Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
370
gər valyutalar baxımından yüksəlir. İdxal edilən malların qiymətləri
isə yerli valyuta baxımından ucuzlaşır. Bu isə o deməkdir ki, ixrac
daha bahalı, idxal isə daha ucuz olur. Belə hal öz növbəsində, ölkədə
istehsal edilən malların daxili və xarici bazarda rəqabət qabiliyyətinin
azalmasının göstəricisidir. Belə vəziyyətin yaranması isə ölkə daxilin-
də istehsal edilən mallara müxtəlif cür təsir göstərə bilər. Belə ki, aşa-
ğı məhsuldarlıqla istehsal edilən və çox aşağı mənfəət səviyyəsinə ma-
lik olan mallar daxili və xarici ucuz mallarla rəqabətə girə bilməyəcək,
qiymətini aşağı saldıqda isə gəlir səviyyəsi aşağı enəcək və nəticə eti-
barilə ziyanlı olacaqdır. Son nəticədə isə belə malların istehsalı ya aza-
la bilər, ya da tamamilə dayandırıla bilər. Məhz bu mənada mübadilə
məzənnəsinin dəyişməsi makroiqtisadi səviyyədə rəqabətliliyin göstə-
ricisi kimi çıxış edir.
Manatın məzənnəsi ilə bağlı xronoloji ardıcıllıqla apardığımız
araşdırmalar göstərir ki, proseslərin ilkin başlanğıcında (1994-cü il)
dollara münasibətdə 12 dəfə, cəmi bir il sonra – 1995-ci ildə 3,6% de-
valvasiya baş vermişdir. 1996-cı ildən etibarən manatın bahalaşması
müşahidə edilməkdədir. Sabitləşdirici tempi saxlamaq məqsədi ilə
1998-ci ildən etibarən milli valyutanın – manatın məzənnə siyasəti
qlobal iqtisadi proseslərdə müşahidə edilən meyil və təmayüllərə isti-
nadla formalaşdırılmağa başlamışdır. Belə bir faktı göstərmək lazım-
dır ki, 2015-ci ilin əvvəlində isə Azərbaycanda manatın dəyərinin kəs-
kin şəkildə aşağı düşməsi baş verdi ki, bu da öz güclü təsirini göstərdi.
Bu baxımdan milli valyutanın məzənnəsinin sabitləşdirilməsi yö-
nümündə proqram xarakterli tədbirlər kompleksi həyata keçirilməyə
başlandı. Bununla əlaqədar olaraq, Mərkəzi Bank və Bakı Banklarara-
sı Valyuta Birjasının valyuta müdaxilələri azalmağa başladı.
Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanın birjalarında tə-
ləb və təklifdən asılı olaraq milli valyutanın sərbəst məzənnəsi müəy-
yənləşir, eyni zamanda manatın rəsmi məzənnəsinin heç bir xarici val-
yutaya və valyuta səbətinə istinad etmədən birbaşa kotirovkası aparılır.
Son dövrün hadisələri göstərir ki, son dövrlərdə Mərkəzi Bankın
apardığı valyuta siyasətinin məntiqi nəticəsi olaraq manata olan etiba-
rın dərəcəsi hissediləcək dərəcədə azalmışdır.
Beləliklə, real valyuta məzənnəsi və real məzənnə siyasətinin birmə-
nalı olaraq umumiqtisadi konyunkturada və dövlət büdcəsinin məcmu gə-
lirlərində əks olunduğunu, eyni zamanda, “Holland xəstəliyinin” real mə-
zənnə ilə büdcənin gəlir və xərcləri arasındakı əlaqədən “qidalandığını”
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
371
nəzərə alsaq, onda belə bir qənaətə gələ bilərik ki, real məzənnənin aşağı
salınması qeyri-neft sektorunun inkişafına, onun həm ölkədaxili, həm də
xarici iqtisadi məkanda rəqabətqabiliyyətliliyinin yüksəlməsinə müsbət
təsir göstərməklə, gəlir vergilərinin və ƏDV-nin artımı hesabına dövlət
büdcəsinin gəlirlərinin çoxalmasına şərait yaradacaqdır.
Respublikada maliyyə bazarının normal fəaliyyət göstərməsində
qiymətli kağızlar bazarı mühüm rol oynayır.
Qiymətli kağızlar bazarı kapitalın təmərküzləşməsi və mərkəzləş-
dirilməsini də əhatə etməklə kapital yığımının gerçəkləşməsini, onun
artımını, ümumiyyətlə, mövcud kapital resurslarının tam şəkildə iqti-
sadi dövriyyəyə daxil edilməsi və ayrı-ayrı fəaliyyət sferaları üzrə bö-
lüşdürülməsini təmin eməklə ölkə iqtisadiyyatının sabitqədəmli, pro-
porsional (zərər-mənfəət qarşılaşdırılması aspektindən) inkişafına əl-
verişli şərait yaradır. Ölkədə, müəyyən sferalarda sərbəst pul vəsaitlə-
rinin mövcudluğu ilə paralel olaraq digər sferalarda vəsait çatışmazlığı
natarazlığının aradan qaldırılmasında qiymətli kağızlar bazarı mühüm
rol oynayır. Başqa sözlə, qiymətli kağızlar bazarı dövlət büdcəsi və
banklarla birlikdə maliyyələşmə mənbəyi kimi çıxış edir.
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı, peşəkarlar
zümrəsinin zəif inkişaf etməsi, ənənələrin və sabit iş metodlarının
təzə-təzə təşəkkül tapmağa başlaması səbəbindən qiymətli kağızlar ba-
zarının idarəedici yarımsistemində əsas rolu oynayırdı. Ölkədə qiy-
mətli kağızlar bazarının baş əlaqələndirici orqanı kimi Qiymətli Ka-
ğızlar üzrə Dövlət Komitəsi (QKDK) müəyyən edilmişdir (Azərbay-
can Respublikası Prezidentinin 26 iyun 1999-cu il tarixli Fərmanına
əsasən). Prezidentin Fərmanına əsasən, bu komitə qiymətli kağızlarla
fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında, digər
mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətdə üstün səla-
hiyyətə malikdir və bu sahədə onların fəaliyyəti üzərində nəzarəti hə-
yata keçirir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fə-
aliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında dövlət siya-
sətinin işlənib hazırlanmasını və onun həyata keçirilməsini, dövlət ida-
rəetməsini və tənzimlənməsini, nəzarətin təmin edilməsini, qiymətli
kağızlar bazarının təşkili və inkişaf etdirilməsini, əlverişli investisiya
mühitinin yaradılmasını, qiymətli kağızlar bazarında emitentlərin, pe-
şəkar iştirakçıların, fond birjalarının fəaliyyəti üzərində nəzarətin tə-
min edilməsini həyata keçirir.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
372
Bundan başqa, qiymətlı kağızlar bazarında sağlam rəqabət mühi-
tinin yaradılması və qiymətli kağızlar bazarının iştirakçılarının, o
cümlədən investorların, səhmdarların və digər qiymətli kağızların sa-
hiblərinin hüquqlarının müdafiəsini təmin edir.
QKDK ilə paralel olaraq, Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının tənzimlənməsi prosesində ölkənin Mərkəzi Bankı
da yaxından iştirak edir. Belə ki, Mərkəzi Bank (MB) kommersiya
banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və bu
fəaliyyətə nəzarət edir. Həmçinin MB dövlət qiymətli kağızlarının
yerləşdirilməsi üzrə baş agent kimi çıxış edir. Amma ölkədə bu qiy-
mətli kağızların buraxılışına, tam həcmdə və vaxtında geri alınmasına
görə məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. Bundan əlavə,
qeyd edək ki, bələdiyyə qiymətli kağızlarının buraxılışı haqqında qə-
rar "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının
Qanununa və bələdiyyələrin nizamnamələrinə müvafiq qəbul olunur,
buraxılışın tənzimlənməsi isə QKDK tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının dövlət
tənzimlənməsindən danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki,
bu tənzimlənmə dünya təcrübəsinə oxşardır. Belə ki, bizim respublika-
da da qiymətli kağızlar bazarının dövlət tənzimiənməsi: a) xüsusi nor-
mativ-hüquqi aktların hazırlanması və həyata keçirilməsi; b) standart-
ların, xüsusi tələblərin hazırlanması və c) əsas qaydaların nizamlan-
ması və bazar iştirakçıları tərəfindən mövcud qanunvericiliyə riayət
olunmasına nəzarət etmək kimi əsas məsələləri özündə cəmləyir. La-
kin məsələyə daha detallı yanaşdıqda aydın olur ki, ölkəmizdə hal-ha-
zırda mövcud olan normativ-hüquqi baza nə kəmiyyət, və də keyfiyyət
baxımından mütərəqqi dünya təcrübəsi ilə bir sıraya gəlmək iqtidarın-
da deyildir.
Aydındır ki, hər bir cəmiyyətdə qiymətli kağızlar bazarının xüsusi
dövlət orqanları vasitəsilə tənzimləməsi ilə paralel olaraq, həmin bazarın
özünütənzimləmə təşkilatları da olur. Bu cür təşkilatların respublikamız-
da xarakteristikası öz rəsmi əksini "Qiymətli kağızlar haqqında" Azər-
baycan Respublikasının Qanununda (maddə 4) tapmış və sonralar, daha
dəqiq desək, 24 mart 2000-ci ildə QKDK tərəfindən "Qiymətli kağızlar
bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının
fəailyyəti qaydaları" qəbul olunmuşdur. Lakin bütün bu qeyd edilənlərə
baxmayaraq, indiyə kimi Azərbaycan Respublikasında qiymətli kağızlar
bazarı sistemində özünütənzimləmə təşkilatları fəallaşmamışdır.
Dostları ilə paylaş: |