AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
379
Azərbaycan Respublikasında kredit bazarının tənzimlənməsi sis-
teminə həm institusional, həm iqtisadi və həm də hüquqi istiqamətdə
nəzər saldıqda məlum olur ki, bunların demək olar ki, hamısı kom-
pleks halında ölkənin bank sistemində cəmlənir. Çünki məhz bank
sistemi ölkədə kredit münasibətlərini tənzimləyir, kreditiərin start və
sonrakı faizlərini müəyyən edir, bazarda kreditin təklif edəni, bəzən
isə tələb edəni və s. rolunda çıxış edir. Kredit bazarının institusional
tənzimlənməsi sahəsində ölkənin bank sisteminin iki əsas qrupunu
fərqləndirmək lazımdır.
Birincisi, Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə pul-
kredit siyasətinin işlənməsi və həyata keçirilməsi; sonuncu instansiyalı
kreditor rolunun yerinə yetirilməsi, kommersiya banklarının fəaliyyəti
üzərində nəzarət və s. kimi funksiyaları yerinə yetirməklə kredit baza-
rının ən operativ və yuxarı instansiyalı tənzimləyicisi sayılır.
Ölkədə kredit bazarının hüquqi tənzimlənmə mexanizmindən da-
nışdıqda ilk növbədə, həmin bazarın institusional tənzimlənmə obyekt-
lərinin hüquqi-normativ bazasını nəzərdə tutmaq lazımdır. Belə ki,
Azərbaycanda kredit bazarının əsas tənzimləyici institutu olan Mərkəzi
Bank əsasən Azərbaycan Respublikasının Konstitusiyası və "Mərkəzi
Bank haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qeyd edək ki, 1993-cü ilin fevral ayının 10-da yeni redaktədə qəbul
olunmuş "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanu-
nu ilə Mərkəzi Bankın müstəqillik statusu möhkəmləndirilmişdir. Lakin
daha sonralar ölkənin maliyyə bazarında və ümumilikdə iqtisadi vəziy-
yətində baş verən dəyişikliklər və yeni sosial-iqtisadi şərait bu qanunun
təkmilləşdirilməsini tələb etdi. Buna görə də müvafiq qanun 10 iyun
1996-cı ildə müəyyən əlavə və dəyişikliklərə məruz qalaraq yenidən
qəbul edildi. Bu mərhələdən başlayaraq Mərkəzi Banka ölkənin
maliyyə-kredit sektorunda daha geniş səlahiyyətlər verildi və o yalnız
ölkə başçısına hesabat verən struktura çevrildi (əvvəl Mərkəzi Bank
Parlamentə hesabat verirdi). Bu mərhələdə ölkənin xarakterik spesifikli-
yi kimi, kredit və qeyri-kredit təşkilatlarının dövlət qeydiyyatına alın-
ması müəyyən edildi. 2000-ci ildə isə "Kredit birlikləri haqqında" Azər-
baycan Respublikasının Qanunu qəbul olundu.
Digər bir hüquqi normativ akt 1992-ci ildə qəbul edilmiş "Bank-
lar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu-
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
380
dur. Bu qanun kredit təşkilatlarına lisenziyalarda müəyyən edilən hü-
dudlarda bir sıra hüquq və vəzifələr verir ki, bunların da böyük əksə-
riyyəti ölkədə kredit münasibətlərinin tənzimlənməsi, kredit bazarında
iştirak və s. ilə bağlıdır. Qeyd edək ki, müvafiq qanun da 1996-cı ildə
müəyyən dəyişikliklərlə yenidən qəbul edildi.
Son illər kredit bazarının da tənzimlənməsinin təkmilləşdiriməsi
məqsədilə innovativ bazanın gücləndirilməsi işi aparılmışdır. Belə ki,
2001-cı ildən başlayaraq, o vaxtdaki Mərkəzi Bank tərəfindən kredit-
lərin verilməsini tənzimləyən yeni qaydalar qəbul oluıımuş və bu qay-
dalarda lombard və overrayt kreditlərinin verilməsi nəzərdə tutulmuş-
dur. Həmin dövrdə Azərbaycan üçün yeni olan bu müasir maliyyə
vəsaitləri yüksəktəminatlı kredit bazarının yaradıması ilə yanaşı, eyni
zamanda bankların qısamüddətli likvidliyə ehtiyacını ödəməyə və
dövlət qiymətli kağızlar bazarının inkişafını stimullaşdırmağa xidmət
etmişdir.
2001-ci ildən başlayaraq Mərkəzi Bank mütəşəkkil banklararası
kredit bazarının təkmilləşdiriməsi sahəsində də bir sıra addımlar atmağa
başlamışdır. Qeyd edilən ildə mütəşəkkil banklararası kredit bazarında
maliyyə resurslarının sərbəst hərəkətinin təmin edilməsi məqsədilə
müvafiq infrastrukturun yaradılması üçün mühüm işlər görülmüşdür.
Ölkənin kredit bazarının tənzimlənməsi sahəsində ən son dəyişik-
liklər sırasında ölkədə bank sistemini tənzimləyən qanunların dəyişik-
liklərə məruz qalmasını qeyd etmək olar. Belə ki, 2004-cü ildə "Bank-
lar haqqında" və "Milli Bank haqqında" növbəti qanunların qəbul edil-
məsi ölkənin kredit bazarında, maliyyə-kredit münasibətlərində və
bank sistemində yeni bir mərhələnin başlamasından xəbər verirdi.
Əsas yenilik kredit təşkilatlarının yaradılması və ləğv edilməsi ilə bağ-
lı prosedurların təkmilləşdirilməsi idi. "Banklar haqqında" yeni Qanun
Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının bey-
nəlxalq standartlara daha da uyğunlaşdırıması, iqtisadiyyatda bank
xidmətlərinin rolunun artırılması, bank əmanətçılərinin və kreditorları-
nın müdafiəsinin gücləndirilməsi və bütövlükdə maliyyə-kredit siste-
minin, maliyyə bazarının stabil və təhlükəsiz fəaliyyətinin təmin edil-
məsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin
tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normala-
rını müəyyən etdi.
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
381
Ölkənin kredit bazarında bankların xüsusi rolu əsasən onların tə-
sərrüfat subyektlərinə və əhaliyə verdiyi kreditlərlə ölçülür. Bu gün
ölkədə fəaliyyət göstərən banklar (kommersiya və əmanət bankları)
müxtəlif sahələr üzrə və şəxslər (fiziki və hüquqi) üçün qısa və uzun-
müddətli kreditlər verirlər.
Azərbaycan Respublikasında iqtisadiyyata kredit qoyuluşları
(ilin axırına mln. manatla)
İqtisadiyyata kredit
qoyuluşları
2008
2009
2010
2011
2012
Onlardan: qısamüddətli
2295,9 2359,9 2567,1 2951,2 3508,3
Yekuna görə, faizlə
32.0
28.0
28.0
30.0
28.6
uzunmüddətli
4895,4 6047,6 6596,3 6899,1 8735,4
Yekuna görə, faizlə
68.0
72.0
72.0
70.0
71.4
Beləliklə, iqtisadiyyata qoyulmuş həm qısamüddətli, həm uzun-
müddətli kreditlər 2008-ci illə müqayisədə nominal həcmdə artmış və
2012-cü ildə bu məbləğ 12 mlrd. manata yaxınlaşmışdır. Eyni zaman-
da, ölkə iqtisadiyyatına qoyulan kreditlərin kəmiyyət ifadəsilə yanaşı,
keyfiyyət ifadəsində də müsbət dəyişikliklər baş vermişdir. Belə ki,
cədvəldən göründüyü kimi, ümumi kredit qoyuluşlarının həcmində
uzunmüddətli kreditlərin payı 2008-ci ildəki 68.0 %-dən 2012-cü ildə
71.4 % səviyyəsinə çatmışdır. Uzunmüddətli kreditlərin ümumi kredit
qoyuluşlarındakı payının get-gedə yüksək paya malik olması, bir daha
ölkədə kredit bazarlarında əlverişli mühitin formalaşması, maliyyə-
kredit sisteminin sağlamlaşması, investisiya mühitinin yaxşılaşması və
s. kimi müsbət tendensiyalardan xəbər verir.
Tədqiqatın materialları göstərir ki, son 10 il (2003-2013) ərzində
ölkə iqtisadiyyatına kredit qoyuluşlarının sahələr üzrə artım tempi
yuxarıda rast gəlinən nəticənin əyani sübutu kimi qəbul edilə bilər.
Dostları ilə paylaş: |