Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
388
3. Maliyyə bazarinin inkişaf istiqamətləri
Respublikada maliyyə bazarının normal təşkili və səmərəli fəaliy-
yətinin əsası, şərti makromaliyyə sabitliyinin mövcudluğudur. Maliy-
yə bazarının səmərəli fəaliyyətinin əsasında dayanan amillər sırasında
makromaliyyə sabitliyi xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, eyni
zamanda, həmin fəaliyyətin əsas məqsədlərindən biri kimi çıxış edir.
Makromaliyyə sabitliyi maliyyə bazarında fəaliyyətin səmərəli təşkili-
nin əsas şərtlərindən biri, həmçinin fəaliyyətin məntiqi yekunlarının
əsas nəticələrindən biridir. Qarşılıqlı bağlılıq həm səbəb-nəticə, həm
struktur, həm də funksional aspektdən qarşılıqlı asılılıq formasında tə-
zahür edir.
Ayrı-ayrı ölkələrdə makromaliyyə sabitliyinə nail olmanın əsas
şərti isə iqtisadiyyatda aparılan yenidənqurma işlərinin, struktur isla-
hatlarının, tənzimlənmə sisteminin və s. bu kimi digər proseslərin ölkə
daxilində sosial-iqtisadi dirçəlişə, dinamik və davamlı iqtisadi inkişa-
fa, beynəlxalq iqtisadi inteqrasiyaya, beynəlxalq əmək bölgüsündə
sərfəli mövqeyə malik olmasına ilkin şərait yaratması ilə bağlıdır.
Makromaliyyə sabitliyinə nail olmaq və onu qoruyub saxlamaq
hansı iqtisadi sistemdə olmasından asılı olmayaraq, hər bir dövlətin
əsas funksiyalarından biri və bəzən də ən əsası hesab edilir. Dövlətin
ən ümumi halda hansı iqtisadi funksiyalarının olması barədə müxtəlif
iqtisadi ədəbiyyatlarda nisbətən fərqli fikirlər mövcuddur. Məsələn,
Pol Samuelson öz tədqiqatlarında bazar iqtisadiyyatı şəraitində dövlə-
tin üç əsas iqtisadi funksiyasını yerinə yetirdiyini göstərərək qeyd edir
ki, səmərəliliyin yüksəldilməsi, tarazlığın əldə edilməsi və makroiqti-
sadi sabitliyin və artımın genişləndirilməsi əsas iqtisadi amillərdəndir .
Digər Amerika iqtisadçıları – Makkonnel və Bryu isə özlərinin
iqtisadi tədqiqatlarında dövlətin aşağıdakı beş əsas iqtisadi funksiyası-
nı göstərirlər:
- Fəaliyyətin hüquqi və sosial əsaslarının təmin edilməsi;
- Bazarlarda rəqabətin qorunması;
- Mülkiyyət payına görə gəlirlərin yenidən bölüşdürülməsi;
- Resursların yenidən bölgüsü;
- Ölkədə iqtisadi situasiyanın sabitləşdirilməsi.
Başqa bir iqtisadi ədəbiyyatda da dövlətin iqtisadi tənzimlənməsi-
nin aşağıdakı funksiyaları qeyd edilir .
– Bazar iqtisadiyyanın effektiv fəaliyyət göstərməsini təmin edən
təsərrüfat qanunvericiliyinin (hüquqi və sosial iqlimin) hazırlanması;
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
389
– Rəqabətin qorunması və bazar mexanizminin bütövlüyünün tə-
mini; Müxtəlif ictimai qrupların sosial təminat və müdafiə ehtiyacının
ödənilməsinə yönəldilmiş gəlir və maddi nemətlərin yenidənbölgüsü;
– Milli məhsulun strukturunu dəyişmək məqsədilə resursların bö-
lüşdürülməsinin tənzimlənməsi;
– İqtisadi konyunkturun dəyişməsi şəraitində iqtisadiyyatın sabit-
ləşdirilməsi və həmçinin də iqtisadi artımın stimullaşdırılması;
– Sahibkarlıq fəaliyyəti.
Dövlətin iqtisadi tənzimlənmə funksiyaları barədə müxtəlif iqti-
sadi ədəbiyyat1ardan misal gətirməkdə əsas məqsədimiz, məhz mak-
roiqtisadi sabitləşdirmənin iqtisadçılar tərəfindən dövlətin iqtisadi
tənzimlənmədə mütləq funksiyası kimi qəbul edilməsini sübut et-
məkdir.
Makroiqtisadiyyat elminin yaradıcısı hesab edilən C.M.Keyns və
onun təlimi ilk dəfə olaraq ölkədə iqtisadi sabitliyin əldə edilməsini
dövlətin iqtisadi funksiyaları sırasına daxil etmişdir. 30-cu illər böhra-
nı dövlətin iqtisadi tsiklinin neqativ mərhələlərinin tənzimlənməsi, sa-
bitləşdirilməsi yolu ilə iqtisadi artıma getməyin mümkün olduğunu
sübüt etdi. İqtisadi tarixdə Keynsçilərin təliminə əks cavab olaraq ya-
ranan monetarist iqtisadi təlimi də bir məsələdə Keynsçilərlə tam razı
idilər. Bu da "iqtisadiyyatın sabitləşdirilməsi dövlətin əsas funksiyaları
sırasında" olması ilə bağlı olan ideya ilə əlaqədar idi.
Qeyd etmək lazımdır ki, müstəqillik dövründən başlayaraq Azər-
baycan dövləti də inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə
keçidi rəsmiləº dirmək, reallaşdırmaq məqsədilə radikal sosial, iqtisa-
di, siyasi, struktur və s. yönümlü islahatlar aparmağa başlamışdır. Bü-
tün bu islahatlar ölkənin sosial, iqtisadi və siyasi həyatında müxtəlif
neqativ və pozitiv meyillərin müşahidə olunması ilə nəticələndi. Xü-
susilə, iqtisadi sahədə qiymətlərin liberallaşdırılması, xarici iqtisadi
fəaliyyətin sərbəstləşdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi,
müxtəlif maliyyə və fiskal tənzimlənmə alətlərindən intensiv istifadə
və s. nəticəsində neqativ hal kimi ölkədə qeyri-sabit iqtisadi vəziyyət
yaşanmağa başlandı.
Qeyd etmək lazımdır ki, keçid dövrünün ilkin illərində maliyyə-
bank sisteminin iflic vəziyyətə düşməsi, büdcə kəsirinin ÜDM-ə nis-
bətinin təhlükəli səviyyəyə çatması (məsələn, 1994-cü ildə büdcə kəsi-
rinin ÜDM-ə nisbəti 13 faiz olmuşdur, büdcə kəsirinin Mərkəzi Bank
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
390
tərəfindən maliyyələşdirilməsi nəticəsində ölkədə pul kütləsinin həd-
dindən çox artmasına səbəb olması, pul emissiyasının əhalinin pul gə-
lirlərinin 40-45 faizini təşkil etməsi, kredit həcminin ÜDM-ə nisbəti-
nin 55-60 faiz təşkil etməsi, Mərkəzi Bankın faiz dərəcələrinin 250
faizə çatması, milli valyuta-manatın qiymətdən düşməyə başlaması,
ölkədə inflyasiyanın pik səviyyəyə çatması və s. kimi maliyyə prob-
lemlərinin yaranması makroiqtisadi sabitlik strategiyasının reallaşdı-
rılmasını, maliyyə sabitliyinin əldə edilməsini qaçılmaz zərurətə çevir-
mişdir.
Ölkədə makromaliyyə (o cümlədən, makroiqtisadi) sabitliyin qo-
runması BVF ilə əməkdaşlıq nəticəsində mümkün olmuşdur. Belə ki,
BVF üzv ölkələr arasında valyuta-kredit münasibətlərinin tənzimlən-
məsini həyata keçirən, üzv ölkələrə makroiqtisadi sabitliyin təmin
olunması məqsədilə kreditlər verən və texniki yardım göstərən beynəl-
xalq maliyyə təşkilatıdır. Azərbaycan Respublikası BVF-yə 1992-ci
ilin sentyabr ayının 18-də üzv qəbul edilsə də, bu beynəlxalq qurum
ilə əməkdaşlıq 1995-ci ildən başlamışdır. 1995-2005-ci illər ərzində
ölkəmiz bu fonddan "STF", "Stend-bay", "ESAF", "EFF" kreditləri al-
mış və bu kreditlərin ümumi məbləği 438,50 mln. ABŞ dolları məblə-
ğində olmuşdur. Həmin vəsaitlərin böyük hissəsi qaytarılmışdır. Qalan
qaytarılacaq məbləğ ÜDM-in 0,7% hissəsini təşkil edir.
1995-ci ildə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı
(DB) ilə sıx əməkdaşlıq şəraitində sabitləşməyə nail olundu. Bu istiqa-
mətdə iqtisadiyyatda mövcud olan izafı ödəniş qabiliyyətli tələbatın
azalması yolu ilə inflyasiyanın artım sürətinin kəskin azaldılması və
onun müəyyən hədd çərçivəsində saxlanılması tədbirlərinin formalaş-
dırılması və mərhələlər üzrə reallaşdırılması həyata keçirilirdi.
BVF-nun dəstəyi ilə həyata keçirilən antiinflyasiya yönümündə
tədavüldəki ümumi pul küt1əsinin həcminin məhdudlaşdırılması, mər-
kəzləşdirilmiş kredit resurslarının azaldılması, uçot stavkasının yük-
səldilməsi hesabına kredit resurslarına olan tələbin azaldılması, milli
valyutanın (manatın) məzənnəsinin sabitləşdirilməsi, ölkədə inflyasi-
yaya səbəb ola biləcək qiymətlərə və əmək- haqqına nəzarətin güclən-
dirilməsi tədbirləri həyata keçirildi.
Ölkədə BVF-nin dəstəyi ilə həyata keçirilən pul-krelit siyasətinin
makroiqtisadi baxımdan konkret olaraq nəticələri aşağıdakı cədvəldə
verilmişdir.
Dostları ilə paylaş: |