Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə118/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   114   115   116   117   118   119   120   121   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



341

Odur ki, beynəlxalq təcrübədə qəbul olunmuş ƏDV modellərində belə 

xidmətlərin ixracının mallarda olduğu kimi sıfır (0) dərəcəsi ilə ƏDV-

yə cəlb edilməsi, idxalının isə ümumi qaydada ƏDV-yə cəlb edilməsi 

nəzərdə tutulur, yəni bu xidmətlər alıcının və ya istehlakçının olduğu 

yerdə ƏDV-yə cəlb edilir. Son dövrlərdə elektron ticarət inkişaf etdiyi 

bir vaxtda bu prinsipin tətbiqi zəruri hesab edilir . 

Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, ölkə qanunvericili-

yi ilə ixrac oluna bilən xidmətlərin ixracının sıfır (0) dərəcəsi ilə ƏDV-

yə  cəlb edilməsini nəzərdə tutur. Qalan digər hallarda isə Azərbaycan 

Respublikasının ərazisində malların təqdim edilməsi, işlərin görülməsi

xidmətlərin göstərilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir. 

Qeyd etmək lazımdır ki, respublikamızın vergi qanunvericiliyinə 

görə, aksiz vergisinin dərəcələri xüsusi(spesifik) və faiz(advalar) ola 

bilər. Beynəlxalq təcrübədə belə bir fikir formalaşıb ki, advalar dərə-

cəsinin tətbiqinin  əsas üstün cəhətlərindən biri, onun malların idxalı 

prosesinin tənzimlənməsində çox təsirli bir vasitə olmasındadır. Eyni 

zamanda bu dərəcələr idxal olunan malların dəyər ifadəsinin artmasına 

paralel olaraq büdcə daxilolmalarının artmasına  şərait yaradır. Lakin 

qeyd etmək lazımdır ki, malların qiymətinin düşməsi daxilolmaların 

azalmasına gətirib çıxara bilər. Eyni zamanda, qiymətlərin qalxması 

daxilolmaların artmasına səbəb olur. Buradan aydındır ki, dünya baza-

rındakı iqtisadi dəyişkənliyin təsiri nəticəsində qabaqcadan proqnoz-

laşdırılmış büdcə  gəlirlərinin artıb-azalması  əslində  məqbul sayılmır. 

Xüsusi dərəcələrin tətbiqi zamanı isə daxilolmaların qiymətdən asılılı-

ğı ehtimalı aradan qalxır. Xüsusi dərəcələrin tətbiqi eyni zamanda id-

xal zamanı vergidən yayınma hallarının qarşısını almağa imkan verir. 

Belə ki, bəzi hallarda idxal əməliyyatlarını aparan şəxslər ödəniləcək 

aksiz məbləğini aşağı salmaq üçün malın dəyərini mümkün qədər mi-

nimum qiymətlə rəsmiləşdirirlər. Xüsusi dərəcələrin tətbiqi bu cür hal-

ların qarşısını almağa imkan verir. Lakin bu dərəcələrin tətbiqinin 

mənfi xüsusiyyəti ondan ibarətdir ki, burada idxal olunan mallar ara-

sında keyfiyyət fərqi nəzərə alınmır. Odur ki, istər faiz (advalar), istər-

sə də xüsusi (spesifik) dərəcələrin tətbiqi zamanı bu və ya digər xüsu-

siyyətlərə diqqət yetirilməsi çox mühüm əhəmiyyət kəsb edir. 

Mövcud qanunvericiliyə görə idxal olunan malların mal göndərən 

tərəfindən müəyyən edilən qiyməti bazar qiymətlərindən fərqləndikdə 

gömrük orqanlarının bazar qiymətləri nəzərə alınmaqla  ƏDV-ni he-

sablamaq hüququ vardır. Həmin qiymətlərdən vergitutma məqsədləri 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

342



üçün istifadə edilir. Malları idxal edən vergi ödəyicisi həmin malları 

malgöndərənin müəyyən etdiyi qiymətlə  mədaxil edərək uçota alır. 

Gömrük orqanlarının müəyyən etdiyi şərti bazar qiymətləri sonradan 

həmin mallarla aparılan əməliyyatlarda vergi orqanları tərəfindən ba-

zar qiymətləri barədə bir mənbə kimi istifadə edilə bilər.  ƏDV ödə-

yiciləri tərəfindən gömrük orqanlarına ödənilmiş ƏDV məbləği idxal 

olunan mallardan sahibkarlıq məqsədləri üçün istifadə edildikdə Vergi 

Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. 

Ölkədə sahibkarlığın və regionların inkişaf etdirilməsi məqsədilə 

xüsusi dövlət proqramlarının qəbul edilməsi, sahibkarlıq fəaliyyətinə 

mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yönəldilən təd-

birlər Dövlət Gömrük Komitəsi tərəfindən də dəstəklənmiş və movcud 

problemlərin aradan qaldırılması, xarici iqtisadi fəaliyyət iştirakçıları-

nın sağlam rəqabət şəraiti yaradılması üçün gömrük orqanlarının mo-

dernləşdirilməsi üzrə tədbirlər planına uyğun olaraq, spesifik rüsumla-

rın advalar rüsumlarla əvəz edilməsinin mərhələli qrafikinə əsasən ye-

rinə yetirilmişdir. Həmin qrafikin dördüncü mərhələsində spesifik rü-

sumların advalar rüsumlarla əvəz edilməsinə dair Nazirlər Kabinetinin 

müvafiq Qərarı ilə daha 6 mal qrupu üzrə spesifik rüsumlar advalor 

rüsumlarla dəyişdirilmişdir. Həmçinin istehsalı genişləndirmək və ix-

raca əlverişli şərait yaratmaq məqsədilə eyniadlı malların idxalına tət-

biq olunan gömrük tarif dərəcələrinə yenidən baxılması istiqamətində 

işlər davam etdirilmişdir. 

İxrac olunan malların gömrük dəyərinə  nəzarəti gücləndirmək 

üçün “Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən və bu 

ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tət-

biqi qaydaları”na hökumətin müvafiq qərarı ilə dəyişikliklər və əlavə-

lər edilikdən sonra yerli gömrük orqanlarına metodiki köməklik məq-

sədilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublika-

sının gömrük ərazisinə idxal edilən və bu ərazidən çıxarılan malların 

gömrük dəyərinin müəyyən edilməsi və gömrük orqanları  tərəfindən 

nəzarət prosesinin həyata keçirilməsi qaydaları” hazırlanmışdır. 

Sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırıl-

ması, xarici-iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət  şəraiti 

yaradılması üçün respublika gömrük orqanlarının modernləşdirilməsi 

üzrə tədbirlər planına uyğun olaraq spesifik rüsumlar advalar rüsum-

larla  əvəz olunmuşdur. Bununla yanaşı, istehsalı genişləndirmək və 

ixraca əlverişli şərait yaratmaq məqsədi ilə eyniadlı malların idxalına 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə