Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə116/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   112   113   114   115   116   117   118   119   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

336



idxalın strukturunda mühüm yerə malik olması və bıı adda əmtəələrə 

gündəlik istehlak malları olmaqla, böyük həcmdə tələbat respublikada 

bu sahənin idxalı  əvəzetmə siyasəti aparılmasına stimııl yaratmaqda-

dır. Regional inkişaf proqramı çərçivəsində maddi nemətlərdən maksi-

mum dərəcədə  səmərəli istifadəni, müəyyənləşdirilmiş istiqamətdə 

iqtisadiyyatın inkişafını, xarici mallardan asılılığın azalmasını nəzərdə 

tutan yerli istehsal sahələrinin yaradılması öz növbəsində həm də id-

xalı əvəzetmə siyasətini formalaşdırır. Idxal olunan bütün mallar bü-

tünlükdə əvəz oluna bilməz və bu heç səmərəlilik baxımından da sər-

fəli deyil. Buna görə də respublikamızda sahibkarlara kreditlər veril-

məsilə, istehsal sahələrini gömrük- tənzimlənmə metodları ilə tənzim-

ləməklə, daxili bazarın xarici təsirlərdən qorunması ilə milli iqtisadiy-

yat üçün əhəmiyyətli, prioritet yerli istehsal sahələri inkişaf etdirilir. 

Milli iqtisadiyyatın düzgün və səmərəlilik prinsipləri əsas götürülmək-

lə formalaşdırılması üçün idxalı  əvəzetmə siyasətində ölkənin maddi 

nemətlərinin strukturu və  оnlаrın istеhsаlеdilmə mühiti, qurulması 

nəzərdə tutulan istehsal sahəsinin məhsulunun ümumi idxaldakı həcmi 

və daxili tələbatın həcmi nəzərə alınmalıdır. Bundan əlavə, istehsal sa-

həsinin formalaşdırılmasının digərlərinə nisbətən səmərəlilik dərəcəsi, 

xarici ticarətin tənzimlənməsi ilə idxalı əvəzetmə siyasətinin milli iqti-

sadiyyata etdiyi təsirin səmərəliliyinin müəyyənləşməsi, yeni yaradıla-

caq istehsal sahəsinin gələcək perspektivlərinin genişliyi, rəqabətqabi-

liyyətli ixrac əmtəələrinin istehsalı  və s. məsələlərin həyata keçiril-

məsi olduqca vacibdir. 

İdxalı əvəzetmə siyasətinin həyata keçirilməsi yerli istehsalın for-

malaşmasına  şərait yaratmaqla yanaşı, daxili bazarın qorunması  və 

ixracın stimulladırılmasına da təkan verir. Azərbaycan Respublikasın-

da daxili bazar qorunmaqla yerli istehsal məhsullarının satış bazarı ge-

nişləndirilir, sahibkarlıq sahələrinin xarici təsirlərdən qorunması ilə rə-

qabətqabiliyyətli əmtəələrin istehsalına şərait yaradılır. Daxili bazarın 

qorunması ilə yeni yaradılan istehsal sahələrinin ilkin formalaşma 

dövrünə normal şərait yaradılır və bununlа dа istehsalın təkmilləşdiril-

məsinə köməklik göstərilmiş olur. Dövlət tərəfindən texnoloji cəhət-

dən tam formalaşmamış istehsal sahəsinin xarici təsirlərdən qısa müd-

dətli qorunması  həyata keçirilməklə  bıı sahənin təkmilləşməsi üçün 

şərait yaradılır. Xaricə valyuta axınının qarşısının alınması,  əhalinin 

işsizlik probleminin aradan qaldırılması, xarici dövlətlərdən asılılığın 

azaldılması  və digər səbəblərdən də  bəzi strateji istehsal sahələrinin 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



337

milli istehsalının formalaşdırılması üçün daxili bazarın qorunması hə-

yata keçirilə bilər. Bu zaman milli istehsalın qorunması əsasən uzun-

müddətli olur. Azərbaycanda daxili bazarın qorunması məqsədilə əsa-

sən tarif, qeyri-tarif və texniki metodlardan istifadə olunur. Ümumiy-

yətlə, Azərbaycan Respublikasında proteksionist siyasətə üstünlük ve-

rilməklə tarif tənzimlənməsinin milli iqtisadiyyatın inkişafına təsiri 

gücləndirilməlidir. Xammal və istehsal avadanlığının sərbəst  şəkildə, 

aşağı dərəcəli gömrük vergi və rüsumlara cəlb olunmaqla gətirilməsi-

nə, kənd təsərrüfatı məhsullarının mövsüm dövründə rüsum dərəcələ-

rinin dəyişdirilə, yəni artırıla bilən olması ilə çevikliyi tarif tənzimlə-

məsini respublikamızda milli iqtisadiyyata istiqamətlənməsini təmin 

edir. Xarici ticarət əməliyyatlarında bir sıra dövlət orqanlarından mü-

vafiq icazə sənədlərinin tələb olunması isə qeyri-tarif və texniki tən-

zimlənmənin də ölkəmizdə tətbiqinə şərait yaradır. 

Ölkəmizin iqtisаdi təhlükəsizliyinin təmin  оlunmаsındа gömrük 

strukturlаrının rоlu çох böyükdür. 

Belə ki, gömrük işi Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsi və onun struktur bölmələri tərəfindən həyata keçirilir. Göm-

rük siyasətinin həyata keçirilməsilə yanaşı, gömrük orqanları gömrük 

qanunvericiliyinin formalaşdırılmasını  təmin etməkdədirlər. Azər-

baycan Respublikası Gömrük Məcəlləsinin 10-cu maddəsində də gös-

tərildiyi kimi, gömrük orqanları milli gömrük siyasətinin işlənib hazır-

lanmasında iştirak edir və bu siyasəti həyata keçirirlər; icrasına nəzarət 

gömrük orqanlarına həvalə olunmuş qanunvericilik aktlarına riayət 

edilməsini təmin edirlər; öz səlahiyyətləri daxilində dövlətin iqtisadi 

təhlükəsizliyini təmin edirlər; ticarət-iqtisadi münasibətlərdə gömrük 

tənzimlənməsi vasitələrini tətbiq edir, gömrük ödənişlərini alır, iqtisa-

di siyasət tədbirlərinin həyata keçirirlər; gömrük sərhədindən malların 

və nəqliyyat vasitələrinin keçirilmə qaydalarına riayət olunmasını tə-

min edirlər; gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qay-

dalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə apa-

rırlar; xarici iqtisadi fəaliyyətin gömrük statistikasının aparılmasını tə-

min edirlər. Göründüyü kimi, gömrük orqanları  təkcə fiskal deyil, 

gömrük siyasətinin bütün sahələrini  əhatə edən funksiyaları yerinə 

yetirməkdədir. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan 

gömrük siyasəti isə Gömrük Məcəlləsinin 2-ci maddəsinə  əsasən 

Azərbaycan Respublikası "gömrük ərazisində gömrük nəzarəti və mal 

dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadəsi-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə