki, ABŞ dollarının milli valyuta bazarında
dövriyyəsi öz pik səviyyəsinə 2015-ci ildə çatmışdır. Bu da onunla
əlaqədardır ki, həmin ildə Mərkəzi Bank özünün valyuta ehtiyatlarının
idarəetməsinin yeni strategiyasını hazırlamışdır. Bu strategiyaya əsa-
sən maliyyə alətlərinin diversifikasiyası nəzərdə tutulurdu və ehtiyat-
ların coğrafiyasının genişlənməsini hədəf kimi ortalığa qoymuşdur. Bu
hal ABŞ dolları üçün təsirsiz keçməmişdir, çünki xaricdə valyuta əmə-
liyyatlarının sayına müsbət təsir göstərmişdir. Eyni zamanda, carı ildə
bu valyuta dövriyyəsinin müəyyən sabitləşməsi və hətta həcmcə azal-
ması müşahidə olunur.
Məlumdur ki, daxili valyuta bazarının valyuta strukturu ilk növ-
bədə ölkənin beynəlxalq öhdəlikləri və eləcə də, tədiyyə balansının tə-
ləblərinə adekvat olaraq formalaşır. Əsas məqsəd makroiqtisadi sabit-
liyin təminatı, qlobal maliyyə böhranının dağıdıcı təsirinin neytrallaş-
dırılması, ölkənin valyuta ehtiyatlarının dəyərcə artırılmasıdır. Buna
görə də investisiya əsasən ABŞ dolları, avro və ingilis funtsterliqində
həyata keçirilir.
Valyuta bazarının normal fəaliyyətinin təminatı nöqteyi-nəzərin-
dən milli valyuta ilə baş verən məzənnə dəyişikliyi mühüm amillər sı-
rasına aiddir.
Qeyd etmək lazımdır ki, valyutanın məzənnə dəyişikliyi bütöv-
lükdə iqtisadi prosesə, ələlxüsus xarici iqtisadi əlaqələrə güclü təsir
göstərir. Məsələn, manatın (digər şərtlərin dəyişməzliyi halında) başqa
valyutalarla müqayisədə bahalaşması “Holland xəstəliyi”nin mövcud
olmasının göstəricisi kimi qəbul edilə bilər. Belə ki, ölkənin pul vahidi
digər valyutalara nisbətən bahalaşdıqda, ixrac edilən mallara dəyəri di-
Dostları ilə paylaş: |