AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
373
Eyni zamanda ölkədə özəlləşdirmənin başlanğıcı, respublikada
ixtisaslı kadrların olmadığı bir şəraitdə həyata keçirilmişdir. Həmçi-
nin, bu dövrdə respublikada dövlət əmlakının özəlləşdirilməsi üçün
zəruri olan maliyyə ehtiyatları praktiki olaraq yox idi.
1995-1998-ci illərdə Azərbaycan Respublikasında Dövlət mülkiy-
yətinin özəlləşdirilməsinin birinci Proqramı qəbul edildi və 1120 saylı
29 sentyabr l995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq edildi. Bu proqramda özəlləşdirmənin müddəti və mərhələləri,
məqsədləri, əsas vəzifələri, prioritetləri, özəlləşdirilən müəssisə və ob-
yektlərin təsnifatı, onların səhmdar cəmiyyətə çevrilmələri, səhmləşdir-
mənin konkret variantları, özəlləşdirmədən daxil olan vəsaitlərin istifa-
də qaydaları, özəlləşdirmə çeklərinin verilmə şərtləri və miqdarı, onlar-
dan istifadə qaydaları və s. məsələlər öz əksini tapmışdır.
Birinci dövlət proqramına uyğun olaraq, 1996-cı ilin avqust ayı-
nın 1-dən oktyabr ayının 1-dək respublika əhalisinə 32 mln. çek və ya
8 mln. özəlləşdirmə payı paylanılmışdır. Birinci özəlləşdirmə proqra-
mının 29 sentyabr 1995-ci il tarixli Qanun ilə təsdiq olunmasına bax-
mayaraq, kiçik müəssisələrin kütləvi özəlləşdirilməsi ölkədə 26 mart
1996-cı ildə yanacaqdoldurma stansiyalarından (YDS-dən) başlandı.
Həmin gün respublikada fəaliyyətdə olan 696, o cümlədən Bakıda 156
YDS-dən 5-nin satışı üzrə ilk auksion keçirildi. Dövlət mülkiyyətinin
özəlləşdiriməsi Proqramında isə 25000 kiçik müəssisə və obyektlərin
özəlləşdirilməsi nəzərdə tutulmuşdur. 1999-cu ilin əvvəlində faktiki
olaraq, 20 mindən çox müəssisə və obyekt özəlləşdirilmişdir.
Orta və iri müəssisələrin özəlləşdirilməsinə gəldikdə isə özəlləş-
dirmənin Dövlət Proqramına uyğun olaraq, özəlləşdirməyə 4500 orta
və iri müəssisə cəlb olunmuşdur. Lakin Proqramda göstərildiyi kimi,
özəlləşdirilən orta və iri müəssisələr əvvəlcə səhmdar cəmiyyətinə
çevrilirlər. Yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin bir hissəsi
cəmiyyətin işçilərinə qapalı abunə üzrə, qalan hissə isə çek və pul auk-
sionlarında satılır.
Beləliklə, Birinci Proqram ilə Azərbaycan Respublikasında keçi-
rilən dövlət mülkiyyətinin özəlləşdirilməsinin ilkin mərhələsi başa çat-
dı. Onun ardınca ikinci özəlləşdirmə proqramı çərçivəsində ölkədə
əsasən rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika
kompleksinin müəssisələri özəlləşməyə açılmağa başladı. Qeyd edilən
proqram indi də özünün reallaşma mərhələsindədir.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
374
Qeyd etmək lazımdır ki, 1995-2008-ci illər arasında qiymətli ka-
ğızlar bazarının fəaliyyəti və tənzimlənməsi istiqamətində fəaliyyət
davam etdirilmiş, institusional təminatın yaxşılaşdırılması yönümündə
müəyyən irəliləyişlər əldə olunmuş, Bakı Fond Birjası yaradılmış,
Milli Depozit Mərkəzi yenidən təşkil edilmişdir. Azərbaycan Respub-
likasında qiymətli kağızlar bazarının əsas inkişaf istiqamətləri qiymət-
li kağızlar bazarının inkişafı Proqramında (bu proqram QKDK tərəfin-
dən 7 avqust 2000-ci ildə təsdiq edilmişdir) müəyyən edilib. Proqram-
da əsas diqqət qiymətli kağızlar bazarının əsasını təşkil edən infra-
strukturun yaradılmasına yönəlib. Burada həmçinin normativ-hüquqi
aktların hazırlanması, onları beynəlxalq standartlara uyğun olması və
qiymətli kağızlar bazarının professional iştirakçılarının (brokerlərin,
dilerlərin, depozitar mərkəzlərin, fond birjalarının və s.) fəallaşdırıl-
ması nəzərə alınıb.
Hal-hazırda qiymətli kağızlar bazarının inkişafı üçün Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən broker fəaliyyətinə
16 lisenziya verilib. Bundan başqa, diler fəaliyyətinə - 15, depozitar
fəaliyyətinə - 3, reyestr aparmaq fəaliyyətinə - 2, klirinq və birja fə-
aliyyətinə - 2 lisenziya verilmişdir.
Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Azərbaycan Respubli-
kasında qiymətli kağızlar bazarı hələ ilk mərhələdədir. Onu bu gün
dörd sektora bölmək olar: dövlət qiymətli kağızlar bazarı, veksellər və
borc öhdəlikləri bazarı, opsion və özəlləşdirmə payları bazarı, korpo-
rativ qiymətli kağızlar bazarı. Lakin fond bazarının ən inkişaf etmiş
seqmentlərindən (onun təşkil olunması baxımından) biri - dövlət qiy-
mətli istiqraz vərəqələri (DQİV) ilə səciyyələndirilir.
Hal-hazırda, Azərbaycanda qiymətli kağızlar bazarı təkcə DQİV
ilə xarakterizə olunmur, həmçinin digər qiymətli kağızlarla da, o cüm-
lədən Daxili Uduşlu İstiqraz Vərəqələri ilə (DUİV) də səciyyələnir.
Belə ki, dövlət illər boyu əhalidən DUİV vasitəsilə borc pul götürməyi
özü üçün əlverişli hesab etmişdir. Lakin bu əhali üçün vəsaitlərin əlve-
rişli yerləşdirilməsinə çevrilməmişdir.
1993-cü ildə DUİV-nin heç də uğurlu olmayan buraxılışı buna
əyani sübutdur. O vaxt dövlət DUİV-i 10 il müddətinə 3.5 mird. manat
dəyərində buraxmışdır, yəni 2002-ci ilə qədər ümumi buraxılış məblə-
ğindən uduş fondu 15% təşkil etməli idi. Onların nominal qiyməti
250, 500 və 1000 manat arasında diferensasiya edilmişdir.
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
375
90-cı illərin ortalarında müşahidə olunan inflyasiya prosesi ilə
əlaqədar istiqrazlar üzrə illik faiz əvvəlcə müəyyən olunmuş 9% həc-
mindən 15%-ə qədər artırılmış, sonradan bu rəqəm 33%-ə çatmışdır.
Daha sonralar, yəni 2001-ci ildən etibarən dövriyyəyə yeni
DUİV-lər (onillik) buraxıldı. Qeyd etmək lazımdır ki, bu istiqrazların
ümumi, uduş məbləği əvvəlkilərdən fərqli olaraq ilk 12% dərəcəsində
planlaşdırılmış və bu istiqrazların 40%-i uduşlu hesab edilmişdir.
Qeyd etmək lazımdır ki, son dövrlər ölkənin qiymətli kağızlar ba-
zarında dövlət istiqrazları ilə paralel olaraq bir sıra kommersiya struk-
turlarının istiqrazları da buraxılır ki, bu da ölkədə qiymətli kağızlar
bazarnın müasir dünya tələbləri çərçivəsində formalaşmasına və inki-
şaf etməsinə xidmət edir.
Azərbaycanda qiymətli kağızlar bazarının göstəriciləri
2014-cü il
Yanvar-Noyabr
2013-cü il Yanvar-
Noyabr
Qiymətli kağızların
növləri
Əqd-
lərin
sayı
Məbləğ
(AZN)
Əqd-
lərin
sayı
Məbləğ
(AZN)
Məbləğ
üzrə
fərq
(%)
Korporativ qiymətli
kağızlar
2 575
1 857 354 820
2 049
449 647 540
4,1 dəfə
Səhmlər
2 418
733 307 936
1 948
206 511 905
3,6 dəfə
Səhmlər (ilkin bazar)
535
719 397 980
157
154 570 589
4,7 dəfə
Səhmlər (təkrar bazar)
1 883
13 909 956
1 791
51 941 316
-73%
Korporativ istiqrazlar
157
1 124 046 885
101
243 135 634
4,6 dəfə
Korporativ istiqrazlar –
AZN (ilkin bazar)
41
64 982 940
41
137 167 836
-53%
Korporativ istiqrazlar -
USD (ilkin bazar)
2
728 867 503
2
27 854 297
-
Korporativ istiqrazlar -
EUR (ilkin bazar)
- - - - -
Korporativ istiqrazlar –
AZN (təkrar bazar)
114
330 196 441
58
78 113 501
4,2 dəfə