Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
394
etsin. Bu qərar Milli Bankın ehtiyat normalarını tənzimləməklə kredit
siyasətini çevik dəyişmək imkanından məhrum etdi.
Şübhəsiz, ölkədə məhsul və resurs təminatı olmayan kredit
emissiyasının artdığı, neqativ faiz siyasətinin yeridildiyi və inflasi-
yanın dərinləşdiyi bir şəraitdə sərt kredit siyasətinin alternativi ola
bilməz. Lakin yeridiləcək bu siyasətin özünün də dəqiq mexanizmi
müəyyənləşdirilməli və nəzərə alınmalıdır ki, sərt kredit siyasəti
Azərbaycan iqtisadiyyatında dərin kök salmış digər problemlərin
kəskinləşməsinə də şərait yarada bilər. Bu gün müəssisələrin böyük
bir hissəsi öz maliyyə vəziyyətlərinin yaxşılaşdırılması yolunu ucuz
kreditlərin alınmasında görürlər. Lakin bunun özü də müəssisələrin
maliyyə yükünü daha da ağırlaşdıra bilər. BVF Azərbaycana sərt
kredit siyasətinin yeridilməsini təklif etməklə yanaşı, həm də respub-
likada ödəməmələr probleminin həlli barədə də öz tövsiyəsini bildir-
məsi məqsədəuyğun olardı.
Kredit siyasətinin sərtləşdirilməsi ilə əlaqədar bir cəhəti də nəzərə
almaq lazımdır. Bu da, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının
inflyasiya ilə deyil, məhz staqflyasiya (qiymət artımının istehsalın
tənəzzülü ilə müşayiət edilməsi) ilə üzləşməsilə bağlıdır. Belə bir şə-
raitdə bahalı kreditlərin istehsalda canlanma yaradacağını söyləmək
olmaz. İlk baxışdan belə bir təsəvvür yarana bilər ki, kredit siyasətinin
sərtləşdirilməsi intlyasiya tempini azaldacaq və bu nəticə etibarilə in-
vestisiya fəallığının artmasına səbəb olacaq və istehsal həcmi genişlə-
nəcək. İnflyasiya yalnız kredit emissiyası ilə bağlı olsaydı belə bir
müsbət nəticəni gözləmək olardı. Lakin Azərbaycan iqtisadiyyatının
dol1arlaşdığı bir dövrdə inflyasiya daha çox manatın məzənnəsinin
aşağı düşməsinə təkan verır. Əslində, inflyasiya manatın məzənnəsini
əks etdirməli olduğu halda, manatın məzənnəsi inflyasiyanın tempini
müəyyən edir və həlledici amilə çevrilir. Bu baxımdan, təklif edilən
sərt kredit siyasəti həm də milli valyutanın sabitliyini təmin edə bilən
valyuta siyasəti ilə tamamlanmalıdır. Həmçinin, sərt kredit siyasətinin
həyata keçirilməsi yolunda maneə kimi çıxış edən və kredit sistemində
rəqabət münasibətlərinə imkan verməyən bəzi qurumların fəaliyyət
mexanizminə və onların statusuna da yenidən baxılmalı idi.
BVF-nin başqa bir prinsipi dövlət sifarişinin ləğvi ilə bağlıdır.
Dövlət sifarişinin tətbiq edilməsinin mövcud mexanizminin səmərəsiz
olduğunu birmənalı şəkildə inkar etmək, fıkrimizcə, doğru olmazdı.
Mövcud olmuş bu mexanizm özəl müəssisələrin mənafeyini nəzərə
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
395
almadığı kimi, dövlətin də maraqlarına cavab vermir. Lakin bu heç də
dövlət sifarişinin tamamilə ləğv edilməsinə əsas vermir. Bu dövləti
iqtisadiyyata birbaşa təsir göstərmək imkanından məhrum etmiş olar.
Bu gün sadəcə olaraq, dövlətlə müəssisələr arasında qarşılıqlı əlaqənin
daha səmərəli formaları seçilməlidir.
Beynəlxalq maliyyə qurumları ilə ölkədə maliyyə bazarının inki-
şaf etdirilməsi istiqamətində əməkdaşlığın ikinci istiqaməti kimi Dün-
ya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, İslam İnkişaf Bankı, Av-
ropa Yenidənqurma və İnkişaf Bankı və ayrı-ayrı ölkələrin kommersi-
ya bankları ilə olan əməkdaşlığı göstərmək olar.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondunun və Dünya
Bankının yerinə yetirdikləri funksiyaların fərqli olmasına baxmayaraq,
son nəticə etibarı ilə onların fəaliyyəti bir-birini tamamlayır. Belə ki,
hər iki qurum beynəlxalq səviyyəli kredit təşkilatı olmaqla yanaşı,
ölkədə ticarət və investisiyaların canlanması üçün maliyyə bazarının
fəaliyyətinin sabitləşdirilməsi və dərinləşdirilməsi, mübadilə məzən-
nəsinin tənzimlənməsi, milli infrastrukturun inkişafının yaxşılaşdırıl-
ması və ölkədə struktur islahatlarının həyata keçirilməsi üçün kredit-
lərin verilməsini həyata keçirir.
Son 10 il ərzində Dünya Bankının və Beynəlxalq Valyuta Fondu-
nun mütəxəssisləri ölkədə struktur islahatlarının sürətləndirilməsi və
dərinləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu təd-
birlərin əsası kimi BVF-nin və DB-nin mütəxəssisləri aşağıdakı istiqa-
mətlərin üstünlük təşkil etməsini və bu istiqamətlər üzrə layihələrin
dəsətəklənməsini məqbul hesab edir:
- Enerji sektorunda islahatların həyata keçirilməsi;
- Maliyyə sektorunda islahatların həyata keçirilməsi;
- Özəlləşdirmənin ikinci proqramının həyata keçirilməsi;
- Sosial sferada islahatların həyata keçirilməsi.
Beynəlxalq maliyyə qurumlarının respublikamızda azad, sərbəst
bazar münasibətlərinin, eləcə də maliyyə bazarının formalaşması və
inkişafı üçün bank sektorunda da islahatların həyata keçirilməsini
məqsədəuyğun hesab edir. Belə ki, hal-hazırda ölkədə 45-ə yaxın bank
fəaliyyət göstərir.
Son dövrlərdə bank sektorunun inkişafının mühüm istiqamətlərin-
dən - biri kimi ölkədə xarici kapitalın inkişafına qoyulan limitin ara-
dan qaldırılmasını göstərmək olar (qeyd edək ki, mövcud məhdudiy-
yət 30%-dən 50%-ə çatdırılıb).
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
396
Ticarət rejiminin liberallaşdırılmasının dərinləşməsi ölkədə möv-
cud olan valyuta rejiminin də liberallaşdırılma səviyyəsinın yüksəldil-
məsini tələb edir. Bura gömrük xidmətləri zamanı valyutanın həcmin-
dən asılı olmayaraq ölkəyə daxil olması və ölkədən çıxarılması, habelə
valyuta köçirmələri sahəsində mövcud olan problemlərin aradan qal-
dırılması daxildir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı mode-
lini özünə əsas iqtisadi inkişaf forması kimi seçmiş istənilən ölkə üçün
bazar iqtisadiyyatlı ölkə statusunu alması mühüm şərtdir. Bu ilk növ-
bədə həmin ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasını, uzun-
müddətli xarici investisiyaları ölkəyə gətirməsini, beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlıqda üstün mövqe qazanmasını və digər bir sıra
münbit şəraitin əldə olunmasını şərtləndirir. Belə ölkənin Ümumdünya
Ticarət Təşkilatına üzvolma prinsiplərinə də kömək edir. Bazarın iqti-
sadiyyatının qərarlaşması ilə aşağıda sadalanan prinsiplərin gözlənil-
məsi arasında sıx qarşılıqlı bağlılıq mövcuddur:
- Ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin beynəlxalq
və ya dünya qiymətlərinə uyğunlaşdırılması;
- İqtisadiyyatda dövlət nəzarətinin və dövlət mülkiyyətinin xüsusi
çəkisinin minimuma endirilməsi;
- Milli valyutanın dönərliliyinin tam şəkildə təminatı;
- Liberal əmək bazarının yaradılması və inkişafının təmin edil-
məsi;
- Qiymətlərə nəzarətin minimuma endirilməsi və qiymətlərin sər-
bəst bazar tənzimlənməsi prinsiplərinə keçilməsi;
- Xarici investisiyaların fəaliyyətinə qoyulmuş qadağaların aradan
qaldırılması;
- Ölkədə maliyyə bazarının formalaşmasının beynəlxalq standart-
lara uyğunlaşdırılması.
Bütün bu sadalananlar göstərilməklə yanaşı, Azərbaycan höku-
mətinin ölkədə bazar iqtisadiyyatının yaradılması və maliyyə bazarı-
nın formalaşması və inkişafı üçün əməkdaşlıq etdiyi ikinci istiqamət,
regional və ayrı-ayrı ölkələrin maliyyə qurumlarıdır. Belə qurumlara
Kuveyt Fondu, Almaniya Yenidənqurma Kredit Bankı, Kənd Təsərrü-
fatının İnkişafı Fondu, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Türk
Eksimbankı, Britaniya Bankları Qrupu, Amerika Eksimbankı ilə də
əməkdaşlığı göstərmək olar. Bunlarla yanaşı, respublikamız regional
maliyyə qurumlarından Avropa Yenidənqurma və İnkişaf Bankı
Dostları ilə paylaş: |