Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
408
üçün bir tərəfdən dövlətin dəstəyi, digər tərəfdən isə real fəaliyyət
qabiliyyətinə malik olan şirkətlərin sığorta pullarında (daxıllarında),
sığorta holdinqlərində, müxtəlif qruplarda və s. birləşdirilməsinə dair
konkret tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Burada prob-
lemin həlli bizcə iki istiqamət üzrə həyata keçirilməlidir. Birincisi,
milli təkrarsığorta şirkətinin yaradılması və ikincisi, sığorta pullarının
yaradılması məsələlərinin tənzimlənməsi.
Azərbaycan Respublikasının 2007-ci ildə qəbul olunmuş yeni
«Sığorta fəaliyyəti haqqında» qanununa əsasən təkrarsığorta institutu
qanunvericilik yolu ilə təsbit olunmuşdur. Təkrarsığorta məsələləri
milli qanunvericilikdə həddən artıq məhdud şəkildə şərh olunur. Mü-
vafiq qanunun bəzi maddələrində sığorta bazarında təkrar sığorta əmə-
liyyatlarinın tənzimlənməsinə deyil, sadəcə olaraq onların mövcudlu-
ğuna işarə edən normalar müəyyən edilmişdir.
Respublikamızda sığorta bazarının miqyasının və təkrarsığorta
əməliyyatlarının həcminin artması, təkrarsığorta təsisatı üzrə xüsusi
normativ bazanın işlənib hazırlanmasını tələb edir. Sığorta bazarının
hal-hazırda mövcud olan inkişaf proqnozlarına əsaslanaraq demək
mümkündür ki, təkrarsığorta fəaliyyətnin tam hüquqi təminatının təşkili
zərurəti, təqribən, 2-3 ildən sonra öz kəskinliyi ilə qarşıda duracaq, ölkə
qanunvericiliyi və hüququ üçüıı daha aktual məsələyə çevriləcəkdir.
Azərbaycan Respublikası «Sığorta fəaliyyəti haqqında» Qanunu-
nu 82.5-ci maddəsinin tələblərinə əsasən, sığortaçının bir sığorta pred-
meti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu
kapitalının 10%-dən çox və eyni zamanda bir sığorta müqaviləsi üzrə
riskləri ilə bağlı şəxsi tutumunun həcmi isə onun məcmu kapitalının
30%-dən çox ola bilməz. Başqa sözlə demiş olsaq, bu təkrarsığorta tə-
sisatının zəruriliyinin qanunvericilik yolu ilə təsbit edilməsi deməkdir.
Özü-özlüyündə sığorta resurslarının və müvafiq olaraq sığorta
risklərinin xaricə axması təkrarsığorta institutu üçün tamamilə təbii bir
haldır. Bizcə, təhlükə və problem bundadır ki, belə təkrarsığorta pro-
sesi bir kanallı, bir istiqamətlidir. Azərbaycan sığorta və təkrarsığorta
bazarı öz həcmi və maliyyə imkanları baxımından zəif olduğu üçün
xarici partnyorlardan respublika sərhədləri daxilinə mahyyə axmları
baş vermir. Belə bir tendensiyanı isə heç cür əlverişli və müsbət də-
yərləndirmək olmaz.
Bununla əlaqədar olaraq bizcə, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin risklərin xaricə bu cür total ötürülməsinin qarşısının alın-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
409
ması üçün, sığorta mükafatının xaricə ötürülən hissəsinə (həm rezident-
lər, həm də qeyri-rezidentlər tərəfindən) xüsusi verginin dərəcəsinin
artırılması məqsədəuyğun olardı. Məsələni bir qədər də detallaşdıraraq
qeyd edək ki, milli sığortaçılar topladıqları tədiyyələrin 40%-dən çoxu-
nu xarici təkrarsığortaçıya satırsa, onda bu məbləğ ikiqat vergiyə cəlb
edilməlidir. Lakin etiraf edək ki, bu cür sərt tədbirlərin reallaşdırılması
üçün daxili bazarda müvafiq mühitin yaradılması da mühüm şərtdir.
Bizcə, yaxın perspektivdə ölkədə təkrarsığorta seqmentinin inki-
şafının ssenarisi iki istiqamətdə inkişaf edə bilər: birincisi, elə təkrarsı-
ğorta, ikincisi isə broker variantı.
Birinci halda kifayət qədər kapitala və zəruri ixtisaslaşmaya malik
milli şirkətlər, böyük həcmli xüsusi saxlama məbləği daxilində tam-
hüquqlu təkrarsığorta şirkətləri kimi fəaliyyət göstərəcəklər. Bu zaman
onların kapitalı həm daxili, həm də xarici mənşəli ola bilər. Hətta
dövlətin də iştirakçısı olduğu iri şirkətin formalaşması da mümkündür.
Broker variantı isə milli təkrarsığortaçıların daxili və xarici sığor-
ta şirkətləri arasında vasitəçiyə çevrilməsini nəzərdə tutur. Buna müx-
təlif səbəblər ola bilər. Əvvəla, bir çox sığorta şirkətləri hələ də qərbin
sığorta bazarına çıxmaqda, xarici partnyorlar axtarmaqda çətinlik
çəkirlər. Digər tərəfdən-kiçik və orta həcmli risklər xarici sığorta
şirkətləri üçün heç də həmişə cəlbedici olmurlar. Əksər hallarda xarici
sığortaçılar onlar üçün tanış olmayan milli sığortaçılarla işləməkdən
çəkinirlər. Araşdırmalar göstərir ki, MDB ölkələrində, o cümlədən
respublikamızda məhz broker variantı daha perspektiv hesab olunur,
çünki, məhz bu variant milli və xarici şirkətlərin bərabərhüquqlu
partnyorlar kimi əməkdaşhğına zəmanət verir.
Hal-hazırda Sığorta Nəzarəti Maliyyə Nazirliyinin bir struktur
bölməsi kimi müstəqil qərarlar qəbul etmək imkanından məhrumdur.
Başqa söziə, o ancaq sonradan qəbul ediləcək qərarlar səlahiyyətinə
malikdir. Belə prosedura nəzarətin operativliyini və səmərəliliyini
azaldır, onu daha formal və bürokratik edir. Bizcə, sığorta bazarının
idarəedilməsi üzərində nəzarətin müstəqil funksional təsisat tərəfindən
həyata keçirilməsi yeganə düzgün addım olardı. Bu əksər ölkələrin
təcrübəsində də sübut olunmuşdur. Bu zaman sığorta bazarınm səmə-
rəli şəkildə tənzimlənməsi üçün ilkin şərtlər kimi iki vacib aspekti xü-
susi vurğulamalıyıq. Birinci aspekt nəzarət orqanlannın müstəqil statu-
sa malik olmasıdır. İngiltərə və Fransada mövcud olan sığorta nəzarəti
sərbəst və təmamilə müstəqil orqanların öhdəsinə qoyulur. Məsələn,
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
410
Fransada həyata keçirilmiş islahatlar nəticəsindəcəsində müstəqil or-
qan olan və hakimlərdən ibarət olan sığorta nəzarəti üzrə komissiya
təşkil olunmuşdur. Şuraya iqtisadiyyat naziri başçılıq etsə də, sığorta
təşkilatlarının fəaliyyətlərinə nəzarət sərbəst dövlət strukturunun vəzi-
fəsinə daxil olur.
İkinci həlledici aspekt isə onların işinin keyfiyyətidir, Məhz onla-
rın öhdəsinə peşəkar mütəxəssislərin hazırlanmasrı sığorta bazarının
statistik bazasının inkişafma və bütövlüyünə nəzarət; sığorta sahəsinə
aid olan ümumi normalar ilə qaydaların yaradılması və yayılması; çə-
tin və mürəkkəb 32əməliyyatlann həyata keçirilməsi zamanı həmkar-
lara zəruri xidmətin göstərilməsi və sığortaçılar arasmda yaranmış mü-
bahisələrin tənzimlənməsi üzrə tapşırıqların həlli vəzifəsi qoyulur.
Bizcə, nəzarətin daha məhsuldar şəkildə yerinə yetirilməsi üçün aşa-
ğıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilməlidir:
- nəzarət sisteminin sabitliyi;
- nəzarət funksiyalarının həyata keçirilməsini təmin edən qanun-
vericiliyin şəffaf və aydm olması;
- qanunvericilikdə nəzərdə tutulmuş sanksiyaların məcburiliyi və
dönməzliyi;
-nəzarətdən daha çox idarəetmə və tənzimlənmənin iqtisadi aləti
kimi istifadə olunması və s.
Respublikamızın sığorta nəzarəti sistemində son illərdə baş
vermiş müsbət dəyişikliklərlə yanaşı, həll edilməsi zəruri olan bir sıra
məsələlər hələ də mövcuddur. Bu nöqsanlar, hər şeydən əvvəl milli
sığorta nəzarəti sisteminin beynəlxalq təsisatlara inteqrasiya prosesinə
mənfi təsir göstərmiş olur.
Mövcud vəziyyət sığorta nəzarətinin hüquqi statusunu, strukturu-
nu, funksiyalarının, maliyyələşdirilmə mənbələrini müəyən edən, il-
kin, cari və sonradan nəzarətin, sığorta təşkilatlarına qarşı tətbiq olu-
nan sanksiyalar və tədbirlər sisteminin həyata keçirilməslnə dair əsas
müddəaları əsaslandıran sığorta nəzarəti haqqında ayrıca qanunun
qəbul olunması ilə normallaşdırıla bilər. Xüsusi qüvvəyə malik bu cür
qanunlar və yaxud digər ümumi qanunlarda əksini tapan müvafiq böl-
mələr praktiki olaraq AB-nin bütün ölkələrində qəbul olunmuşdur.
Dostları ilə paylaş: |