Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə132/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   128   129   130   131   132   133   134   135   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

382



Sahələr üzrə kredit qoyuluşlarının dinamikası (milyon manat) 

 

 

2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012  2013 

Cəmi kredit 

qoyuluşları  

670,3  989,6  1441,0 2362,7 4681,8 7191,3 8407,5 9163,4 9850,3 12243,7 15422,9 



O cümlədən 

 

 



 

 

 



 

 

 



 

 

 



Ticarət və 

xidmət 


sektoru  

112,5 217,6 361,0 647,2 1194,0 1911,3 

1834,0 

2206,8 


2744,4 2649,3 2219,9 

Energetika, 

kimya və təbii 

ehtiyatlar 

sektoru 

38,9  24,4 141,4 92,2 302,0 855,7 

1522,0 

984,0 289,7 396,7 288,2 



Kənd təsərrü-

fatı və emal 

30,2  56,2  97,6  136,5 197,2 261,5 394,8 441,3 466,7 546,2  733,3 

Inşaat və 

əmlak 

30,3  46,4  82,2  152,5 312,3 461,4 576,5 660,6 875,3 1270,3 2362,6 



Sənaye və 

istehsal 

sektoru 

43,6  65,7  83,3  192,6 308,0 427,5 536,9 682,4 582,9 1297,6 1516,4 

Nəqliyyat və 

rabitə 


57,1  149,6 128,2 214,9 469,6 669,1 520,4 454,4 409,7 429,1  506,0 

Ev təsərrüfat-

larına 

142,9 276,9 389,2 778,0 1657,2 2334,9 



2328,9 

2700,8 


3315,0 4316,7 6214,7 

O cümlədən: 

 

 



 

 

 



 

 

 



 

 

 



Daşınmaz əm-

lakın tikintisi-

nə və alınma-

sına 


- - - 

63,3 


171,6 

197,6 


254,6 

401,4 


575,8 

703,7 


890,8 

İctimai təşki-

latlara 

verilmiº 

kreditlər 

0,4 1,3 0,5 1,2 3,1 7,1 1,0 0,7 1,0 0,6  6,1 

Hökumət 

idarələrinə 

35,2 14,2 8,2 18,2 64,8 0,6  0,6 1,0  1,0  0,5  1,2 

Digər 


sektorlar 

179,2 


137,3 

109,4 66,1 2,0 64,6 

437,8 

630,0 


588,8 

633,0 683,7 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



383

Cədvəldə verilən dinamikadan göründüyü kimi, müvafiq dövr ər-

zində (2003-2013) kredit qoyuluşlarının ümumi həcmi 23 dəfə, o cüm-

lədən ticarət və xidmət sektoru üzrə 19,7 dəfə, energetika, kimya və 

təbii ehtiyatlar üzrə 7,4 dəfə, kənd təsərrüfatı və emalı üzrə 24,2 dəfə, 

inşaat və  əmlak üzrə 77,9 dəfə, sənaye və istehsal sektoru üzrə 34,7 

dəfə, nəqliyyat və rabitə üzrə 8,8 dəfə, ev təsərrüfatları üzrə isə 43,4 

dəfə artmışdır. Eyni zamanda, kreditin sahələr üzrə bölgüsünün təhlili 

göstərir ki, real sektorun payı cəmi 19,7% (2013-cü il) təşkil edir. 2003-

cü ildə isə analoji göstərici 25,3% olmuşdur. Həmçinin ev təsərrüfatları-

na verilən kreditlərdə də eyni situasiya müşahidə edilməkdədir. Belə ki, 

2013-cü ildə ev təsərrüfatlarına verilən kreditlərdə istehlak xarakterli 

kreditlərin xüsusi çəkisi 85,7% təşkil etmişdir. Aydındır ki, ölkədə işgü-

zar aktivliyin artımının təmin edilməsinə təkcə təklifin deyil, həmçinin 

tələbin həcminin artımı hesabına da nail olmaq mümkündür. Lakin əgər 

istehlak kreditləri əsasən idxal mallarına yönəlirsə, bu hal nəinki ölkə-

daxili işgüzar aktivliyi yüksəltmir, əksinə ölkə iqtisadiyyatının dayanıq-

lı inkişafına müəyyən əngəllər yaratmaq iqtidarındadır. 

Qeyd etmək lazımdır ki, ölkənin kredit bazarının inkişafında və 

fəaliyyətində dövlət özü bir iqtisadi subyekt kimi çıxış edir. Son bir 

neçə ildə dövlət sektorundan verilən kreditlərin xüsusi çəkisinin aşağı 

düşməsinə baxmayaraq, onların məqsədliliyi artmışdır.  Əgər  əvvəlki 

illərdə yönəldilən kreditlər yalnız özəl sektorun məhsulu kimi qəbul 

edilirdisə (Kapital bank və Azərbaycan Beynəlxalq Bankı istisna ol-

maqla), 2002-ci ildən başlayaraq dövlət büdcəsindən iqtisadiyyata kre-

ditlərin ayrılması başlanmışdır. Belə ki, 2013-ci ildə dövlət bankları 

tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi 160 mlrd.manat 

çox olmuşdur. 2012-cü ildə bu vəsaitin həcmi 130 mlrd.manat, 2010-

cü ildə isə bu göstərici 100 mlrd.manata olmuşdur. Qeyd edək ki, sa-

hibkarlıq fəaliyyətinin inkişafına yönəldiən vəsaitlər müvəkkil banklar 

vasitəsilə sahibkarlıq subyektlərinə verilir. 

Son bir neçə ildə kredit bazarının daha təkmil və sosial-iqtisadi 

tələbatı nəzərə alan səviyyədə inkişafını təmin etmək məqsədilə kredit 

növlərindən ipoteka kreditiərinin verilməsi ilə bağlı xüsusi hüquqi-

normativ baza hazırlanması da nəzərdə tutulur. Belə ki, ölkədə olan 

bankların sırasında ixtisaslaşdırılmış kommersiya bankları yoxdur. 

Fikrimizcə, məhz ipoteka kreditlərinin verilməsi sonda bu növ kredit-

lərin verilməsində ixtisaslaşa biləcək bankların yaranması ehtimalını 

artırmış və kredit bazarının genişlənməsinə kömək etmiş olardı. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

384



Qeyd etmək lazımdır ki, ölkənin kredit bazarının daha da geniş-

lənməsinə, təsərrüfat subyektlərinin kreditə olan tələbatın ödənilmə-

sinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə kömək etmək məqsədi-

lə Azərbaycan hökuməti beynəlxalq maliyyə-kredit qurumları ilə 

əməkdaşlıq edir, onlardan kredit alır. 2004-cü il yanvar aynının birinə 

imzalanmış sazişlər üzrə investisiya layihələri üçün alınan kreditiər 

2267 milyon dollar istifadə olunmuş və dövlət borcu hesab edilən kre-

ditlər isə 1507 milyon dollar təşkil etmişdir. İmzalanmış sazişlər üzrə 

investisiya layihələri üçün alınan kreditlərin 724 milyon dolları və ya 

32%-i iqtisadi islahatlara, 1543 milyon dolları və ya 68%-i investisiya 

layihələrinə, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərin 

isə 473 milyon dolları və ya 31 %-i iqtisadi islahatların aparılmasına 

yönəldilmişdir. Belə ki, ölkə iqtisadiyyatına yönələn xarici investisi-

yaların təqribən 8%-i beynəlxalq maliyyə qurumlarının kreditləri he-

sabına maliyyələşən layihələrin, 19%-i isə xarici və birgə müəssisələ-

rin payına düşür. 

Kreditiərin tərkibinə  gəldikdə isə onu qeyd etmək olar ki, l995- 

2004-cü illər ərzində xaricdən alınan kreditlərin 62,2%-i sabit dərəcə, 

21,1%-i dəyişkən dərəcə ilə olan kreditlərin, 16,7%-i isə Beynəlxalq 

Valyuta Fondunun (BVF-nin) kreditlərinin payına düşür. Uzun və 

ortamüddətli kreditlər üzrə  orta  faiz  dərəcəsi 2,3% təşkil etmişdir. 

2004-cü ilin əvvəlinə olan statistik məlumatlara görə, imzalanmış 

sazişlər üzrə alınan kreditlərin 3858,1 mln. dolları və ya 82%-i istifadə 

olunub, bundan isə yalnız 19%-i qaytarılıb. 

Kreditorlar üzrə xarici borcların strukturunda Dünya Bankı (DB) 

və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (YBƏB) 27%, BVF l7%, 

Eksimbank 10%, Kommersiya bankları 6%, Avropa Yenidənqurma və 

İnkişaf Bankı (AYİB) 5%, KFV və İİB 3%, xarıci ölkələr 2%, Kənd 

Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu isə 1% təşkil edir. 

Həmçinin qeyd edək ki, bir çox beynəlxalq maliyyə qurumları ilə 

Azərbaycan hökumətinin kredit əməkdaşlığı hələ də davam etməkdə-

dir. Məsələn, Beynəlxalq  İnkişaf Agentliyi ilə Azərbaycan hökuməti 

arasında bağlanılmış sazişə görə alınacaq kreditlərin ümumi məbləği 

628,6 mln. dollar həcmindədir. Bu kreditlər l0 il güzəştli və 0,75% 

olmaqla uzunmüddətli xarakter daşıyır (ən son ödəmə müddəti 2030-

cu ildir). Alınmış kreditlərin 534,6 mln. dolları  və ya 85,l%-i artıq 

istifadə olunub. Kreditlərə görə ödənilməli olan məbləğ isə 422 mln. 

dollar və ya alınan kreditlərin 67,1%-ni təşkil edir. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə