Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə48/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   44   45   46   47   48   49   50   51   ...   104

 
149 
sindən narazı idilər. Osmanlı Rusiyanın Cənubi Qafqaz, xüsusilə 
Bakıda möhkəmlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keç-
di. 1723-cü ilin oktyabrında türk qoşunu Gəncəyə həmlə etdi, 1724-
cü ilin iyununda Osmanlı qoşunları  İrəvana daxil oldular. İsveçlə 
müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya 
bilmədiyindən, Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur 
oldu.  1724-cü il iyunun 12-də  İstanbulda  Rusiya-Osmanlı  mü-
qaviləsi  imzalandı (10, s. 483). Rusiya Peterburq müqaviləsinin 
şərtlərinin (Dərbənd, Bakı, Lənkəran, Rəşt və  Ənzəlinin Rusi-
yaya keçməsini) Osmanlı  tərəfindən təsdiq edilməsinə nail oldu. 
Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan isə Os-
manlılara keçdi (8, s. 505). Hacı Davud osmanlıların himayəsi al-
tında olan yarımmüstəqil Şirvan xanlığının hakimi təsdiq edildi. 
Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsini 
reallaşdırmağa  başlayan osmanlılar 1725-ci ilin may-iyulun 27-də 
Təbrizi, avqustda Gəncəni, 1725-ci ilin sonlarında işğal zonasına 
daxil olmayan Ərdəbili tutdular. Onlar Azərbaycanı  vilayət-san-
caqlar-mahallar-nahiyələr şəklində hərbi-inzibati vahidlərə böldü-
lər.  Sancaqbəyilər, naiblər və  kəndxudalar yerli feodallardan 
təyin olunurdu. 
Kürdən  şimaldakı torpaqların xüsusi statusu vardı.  İstanbul 
müqaviləsinə dörə, osmanlılar bu ərazilərdə  hərbi qüvvə saxlaya 
bilməzdi. Bu yerlər (Şəki,  Ərəş, Qax) yerli hakimlər tərəfindən 
idarə olunurdu. Osmanlılara müqavimət göstərmiş feodalların 
mülkləri alınır, dövlət torpaqlarina çevrilirdi. Onlara xidmət edən 
yerli feodallara isə dövlət torpaqlarından “bəylik” və “ağalıq” ad-
lanan  şərti torpaq verilirdi. Bəzən vergilərin toplanmasından  mü-
qatiə (dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-
ayrı  şəxslərə verilən  vergi toplama hüququ) tətbiq olunurdu. 
Osmanlılar Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi 
diqqət yetirirdilər. 
Azərbaycanda Rusiya idarə üsulu. Ruslar ilk əvvəllər  ka-
mendant idarə üsulu yaratdılar. Sonra mahal-nahiyə bölgüsü tət-
biq etdilər. Mahalları  darğalar, nahiyələri  yüzbaşılar, kəndləri 


 
150
kəndxuda və kovxalar  idarə edirdi. I Pyotr Xəzəzryanı bölgələrin 
təbii sərvətlərinin öyrənilməsi haqqında fərman verdi. 1724-cü ildə 
verilən fərmanla I Pyotr erməniləri Xəzəryanı əyalətlərdə tutulan 
istənilən ərazidə yerləşdirmək göstərişi verdi. Ermənilərin Şirvan 
bölgəsində  məskunlaşması  məhz bu dövrə  təsadüf edir (3, s. 402-
403). Ruslar Kürün mənsəbində Peterburq kimi şəhər salmaq istə-
yirdilər. Azərbaycandan Rusiyaya neft, xam ipək, Rusiyadan Azər-
baycana kətan, mahud daşınırdı. 
 
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə 
 
Kirmanşah və  Rəşt müqavilələri.  Salyanda, Bakıda və b. 
yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzurda, Qafanda, 
Cənubi Qafqazda, xüsusilə  Şirvanda,  1729-cu ildə Qarabağda, 
Şamaxı, Təbriz və b. şəhərlərdə, Azərbaycanın Xaçqala, Marağa, 
Hərmrud,  Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üs-
yanlar baş vermişdi. Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi 
qüvvə gətirdikdən sonra, 1731-ci ildə yatırıldı. Şah II Təhmasib və 
yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. 
Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək 
lazım idi. Bu məsul vəzifıni Əfşar tayfasından Nadir xan öz üzərinə 
götürmüşdü.  Əfqan tayfalarını  İsfahandan qovan Nadir xan Əfşar 
1730-cu ildə osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Mara-
ğa,  Ərdəbil və  Təbrizi azad etdi. 1730-cu ildə Nadirin Osmanlı 
üzərində  qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək 
Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yan-
varında Rəşt  şəhərində  Səfəvilərlə müqavilə imzaladı:  Rusiya 
Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytar-
dı, Səfəvilər isə osmanlıları bu yerlərə buraxmamağı  və rus 
tacirləri üçün güzəştlər etməyi öhdəsinə götürdü (8, s. 511). 
Səfəvi şahı II Təhmasib osmanlılara qarşı əməliyyatlara başlayaraq 
Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında 
onu məğlub edən  ocmanlılar Urmiya, Təbriz və  Ərdəbili  ələ 
keçirdilər.  1732-ci il yanvarda II Təhmasib  Kirmanşahda 


 
151 
osmanlılarla sülh bağladı:  İrəvan, Gəncə,  Şamaxı,  Şirvan bölgə-
ləri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz 
isə  Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd 
olmalı idi (3, s. 413).  Xorasandan qayıdan Nadir xan 1732-ci ilin 
avqustunda II Təhmasibi taxtdan salaraq onun oğlu Abbas Mirzəni 
III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu 
olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv edib, 
1723-cü ildən sonra osmanlıların tutduğu əraziləri boşaltmağı tələb 
etdi. Onların rədd cavabı müharibəyə  səbəb oldu. 1733-cü ilin 
yanvarında osmanlıları  ağır məğlubiyyətə  uğradan Nadir xanın 
bağladığı  Bağdad müqaviləsinə görə,  osmanlılar son 10 ildə 
tutduqları  Səfəvi  ərazilərini tərk etməli idilər.  1734-cu ildə 
Şirvan azad edildi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də 
osmanlılardan aldı  və  ruslardan Xəzəryanı  bəlgələrdən çıxma-
larını tələb etdi. 1735-ci ilin martın 21-də Novruz bayramı günü 
imzalanan Gəncə müqaviləsinə görə,  ruslar Xəzəryanı vilayət-
ləri tamamilə tərk etməli idi1735-ci ilin iyununda Eçmiədzinin 
şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan 
onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı (3, s. 415). 
1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir 
xan  şah elan edildi. Bununla da Səfəvilər sulaləsinin hakimiy-
yətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı  çıxan Zi-
yadoğlular adı ilə  məşhur olan Gəncə xanları  cəzalandırıldı, Qara-
bağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edil-
dilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Bor-
çalı mahalları Kartli hakimliyinə tabe edildi (8, s. 514). Nadir şah 
Şirvan, Qarabağ, Çuxursəd və  Təbriz bəylərbəyiliklərini 
birləşdirərək Azərbaycan adı altında vanid inzibati bölgü yaratdı. 
Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı 
İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi 
toplanması  işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. 
Əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Şahın 
əmri ilə  rəiyyətin  hərbi xidmətə çağırılması  əhalinin vəziyyətini 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə