AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
349
Gömrük xidmətində idarəetmə proseslərinin həllində elektron
üsullardan geniş istifadə edilməsi;
İdarəetmə proseslərinin informasiya təminatının təşkili;
Xarici-iqtisadi əməliyyatları əks etdirən məlumatların operativ
surətdə yığılması, mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması
və onların təhlilinin aparılması;
Azərbaycan Respublikasının dövlət və icra orqanlarının müvafiq
məlumatlarla təmin edilməsi;
Xarici ölkələrin mərkəzi gömrük orqanları ilə informasiya müba-
diləsinin təşkili.
Azərbaycan Respublikası gömrük xidməti vahid avtomatlaşdırıl-
mış informasiya sisteminin yaradılması haqqında Fəaliyyət Proqra-
mında (2003-2012-ci illər) müvafiq olaraq səkkiz istiqamət üzrə işlər
aparılmış və bu sahədə müxtəlif nailiyyətlər əldə olunmuşdur.
Dövlət Gömrük Komitəsi səviyyəsində operativ idarəçilik prose-
sini təmin etmək üçün vahid korporativ şəbəkə yaradılmışdır. Körpo-
rativ şəbəkə gömrük sərhədini keçən və rəsmiləşdirilmiş yüklər barədə
operativ məlumatların “On-line” rejimində Dövlət Gömrük Komitəsi-
nə göndərilməsini təmin edir.
Dövlət Gömrük Komitəsinin siyasətində gömrük prosedurlarının
şəffaflığı mühüm yer tutur. Bu məqsədlə “İnformasiya köşkləri” yara-
dılmış və 5 gömrük orqanında tətbiq olunmuşdur. Həmin “İnformasi-
ya köşkləri”ndə hüquqi-normativ aktlar, mallar üzrə gömrük tarifləri
və xarici-iqtisadi əlaqələrin mal nomenklaturası yerləşdirilib.
“İnformasiya köşkləri” “Gömrük rəsmiləşdirilməsi və nəzarətinin
avtomatlaşdırılmış sistemi” ilə birbaşa birləşib və bunun nəticəsində
hüquqi və fiziki şəxslər heç bir struktur bölməyə müraciət etmədən
rəsmiləşdirmə barəsində məlumat ala bilərlər. Gömrük nəzarətini güc-
ləndirmək məqsədilə sərhəd postlarında və bəzi gömrükxanalarda
video-müşahidə sistemlərinin tətbiqi nəticəsində sərhəddə yüklərə ba-
xış və rəsmiləşdirmənin müşahidəsinə imkan yaradılmışdır.
Gömrük əməkdaşları üçün avtomatlaşdırılmış iş yerlərinin yara-
dılması istiqamətində çox böyük həcmli işlərin aparılması nəzərdə tu-
tulur. Bu istiqamətdə görülən işlər təbii ki, gələcəkdə yaradılan “elek-
tron poçt” və “elektron gömrük idarəsi”nin təməlini təşkil edəcək. Mal
və nəqliyyat vasitələrinə fiziki baxışın avtomatlaşdırılması, avtomatik
rejimdə yüklərin müşayiət edilməsi, normativ-sorğu sənədlərinin mə-
lumat bazarlarının yaradılması planlaşdırılır.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
350
Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və
Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya müvafiq ola-
raq Dövlət Gömrük Komitəsi “Elektron hökumət” prinsiplərinin həya-
ta keçirilməsi məqsədi ilə sənəd dövriyyəsini avtomatlaşdıran proqram
təminatı yaradıb və gömrük xidmətində tətbiq edib. Amma ən əsas
məqsəd “elektron poçt” və “elektron gömrük idarəsi”nin yaradılması-
dır. Eyni zamanda respublikanın icra orqanları arasında şəbəkə vasitə-
si ilə informasiya mübadiləsinin aparılması və təşkili qarşıda duran
əsas problemlərdəndir. Azərbaycan Respublikası gömrük xidmətinin
vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması haqqında
Fəaliyyət Proqramı üzrə aparılan işlərin nəticəsi əsasında gömrük sər-
hədini keçən mallar və nəqliyyat vasitələrinə və gömrük idarələrində
rəsmiləşdirilən yüklərə aid məlumatlar operativ surətdə korporativ şə-
bəkə vasitəsilə Dövlət Gömrük Komitəsinə daxil olur və onların əsa-
sında dörd məlumat bazaları yaradılır: “Sərhəd bazası”, “YGB əsasın-
da rəsmiləşdirilmiş yükləri əhatə edən baza”, “Tranzit yüklər bazası”
və “Gömrük mədaxil orderləri əsasında rəsmiləşdirilmiş yüklər ba-
zası”. Göstərilən məlumat bazalarından istifadə etməklə Dövlət Göm-
rük Komitəsində tam avtomatlaşdırılmış rejimdə xarici-iqtisadi əlaqə-
lər təhlil olunur və hər rüb üzrə “Azərbaycan Respublikası xarici tica-
rətinin gömrük statistikası” bülleteni tərtib olunur və yayılır.
5. Azərbаycаndа gömrük–tаrif tənzimlənməsinin milli istеh-
sаlın inkişаfа təsirinin pеrspеktivləri
Аzərbаycаnın хаrici ticаrət əlаqələrinin və оnun gömrük–tаrif
tənzimlənməsi sistеminin inkişafı dövrü müstəqillik illərinə təsadüf
edir. Müstəqillik illərində Аzərbаycаnın хаrici ticаrət əlаqələrinin cоğ-
rаfiyаsı nə qədər gеnişlənsə də, MDB məkаnı yеnə də ölkənin хаrici
ticаrət dövriyyəsində mühüm yеr tuturlаr.
Аzərbаycаnın xarici ticаrət dövriyyəsində MDB dövlətlərindən
Rusiya Federasiyası, Ukrayna, Türkmənistan, Qazaxıstan, Gürcüstan,
Belorusiya və Moldovаnın хüsusi çəkiləri böyükdür. Azərbaycan üçün
mühüm xarici bazar ola biləcək Orta Asiya respublikaları ilə ticаrət-
iqtisadi əlаqələri hələ ki, zəifdir.
Müstəqillik illərində Аzərbаycаnın хаrici ticаrət əlаqələrindəki
inkişаf mаl dövriyyəsinin dəyər həcminin ilbəil çохаlmаsı fiskаlyö-
nümlü iqtisаdi siyаsət sаyəsində yığılаn gömrük ödəmələrinin həcmi-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
351
nin аrtmаsı ilə nəticələnirli. Bu dövrdə gömrük vеrgi və rüsum lаrının
həcmi аrtаn tеpmlə inkişаf еtmişdir.
Müstəqilliyin birinci оnilliyi ərzində həttа iхrаc rüsumunun ləğv
оlunmаsı bеlə gömrük ödənişlərinin həc minin аrtmаsınа əks təsir gös-
tərə bilməmişdir. Аksizli mаllаrın idхаlı və аksiz vеrgisinə cəlb оlun-
mаsı idхаl mаllаrının ilbəil əmtəə strukturunun gеnişlənməsinə gətirib
çıхаrdı.
1996-1999-cu illəri gömrük işində köklü dəyişikliklər dövrü kimi
də qiymətləndirmək olar. Qanunvericilik bazasının formalaşdırılması
ilə nəzarətin və gömrük ödəmələrinin təkmilləşdirilməsi özünü res-
publika büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında gömrük
orqanlarının payı ilə də göstərməkdə idi. Ümumi iqtisadi inkişaf nəti-
cəsində ilbəil kəskin surətdə artan dövlət büdcəsinin gəlirlər hissəsinin
əmələ gəlməsindəki gömrük orqanlarının payının artması xarici ticarət
dövriyyəsinin artması ilə yanaşı, bilavasitə gömrük dəyərinin əmələ
gəlməsinin əsas kriteriyalarının müəyyənləşdirilməsindən də asılı idi.
1996-1999-cu illər xarici ticarət əlaqələrinin dünya standartlarına
uyğun, fiskalyönümlü və milli iqtisadi inkişafı nəzərdə tutan qanun-
vericilik bazasının yaradılması ilə də bir təkmilləşdirilmə dövrüdür.
İxraca qoyulan lisenziyalaşdırma və kvotalaşdırma maneələrinin ara-
dan götürülməsi nəticəsində ixrac əməliyyatları asanlaşdırılmaqla bu
istiqamətə hüquqi və fiziki şəxslərin marağını artırmaqla yanaşı, an-
barlarda olan əvvəlki istehsal mallarının da rеаllаşdırılmаsınа şərait
yaratmışdır.
Gömrük rəsmiləşdirilməsi prosesi, gömrük rejimləri, gömrük
ödəmələrinin alınması və digər əməliyyatlara dair qanunvericilik akt-
larının qəbul olunması da bu dövrdə həyata keçirilmişdir. 20 iyun
1995-ci ildə "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qa-
nununun, 10 iyun 1997-ci ildə "Azərbaycan Respublikası Gömrük
Məcəlləsi"nin və 27 oktyabr 1998-ci ildə "Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin" qəbul olunması
gömrük qanunvericiliyinin formalaşdırılması üçün əsas qanunverici
baza olmuşdur. Belə ki, bu qanunvericilik aktları Azərbaycanın göm-
rük qanunverici bazasının təməlini təşkil etməklə onun gələcək inkişaf
istiqamətlərini də müəyyənləşdirirdi.
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanıınu
xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan tarifin
formalaşdırılması və tətbiqi qaydalarını müəyyənləşdirməklə Azər-
Dostları ilə paylaş: |