Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
402
Sığorta resurslarının tərkibi
“Sığorta resursları” termininin mahiyyətini “geniş” və “dar” mə-
nada xarakterizə etmək mümkündür. Dar mənada bu ilk növbədə, kon-
kret götürülmüş hər hansı bir sığortaçının öz sığorta fəaliyyətini və di-
gər aktiv əməliyyatların həyata keçirilməsi üçün sərəncamında olduğu
pul resursları kimi başa düşülür. Eyni zamanda bütün sığorta təşkilat-
larının məcmu resursları keyfiyyətcə yeni iqtisadi anlayış olub, pul
ehtiyatlarının yaradılması, cəlbedilməsi və yerləşdirilməsi üzrə müna-
sibətləri xarakterizə etmiş olur. Bu isə sığorta resurslarının mahiyyəti-
nin "geniş" mənada izahına imkan yaradır.
Sığortaçının maliyyə potensialı və müvafiq olaraq sığorta resurs-
ları iki əsas hissədən - xüsusi və cəlbolunmuş kapitaldan təşkil edilir.
Qeyd edək ki, sığortada ehtiyatların ikinci hissəsi birinciyə nisbətən
həmişə üstünlük təşkil edir. Belə vəziyyət sığortanın sahə spesifikası
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
403
ilə bağlıdır. Həmçinin qeyd etmək lazrmdır ki, sığorta təşkilatının ka-
pitalının tərkibi və strukturu onun fəaliyyətinin sahə istiqamətinə uy-
ğun formalaşır, yəni bu, şirkətlərin sığorta fəaliyyətinin hansı növləri
ilə məşğul olmasından birbaşa asılıdır.
Müasir sığorta resurslarının tərkibi yuxarıdakı şəkildə sxematik
olaraq təsvir edilmişdir.
Göründüyü kimi, sığorta təşkilatlarının resurslarının müasir şə-
raitdə tərkibi çoxşaxəlidir və onun optimal tənzimlənməsi üçün hər bir
elementi dərindən öyrənilmiş və təhlil olunmuşdur.
Tədqiqat işində alınmış nəticlərdən biri də bundan ibarətdir ki,
xüsusi vəsaitlərin müəyyən zəruri həcminin yaradılması sığorta təşki-
latı üçün fəaliyyətin ilk mərhələsində xüsusi aktuallığa malik olur.
Çünki, bu mərhələdə onun sığorta çantası kiçik həcmli və tarazlaşdırıl-
mamış olduğundan o zərərin bölüşdürülməsinə imkan vermir, bu isə
öz növbəsində sığorta əməliyyatları üzrə mənfi maliyyə nəticələrinin
yaranması imkanını kəskin şəkildə artırır. Sığorta resurslarının qiy-
mətləndirilməsinin əsas meyarı sığortaçıların xüsusi vəsaitlərinin həc-
mi səviyyəsinə əsaslanmışdır, çünki, məhz bu meyar qəbul olunmuş
öhdəçiliklərin və müvafiq olaraq, cəlb olunmuş resursların həcminin
müəyyən olunmasına imkan verir.
Müqavilə öhdəçiliklərinin yerinə yetirilməsi, maliyyə xarakterli zə-
manətlər və eləcə də inflyasiyanın təsiri sığortaçı tərəfindən düşünülmüş
və ağıllı investisiya siyasətinin həyata keçirilməsini tələb edir. Bütün
bunlarla əlaqədar olaraq milli sığorta təşkilatları üçün hal-hazırda investi-
siyanın planlaşdınlması (investisiya siyasəti) xüsusi əhəmiyyət kəsb edir.
Tamamilə aydın məsələdir ki, vəsaitlərin optimal şəkildə invest-
ləşdirilməsi investisiya və sığorta risklərinin mövcudluğu, eləcə də
investisiyaların gəlirlilik proqnozuna dair aydın təsəvvürlərin olmama-
sı şəraitində tamamilə qeyri- mümkündür. Digər tərəfdən sığortaçının
investisiya siyasəti onun ödəniş qabiliyyətli olmasına, perspektivdə isə
rəqabət qabiliyyətli olmasına əhəmiyyətli dərəcədə təsir göstərmək
iqtidarındadır. Məhz buna görə də investisiyaların etibarlılığı, bu in-
vestisiyaların etibarlılığı üçün şərait yaradan likvidlik qabihyyəti, gə-
lirlilik və qayıtma xarakteri bir qayda olaraq sığorta təşkilatının aktiv-
lərinin yerləşdirilməsinin əsas prinsipləri kimi qiymətləndirilir.
İstənilən hər hansı bir sığortaçının resurslarının formalaşdırılma-
sının əsasını onun xüsusi kapitalı, daha doğrusu sığorta şirkətinin mül-
kiyyətçilərinin kapitalı təşkil edir. İlkin olaraq, o sığorta təşkilatmın
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
404
yaradılması dövründə formalaşır, daha sonra isə əldə olunan gəlir he-
sabına daima artırılır. Xüsusi kapital, mahiyyəti etibarilə, sığortaçının
xalis aktivlərindən, yəni, öhdəçiliklərdən azad olan aktivlərdən təşkil
olunmuşdur. O sığorta cəmiyyətinin ləğv edilməsi şəraitində səhm-
darlar arasmda bölüşdürülən pul vəsaitlərinin məbləğini təcəssüm
etdirir. Xüsusi kapital sığortaçının iqtisadi müstəqilliyini və onun sabit
şəkildə fəaliyyət göstərməsini təmin edir.
Əbəs deyildir ki, sığorta şirkətlərinin fəaliyyətinin tənzimlənməsi
məqsədilə müəyyən edilmiş bəzi iqtisadi normativlər sığortaçının
xüsusi vəsaitlərinin ölçüləri ilə uzlaşdırılır.
Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sığorta təşkilatının
xüsusi kapitalının aşağıdakı mənbələri mövcuddur: nizamnamə kapita-
lı, əlavə kapital, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət, məqsədli
daxilolmalar və maliyyələşdirmə, habelə yığım fondları və sosial sfera
üzrə yaradılan müxtəlif təyinatlı fondlar.
Respublikanın Dövlət Sığorta Nəzarəti fəaliyyət göstərən və yeni
fəaliyyətə başlayan sığortaçıların nizamnamə fondunun minimal ölçüsü-
nə qarşı tələblərini irəli sürürlər və bu tələblər daim artırıhr. Sığortaçıların
nizamnamə kapitalının minimal məbləği üzrə tələblərin artması əgər bir
tərəfdən dövlətin sığorta təşkilatlarının kapitallaşma bazasının möhkəm-
ləndirilməsinə yönəldilmiş qayğısını əks etdirirsə, digər tərəfdən, milli sı-
ğorta sisteminin müli normativ və tələblərinin beynəlxalq standartlara ya-
xınlaşdırılması yolu ilə dünya sığorta sisteminə inteqrasiyasını ifadə edir.
Fəahyyət göstərən sığorta təşkilatları üçün 01.01.2012-ci il üçün
nizamnamə kapitalı 5,0 mln. manat, təkrarsığortaçılar üzrə isə 10,0
mln. manat müəyyən edilmişdir.
Adətən beynəlxalq təcrübədə nizamnamə kapitalının minimal öl-
çüsü empirik üsul ilə hesablanır və bu zaman sığorta təşkilatlarının
fəaliyyətə başlaması üzrə olan xərcləri və ilkin sığorta əməliyyatları-
nın həyata keçirilməsi üzrə zəruri olan vəsaitləri nəzərə alınır. Respub-
likamızm sığorta təcrübəsində (digər MDB ölkələrində olduğu kimi)
qeyd olunmuş amillər nizamnamə kapitah minimumunun müəyyən
edilməsində tamamilə nəzərə alınmışdır. Bütün bunlara baxmayaraq,
göstərilən problemin aktuallığı bu günədək qalır.
Sığorta təşkilatlarının etibarlılığı xüsusi kapitalın təhlili prizma-
sından daha aydm görünür. Burada bir növ aktivlərin təminatlılığını
xarakterizə edən xüsusi kapitahn səviyyəsi göstəricisi böyük önəm da-
şıyır. Analitiklər bu əmsalın sabit olmasına üstünlük verirlər (0,2-dən