AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
391
Əsas makroiqtisadi göstəricilərin dinamikası
2012-ci il
Göstərici lər 2003
2005 2008
2012
2003-cü
ilə nis-
bətən
2008-ci
ilə nis-
bətən
ÜDM (mln. man)
7146,5 12522,5 40137,2 53995,0
+7,5
dəfə
+34,5%
İnflyasiya (%)
2,2 5,4 15,4 1,1 -1,1%
-14,3
%
Məcmu pul kütləsi
(mln. man)
2592,2 796,7 6081,0 13806,4
+5,3
dəfə
+2,3
dəfə
Mərkəzi Bankın
uç ot stavkası (%)
7 7,8(1)
11,8(2) 5 -2%
-6,8%
Ölkədə makroiqtisadi sabitliyə nail olunmasında istifadə olunan
metod maliyyə və pul-kredit siyasəti ilə bağlı olmuşdur. Bu siyasət
əsas makroiqtisadi göstəricilərin məcmu pul kütləsi (M2), faiz dərəcə-
si, inflyasiya və valyuta məzənnələrinin tənzimlənməsini nəzərdə tu-
tur. Belə ki, 1994-cü ilin II yarısından etibarən inflyasiyanın qarşısının
alınması üçün Azərbaycanda sərt pul-kredit siyasəti həyata keçiril-
məyə başlamışdır. Bu siyasət həmin dövr üçün alternativ olmayan təd-
birlər kimi qiymətləndirilirdi. Belə ki, 1994-cü ilə qədər Azərbaycan-
da yürüdülən pul-kredit siyasəti bazar iqtisadiyyatı metodları ilə tən-
zimlənmə sisteminə keçsə də, reallıqda tamamilə fərqli bir situasiya
yaranmışdır. Bu özünü məcmu pul emissiyasının həcminin mövcud
iqtisadi durumun real tələblərinə uyğunlaşdırılmasında və inflyasiya-
nın fəlakətli həddə çatmasında özünü göstərmişdir.
Həyata keçirilən sərt pul-kredit siyasəti Mərkəzi Bank tərəfindən
resursların satışının məhdudlaşdırılması yolu ilə banklar tərəfindən
inflyasiya doğuran kredit qoyuluşlarının və kredit faizi həcminin yük-
səlməsinin qarşısının alınması ilə bağlı olmuşdur.
Yürüdülən sərt pul-kredit siyasətinin əsas istiqamətlərindən biri
də manatın məzənnəsinin möhkəmləndirilməsi, valyuta bazarının for-
malaşdırılması və bu əsasda Bakı Banklararası Valyuta Birjasının
(BBVB) işinin bərpa olunması ilə əlaqədar olmuşdur.
Ümumiyyətlə, həmin dövrdə həyata keçirilən pul-kredit siyasəti-
nin tez bir zamanda səmərə verməsinin əsas səbəbi fıksə olunan və ya
müəyyən olunan sərt valyuta siyasətinin həyata keçirilməsi və valyuta
bazarının formalaşması ilə əlaqədar olmuşdur.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
392
BVF və DB-nin makroiqtisadi sabitləşdirmə strategiyası çərçivə-
sində digər islahat tədbirlərinin özəlləşdirmə proqramlarının reallaşdı-
rılması, xarici ticarətin liberallaşdırılması, milli valyutanın daxili və
xarici dönərliliyinin təminatı ilə bağlı tədbirlər olmuşdur. Bütün bu və
ya digər islahat tədbirləri nəticəsində ölkənin maliyyə sektorunda və
ümumilikdə iqtisadiyyatında bir sıra müsbət nəticələrin əldə edil-
məsinə imkan yarandı: yüksək inf1yasiya səviyyəsi kəskin olaraq
azaldı, büdcə kəsirinin ÜDM-ə nisbəti tənzimlənən səviyyəyə çatdı (1-
2%), Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit faizi 250%-dən 7%-ə
endirildi, manatın daxili dönərli1iyi təmin edildi, Birinci özəl1əşdirmə
proqramı başa çatdırıldı və ÜDM-də özəl sektorun payı 70%-i keçdi,
ÜDM-in dinamik artımı təmin edildi, əhalinin real pul gəlirləri ilbəil
artdı və s.
Qeyd edək ki, iqtisadi sabitliyi əldə etmək nə qədər çətin bir işdir-
sə, həmin sabitliyi qoruyub-saxlamaq bir o qədər ağır və məsuliyyətli-
dir. Ölkənin iqtisadi qərarlar qəbul edən institutları daxildə makroiqti-
sadi sabitliyin qorununb saxlanılmasını daima diqqət mərkəzində sax-
layırlar. Çünki yalnız iqtisadi və maliyyə sabitliyi mövcud olan şərait-
də optimal qərarlar qəbul etmək və onların müsbət səmərə verməsini
müşahidə etmək mümkündür.
Makromaliyyə sabitliyini mühafizə etmək sahəsində aparıcı qüv-
vəyə malik olan institutlar içərisində Mərkəzi Bankı, Maliyyə Nazirli-
yini, İqtisadi İnkişaf və Sənaye Nazirliyini, Vergilər Nazirliyini, Na-
zirlər Kabinetini göstərmək olar. Bu institutlar öz səlahiyyətləri çərçi-
vəsində müxtəlif idarəetmə alətlərindən istifadə etməklə ölkənin iqti-
sadi subyektlərinin davranışlarına təsir edir, əsas iqtisadi indikatorların
pozitivliyinin qorunub-saxlanılmasına və yüksəlməsinə təkan verirlər.
Ölkənin maliyyə sektorunda sabitliyin əldə edilməsi və onun
mühafizəsinin təmin edilməsi əsasən, Mərkəzi Bank tərəfındən həyata
keçirlir. Bildiyimiz kimi, Mərkəzi Bank pul-kredit siyasətinin müxtəlif
alətlərindən (məcburi ehtiyat norması, mərkəzləşdirilmiş kredit faizi
və açıq bazar əməliyyatları) istifadə etməklə əsasən, kommersiya
banklarının fəaliyyətlərini sabitliyin təmin edilməsi marağı çərçivəsin-
də tənzimləyir və ona nəzarət edir.
Mərkəzi Bank və digər dövlət qurumları ölkədə büdcə kəsirinin
yüksəlməməsini və müəyyən həddə saxlanılmasını (ÜDM-in 2-3%-i
nisbətində), yüksək inflyasiyanın baş verməməsini, milli valyutanın
dönərliliyinin qorunmasını və onun məzənnəsinin xarici valyutalara
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
393
nisbətdə kəskin dəyişikliklərə uğramamasını, maliyyə bazarında böh-
ranın baş verməməsini və s. təmin etmək istiqamətində fəaliyyət gös-
tərməklə maliyyə sabitliyini tənzimləyir.
Ölkədə makromaliyyə sabitliyini təmin etmək və inkişaf etdirmək
məqsədilə digər görüləsi tədbirlər içərisində: xarici bank kapitalının
bank sektoruna birgə formada cəlb edilməsinin stimullaşdırılması;
kredit verilmə və qaytarılma mexanizminin təkmilləşdirilməsi; kredit
götürülərkən girov məsələsinin həlli istiqamətində tədbirlərin görül-
məsi, bankların vəsait cəlb etməsində qiymətli kağızlar bazarına müra-
ciət etməsinin stimullaşdırılması; bankların ənənəvi xidmətlərlə yanaşı
lizinq, faktorinq, forfeytinq, dilinq və s. bu kimi yeni xidmətlər göstər-
məsi sahəsində fəaliyyətlərinin gücləndirilməsi və s. kimi maliyyə təd-
birlərini də xüsusi qeyd etmək lazımdır.
Bazar iqtisadiyyatına keçmiş bir sıra ölkələrin təcrübəsi göstərir
ki, qiymətlərin liberallaşdırılması heç də onların artırılması kimi çıxış
etmir. Belə ki, Azərbaycandan fərqli olaraq, bir sıra ölkələrdə qiymət-
lərin artımı əhali gəlirlərinin aşağı düşməsi ilə müşayiət edilmir. Qiy-
mətləri liberallaşdırmaqla yanaşı, əhaliyə öz real gəlirlərini artırmaq
üçün şərait də yaratmaq lazımdır. Əhalinin həyat səviyyəsi aşağı olan
bir respublikada alıcılıq qabiliyyətli tələbin uzun müddət məhdudlaş-
dırılması iqtisadiyyata dağıdıcı təsir göstərə bilər. Çünki istehsalın
azalmasına səbəb olan bu tədbir, az sonra istehsal həcminin də azal-
masına gətirib çıxarır. Nəticədə, təklifın stimullaşdırılması, iqtisadi
artımın təmin edilməsi arxa plana keçir.
BVF tərəfındən irəli sürülən dördüncü prinsip isə sərt kredit
siyasətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu prinsip ölkənin
bazar iqtisadiyyatına keçidlə və həmin dövrdə ölkədə mövcud olan
inflyasiyanın qarşısının alınması ilə əlaqədar olmuşdur. Məlumdur ki,
bazar iqtisadiyyatı səraitində hər hansı bir ölkənin Mərkəzi Bankı adə-
tən üç siyasətdən məcburi ehtiyat normasının dəyişdirilməsindən, faiz
dərəcəsinin dəyişdirilməsindən və açıq bazar əməliyyatından istifadə
edir. Sərt pul-kredit siyasətinin təmin edilməsinə ehtiyac respublika-
mız dövlət müsəqilliyini yenidən bərpa etdikdən sonra 1991-1994-cü
illərdə kəskin inflyasiya prosesi ilə üz1əşməsi nəticəsində ortaya çıx-
mışdır. Bununla əlaqədar olaraq qeyd edək ki, 1994-cü ildə pul-kredit
siyasətinin əsas istiqamətlərinə dair Milli Məclisin qəbul etdiyi qərar-
da Milli Banka tapşırılmışdır ki, 1994-cü il avqustun l-dən məcburi
ehtiyat normasını bütün banklar üçün 12 faiz səviyyəsində müəyyən
Dostları ilə paylaş: |