AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
405
aşağı olmamaq şərtilə). Xüsusi vəsaitlərin payı nə qədər yüksək olar-
sa, sığortaçının maliyyə sabitliyi də bir o qədər yüksək hesab edilir.
Bir sıra müəlliflər bu əmsalı muxtariyyət əmsalı adlandırırlar, çünki,
bu əmsalın yüksəlməsi gələcəkdə, maliyyə müstəqilliyinin artması və
maliyyə çətinlikləri riskinin azalmasmda ifadə olunur.
Son zamanlar həyata keçirilən sığorta siyasəti sığorta təşkilatları-
nın ümumi passivlərində xüsusi kapitalın payının sürətlə artırılması
tendensiyasını müəyyən etmişdir. Azərbaycanda ümumihkdə sığorta
təşkilatlarının xüsusi fondları 2000 - 2008- ci illərdə 14,6 dəfəyə qədər
yüksəlmişdilərsə. nizamnamə fondunun təkcə 2008- ci il üçün artımı
şirkətlərin xüsusi vəsaitlərinin ümumi artımının 70,9 %- ni təşkil
etmişdir. Ümumilikdə sığortaçının fondunun tərkibində olan xüsusi
və-saitlərinin həcmi 2008- ci ildə - 92,3%, balans mənfəəti üzrə və-
saitlər isə - 7,0%- dək təşkil etmişdir.
Sığortaçılar üçün xüsusi vəsaitəlrin qorunub saxlanılmasının mü-
hüm əhəmiyyət kəsb etməsinə baxmayaraq sığortaçıların fəaliyyətinin
inkişaf etdirilməsində sığorta şirkətlərinin resurslarının tərkibində cəlb
olunmuş vəsaitlərin xüsusi çəkisinin artması prosesi gedəcəkdir. 2000-
2008-ci illərdə Azərbaycan sığortaçılarının bütün sığorta resurslarının
70 %-dən çoxu cəlb olunmuş vəsaitlərin payına düşmüşdür. Cəlb
olunmuş vəsaitlər üzrə resurslarının payının və həcminin çoxalması
prossesi sığorta şirkətlərınin mahyyə sabitliyini nisbi olaraq, müəyyən
qədər azaltmışdır. Məhz buna görə də xüsusi və cəlb olunmuş vəsait-
lərin qəbul olunmuş nisbətinə həmişə ciddi riayət olunmalıdır. İqtisa-
di-maliyyə gərginliyil zamanı bu nisbətin əhəmiyyəti daha da artır. Bu
göstəricilərə diqqətin daha da artırılması Azərbaycanın sığorta bazarı-
nın dünyanın sığorta sisteırinə inteqrasiya olunması prossesi ilə diktə
olunmuşdur. Müasir beynəlxalq sığorta bazarında isə sığortaçıların
maliyyə sabitliyinə nail olunmasında xüsusi kapitalın məqbulluğu
problemi öz əhəmiyyətinə görə mühüm yerlərdən birini tutur.
Kapitalın əsaslandmlmış normativ və strukturuna tədrici keçid
Azərbaycan sığortaçılarının maliyyə hesabatının beynəlxalq standart-
lara yaxınlaşmasına yardım edir, onların respubhkanın milh sığorta
bazarının formalaşması və inkişafı şəraitində sərbəstliyinin və maliyyə
sabitliyinin təmin olunmasına təkan verir. Sığortaçının maliyyə sabitli-
yinin təmin edilməsinə onun hüquqi təşkilati forması da əhəmiyyətli
şəkildə təsir göstərir.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
406
Hesab edilir ki, dövlətin sığorta təşkilatı (nizamnamə kapitalının
yarısından çoxunun dövlətə məxsus olduğu təşkilatlar) sığorta müqa-
viləsi üzrə öhdəliklərin yerinə yetirilməsində daha çox təminatlı olur.
Çünki, bu növ təşkilatların həm hüquqi, həm də maliyyə öhdəçilikləri
arasında dövlətin nüfuzu durur. Bu gün milli sığorta bazarında fəaliy-
yət göstərən Dövlət sığortası Kommersiya Şirkəti -Azərsığorta respub-
likanın güclü sığorta cəmiyyətlərindən hesab olunur. Yüz faiz dövlət
mülkiyyətində olan bu təşkilatın nizamnamə kapitalı 01.01.2010-cu il
tarixə 4,0 mln. manat (o cümlədən 3,7 mln. manat pul, 0,3 mln. manat
əmlak) təşkil etmişdir. Azərsığorta 2009-cu ildə 26,5 mln. manat sı-
ğorta tədiyyəsi toplamış və 12,1 mlrd. manat sığorta ödənişini həyata
keçirmişdir.
Qeyd etmək lazımdır ki, müasir dövrdə sığorta şirkətlərinin ma-
liyyə resurslannm genişləndirilməsində mənfəətin formalaşdırılması
və istifadəsi probleminin nəzərdən keçirilməsi xüsusi olaraq nəzərə
alınmalıdır. Bu göstəricinin spesifik xüsusiyyətləıindən biri onun yal-
nız netto-stavkaya daxil edilməsi ilə bağlıdır. Lakin, obyektiv səbəblə-
rin təsiri altında faktiki mənfəət tarifin istənilən hər hansı bir elementi
hesabına formalaşa bilər.
Göründüyü kimi respublikanın milli sığorta bazarında, orta he-
sabla, mənfəətin böyük əksəriyyəti (60%-i) sığorta əməliyyatlardan
əldə edilmiş mənfəətin payına düşmüşdür. İnvestisiya fəaliyyətindən
əldə olunmuş mənfəət isə 10-15 -% təşkil etmişdir.
Bazar münasibətlərinin inkişafı şəraitində mənfəətin formalaş-
dırılması və istifadəsi xüsusi aktuallığa malik olur. Bu proses zamanı
formalaşan sığorta resurslarının spesifik xüsusiyyəti onların iqtisadi və
sosial amillərdən asılı olan daxili xarakterinə əsaslanır.
Ümumiyyətlə, ehtiyatlar minimum olaraq aktivlərə uyğun gəlmə-
lidir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sığorta təşkilatının
maliyyə sabitliyinin təmin edilməsi, xüsusi və cəlb edilmiş resurslar
arasmda optimal nisbətin əldə edilməsindən bilavasitə asılıdır. Milli
sığorta bazarında sığorta ehtiyatlarının kifayətlilik səviyyəsinin təhlili
zamanı, belə bir vəziyyət də aşkarlandı ki, sığorta tədiyyələrinin top-
lanması üzrə liderlər qrupunda gedən təşkilatlar, bu normativ göstə-
ricinin heç yansını da formalaşdıra bilmirlər və bu vəziyyət belə bir
faktı bir daha sübut etdi ki, sığorta haqqlarının maksimal toplanması,
hələ sığorta şirkətinin tədiyyəqabiliyyətli olması demək deyildir. Sı-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
407
ğorta iqtisadi fəahyyətin elə bir sahəsidir ki, orada «maksimalizm»
yox, məhz «optimal» fəaliyyət xüsusi önəm daşımış olur.
Qeyd etmək lazımdır ki, sığorta ehtiyatlarının formalaşdrılması-
nın prinsipial məqamı bu ehtiyatların gəlirlərdən deyil, məhz öhdəçi-
liklərdən asılı olaraq formalaşmasına əsaslanmasıdır. Sığorta ehtiyat-
ları xarakterlərinə görə borc kapitalı hesab edildiyi üçün müqavilələr
üzrə sığorta öhdəçiliklərinin sığorta ehtiyatlarına adekvat olması şərti-
lə sığortaçının maliyyə sabitliyindən iki şərt daxilində danışmaq olar:
1) sığorta ehtiyatları həcminin xüsusi vəsaitlərin həcminə olan
proporsiyası;
2) onların optimal yerləşdirilməsi (yəni səmərəli investisiya siyasəti).
Təklliflər planının mahiyyəti sığorta bazarının 5-7 ərzində mərhə-
lələr üzrə liberallaşdırılmasından və eləcə xarici sığortaçıların iştirakı-
nın icazə verilmədiyi sektorla müəyyənləşdirilməsindən ibarətdir.
Bura sığortanın məcburi növləri və həyat sığortası növlərini aid etmək
mümkündür. Necə deyərlər, sığorta biznesinin rəqabət qarşısında olan
«qorxusu» böyükdür, çünki, seçim imkanına malik olan müştəri daha
etibarlı və keyfiyyətli sığorta xidmətlərinə üstünlük verir. Eyni za-
manda belə bir həqiqət də yaddan çıxarılmamalıdır ki, xarici kapital
axını sığorta bazarının maliyyə tutumunun genişləndirilməsinə təkan
verəcək və sığortaçıların beynəlxalq standartlar səviyyəsində çahşması
məcburiyyət meydana çıxaracaqdır.
İqtisadivyatın dinamik inkişafı zamanı sığorta xidmətlərinə olan
tələbat təsərrüfat fəaliyyətinin həcminin artması ilə əlaqədar olaraq
yüksələcəkdir.
Əksər sahələrdə sığorta iqtisadi yüksəlişin zəruri şərti, onun tər-
kib komponenti kimi qiymətləndirilir. Bu, xüsusilə hipoteka krediti ilə
malliyyələşdirilən borclu olan şəxsin həyatının kreditorun xeyrinə sı-
ğorta olunması ilə zəmanətləndirilən yaşayış tikilisinə investisiyaların
qoyulması ilə təzahür edəcəkdir. Məhz buna görə də milli sığorta sis-
teminin az tutumlu olması, hələ onda potensial imkanların heç də
mövcud olmamasmı ifadə etmir.
Unutmaq olmaz ki, Azərbaycanda sərbəst sığorta bazannm for-
malaşma tarixi 5-10 ili əhatə edir və o özünün inkşafmın hələ başlan-
ğıc mərhələsindədir.
Qeyd etmək lazımdır ki, yaxın gələcəkdə rəqabət qabiliyyətinə
malik olan milli sığorta bazarının yaradılması və qorunub saxlanması
Dostları ilə paylaş: |