Азярбайъан Республикасынын Дювлят рямзляри
36
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən
təsviri bu əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə
ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun
gəlməlidir.
* *
*
Азярбайъан Республикасынын Дювлят рямзляри
37
Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri
dəyərlərə əsaslanır. Çoxguşəli, o cümlədən səkkizguşəli ulduz
Azərbaycanın memarlıq, zərgərlik, şəbəkə sənətində geniş
yayılmış ornament növlərindəndir. Böyük memar Əcəmi
Naxçıvaninin yaratdığı mavzoleylərin, Bakı Şirvanşahlar
sarayındakı divanxananın plan quruluşu və ornamentlərində,
Pirsaat çayı üstündəki Xanəgahın mayolika naxışlarında,
zərgərlik bəzəklərində və s. səkkizguşəli ulduz motivlərinə tez-
tez təsadüf olunur.
Dünya
heraldika sənətində qalxan məmləkətin hərbi qüd-
rətini, xalqın qəhrəmanlıq əzmini təmsil edir.
Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti,
bolluğu, məhsuldarlığı ifadə
edən ənənəvi simvollardandır.
Gerbimizin mərkəzin-
də şölə saçan alovun -
«Allah» sözünün mahiyyətini
aşkarlamaq üçün M.Ə.Rə-
sulzadənin Milli Cümhuriyyət
Parlamentinin ilk açılışında
söylədiyi
müdrik
sözləri
xatırlayaq:
“Azərbaycan bir atəş
mənbəyidir. Vətənimiz hər
zaman kəndi sinəsində bir
atəşi-müqəddəs bəsləmişdir.
Bu atəş əski zamanlardan bəri
həqiqətpərəstlərə rəhbər, bir
şöleyi-ümid və inam təşkil eyləmişdir... Qəvi bir atəş,
Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə bürkü
yağan bu atəş əbədiyyən sönməz bir məşələ təşkil edib də
hürriyyət və istiqlalə doğru getdiyimiz maneəli yolları
Азярбайъан Республикасы
Дювлят эербинин тясвири
Азярбайъан Республикасынын Дювлят рямзляри
38
işıqlandırsın”.
1
Qeyd: Gerbin ortasındakı qırmızı rəngli məş‘əl – alov
şöləsi sadə və gözəl şəkildə ərəb əlifbası ilə
yazılmış bütün aləmdə əbədi, əzəli var olan
«Allah»
– «
ﻪﻠﻟا
» –
« ﷲا»
sözündən ibarətdir,
ancaq bir sıra adamlar ərəb əlifbasını
bilmədiklərindən yanlış olaraq bunu yalnız
alov – məş‘əl kimi qəbul edirlər – (müəlliflər).
1
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I
cild, Bakı, «Azərbaycan» nəşriyyatı, 1998, s. 36; Azərbaycan, 1919, 28 may
.
Азярбайъан Республикасынын Дювлят рямзляри
39
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
1918-ci il 28 may tarixdə Azərbaycanın istiqlaliyyəti
elan olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətini
beynəlxalq aləmdə təmsil edən Dövlət bayrağı və Dövlət gerbi
ilə bərabər Dövlət himninin yaradılması və qəbul edilməsi də
günün ən vacib tələblərinə çevrilmişdir.
“Himn” yunanca “təntənəli nəğmə” deməkdir və
müxtəlif mərasimlər üçün nəzərdə tutulur. Siyasi təbliğatda
mühüm vasitə olmaqla, müəyyən mütəşəkkillik və səfərbərlik
rolu da oynayır. Himnin ifa olunması əsasən bayram şənlikləri,
siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarla
bağlıdır. Himn bir qayda olaraq, mətnin obrazlılığı, əhatəliyi,
asan yadda qalan melodiyası, aydın, ahəngli ritm və əzəməti ilə
fərqlənir.
Məlumdur ki, dövlət himninin mətni və melodiyası
xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır. Himnin
musiqisi asan qavranmalı və ölkənin vətəndaşları tərəfindən
çətinlik çəkmədən sərbəst ifa olunmalıdır. Adətən dövlət
himninin musiqisi təntənəli major ladında yazılır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dahi
bəstəkarımız Üzeyir bəy Hacıbəyov tərəfindən iki marş
yazılmışdır. Onların hər ikisi ilk dəfə 1966-cı ildə türk
musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi “Türk
marşları” kitabında çap olunmuşdur. Bu əsərlərin əlyazmasını
bəstəkarın qardaşı Ceyhunbəy Hacıbəyov vaxtilə Türkiyəyə
çatdırmışdır. Bunlardan biri “Azərbaycan milli marşı” adlanır.
Həmin əsər 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin
Азярбайъан Республикасынын Дювлят рямзляри
40
elan etdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür.
1
Marşın musiqisi Üzeyir bəy Hacıbəyova məxsusdur ki, bunu
təsdiqləyən sənəd, yəni müəllifin əlyazması onun adını daşıyan
ev-muzeyində saxlanılır.
İkinci marş - “Azərbaycan marşı” haqqında türk naşiri
belə bir məlumat vermişdir: “ Azərbaycan istiqlalı qeyb
etməzdən öncəki illərdə (yəni 28 aprel 1920-ci ilə qədərki illər
nəzərdə tutulur) bu marş hər səhər hərbi okullarda
(məktəblərdə, hissələrdə) dərs başlanmazdan əvvəl oxunardı”.
2
Aydın Əzimov tərəfindən böyük xor və orkestr üçün
aranjeman edilmiş bu marş Azərbaycan Respublikasının Dövlət
himni kimi qəbul edilmişdir. Üzeyir bəy Hacıbəyovun ev-
muzeyində saxlanılan sənədlərdən bəlli olur ki, bu marşın
vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət himni
olması ehtimalı əsassızdır. Bunu əsərin musiqisi də təsdiqləyir.
Melodiya minor ladında yazılmış, ona təntənəli və eyni zamanda
mürəkkəb musiqi dili xasdır. Himn ilə marş arasındakı janr
müxtəlifliyini dərindən duyan, artıq o dövrdə geniş şöhrət
qazanmış “Leyli və Məcnun” kimi dahi əsərin müəllifi görkəmli
bəstəkar, “Azərbaycan marşında” məhz marş janrına məxsus
ifadə və forma xüsusiyyətlərindən istifadə etmişdir. Əsərin
musiqi intonasiyalarında bəstəkarın yaradıcılığına və fərdi
üslubuna xas olan parlaq milli kolorit, ahəngdarlıq, nikbinlik və
əsil xəlqilik ruhu üstünlük təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2
mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni
haqqında Əsasnamə təsdiq edilmişdir.
Milli Məclisin 1992-ci il 27 may tarixli qərarı ilə
musiqisi Üzeyir bəy Hacıbəyovun, mətni Əhməd Cavadın olan
1
Азербайджан, 1919, 14 ноября.
2
Üzeyir bəy Hacıbəyov ensiklopediyası. Bakı, 1996, səh. 21.
Dostları ilə paylaş: |