Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
514
lahatları və tədiyyə balansında tarazlıq üçün işlər aparılması istiqamə-
tindəki iqtisadi islahatların planlı bir şəkildə həyata keçirildiyi qeyd
edilmişdir. Hökumət BVF-nin yardımı ilə 1995-ci ilin əvvəlindən eti-
barən tam mənası ilə makroiqtisadi islahatlara başlamışdır.
Hal-hazırda Dünya Bankı Azərbaycan hökumətinin xarici investi-
siyaçıları təşviqetmə istiqamətindəki fəaliyyətlərini dəstəkləməktədir.
Belə ki, liberallaşma, özəl sektorun inkişafı, monopoliyanın ara-
dan qaldırılması, yeni demonopolizasiya, ölkədə ən qısa zamanda sər-
bəst bazar iqtisadiyyatı sisteminin bərqərar edilməsi istiqamətindədir.
Hökumət son 15 il ərzində siyasi və iqtisadi islahatlar mərhələsini mü-
fəffəqiyyətlə başa çatdırmış və bunun nəticəsi olaraq ölkəyə xarici in-
vestisiya gəlməsi prosesi asanlaşmışdır. Bununla bərabər, xarici inves-
tisyaçıların haqlarını və öhdəliklərini müəyyən edən yeni qanun qəbul
edilmişdir. Azərbaycan potensial xarici investisiyaçılar üçün bir çox
imkanlar vəd etməkdədir. Bunlar istiqrazlı siyasi mühit, az maaşlı təc-
rübəli iş-gücü, əlverişli coğrafiyası olan mövqeyindən dolayı "yaxın"
bazarlar imkanları və s. Bundan başqa, azad, sərbəst iqtisadi zonaların
qurulması istiqamətində də bəzi addımlar atılmışdır.
Azərbaycanın ortamüddətli hədəfi ölkənin zəngin neft mənbələri
və potensialı olaraq güclü olan özəl sektorunu əsas alaraq nəticənin
müsbət olacağına əsas verməkdədir. 1994-cü ildə hökumət beynəlxalq
neft şirkətləri ilə ölkənin neft yataqlarının işlənməsi və neft ixracının
artırılması istiqamətində müqavilə imzalamışdır. Neft yataqlarına əla-
və olaraq, Azərbaycan nəğd valyutayla satıla bilən pambıq sərvətinə
sahib zəngin aqrar torpaqlara və qiymətli mədənlərə malikdir. Bundan
başqa, ölkənin o qədər də yaxşı vəziyyətdə olmayan, böyük həcmli sə-
naye sektoru, azmaaşlı ixtisaslaşmış iş-gücü, əlverişli və ucuz xam
maddə ehtiyatları vardır. Xarici investorlar üçün səhiyyə sektorunda,
əczacılıq və turizm sektorlarnda əlverişli imkanlar və şərait yaradıl-
mıştır .
Hökumət geniş özəlləşdirmə proqramını həyata keçirməyə başla-
mışdır. Özəlləşdirmə mərhələsində xarici investorların da iştirakına
şərait yaradan qanunlar qəbul edilmişdir. Xarici investorlar yerli in-
vestorlarla eyni şərtlər daxilində özəlləşdirmədə iştirak edə bilərlər.
Azərbaycanın MİGA-ya üzv olması xarici investorlar üçün daha geniş
imkanlar yaratmışdır. Azərbaycanın İFC-ya üzv olması isə xarici in-
vestorların bu təşkilatlardan kredit almaq imkanı verdiyi üçün onların
saylarını artırmışdır.
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
515
1995-ci ilin ilk aylarında bir çox malların qiymətlərı sərbəstləşdiril-
miş və maliyyə sektorunda bəzi reformların həyata keçirilməsinə baş-
lanılmışdır. 1995-ci ilin ortalarında hökumət beynəlxalq arenada qəbul
edilən stabilllik və struktur islahatları çərçivəsində bir sıra əsas qərarlar
almışdır. İnflyasiyanın sürətinin düşməsi, büdcə kəsirinin azalması və
ölkə valyuta vahidinin ABŞ dolları qarşısındakı kursunun sabit olması
onu göstərir ki, stabillik proqramı bütün gücü ilə tətbiq edilməkdədir və
artıq bunun bəzi müsbət nəticələri özünü göstərməkdədir. Özəlləşdirmə
proqramının məqsədi isə dövlət müəssəsələrinin özəl sektora verilməsi-
dir. Tenderlər vasitəsi ilə kiçikhəcmli müəssisələrin özəlləşdirilməsi ar-
tıq sona çatmışdır. Orta və büyük həcmli müəssisələrin özəlləşdirilməsi
mərhələsi isə bütün sürəti ilə davam edir.
Ümumiyyətlə, Azərbaycan Respublikasına Dünya Bankı qrupuna
daxil olan əsas iki təşkilat tərəfindən - Beynəlxalq İnkişaf Assosiasi-
yası (BİA) və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən kreditlər
ayrılır. İndiyə qədər həyata keçirilən SAC 1 və hazırda reallaşdırılması
nəzərdə tutulan SAC 2 layihələri Beynəlxalq İnkişaf Assosiasiyasının
hazırladığı layihələrdir. BİA–nın Azərbaycandakı fəaliyyəti çox geniş-
dir. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda maliy-
yə sektorunun inkişafı, bank sektorunda daxili və xarici rəqabətin inki-
şafı, qeyri- bank sektorunda olan boşluqları doldurmaq üçün birgə işin
təşkili, yerli xüsusi banklara texniki yardım göstərməklə onların daha
səmərəli və etibarlı maliyyə vasitəçisi olmasına kömək etmək, kiçik və
orta sahibkarlığın inkişafına xüsusi kreditlər ayırmaq və xüsusi
kreditlər vasitəsi ilə kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətli
sahələrinin inkişafına kömək etməkdən ibarətdir.
Bundan başqa, neft, qaz və onlarla bağlı sahələrə, xüsusilə, neft
maşınqayırması sənayesinə səmərəli investisiyalar qoymaq və ictimai
xidmət sahələrinin, xüsusilə, səhiyyə, təhsil və həmçinin sosial sekto-
run inkişafına yardım göstərmək məqsədləri də diqqət mərkəzindədir.
Hal-hazırda respublikanın enerji sektorunda Dünya Bankı təbii
qaz sektorunun yenidənqurulması layihəsini həyata keçirməkdədır.
Həmin layihə çərçivəsində bu sektorun əsas müəssisələrinin məhsul-
darlığının artırılması və infrastrukturlarının inkişafı işlərinə köməklik
edilməsi nəzərdə tutulur. Enerji sektorunda atılan əsas addımların bö-
yük əhəmiyyəti vardır, çünki təbii qaz ölkədə istifadə edilən əsas ya-
nacaq növüdür, idxal olunan təbii qazın qiymətı isə davamlı olaraq
artmaqdadır. Bu sektorun olduqca köhnəlmiş, pis vəziyyətdə olan in-
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
516
frastrukturunın yenidən qurulması üçün bank tərəfindən hazırlanmış
layihə çərçivəsində təbii qaz anbarlarının, paylama cihazlarının müa-
sirləşdirilməsi, 2 yeni yeraltı qaz anbarının qurulması, istehsal və tica-
rət müəssisələrində qaz sayğaçlarının yerləşdirilməsi və qaz xətlərınin
mühafizəsı işinin işlək hala gətirilməsi kimi işlər görüləcəkdir.
Aqrar sektora gəldikdə isə Dünya Bankı sektorun analizinə başla-
mışdır və kolxoz və sovxozların yenidənqurulması mərhələsində kö-
məklik etməyi planlaşdırır. Bu məqəsədlə aqrar müəssisələrin özəlləş-
dirilməsi layihəsi hazırlanmış və həyata keçirilmişdir.
Dünya Bankı ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və
yoxsulluğun azaldılması istiqamətində təcili işlərin və tədbirlərin gö-
rülməsində Azərbaycan hökumətinə lazımi köməkliyi göstərməkdədir.
Yoxsulluğun aradan qaldırılması barədə dövlət proqramının hazırlan-
masında Dünya Bankının fəaliyyəti inkar edilməzdir. Müharibə nəti-
cəsində öz yaşayış yerlərindən məcburi didərgin düşmüş köçkünlərin
yaşayış səviyyələrinin artırılması istiqamətində kompleks tədbirlər
planının hazırlanmasında da bank hökumətlə birgə iş aparır və bu
məqsədlə yenidənqurma layihəsi çərçivəsində 20 milyon dollarlık kre-
dit ayırmışdır.
Dünya Bankı Beynəlxalq Valyuta Fondu ilə birlikdə Azərbaycan-
da Yoxsulluğun Azaldılması Strategiyasını da işləyib hazırlayıb.
Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi Beynəlxalq Val-
yuta Fondunun Şurası tərəfindən 2 iyul 2001-ci ildə Yoxsulluğun
Azaldılması və İqtisadi Artım Mexanizmi (YAİAM) ilə birlikdə və 5
iyul 2001-ci ildə Dünya Bankının Şurası tərəfindən təsdiq olunmuş-
dur. Hökumət tamhəcmli YASS-ı 2002-ci ilin ortalarında başa çatdır-
mağı planlaşdırırdı və YASS-ın hazırlanması üzrə əhalinin bütün seq-
mentlərinə öz fikirlərini ifadə etməyə və məqsədlərini başa düşməklə
onlara bağlanmağa imkan verən güclü iştirak yanaşmasından istifadə
edir. Bu proses vaxt tələb edəcək və prosesi daha da gücləndirmək he-
sabına son məhsulu tələsdirməmək üçün ehtiyatlı olmaq lazımdır.
YASS-da əks olunmuş strategiya yoxsulluğun azaldılması və iş-
sizliyi Azərbaycanın qarşısında duran ən çətin iqtisadi vəzifə kimi qiy-
mətləndirir. Bu problemlərin həlli tarazlı artımı tələb edir ki, bu da öz
növbəsində iqtisadi artımın həm gəlirlərin qaldırılması, həm də iş yer-
ləri baxımından geniş bölüşdürülməsinin təmin olunmasını zəruri edir.
Hökumətin proqramı enerji sektorundan kənarda resurslar imkan ver-
dikcə biznes və məşğulluq vergi tutmasını tədricən azaltmaq vasitəsi
Dostları ilə paylaş: |