Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

 
142
professor A.Qurbanov daha sonra yaz
ır: “Bu tədqiqatlarda nitq fəaliyyəti, nitq və qavrayış, nitq mexanizmi, 
radio verilişlərində nitqin mənimsənilmə x
üsusiyyətləri, vurğunun mənimsənilməsi, danışıq səsləri etalonları, 
qrammatik  kateqoriyalar
ın  mənimsənilməsi,  qrammatik  təhlillərin  patologiyası,  daxili  nitq  fasiləsinin 
mənimsənilməsi, nitq ax
ınında sözün quruluşu və s. məsələlər araşdırılır. Dilçi alimlərin öz tədqiqatlarında 
psixolinqvistikan
ın  əldə  etdiyi  nəticələrdən  istifadə  etməsi,  şübhəsiz  ki,  onların  işinə  müsbət  təsir  göstərir. 
Nitqin daxili cəhətini 
öyrənən dilçi müəyyən psixoloji hadisələrdən yan keçə bilməz. Məsələn, nitqin növləri 
həm dil
çini, həm də psixoloqu maraqlandırır». 
Gətirdiyimiz  sitatdan  ayd
ın  olur  ki,  nitq  insan  psixologiyası  ilə  daim  sıx  əlaqədə  inkişaf  edir.  nsan 
psixologiyas
ı onun nitqi ilə ayrılmaz tellərlə bağlıdır. Bəzən natiqlər çıxış edərkən həyəcanlanır və bir müddət 
özlərini  ələ  ala  bilmirlər.  Keçirilən  gərginlik  nitqin  gözəl  ifadə  olunmasına  (dəqiq,  faktlarla,    səlis,    aydın,  
ard
ıcıl və s.) maneçilik törədir. Ona görə də natiq düşdüyü vəziyyətdən çıxmaq üçün psixi cəhətdən hər hansı 
maneəyə qalib gəlməyi, əsəblərini cilovlamağ
ı bacarmalıdır.  nsan psixologiyasının müxtəlifliyi onun nitqində 
əks olunur. 
Natiq nitqini şərh edərkən, ona psixoloji cəhətdən tam haz
ır olmalıdır. Onun nitqinin gözəl olması üçün 
psixoloji haz
ırlıq olduqca faydalı və məqsədəuyğundur. 
Nitq  mədəniyyətinin  pedaqogika  ilə  əlaqəsi  uzun  bir  tarixə  malikdir.  Qədim  Yunan
ıstanda,  xüsusilə 
Afinada yetişən ritorlar natiqlik sənətinin sirləri ilə bərabər, təlim, tərbiyə, təhsil haqq
ında da məlumat verir 
və  tədris  prosesində  nitqlə  bərabər  pedaqogika  elmini  də  inkişaf  etdirirdilər.  Tədris  prosesi  ilə  s
ıx  şəkildə 
bağl
ı  olan  pedaqogika  natiqlik  sənəti  ilə  qarşılıqlı  şəkildə  müəyyən  prinsiplərin,  problemlərin  həllində  
m
ühüm  əhəmiyyət kəsb  edir. 
Pedaqogika elmi tədris prosesində, nitqin qurulmas
ında və şifahi şərhdə əsas rol oynayan konkretliyin, 
bəzən 
ümumiliyin  rolunu  müəyyənəşdirir.  Pedaqogika  həm  də  nitq  zamanı  natiqə  özünü  aparmaq 
qaydalar
ını öyrədir. Yersiz hərəkətləri, jestləri, «deməli», «mənə elə gəlir», «filan», «alimlərin dediyinə görə» 
və s. kimi ifadə və s
özləri lüzumsuz olaraq işlətməkdən çəkindirir. 
Pedaqogika  natiqlik  sənətinin  əsas  prinsiplərinin,  nitqin  qurulmas
ı  yollarının,  elmi-nəzəri  biliklərin, 
mənbələrdən d
üzgün istifadə olunmasında natiqə istiqamət verir. 


 
143
Ümumiyyətlə,  natiqlik  sənəti  ilə  pedaqogikanın  əlaqəsi  özünü  həm  təlim-tərbiyə  prosesində,  həm  də 
tədqiqat işinin apar
ılmasında göstərir. 
Nitq mədəniyyətinin tarixlə əlaqəsi. Tarix cəmiyyətin yaranmas
ını, inkişafını öyrənən bir elmdir. Tarix 
b
ütün elmlərlə əlaqəli şəkildə öyrənilir. Hər bir elm yarandığı gündən öz tarixini yaşadır. Natiqlik sənəti, nitq 
mədəniyyəti  də  belə  elmlərdən  biridir.  Yarand
ığı  gündən  bu  günümüzə  qədər  müəyyən  inkişaf  mərhələləri 
ke
çmiş  cəmiyyət  həyatında,məişətində  baş  verən  hər  hansı  bir  dəyişikliyi  tarixin  yaddaşına  həkk  edir.  Bu 
qədim  abidələrin,  salnamələrin  -məxəzlərin  vasitəsi  ilə  bug
ünkü  tədqiqatçılar  xalqın  keçmişinə  aid 
m
ülahizələr, mühakimələr yürüdə bilir. Natiqlik sənəti də məhz, belə bir tarixi yol keçmiş, tədqiq olunmuş, 
m
üəyyən müvəffəqiyyətlər əldə etmişdir. Natiqlik sənətinin ilk rüşeymlərini araşdırmaq, tədqiq etmək üçün 
onun tarixinə nəzər salmaq laz
ımdır. Məhz, məsələyə bu baxımdan yanaşdıqda nitq mədəniyyətinin tarixi, 
s
öz yaradıcılığı,  sözə verilən qiymət haqqında mütəxəssis fikirləri əsas götürülür. 
Nitq mədəniyyətinin tarixlə əlaqəli inkişaf etməsinin əsas amillərindən biri budur ki, s
özlərin mənasının 
daralmas
ını və ya genişlənməsini, yeni semantik məna kəsb etməsini, arxaikləşməsini müəyyənləşdirir. 
Ümumiyyətlə,  bu  bir  həqiqətdir  ki,  nitq  mədəniyyəti  ilə  tarix  elmi  bir-biri  ilə  sıx  şəkildə  əlaqədardır. 
Tarix
çi əldə etdiyi nəticəni nitq vasitəsi ilə (istər yazılı, istərsə də şifahi yolla) şərh edir. Belə şərh faktlarla, 
m
ülahizələrlə, sübutlarla, dəlillərlə, əşyalarla bağlı şəkildə edilir. Bu da nitq mədəniyyətinin əsas prinsiplərini 
m
üəyyənləşdirir. 
Nitq  mədəniyyətinin  etika  ilə  əlaqəsindən  dan
ışarkən  birinci  növbədə  rus  xalq  məsəlini  xatırlamaq 
yerinə d
üşərdi: «Ruslar qonağı geyiminə görə qəbul edir, ağlına görə yola salır». Hər bir şəxsin özünü necə 
maskalamas
ından  asılı  olmayaraq,  nitqi  ağlını  əks  etdirir.  Natiq  olmaq  istəyən  hər  bir  şəxs  bütün  etik 
normalara riayət etməlidir. Natiq dan
ışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli, 
mimika ilə mənalar ifadə etməlidir. 
Natiq  olmaq  istəyən  şəxs  b
ütün  davranış  qaydalarını  gözəl  mənimsəməlidir.  Natiqin  yerişi,  baxışı, 
hərəkəti,  geyimi,  nəzakəti, 
üzünün  ifadəsi  dinləyicidə  ona  qarşı  rəğbət  hissi  oyatmalıdır.  Bəzi  natiqlər  etik 
normalara d
üzgün əməl etmədiyi üçün dinləyicilərin rəğbətini qazana bilmir. Məsələn, bəzən elə olur ki, üzü 
t
üklü,  kostyumları  standarta  uyğun  gəlməyən  natiq  yorğun  halda  tribunaya  doğru  yaxınlaşır.  Bu  hər  bir 


 
144
dinləyicidə  natiqə  qarş
ı  mənfi  hisslər  oyadır.  Bəzən  də  natiq  həddindən  artıq  bər-bəzəyə  aludə  olur.  Belə 
vaxtda  dinləyici  onun  nitqindən 
çox,  bər-bəzəyinə  diqqət  edir.  Natiq  fikirləşməlidir  ki,  mən  auditoriya  ilə 
necə 
ünsiyyət  yaradım,  nitqimi  necə  başlayım?  Olduqca  həssas  və  tələbkar  dinləyicilər  natiqin  səsinin 
titrəməsini,  həyəcanlanmas
ını,  bir  an  çaşıb  qaldığını  da  duyub  hiss  edirlər.  Təcrübəli  natiqlər  isə  belə 
momentləri nitqlərində etdikləri pauza ilə az da olsa aradan qald
ırırlar. 
Natiqlər 
çıxış  edərkən  qalstukunu,  pencəyinin  düyməsini,  əlindəki  təbaşiri  və  yaxud  qələmi  oynada-
oynada  fikrini  ifadə  edir.  Etika  nitqin  şərhi  zaman
ı  göstərilən  bu  nöqsanların  aradan  qaldırılmasına 
k
öməklik  göstərir.  Bir  anlığa  məşhur  natiq  Demosfenin  natiqlik  sənətinə  gəlişini  xatırlamağa  ehtiyac 
duyulur. Həqiqətən, etika ilə nitq mədəniyyətinin əlaqəsi vacib məsələdir. 
Nitq  mədəniyyətinin  estetika  ilə  əlaqəsi.  Nitqin  g
özəl  ifadəsi  dedikdə  gözəllik,  ülvilik,  faciəvilik, 
komiklik  -  estetikan
ın  əsas  kateqoriyaları  yada  düşür.  Bizi  əhatə  edən  obyektiv  varlığın  dərk  edilməsində 
(estetikan
ın mühüm rolu vardır. Estetik kateqoriya olan gözəllik yalnız insanlara məxsusdur. Estetik gözəllik 
insana məxsus olduğu kimi, dil də, nitq də, nitq mədəniyyəti də insana məxsusdur. Həyatda baş verən hər bir 
hadisəni estetik surətdə dərk edib qavrayan insan, əsasən, bədii dil və sənətkarl
ıq, nitq, habelə estetik zövq, 
bədii obraz, bədii ustal
ıq kimi estetik kateqoriyaların tədqiqində özünü göstərir. 
Hələ  qədim  yunan  filosofu  Aristotel  «Poetika»  əsərində  bir  s
ıra  dil  qanunauyğunluqlarını  estetikanın 
kateqoriyalar
ı  baxımından  şərh  edir. «...  ifadələri  bir-birinə  nə  isə  xüsusi bir  tərzdə  qataraq  istifadə  etmək 
laz
ımdır  ki,  qlossa,  metafora,  zinət  və digər  bu  kimi  başqa  növlər  nitqin  təravət  və  ucalığını  aşağı  endirib 
y
ıpranmış  hala  salmasın, ümumən işlənən sözlər  isə  nitqə aydınlıq gətirsin.  fadənin aydınlığına, səlisliyinə 
s
özlərin  uzadılması,  qısaldılması  və  dəyişdirilməsi  az  təsir  etmir,  sözlər    yeni  şəkildə  səsləndiyindən  nitqi 
təravətləndirir». 
Bu  g
özəllik  qanununa  əsaslanıb  dilin  ahəngdarlığına,  zərifliyinə,  musiqililiyinə  və  başqa  estetik 
keyfiyyətlərinə dair maraql
ı əsər yaradır.  
Həmin  əsərlərdə  klassiklərimizin  yarad
ıcılığında  dilimizin  gözəlliyini  əks  etdirən  poetik  ifadələr,  bədii 
vasitələr, qanadl
ı sözlər, onların rəngləri, məna çalarları, zövqü oxşayan müasir şəxs adları, yer adları və s. öz 
əksini tapm
ışdır». 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə