AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
385
Digər bir maliyyə qurumu BVF-dir. Ölkədə həyata keçirilən
iqtisadi islahatları maliyyələşdirmək məqsədilə BVF-dən 514,1 mln.
dollar məbləğində kredit alınmışdır. Alınmış kreditlərin 431,8 mln.
dolları və ya 84,0 faizi istifadə edilib, verilən kreditin isə 82,2 mln.
dolları və ya 12%-i qaytarılıb. Ödəniməli məbləğin (262,0 mln. dollar)
məcmu xarici kreditlərdə xüsusi çəkisi 5l % olmuşdur. Kreditiərin
6,9%-i struktur dəyişikliklərin maliyyələşməsinə (STF krediti), 27%-i
struktur yenidənqurmanın maliyyələşməsinin genişləndirilməsinə
(ESAF krediti), 16,9%-i geniş maliyyələşdirməyə (EFF krediti),
16,2%-i konpensasiyalı və fövqəladə maliyyələşməyə, 23,2%-i isə
yoxsulluğun azaldılmasına yönəldilmişdir.
Alınan xarici kreditlərin digər iri kreditoru Yaponiya Beynəlxalq
Əməkdaşlıq Bankıdır. Kreditorlar üzrə xarici borcun 17%-i bu bankın
payına düşür. YBƏB-in verdiyi kreditiər daha çox istehsal xarakterli
olmaqla 465,4 milyon dollar məbləğindədir. Bu kreditlərin 460,6
milyon dolları və ya 99%-i istifadə edilib, 35,9 milyon dolları və ya
7,7%-i isə artıq qaytarılıb. YBƏB- in verdiyi kreditlər başlıca olaraq
"Şimal" SES-in (ümumi məbləğin 12%-i) və "EP- 300" Zavodunun
tikintisinə (ümumi məbləğin 3,3%-i) yönəldilmişdir.
Avropa Yenidənqurma və İnkişaf Bankından isə “Yenikənd”
SES-in tikintisi, Bankının su təchizatı, Aeronaviqasiya sisteminin ye-
nidən qurulması, Mingəçevir SES-in tikintisi, Bakı Dəniz Limanının
və Transqafqaz dəmiryolunun bərpası layihələrinin maliyyələşdiril-
məsi məqsədilə 148 milyon dollar həcmində kredit alınmışdır. Bu kre-
ditlərin 127,4 milyon dolları və ya 86,1%-i istifadə edilib, 47,2 milyon
dolları və ya 31,9 %-I qaytarılıb, 80,1 milyon dolları və ya 54,1%-I isə
ödənilməli məbləğdir.
Ümumiyyətlə, qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatları
maliyyələşdirmək məqsədilə beynəlxalq maliyyə-kredit təşkilatları
tərəfindən kreditlərin 44%-i SDR-lə, 27%-i Yapon yenası, 17%-i ABŞ
dolları, 6%-i İsveç frankı, 3%-i AVRO ilə verilmişdir.
Hal-hazırda ölkənin kredit bazarında, subyektlər arasındakı kredit
münasibətlərində bir sıra problemlər mövcuddur ki, bu problemlər də
ölkədə effektiv kredit bazarının formalaşmasına və normal inkişaf et-
məsinə, beynəlxalq maliyyə-kredit bazarlarına inteqrasiya olunmasına
maneələr törədir. Ölkənin kredit bazarında nəzərəçarpacaq problem-
lərdən biri bank kreditlərinin birtərəfli axını ilə bağlıdır. Bu birtərəfli
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
386
axın bankların real sektorunun kreditləşdirilməsindəki iştirakını ləngi-
dir və ya maraqsız edir. Belə ki, ölkədə dövlət qiymətli kağızların
(DQK) daha yüksək likvidliyə və gəlirliliyə malik olması və digər qiy-
mətli kağız növlərinin zəif inkişaf etməsi həmin seqmentin cəlbedicili-
yini artırmışdır. Bu da öz növbəsində bankların kredit resurslarının
qeyri-real sektora, daha doğrusu, dövlət qiymətli kağızlar bazarına
axınını stimullaşdırmışdır. Nəticədə isə real sektorun kreditləşmə sə-
viyyəsi tələb olunan səviyyədə olmamışdır.
Ölkədə fəaliyyət göstərən bankların təqdim etdikləri kreditlərin
əsas mənbəyi kimi əmanətlərin strukturunu araşdırarkən məlum olur
ki, resurs mənbələrinin zəifliyi rentabelliyin səviyyəsinin azalmasına
və zərərlə işləyən müəssisələrin artmasına səbəb olmuş və deməli,
mənfəəti azaltmaqla kredit bazarında, o cümlədən real sektorda bank-
ların kredit təqdim edən subyekt kimi səmərəli fəaliyyətini zəiflətmiş-
dir. Lakin müəssisə və təşkilatların, ev təsərrüfatlarının kommersiya
banklarının passivlərini tamamlamaq imkanları təkcə onların mənfə-
ətinin, əmək haqlarının və digər pul gəlirlərinin həcmindən (ölçüsün-
dən) deyil, eləcə də iqtisadiyyatın ümumi maliyyə vəziyyətindən asılı-
dır. Bu mənada, 2001-ci ilə kimi həyata keçirilən ortodoksal monetar
siyasətin ölkə iqtisadiyyatında pul qıtlığı və kütləvi ödəmə yaratması
kredit resurslarının və əmanətlərin formalaşmasına mənfi təsir göstər-
mişdir. Qeyd etməliyik ki, belə bir şəraitdə nəinki real sektorun, hətta
bankların da pul (borc) vəsaitinə olan tələbatının ödənilməsi müsbət
nəticə verə biiməzdi. Məhz bu baxımdan, bütün bunlar onu qeyd et-
məyə əsas verir ki, kredit bazarının zəif inkişaf etməsini və real sekto-
run kreditləşdirilməsini məhdudlaşdıran əsas problem dəyər və müd-
dəti üzrə tarazlaşdırılmış resurs bazasının mövcud olmamasıdır.
Azərbaycan Respublikasında kredit bazarının inkişafını və bey-
nəlxalq maliyyə bazarlarına inteqrasiyasının, daha doğrusu, beynəl-
xalq maliyyə təşkilatlarının, xarici ölkələrin, vətəndaşların kredit ba-
zarlarında iştirakını ləngidən amillərdən biri də ölkənin kredit bazarın-
da əhəmiyyətli kredit riskinin mövcudluğu ilə bağlıdır. Bunun əsas sə-
bəbləri kimi ölkədə biznes mühitinin nisbətən əlverişsiz olması; real
və qeyri-real sektorda sağlam rəqabət mühitinin zəif inkişafı, bir çox
sahələrdə inhisarçılığın geniş vüsət alması; sahibkarların böyük əksə-
riyyətinin biznes-plansız və ya zəif biznes-plan ilə fəaliyyət göstərmə-
si, alınan kreditin geri qaytarılması imkanlarını sübut edə bilməməsi;
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
387
ölkədə kölgə iqtisadiyyatının mövcudluğu; real sektorda fəaliyyət gös-
tərən müəssisələrin bir çoxunun zərərlə və ya az mənfəətlə fəaliyyət
göstərməsi və ya onların maliyyə vəziyyətinin qeyri-sabitliyini və s.
qeyd etmək olar.
Respublikada kredit bazarının resurs bazasının zəifliyi də günün
aktual problemlərindəndir. Belə ki, apardığımız təhlildən də göründü-
yü kimi, hal-hazırda ölkənin kredit bazarında təqdim edilən kreditlərin
böyük hissəsi qısamüddətli kreditlərin payına düşür. Fikrimizcə, bu-
nun əsas səbəbi məhz həmin bu kreditlərin resurs bazasının müddəti-
nin onunla eyni xarakterli olmasıdır. Yəni kreditlərin əsas təminatçısı
olan bankların uzunmüddətli resurslarının ümumi resurslardakı payı-
nın az olması, resurs bazasının tərkibində qısamüddətli və tələb oluna-
nadək əmanətlərin (o cümlədən depozitlərin) yüksək xüsusi çəkiyə
malik olması, həmin bu kreditorların kredit bazarında daha ehtiyatlı
hərəkət etməsinə, qısamüddətli kreditlər verilməsinə və s. kimi ölkə
iqtisadiyyatı üçün neqativ hadisələrə səbəb olur.
Azərbaycan Respublikasının kredit bazarında mövcud olan digər
problem Mərkəzi Bankın keçirdiyi kredit hərraclarının dominantlığı ilə
əlaqədardır. Qeyd edək ki, Mərkəzi Bankın diskont faizləri də (uçot
dərəcələri) həmin hərracların nəticələrinə uyğun olaraq müəyyən olu-
nur. Belə hal isə heç vaxt səmərəli ola bilməz. Ona görə ki, burada yal-
nız Mərkəzi Bank öz resurlarını satışa çıxarır. Digər banklar isə satışa
vəsait çıxara bilmirlər. Başqa sözlə, kredit bazarına qeyd edilən priz-
madan yanaşdıqda müəyyən olunur ki, burada kreditə olan tələb və
təklif tam nəzərə alınmır. Belə hal isə təbii olaraq kredit faizlərinin
düzgün formalaşmamasına gətirib çıxarır. Ümumiyyətlə, kredit bazarın-
da olan problemləri açıqlayarkən aydın olur ki, Mərkəzi Bankın kom-
mersiya bankları üçün yenidən maliyyələşdirmə dərəcəsini 7 faiz həc-
mində müəyyənləşdirsə də, kommersiya banklarının hüquqi və fiziki
şəxslərə satdıqları kreditdə bu məbləğ birmənalı olaraq 20-25 faiz ara-
sında olur. Belə hal ilk növbədə kredit bazarında mövcud olan problemi
göstərməklə yanaşı, ölkədə kreditə olan ehtiyacın böyük olduğunu
göstərir. Başqa sözlə, ölkənin Mərkəzi Bankı kommersiya bankları
üçün vəsaitlərinin digər banklara satışını təmin etməlidir. Belə hal isə
fikrimizcə, kommersiya banklarının hüquqi və fiziki şəxslərə satdıqları
kreditlərin faiz dərəcəsini aşağı salmasına şərait yaratmış olar.
Dostları ilə paylaş: |