Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

~ 107 ~
ildə  vətənə qayıtdı  və ömrünün sonunadək Bakıda yaşadı. Sürgün 
həyatından sonra yaxın qohumu Əhməd bəy Ağaoğlunun dəvəti ilə 
"İrşad” qəzetində fəaliyyətə başladı. Bir müddət qəzetin müvəqqəti 
redaktoru kimi çalışdı. Özünün müstəqil qəzet nəşr etmək istəyini 
Hacı Zeynalabdin Tağıyevə bildirən H.Vəzirov Bakı  Bələdiyyə 
İdarəsinə  rəsmi müraciət edərək "Təzə  həyat” adlı  mətbu orqanın 
nəşrinə icazə istədi. Olduqca çətin və mürəkkəb şəraitdə H.Vəzirov 
"Təzə  həyat”ın çapına razılıq aldı. 1907-ci ilin aprel ayının 1-də 
qəzetin ilk sayı  işıq üzü gördü. Qəzet öz məram və  məqsədini 
"Məqsədimiz” adlı baş məqalədə izah edərək yazırdı: "Təzə həyat” 
öz məsləkində bir an hürriyyət, müsavat, ədalət və bunların eyni 
olan islamiyyət caddasından xaric olmayacaq. Bu halda nəinki Ru-
siya müsəlmanlarının, bəlkə  cəmi aləmi-islamın həyatı, dolanacağı 
və məişətləri tazə bir şəklə düşüb və düşür. Ona görə də "Təzə hə-
yat” müsəlmanların bu tazə məişət şərtlərinə düşməyə, bu yolda nə 
sayaqilə getmək lazımdırsa, həmin yola çəkməyə xidmət edəcək-
dir”. Baş  məqalədən göründüyü kimi, H.Vəzirov müsəlman həm-
rəyliyini önə çəkir. Dünya müsəlmanlarının qayğılarını, çətinlikləri-
ni, onların inkişafına mane olan amilləri bir arada götürürdü. Müsəl-
manların dövrün tələblərinə uyğun yeni məişət şəraitinə uyğunlaşdı-
rılması, düşüncələrinin müasirləşdirilməsi də "Təzə həyat”ın qarşı-
sına qoyduğu vəzifələrdən idi”. Müəllif əsərində bəyan edib ki, Və-
zirovun yaradıcılığında və "Təzə  həyat”ın ideya-siyasi istiqamətlə-
rindən doğan millətçilik də var idi. Ona görə də bəzən bu mətbu or-
qanı "panislamizm”də, "pantürkizm”də suçlayırdılar: "Haşım bəyin 
milli düşüncələri onun vətənpərvərliyindən, millətini sevməkdən və 
islam dəyərlərindən doğurdu. Onun üçün "millətin tək-tək şəxsləri-
nin hamısı qiymətli bir üz idi” və Haşım bəy "əhli sərvətlə, rəncbəri, 
rəiyyəti” fərqləndirmirdi. O, əlinin  əməyi, zəhməti hesabına dola-
nanları, cəmiyyətin bütün təbəqələrini  əhatə edən çalışqan insanı 
millətinin sərvəti hesab edirdi. Siyasi baxımdan "Təzə  həyat”ın 
"tərəqqipərəstlik yolu tutacağına”, "Rusiyada rus millətinə verilən 
hüquq və imtiyazların” müsəlmanlara da tətbiq olunması üçün mü-
barizə aparacağına işarələr verilirdi. Dil məsələsində qəzet mümkün 


~ 108 ~
olan qədər istilahlardan qaçacağını, sadə dildə yazacağını qarşısına 
əsas məqsəd qoymuşdu. Qəzet öz ətrafına dövrün tanınmış  qələm 
əhlini, publisistləri topladı. Bu sırada M.Ə.Sabir, M.Hadi, 
M.S.Ordubadi, Məşədi Azər, Hacı İbrahim Qasımov, Axund Yusif 
Ziya Talıbzadənin adları var”. 
Araşdırmaçı öz kitabında vurğulayıb ki, "Təzə həyat”ın 1907-ci 
il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci ildə isə 230 nömrəsi 
işıq üzü görüb. 1906-cı ilin sentyabr ayında Bakı General-quberna-
torun əmri ilə "zərərli istiqamətinə görə” qəzetin nəşrinə xitam veri-
lib: "Haşım bəy Vəzirov bundan sonra yenidən qəzet nəşr etmək üçün 
Bakı  Şəhər Bələdiyyə  İdarəsi rəisinə müraciət edib və  "İttifaq” adlı 
qəzetin çapına icazə alıb. 1908-ci ilin dekabr ayının 1-də "İttifaq”ın 
ilk sayı oxuculara çatdırılıb. Siyasi, ictimai və ədəbi qəzet olan "İtti-
faq” gündəlik nəşr olunurdu. Bu mətbu orqanın ən fəal əməkdaşları 
Məhəmməd Hadi və Ələbbas Müznibi idi. Azərbaycan romantik ədə-
biyyatının nümayəndəsi olan Hadi yazdığı şeirləri bu qəzetdə çap et-
dirirdi. Rus ədəbiyyatının klassiklərindən L.N.Tolstoy, İ.V.Qoqol, 
Qriboyedov, Nekrasov barədə  qəzetdə ardıcıl yazılar nəşr olunub. 
Cənubi Azərbaycanda gedən azadlıq hərəka-tına, onların fəallarına 
geniş yer verilirdi. H.Vəzirovun özü "İttifaq”da həm açıq, həm də 
gizli imzalarla çıxış edir, dövrün oxucularına tanış gələn "Keyfim gə-
ləndə” başlığı ilə dərc etdiyi yazıları "Birisi” imzası ilə çapa verirdi. 
Nəşr olunduğu dövrün ilk ayında, yəni 1908-ci ilin dekabrın 1-dən 
31-dək qəzetin 25 nömrəsi, 1909-cu ildə isə 226 nömrəsini çıxarmaq 
H.Vəzirova nəsib oldu. "İttifaq”ın 221-ci nömrəsində islam dinindən 
sui-istifadə edib, fanatizmi, cəhalət yayanların ciddi tənqidi "İtti-
faq”ın bağlanamsına səbəb oldu. Senzorun verdiyi məlumatlar  əsa-
sında H.Vəzirov cəzalandırıldı və Bakı Şəhər İdarəsi rəisinin əmri ilə 
"İttifaq” 1909-cu ilin oktyabr ayının 3-də bağlanıldı”. 
"Səda” qəzetinin nəşr edilməsi və "Nida”, "Kafkazets”, "Səda-
yi-vətən” adlı qəzetlərin aqibəti... 
A.Aşırlı əsərində bildirib ki, Haşım bəy Vəzirov baş verən bu 
hadisələrdən sonra ruhdan düşmədi və "Səda” adlı qəzetin nəşri üçün 
çalışdı. "Nəhayət, 1909-cu ilin mart ayının 9-da "Səda”nın nəşri qa-


~ 109 ~
nuniləşdi: "H.Vəzirov qəzetin çapına icazə alsa da, vaxtında onun 
nəşrini həyata keçirə bilmədi. "Səda”nın ilk sayı icazə alındığı vaxt-
dan yeddi ay sonra, oktyabr ayının 12-də  çıxarıldı. "Səda”nın məs-
ləyinə  gəlincə, redaktor-naşir Vəzirov bu barədə yazırdı: "Qəzetin 
məsləki millətimizin tərəqqi və təalasına çalışıb müsəlmanları ittifaq 
və ittihada dəvət etməkdən ibarət olacaq, dili isə türk, sadə Azər-
baycan dili olacaq”. Bu qəzetin nəşrindən sonra da yerli hakimiyyət 
orqanları, Senzura Komitəsi  əməkdaşları H.Vəzirovun sakit tərzdə 
qəzetçilik işi ilə  məşğul olmasına imkan vermədilər. Bütün təqib, 
təzyiq kampaniyasına, həbsinə  və  cərimələnməsinə baxmayaraq, 
Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə müdafiə edə bildi. Bəzi 
hallarda Haşım bəy "zərərli məqalələr” yazdığını Bakı Şəhər İdarəsi 
rəisinə, polis idarəsinə, jandarma rəisinə bildirmişdisə də, bu, yalnız 
manevr idi, fikri yayındırmaqla bağlanmış qəzetlərin çapına yenidən 
icazə verilməsi üçün atılırdı. 1909-cu ilin oktyabrından 1911-ci ilin 
avqustunadək "Səda”nın 479 nömrəsi çıxmışdır. 1911-ci ilin avqust 
ayının 14-də  qəzet bağlandı”. Araşdırmaçı  əsərində qey edib ki, 
"Səda” qəzeti bağlandıqdan sonra Haşım bəy Vəzirov "Nida” adlı 
qəzet nəşr etmək istəyindən olur, lakin bu istəyi baş tutmur. 
Məcburən rus dilində "Kafkazets” qəzetinin çapına icazə alan Və-
zirovun bu istəyi də uzun müddətə reallaşmır. "Səda”nın bağlanma-
sından 40 gün sonra "Kafkazets” işıq üzü görür və cəmi 11 nömrəsin-
dən sonra "zərərli fəaliyyətinə” görə  nəşri dayandırılır. Bu mətbuat 
fədaisi yenidən qəzet nəşri üçün çalışır və  nəhayət, "Sədayi-vətən” 
adlı mətbu orqanı nəşr edir. 1912-ci ilin mart ayında "Sədayi-vətən” 
bağlanılır. 
Müəllif kitabında bildirib ki, "Sədayi-həqq”in ilk nömrəsi, 
1912-ci ilin mart ayının 21-də oxuculara çatdırılıb: "Maraqlıdır ki, 
"Sədayi-həqq”in nəşri üçün icazə  Gəncə quberniyasının Cavanşir 
qəzasının Qapanlı  kənd sakini Salman Kərbəlayi Qəhrəman oğlu 
Tahirovun adına verilib. Ancaq əsl həqiqətdə bu qəzetin redaktoru 
Haşım bəy Vəzirov idi. Gündəlik nəşr olunan, Vəzirovun çap etdir-
diyi qəzetlərin ən uzunömürlüsü "Sədayi-həqq” ədəbi-siyasi, fənni, 
iqtisadi-ictimai qəzet idi. Belə ki, bu mətbu nəşr 1912-ci ilin 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə