Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə57/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   53   54   55   56   57   58   59   60   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

160



kredit, büdcə-vergi və qiymət siyasəti ilə qarşılıqlı uzlaşdırılan makro-

iqtisadi amillərə uyğun olaraq xüsusi mülkiyyət formalarının imkan-

larından maksimum istifadə olunması və fond bazarından investisiya-

nın cəlb edilməsi nəticəsində mümkün olur. 

Son vaxtlar respublikamızda qazanılan uğurlarla yanaşı, hesab 

edirik ki, ölkədə formalaşmış dövlətin investisiya siyasəti əsasən aşa-

ğıdakı əsas prinsiplərə söykənməklə həyata keçirilməlidir: 

İnvestorla qarşılıqlı münasibətlərdə xeyirxahlıq; 

İnvestorların əsasən düzlüyə can atmaları; 

Ümumi və şəxsi maraqların balanslaşdırılması; 

İnvestorların bərabərhüquqlu olmalarının təmin edilməsi; 

İnvestisiya prosesinin həyata keçirilməsinin tam aydınlığı və sa-

dəliyi; 

Çıxarılan investisiya qərarlarının obyektiv qiymətləndirilməsi; 

Qəbul edilən investisiya qərarlarında sağlam iqtisadi fikrin tə-

minatı; 


Qəbul edilən investisiya qərarlarının dəyişməzliyi; 

Bütün investorlar üçün informasiyaların son dərəcə mümkün 

açıqlığı və anlaşıqlığı. 

İnvestisiya siyasətinin işlənib hazırlanması zamanı reallaşdırılma-

ğa verilmiş biznes-tədbirlərin Azərbaycan Respublikasında investisiya 

fəaliyyətinin tənzimlənməsi məqsədlərinə aid edilən qanunvericilik və 

digər hüquqi-normativ aktlara tam uyğunluğunu təmin etmək məq-

sədəuyğundur. Məsələn, 1995-ci ildə  qəbul edilmiş  “İnvestisiya fə-

aliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə ərazisin-

də investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi məsələlə-

rini tənzimləməklə investisiyanın ölkə iqtisadiyyatına intensiv cəlb 

olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəl-

xalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli is-

tifadə edilməsinə yönəldilmiş və mülkiyyət formasından asılı olmaya-

raq bütün investorların bərabər müdafiəsinə təminat verir. 1992-ci ildə 

qəbul edilmiş və sonradan dəfələrlə dəyişikliklərə məruz qalmış “Xa-

rici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının 

Qanununa görə, xarici investorlar ölkə  ərazisində investisiyaları res-

publikamızın hüquqi və fiziki şəxsləri ilə birgə müəssisələr və tama-

milə xarici investora məxsus olan müəssisələr yaratmaqla, habelə res-

publikamızın qanunvericilik aktlarına uyğun olaraq, müəssisə və digər 

əmlak satın almaqla həyata keçirirlər. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



161

Azərbaycanın iqtisadiyyatına xarici investisiyaların axını olkənin 

ixracat potensialının genişləndirilməsinə, istehsalın inkişafına, əmək eh-

tiyatlarından tam və səmərəli istifadə edilməsinə, sahibkarlıq sahəsində 

muasir bazar munasibətlərinin mənimsənilməsinə, yeni texnologiyanın 

olkəyə  gətirilməsinə  və butovlukdə olkənin iqtisadi infrastrukturunun 

yenidən qurulmasına səbəb olmuşdur. Məhz bu baxımdan Azər-

baycanda investisiya muhitinin oyrənilməsi və bu sahədə olan prob-

lemlərin uzə cıxarılması aktual problemlərdən biri hesab edilmişdir. 

Qeyd etmək lazımdır ki, respublikamızda  əlverişli vergi muhiti-

nin yaradılması məsələsi xarici investorları narahat edən başlıca prob-

lemlərdəndir. Xarici investorları vergi guzəşti və imtiyazlarından daha 

cox, oz fəaliyyətlərini uzun muddətə proqnozlaşdırmağa imkan verən 

vergi sisteminin sabitliyi və təkamülünün muəyyənliyi maraqlandırır. 

Azərbaycan dövlətinin investisiya siyasətinin əsas məqsədi elmi-

texniki nailiyyətlərin tətbiqi hesabına əsas fondların yeniləşdirilməsi-

nin və istehsalın yenidən qurulmasınınRhəyata kecirilməsinin təmin 

edilməsidir. Hazırkı şəraitdə investisiya siyasətinin ən səciyyəvi xüsu-

siyyətlərindən biri movcud muəssisələrin texnika ilə təchizinə və yeni-

dən qurulmasına yonəldilən məsrəfin (əsaslı vəsait qoyuluşunda ava-

danlıq və maşınlar üçün) xususi cəkisinin yuksədilməsindən ibarətdir. 

Bu sahəyə yönəldilmiş xərclərin getdikcə artması əsas istehsal fondla-

rının yeniləşməsinə səbəb olur. 

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə uzun muddət 

dəyişməyən vergi sistemi (vergi rejimi) mövcud deyildir. Hər bir vergi 

sistemi tətbiq olunduğu dovrdən ictimai quruluşun xarakterini, olkənin 

iqtisadiyyatının vəziyyətini, sosial-siyasi vəziyyətin sabitliyini və s. 

xususiyyətləri əks etdirir. 

Ölkədə  həyata kecirilən vergi siyasətinin  əsas istiqamətlərindən 

biri də əlverişli vergi mühitinin yaradılması vasitəsilə xarici investtorla-

rın olkəyə  cəlb olunmasıdır. Bu məsələ ilə  əlaqədar Azərbaycan Res-

publikası  tərəfindən bir sıra beynəlxalq muqavilələr bağlanmışdır. Bu 

muqavilələr əsasən investisiyaların təşviqi və qorunmasını, gəlirlərə və 

əmlaka gorə vergilərə munasibətdə ikiqat vergitutmanın aradan qaldırıl-

masını, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir. 

Respublikada investisiya prosesinin inkişafına dovlət təsirinin 

gucləndirilməsi məqsədilə budcədə investisiya layihələrinə dovlət tə-

minatlarının verilməsi nəzərdə tutulmuşdur. Bu təminat xarici investti-

siyanın qorunması haqqında Azərbaycan Respublikasının Qanununda 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

162



oz əksinin tapmışdır. Respublikada sabit investisiya muhitinin yaradıl-

masında əsas amil ilk novbədə xarici investorlar üçün əlverişli şəraitin 

təşkil edilməsidir. Respublikaya investisiyanın axıb gəlməsinin  ən 

başlıca səbəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir. 

Qeyd edək ki, respublikamızın investisiya siyasətinin muhum 

istiqamətlərinə aşağıdakı məsələlər daxildir: 

Mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla onlar-

dan  əsasən ümumdövlət obyektlərinə yonələn investisiyaların maliy-

yələşdirilməsi ucun istifadə edilməsi; 

İnvestisiyaların ən cox iqtisadiyyatın prioritet sahələrinin inkişafı-

na yonəldilməsi; 

İnvestisiya resursları bazarının təşkil edilməsi; 

Mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdırılması 

üçün əhalidən toplanan resurslardan istifadənin genişləndirilməsi; 

İnvestisiya sığortası uzrə hüquqi bazanın yaradılması; 

İnvestisiya tsiklinin davam etməsi müddətinin qısaldılması. 

Respublikamızda xarici və daxili investisiya resurslarının səfər-

bərliyə alınması  məqsədilə olkə iqtisadiyyatına investisiyanın cəlb 

edilməsi ucun Milli Proqram işlənib hazırlanmışdır. Bu proqramda xa-

rici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizm-

ləri oz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası 

üzrə əməkdaşlıq və onun səmərəlilik formaları gostərilmişdir. 

İnvestisiya fəaliyyətinin dovlət tənzimlənməsi dedikdə, olkədə 

vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata kecirilməsi ucun 

kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdi-

rilməsi dövlət, yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetiri-

lir.  İnvestisiya qoyuluşları başlıca olaraq olkənin ictimai tələbatının 

odənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yonəldilir. 

Təsərrüfat və mülkiyyət formalarından asılı olmayaraq investisiya qo-

yuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. 

Vergi tənzimlənməsi, demək olar ki, iqtisadiyyatda dövlət muda-

xiləsinin butun sferalarını  əhatə edir. Hər hansı bir dövrdə muvafiq 

vergiqoyma sistemi tətbiq etmək və yaxud da onu təkmilləşdirmək, 

vergi dərəcəsini muəyyənləşdirmək, onun quruluşu və formasını  də-

yişmək, alınan vergiləri diferensiallaşdırmaq, dövlətin iqtisadi siyasə-

tindən asılı olmayaraq vergi güzəştləri qoymaq, ləğv etmək, vergi bor-

cunun muddətini uzatmaq və ya tamam ləğv etmək və s. bu kimi təd-

birlər verginin tənzimlənmə funksiyasının əsas (aparıldığı) istiqamət-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə