Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə66/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   62   63   64   65   66   67   68   69   ...   104

 
206
həyat birliyi, mədəniyyət birliyi zəminində tarixi sabit birlik kimi 
formalaşdı. “Azərbaycan milləti” sözünü ilk dəfə “Kəşkül” qəzeti 
işlətdi. Milli ziyalıların qabaqcıl nümayəndələrindən Həsən bəy 
Zərdabi,  Əli bəy Hüseynzadə,  Əhməd bəy Ağayev, Firudin bəy 
Köçərli millətin ideoloji təfəkkürünün formalaşmasında mühüm rol 
oynayırdılar. Türkşülük, milliyətçilik, dövlətçilik, demokratizm 
ideyalarını yayırdılar. Azərbaycanda milli burjuaziyanın təşəkkülü 
milli təfəkkürün inkişafına təsir göstərdi. Milli burjuaziyanın 
görkəmli nümayəndəsi H.Z.Tağıyevin istetadlı  gəncləri Rusiya və 
Avropanın təhsil ocaqlarına göndərilməsində, məktəb, teatr və 
məscidlərin açılmasında böyük rolu olmuşdu. Millətin təzəcə təşək-
külü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan 
ziyalılar (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və 
b.) Azərbaycanın, xüsusilə Bakının ictimai-iqtisadi və siyasi həya-
tındakı yeni meylləri öz əsərlərində  əks etdirirdilər. Bəhs edilən 
dövrdə yaşayıb-yaratmış qabaqcıl ziyalılarımız milli şüurun oyan-
masında mühüm rol oynayırdılar. Milli intibah uğrunda mübari-
zənin görkəmli nümayəndələrindən biri M.F.Axundzadə idi. Azər-
baycanın burjua inkişafı meylini düzgün görür və bu ideyaları 
“Əkinçi” qəzetində əks etdirirdi. 
XIX  əsrin ikinci yarısında kəndli və  fəhlə  hərəkatı. 
Zaqatala üsyanı.  1863-cü ildə Gürcüstanda kəndli islahatının 
keçirilməsinə hazırlıq xəbəri Şimali Azərbaycanın sosial-iqtisadi və 
siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibati-
ərazi vahidi kimi yaradılmış Zaqatala dairəsində narazılığa səbəb 
oldu. Çarizmin kobud müstəmləkə siyasəti, məmurların özbaşı-
nalığı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiy-
yətlərin kəskinləşdirməsində mühüm rol oynadı. Zaqatalaya gəlmiş 
hökumət komissiyasının hazırladığı islahat layihəsinə görə, yen-
giloylar və muğalar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik 
vəsait ödəməklə keşkəl sahiblərinin asılılığından azad edilməli 
idilər. Keşkəl sahibləri  əsas gəlir mənbəyini itirmək təhlükəsi qar-
şısında qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər. 
Yetişməkdə olan üsyanın başlanması üçün bəhanə 1862-ci ildə 


 
207 
Balakən kəndində kilsə tikilməsi oldu. Üsyan 1863-cü ilin iyununda 
rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə 
Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın kəməkçiləri balakənli 
Bürcəli və carlı Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə 
edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini 
keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi. İyunun 
5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq 
məqsədilə Hacı Murtuz imam elan olundu. Lakin Dağıstan 
camaatından gözlənilən köməyin gəlməməsi üsyan başlandığı andan 
üsyançılar arasında bir ümidsizlik yaratdı. İyunun 5-dən 6-na keçən 
gecə üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top 
atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri 
üsyanı yatırdılar. Üsyanın 18 nəfər  ən fəal üzvü dar ağacından 
asıldı, mindən çox üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa 
işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan ziyan 
üsyançıların hesabına ödənildi. Üsyanın məğlubolma səbəbləri 
aşağıdakılar idi: 1) üsyan mütəşşəkil xarakter daşımırdı, yalnız 
Zaqatala dairəsi ilə  məhdudlaşırdı. 2) qüvvələr nisbəti də qeyri-
bərabər idi. 3) üsyançılar gözlədikləri köməyi ala bilmədilər. 4) 
onlar qətiyyətsizlik göstərdilər və  həm də üsyançılar arasında 
istənilən birlik yox idi. 
Kəndli hərəkatı. XIX əsrin sonunda Azərbaycan kəndlərində 
ictimai təbəqələşmə prosesi sürətlənmişdi. Sahibkar və dövlət kənd-
lilərinin vəziyyəti ağır idi. Dövlət kəndlilərinin  əksəriyyətinin 1-2 
desyatindən artıq torpaq payı yox idi. Azərbaycana rus kəndlilərinin 
köçürülməsinin davam etdirilməsi kəndlilərin torpaqsızlaşmasına və 
ya az torpaqlı olmasına səbəb olurdu. Ağır vergilər kəndlilərin 
vəziyyətini daha da ağırlaşdırırdı. XIX əsrin son rübündə çarizmin 
zülmünə qarşı mübarizə daha da gücləndi. Kəndlilər vergi ver-
məkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır, sahibkarlara 
məxsus torpaqları  ələ keçirir, hökumət məmurlarının, bəylərin 
evlərinə hücum edir, onları yandırır, hətta sahibkarları öldürürlər. 
XIX  əsrin son rübündə Qazax, Cavanşir, Yelizavetpol, Şuşa 
qəzalarında kəndlilərin fəal çıxışları oldu. XIX əsrin son rübündə 


 
208
Azərbaycanda kəndli hərəkatının  ən geniş yayılmış forması  həm 
dövlət, həm də sahibkar kəndlilərin iştirak etdiyi qaçaqçılıq idi. 
Qaçaqları xalq intiqamçıları adlandırırdılar. Müxtəlif dövrlərdə 
Qubadlıda Qaçaq Nəbi, onun arvadı Həcər xanım, Qazax qəzasında 
Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Nağı kimi şöhrətli qəhrəmanlar 
yetişdi. Qaçaq dəstələrinin qəhrəmanlıqlarına baxmayaraq, onlar 
məğlubiyyətə uğradılar. Onun əsas səbəbi qaçaq hərəkatında kəndli-
lərin miqdarca az bir hissəsinin iştirak etməsi, qeyri-mütəşəkkil 
olması və yerli xarakter daşıması idi. 
Fəhlə  tətilləri.  Bakıda neft sənayesi nəticəsində  fəhlələrin 
sayı durmadan artırdı. Azərbaycan fəhlələri sosial-siyasi hüquqular-
dan məhrum olub, az əmək haqqı ilə çox işləməyə  məcbur idilər. 
Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək 
olması  fəhlələrin vəziyyətini daha da dözülməz edirdi. Texniki 
təhlükəsizlik aşağı  səviyyədə olduğu üçün müəssisələrdə onlarca 
fəhlə  bədbəxt hadisələr nəticəsində  həlak olurdu. Qadın və  uşaq 
əməyindən də geniş istifadə olunurdu. XIX əsrin 70-ci illərindən 
başlayaraq Gədəbəy, Bakı  və Nuxada dağınıq tətillər baş verirdi. 
Fəhlələr maaşların artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və 
bu kimi sosial və iqtisadi tələblər irəli sürürdülər. 1881 və 1895-ci 
illərdə Bakıda, 1896-cı ildə Ramana mədənlərində, 1898-ci ildə 
Gədəbəy misəritmə zavodlarında tətillər baş verdi. Beləliklə, XIX 
əsrin sonunda Azərbaycanda sənaye fəhlələri özunu mütəşəkkil 
qüvvə kimi göstərməyə başladı. 
 
2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında 
 
Cənubi Azərbaycanda XIX əsrin ikinci yarısında təbii-coğrafi 
şərait  əkinçiliyin, maldarlığın inkişafına  əlverişli  şərait yaradırdı. 
Cənubi Azərbaycanda torpaqların  əsas hissəsini  xalisə adlanan 
dövlət torpaqları təşkil edirdi. 1886-cı ildə şah dövlət torpaqlarının 
satılması haqqında fərman verdi. İri feodallar, xüsusən ruhanilər 
taxıl möhtəkirliyi ilə  məşğul olurdular. Kəndlilər dövlətə vergi 
verirdilər. Dövlət vergisi bir qayda olaraq paydar kəndlilərin 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə