AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
397
(AYİB), Asiya İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) və Qara
Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə də əmakdaşlıq edir və
müvafıq əməliyyatlar aparırlar.
Belə bir faktı göstərmək lazımdır ki, Azərbaycan 1997-ci ildə
Qara Dəniz Ticarət və İnkişaf Bankının üzvü olmuşdur. Bankın müva-
fıq əməliyyatlara yalnız son zamanlar başlaması ucbatından bu günə
kimə heç bir layihə müqaviləsi bağlanmamışdır. Qara Dəniz Ticarət
və İnkişaf Bankı Azərbaycandakı fəaliyyətini, xüsusilə qeyri-neft sek-
torundakı layihələrin maliyyələşdirilməsini təmin etməyə yönəldəcək.
O, özəlləşdirilmiş müəssisələri yenidən qurulmaqda və inkişaf etmək-
də kömək göstərmək məqsədilə özəlləşmədən sonrakı əlverişli şərait-
ləri yaratmağı planlaşdırır. Uzunmüddətli prioritet kimi nəzərdə tutu-
laraq, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda gedən özəl-
ləşmə prosesində iştirak etmək arzusunda olan üzv ölkələrdən olan
sərmayədarlara kömək edəcək.
Bank eyni zamanda telekommunikasiya, nəqliyyat, istehsal, kənd
təsərrüfatı biznesi, neft-qaz sənayeləri sahəsindəki maliyyə layihələri-
ni nəzərdən keçirir.
Dünya Bankı Qrupunun bir hissəsi kimi, Çoxsahəli İnvestisiya
Zəmanəti Agentliyinin zəmanət proqramı xüsusi investisiyaların axı-
nını inkişaf etməkdə olan ölkələrə layihə ilə əlaqədar ola biləcək siyasi
risklərin yumşaldılması yolu ilə stimullaşdırmaq üçün nəzərdə tutulub.
Çoxsahəli investisiya Zəmanəti Agentliyi Azərbaycanda fəaliyyət gös-
tərən şirkətlərə 21 milyon ABŞ dolları həcmində iki zəmanət vermiş-
dir. Birinci zəmanət Türkiyənin Efes şirkətinin Bakıdakı Koka-Kola
Şirkətinə 18,3 milyon ABŞ dolları həcmində investisiyasına təminat
verilmişdir. İkincisi isə, Türkiyənin Koçbank bankına onun bank fə-
aliyyəti üzrə birgə müəssisənin yaradılması üçün nəzərdə tutulan 2,7
milyon ABŞ dolları həcmində ayırmış olduğu investisiyasını təmin et-
mək məqsədilə verilmişdir. Həmin kreditlər siyasi risklərə qarşı, daha
doğrusu, köçürmə məhdudiyyətləri, müsadirə və ya özgəninkiləşdir-
mə, müharibə və mülki iğtişaş risklərinə qarşı sığortalanmışlar.
Layihə maliyyələşdirilməsi eyni zamanda, German KfW, ABŞ-ın
Xarici Özəl İnvestisiya Korporasiyası (OPİC), Yapon JEXİM, Turkish
Eximbank və İsveçrə Hökumətinin (SECO) Layihə Buraxılışları Fon-
du kimi ikitərəfli vasitələrlə həyata keçirilirlər.
İndi Azərbaycanda Qafqaz Fondu və İpək Yolu Fondu (AİG) adlı
iki vəsait fondu fəaliyyət göstərir. AİG İpək Yolu Fondu 1997-ci ilin
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
398
sentyabrında imzalanmış 70 milyon ABŞ dolları həcmində kapital qo-
yuluşu həyata keçirmişdir. Bu fond kapital və kvazi-kapital investisi-
yalarının özəl sektora ayrılmasını həyata keçirir və həmin investisiya-
ların Mərkəzi Asiya, Qafqaz və Rusiyada da həyata keçirilməsi nəzər-
də tutulur.
Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankı (BƏYB) da eyni
zamanda enerji sektorunun mühüm maliyyələşmə mənbəyi olmuşdur.
O, sektorun inkişafını təmin etmək məqsədilə 339 milyon ABŞ dolları
həcmində 40 illik kredit və Sumqayıt şəhərində yerləşən neft-kimya
mərkəzinin enerji blokunun tikintisi məqsədilə 100 milyon ABŞ dolla-
rı həcmində əlavə kredit ayırmışdır. O, həmçinin Qaradağ rayonunda
(Bakının cənubu) yerləşən qaz emalı qurğusundan regiondakı elektrik
stansiyasına gedən boru xəttini də maliyyələşdirir.
Azərbaycan Respublikasında maliyyə bazarının müasir vəziyyəti-
nin kompleks təhlilinin nəticələri göstərir ki, bu sahədə müəyyən
problemlər mövcuddur. Həmin bu problemlər həm valyuta, qiymətli
kağızlar bazarının inkişafına, beynəlxalq maliyyə bazarlarına inteqra-
siyasına, həm də ümumilikdə ölkənin iqtisadi inkişafına bəlli ölçüdə
maneələr yaradır.
Hal-hazırda Azərbaycan Respublikasının maliyyə bazarının bey-
nəlxalq maliyyə bazarına inteqrasiya olunmasına, xarici investisiya-
ların milli maliyyə bazarı vasitəsilə iqtisadiyyata cəlb edilməsinə
mənfı təsir göstərən amillərdən biri də maliyyə bazarında alqı-satqı
obyekti olan alətlərin azçeşidli olması ilə bağlıdır. Bu problem ölkə-
nin qiymətli kağızlar bazarında daha qabarıqdır. Bildiyimiz kimi, hər
bir xarici investor portfel investisiya qoyuluşu barədə qərar qəbul
edərkən, qiymətli kağızlar bazarında təqdim edilən alqı-satqı pred-
metlərinin gəlirliliyinə, risk səviyyəsinə, likvidliyinə fikir verməklə
yanaşı, təklif edilən maliyyə alətlərinin çeşidliliyinə də diqqət yetirir.
Yəni, daha çox çeşidli qiymətli kağızların təklifi ölkə maliyyə baza-
rının inkişafına, onun dövriyyəsinin artmasına dəlalət edən faktorlar-
dan hesab edilir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında
(Bakı Fond Birjasında) yalnız dörd sektor üzrə əməliyyatlar aparılır
və qiymətli kağızların çeşidi nöqteyi-nəzərindən təklifi məhduddur.
Məhz bu baxımdan, hesab edirik ki, ölkədə maliyyə bazarının inkişa-
fı, təşkilati bazarlarda ticarət meydanının genişləndirilməsi və bey-
nəlxalq maliyyə bazarlarına səmərəli inteqrasiya olunmaq məqsədilə
daha çox çeşiddə maliyyə alətləri ilə (məsələn, opsion, varrant,
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
399
səhmlər və s.) ticarətin aparılmasının təmini istiqamətində zəruri təd-
birlərin görülməsinə ehtiyac var.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin, eləcə də maliyyə
bazarının səmərəli fəaliyyət göstərməsi üçün milli valyuta sistemi sa-
həsində də olan problemlərin tənzimlənməsi zəruridir. Qeyd etmək
lazımdır ki, valyuta münasibətləri sahəsində tənzimlənmənin əsas isti-
qaməti xarici iqtisadi əməkdaşlıq sahəsində normal şərait yaratmaq və
bunun vasitəsilə valyuta məzənnəsindən ixracın stimullaşdırılması, da-
xili bazarın xarici rəqabətdən müdafiə olunmasına nail olmaq əsas
hədəf kimi qarşıya qoyulmalıdır.
Əvvəlki fəsildə aparılan araşdırmalar göstərdi ki, ölkədə nə ixrac
üzrə, nə də idxal üzrə səmərəli valyuta siyasətinin yürüdülməsi təmin ol-
unmamışdır. Bunu real və nominal effektiv valyuta məzənnələri barədə
hesablamalar və onların nəticələrinin interpretasiyası da göstərir. Belə bir
siyasətin həyata keçirilməməsi bir sıra hallarda təbii olaraq milli iqtisa-
diyyata mənfi təsir göstərir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,
istehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcud olduğu bir şərait-
də valyuta siyasətindən səmərəli istifadə olunması əsas şərtdir.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft
Fondunun vəsaitlərindən və rəsmi qızıl-valyuta fondunun vəsaitlərin-
dən də ölkə iqtisadiyyatının inkişafı istiqamətində istifadənin təkmil-
ləşdirilməsinə diqqət yetirilməsi də zəruridir. Bunlarla yanaşı, val-
yutanın dönərliyinin təmin olunması və ölkə daxilində valyuta vəsait-
lərinin yenidən bölgüsünün təkmilləşdirilməsi sistemi yaradılmalıdır.
4.Azərbaycanda siğorta bazarinin formalaşmasi və inkişafi
Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçiril-
məsi, bazar münasibətlərinin tətbiqi və milli sığorta bazarının forma-
laşması prosesi ilə əlaqədar olaraq sığorta resurslarının təşəkkül tap-
ması və onlardan istifadə xüsusiyyətlərində mühüm dəyişikliklər baş
vermişdir. Son onilliklər ərzində pul vəsaiti ehtiyatlaının dövlət sığor-
tası vasitəsilə akkumulyasiya edilməsi və mərkəzləşdirilmiş qaydada
bölüşdürülməsi sistemi, müstəqil sığorta şirkətlərinin iqtisadi maraqla-
rı və məsuliyyətlərinə əsaslanan idarəetmənin iqtisadi metodları ilə
əvəz olunmuşduır. Bu isə öz növbəsində sığorta müəssisələri resursla-
rının həm səfərbərliyə alınmasının miqyas və həcminin, həm də onla-
rın yerləşdirilməsində böyük dəyişikliklərə uğraması ilə nəticələn-
Dostları ilə paylaş: |