Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
400
mişdir. İndi dövlət sığorta təşkilatları ilə yanaşı digər səhmdar, fərdi
və sığorta və təkrarsığorta fəaliyyətini həyata keçirən müştərək sığorta
cəmiyyətləri formalaşmış və müvəffəqiyyətlə inkişaf etmişdir.
Beynəlxalq sığorta münasibətlərinin inkişafının ideologiyası belə
bir fundamental təməl üzərində qurulur ki, sığorta bazarı nə qədər ge-
nişdirsə, o bir o qədər çox pul vəsaitlərini və maliyyə resurslarını özü-
nə cəlb edib «uda» bilir. Çünki, müasir dünyada pul axınlarının səmə-
rəli təşkili və idarəedilməsi əsasən, sığorta şirkətlərinin və ümumilik-
də, sığorta bazarının inkişafmdan asılı olur. İndi sığorta işində qlobal-
laşmanın əsasını - dünya maliyyə axınlarının sürətli hərəkəti, transsər-
həd ticarətinin genişlənməsi, təkrarsığorta bazarının adekvat inkişafı
çərçivəsində virtual iqtisadiyyatın mütəşəkkil seqmentinə çevrilməsi
prosesi təşkil edir.
Bu baxımdan respublikada da əsasən sığorta xidmətlərinə olan tə-
ləbatı formalaşdıran sığortalılar və bu tələbatı ödəyən sığorta şirkətləri-
nin fəaliyyət göstərdikləri iqtisadi məkanı ifadə edən yeni sığorta bazarı
təşəkkül tapmağa başlamışdır. Pul vəsaiti ehtiyatlarının səfərbər olun-
ması və onların investisiya kimi iqtisadiyyatın real bölməsinə cəlb edil-
məsi respublikanın iqtisadi cəhətdən inkişaf etdirilməsi tempinə əsas-
lanmışdır. Belə ki, sığorta üzrə olan investisiyalar hal-hazırda bank kre-
ditləri kimi təsərrüfat subyektlərinin xarici maliyyələşdirilməsinin əsas
mənbələrindən birinə çevrilmişdir. Öz növbəsində sığorta şirkətlərinin
bu istiqamət üzrə fəaliyyətinin səmərəliliyi ehtiyatların səfərbər olunm-
ası üçün nəzərdə tutulmuş sığorta məhsullarının yeni növlərinin keyfiy-
yətli şəkildə tətbiq olunması və eləcə də sığortaçılar tərəfindən idarə-
etmənin bazar prinsiplərinə uyğun yeni metodlarımn məninısənilməsi
ilə müəyyən edilmişdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sığorta
resurslarının idarəolunması üzrə böyük təcrübə toplanılmasına baxma-
yaraq Azərbaycanın milli sığorta sisteminə mexaniki şəkildə tətbiq olu-
na bilməzlər. Belə ki, respublikada sığorta bazarının formalaşdırılması
və inkişafı, eləcə də sığorta şirkətlərinin bu bazarda fəaliyyət göstərməsi
ilə əlaqədar olan bir sıra iqtisadi-təşkilati xüsusiyyətlər mövcuddur.
Bunlara sığorta sahəsində bir tərəfdən milli sığorta bazarı və iqtisadi cə-
hətdən müstəqil olan sığorta şirkətlərinin meydana çıxması, digər tərəf-
dən isə bu şirkətlərin inkişafında çoxsayh maneyələrin (həm hüquqi-
normativ, həm də iqtisadi) qorunub saxlanması aid edilə bilər. Sığorta
sahəsinin müasir sisteminin respublikada özünəməxsus xüsusiyyətlərə
malik olması ölkənin milli sığorta bazarının strateji və cari inkişafı üzrə
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
401
yeni yanaşma üsullarının işlənib hazırlanmasını tələb edir. Bu isə öz
növbəsində toplanılmış təcrübənin elmi cəhətdən ümumiləşdirilməsi və
sığorta resurslarının keçid tipli iqtisadiyyat şəraitində idarəolunması
nəzəriyyəsi və metodologiyasının daha da inkişaf etdirilməsi zərurətini
ortaya qoyur və dissertasiya mövzusunun aktuallığını təsdiq edir. Sığor-
ta bazarının normal fəaliyyət göstərməsinin əsas şərti onun iştirakçıları-
nı və ilk növbədə sığorta təşkilatlarının sabit və səmərəli fəaliyyəti ilə
bağlıdır. Sabitlik və etibarlılıq kriteriyası isə öz növbəsində etibarlı ödə-
niş qabiliyyəti, maliyyə sabitliyi, sığorta müqaviləsi üzrə olan öhdəçi-
liklərin yerinə yetirilməsinin operativ və tam şəkildə icra olunması ilə
əlaqədardır. Bütün bunlar isə sığorta müəssisələri resurslarının səmərəli
idarəolunması ilə təmin edilir.
Zəruri maliyyə ehtiyatlarının müxtəlif formalarda yaradılması –
mikro və makro iqtisadi sabitliyin mühüm şərti kimi dəyərləndirilir.
Məhz buna görə də bu cür ehtiyatların optimal şəkildə yaradılması
məsələləri öz kardinal həllini mütləq tapmalıdır. Sığorta (ehtiyat) fon-
dunun ölkənin milli sərvətinin mühüm bir hissəsi olması faktını nəzərə
alsaq, problemin aktuallığı heç bir şübhə doğurmur.
Ümummilli sığorta ehtiyatlarının xarakterik xüsusiyyətlərindən
biri onun ümumi daxili məhsulun müstəqil tərkib hissəsi olmaqla, əv-
vəlcədən, qeyd-şərtsiz nə yığun, nə də istehlak fonduna aid edilə bil-
məməsidir. Bu fondlar nə gəlir kimi istehlak edilə, nə də mütləq yığım
fondu kimi çıxış edə bilməzlər. Son nəticədə onların yığım və ya
istehlak fondları kimi istifadə olunması baş verəcək hadisədən və hə-
min hadisənin nəyə zərər yetirəcəyndən birbaşa asılıdır.
Müasir iqtisadi ədəbiyyatda «sığorta resurslarının» tərifinin
müəyyən edilməsinə dair bir neçə yanaşma üsulları mövcuddur. Bir
çox müasir Rusiya alimləri (həmçinin MDB ölkələrinin müəllifləri)
«sığorta resursları» anlayışının məzmununu şərh edərkən, müasir, iqti-
sadçılar tərəfindən elmi işlərdə geniş istifadə olunan «sığorta ehtiyat-
ları» kateqoriyasına əsaslanırlar. Bizim fikrimizcə sığorta resursları
dedikdə sığorta təşkilatlarının sərəncamında olan, həm cari daxilolma-
ları, həm də sığortaçının xüsusi vəsaitləri və cəlbedilmiş vəsaitlər he-
sabına yaradılmış fondları əhatə edən pul resurslarının məcmuu başa
düşülür. Sığorta resursları nəinki sığorta fəaliyyətinin maüyyələşdiril-
məsində, eyni zamanda, həmçinin, sığortaçının maliyyə və investisiya
fəaliyyətinin müxtəlif növlərində yerləşdirilə bilərlər.